Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə44/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   40   41   42   43   44   45   46   47   ...   89

dövlətimizin  demokratik  imicinin  formalaşmasına,  dövlətçiliyi- 
mizin iqtisadi və  siyasi cəhətdən möhkəmlənməsinə, xalqımızın 
həyat və məişət  şəraitinin yaxşılaşdınlmasına  əsaslı  şərait yara- 
dır.  Rabitənin  inkişafından  danışarkən belə  bir  cəhəti  də  xüsusi 
qeyd  etmək  lazımdır  ki,  hazırda  Azərbaycan  göstərilən  rabitə 
xidmətlərinin səviyyəsinə və mobil telefonlardan istifadəyə görə 
MDB  məkanında  birinci  yerdə  durur.  Rabitənin  inkişaf etdiril- 
məsindən  məlumat  verərkən  “Silsat”  peyk  telekommunikasiya 
sistemi barədə də söhbət açmaq lazımdır. Bu yeni rabitə layihəsi 
‘İpək yolu” boyunca yerləşən ölkələri birləşdirir və dövlətlərarası 
kosmik  peyk  rabitə  üzrə  konsorsiumun  yaradılmasını  nəzərdə 
tutur.  Peyk  dünyanın  qlobal  informasiya  kommunikasiya  kör- 
püsünün yaradılmasına, həmçinin “İpək yolu” üzərində yerləşən 
ölkələrin  iqtisadi  inkişafma  yeni  impuls  verir.  Hazırda ABŞ-ın 
Priston universitetinin akademiki R.Z.Saqdeyev “İpək yolu” tele- 
rabitə peyki üzərində iş apanr (228,23-24).
Bütün  bunlar  aydın  göstərir  ki,  “Yeni  İpək  yolu”  ölkələri 
üçün  nəinki  quruda,  hətta  kosmik  məkanda  əlaqələr  qurmaq 
üçün geniş perspektivlər açılmışdır.
‘İpək yolu”nun bərpası ilə əlaqədar Azərbaycanın yerli rabitə 
sistemi də inkişaf etmişdir. Hələ  1997-ci ilin iknci yansından eti- 
barən “Telekommunikasiyanın inkişafi” proqramma uyğun olaraq 
respublika  miqyasında  rabitənin  inkişafı  üçün  kapital  qoyuluşu 
sürətlə  artmışdı.  Belə  ki,  sahəyə  investisiya  qoyuluşu  1991-ci 
ildəki 3,7 mln dollardan 2000-ci ildə  157,4 mln dollara çatdınl- 
mışdır (23, 30.XII.2002). ABŞ, Yaponiya, Böyük Britaniya, Tür- 
kiyə, Almaniya,  İsrail,  Cənubi  Koreya  və  Çinin  qabaqcıl  rabitə 
şirkətləri  ilə  geniş  əlaqələr  yaradılmış,  peyk rabitə  kanallannın 
sayı  da  sürətlə  artmışdır.  Belə  ki,  peyk  rabitə  kanallannın  sayı
1995-ci ildəki  195-dən 2001-ci ildə 881  çatdınlmışdır (30,190).
Rabitə  sisteminin inkişafı,  yenidən  qurulması rabitə  xidmət- 
larinin 
də  həcminin  ilbəil  artmasına  müsbət  təsir  göstərmişdir. 
Belə ki,  1995-ci ildə əwəlki ilə nisbətən rabitə xidmətlərinin həcmi
109 
%,
  1996-cı  ildə  əwəlki  illə  müqayisədə  83,2  %,  1997-ci 
ildə əwəlki ilə nisbətən  133,5 %,  1998-ci ildə əwəlki illə müqa- 
yisədə  129,1  %,  1999-cu  ildə  ötən  ilə  nisbətən  95,1%,  2000-ci


ildə  əwəlki  illə  müqayisədə  125,7  %,  2001-ci  ildə  əwəlki  ilə 
nisbətən  111% (33,624), 2002-ci ildə isə əwəlki illə müqayisədə 
göstərilən  rabitə  xidmətlərinin  həcmi  114%  artmışdır  (180, 
28.01.2003).  Təkcə  2003-cü  il  ərzində  rabitə  müəssisələri  tərə- 
findən müəssisə və təşkilatlara, əhaliyə  1,2 trilyon manatlıq və ya 
2002-ci  illə  müqayisədə  28%  çox  rabitə  xidməti  göstərilmişdir 
(180,  7.02.2004).  2005-ci  ildə isə 2004-cü illə müqayisədə  əha- 
liyə göstərilən rabitə xidmətlərinin həcmi 36% artaraq 437,2 mln 
manat (yeni kursla) təşkil etmişdir (100, 8.02.2006).
Bütün  bu  faktlar  aydın  göstərir  ki,  “İpək  yolu”nun  bərpası 
rabitə sisteminin inkişafına, yenidən qurulmasına, eyni zamanda 
əhaliyə göstərilən xidmətlərin həcminin artmasına səbəb  olmuş- 
dur ki, bu da xalq təsərrüfatının bütün sahələri arasmda operativ 
əlaqələrin inkişaf etdirilməsi, ölkəmizin dünya mformasiya məka- 
nına sürətlə daxil olması, davamlı iqtisadi inkişaf, əhalinin həyat 
səviyyəsinin yüksəlməsi deməkdir.
Beləliklə, “Tarixi İpək yolu”nun bərpası nəqliyyat sisteminin 
və  rabitənin  inkişaf  etdirilməsini,  dünya  standartlanna  uyğun 
yenidən  qurulmasını  tələb  edir  ki,  bu  prosesin  reallaşdınlması 
isə ölkənin vahid xalq təsərrüfatı kompleksinin inldşafi, xarici iqti­
sadi əlaqələrin genişlənməsi, respublikamızın beynəlxalq nəqliy- 
yat və rabitə tranzit qovşağı ölkəsinə çevrilməsi, milli dövlətçili- 
yimizin  möhkəmlənməsi  deməkdir.  Bu  istiqamətdə  Avropa 
Birliyinin  “Tasis”,  “TRASEKA”  proqramlan  çərçivəsində  real- 
laşdırdığı texniki və investisiya yardım layihələrinin, beynəlxalq 
maliyyə  qurumlannın dəstəyinin,  respublika rəhbərliyinin təşki- 
latçılıq fəalij^yətinin və bu layihələrin həyata keçirilməsinə  olan 
qayğısmın mühüm rolu olmuşdur. Nəticədə respublika nəqliyyat 
və rabitə  sistemi yenidən  qurulmuş,  maddi  texniki bazası  əsaslı 
şəkildə  genişləndirilmiş,  nəqliyyat  dəhlizi  fəaliyyətini  artırmış, 
inteqrasiya prosesləri, regional əməkdaşlıq genişlənmiş,  dövləti- 
mizin iqtisadi qüdrəti yüksəlmişdir.  Ölkə Prezidenti İlham Əliyev 
çıxışlannın birində bu uğurlar barədə  demişdir  :  “Bütün nəqliy- 
yat  və  enerji  layihələri Azərbaycan  ərazisindən  keçir.  Şübhəsiz 
ki, ölkəmizin coğrafi vəziyyətindən, təbii ehtiyatlanndan istifadə 
edib  öz  çəkimizi  artırmalıyıq  və  biz  buna  nail  olacağıq”  (23, 
8.04.2006).


3.2. Bakı dəniz limanının yenidən qurulmasında 
“İpək yolu”nun əhəmiyyəti
Azərbaycan Respublikası  iqtisadiyyatının mühüm  sahələrin- 
dən  olan,  nəqliyyat  sisteminin  fəaliyyətində,  inkişafında,  xalq 
təsrərrüfatı əhəmiyyyətli idxal-ixrac əməliyyatlannın həyata keçi- 
rilməsində, ölkələrin tranzit yükdaşımalannm reallaşdınlmasında, 
Avropa ilə Asiya arasmda inteqrasiya proseslərinin genişləndiril- 
məsində  Bakı  dəniz  limanının  son  dərəcə  miihüm  rolu  vardır. 
Əlverişli  geosiyasi,  iqtisadi,  coğrafi  məkanda  yerləşməsi  onu 
“Şərq-Qərb”,  “Şimal-Cənub”  dəhlizlərinin  əsas  əlaqələndiricisi 
olan  nəqliyyat  qovşağına  çevirmişdir.  Vaxtilə  Sovet  İttifaqının 
Xəzər  dənizində  эп  böyük  limanı  kimi  tanınan  bu  nəqliyyat 
qovşağı  SSRİ-nin limanlan  arasında  daxili yükdaşımada birinci 
yeri tutsa da, xalqımızın milli mənafeyinə xidmət edə bilməmiş, 
Sovet  Rusiyasının  iqtisadi  maraqlanna  xidmət  etmişdir.  Yalnız 
Azərbaycan  dövlət müstəqilliyi  əldə  etdikdən  sonra  Bakı  dəniz 
limanı  ölkəmizin  milli  sərvətinə  çevrilərək  strateji  maraqlan- 
mızın qorunmasına xidmət etməyə başlamışdır.
Cənubi  Qafqazda  эп  böyük  nəqliyyat  qovşağı  sayılan  Bakı 
dəniz limanı il boyu fəaliyyət göstərmək imkanma malik olmaqla 
il  ərzində  10  mln  ton  quru  yükləri,  20  mln  tondan  çox  neft  və 
neft  məhsullan  qəbul  edib-ötürmə  qabiliyyətinə  malikdir  (43). 
Bu limandan Avropaya,  Mərkəzi Asiyaya,  Rusiyaya ticarət yol- 
lan  şəbəkəsi  keçir.  Liman respublikanın  nəqliyyat  infrastruktu- 
runda  birbaşa  dəniz  və  dəmir  yolu  nəqliyyatının  fəaliyyəti  ilə 
bağlıdır. Bakı dəniz limanı ilə Volqa-Don, Volqa-Baltik kanalın- 
dan keçməklə Azov və Qara dənizinə, oradan isə dünya ölkələrinə 
çıxış  mümkündür.  Xəzər  dənizi  vasitəsilə Azərbaycan  Qazaxıs- 
tanın Atırau  (keçmiş  Quryev), Aktau  (keçmiş  Şevçenko),  Türk- 
mənistanm  Türkmənbaşı  (keçmiş  Krasnovodsk)  limanlarma, 
oradan isə avtomobil və dəmir yollan vasitəsilə Əfqamstana, həm- 
çinin  Özbəkistana,  Tacikistana,  Qırğızıstana,  bu  respublikalar- 
dan keçməklə isə Çinlə əlaqə saxlaya bilər.
Xəzər hövzəsində эп mühüm nəqliyyat qovşağı  sayılan Bakı 
dəniz limanı özünün yük dövriyyəsinə görə 5 Xəzəryanı dövlətin


Yüklə

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə