Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə26/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   22   23   24   25   26   27   28   29   ...   89

qlobal  iqtisadi  layihələrdə  fəal  iştirak edilməsi,  inteqrasiya pro- 
seslərinin  dərinləşdirilməsidir.  Yeni  beynəlxalq  şəraitdə  dünya 
bazannın inkişaf etmiş  ölkələr,  transmilli korporasiyalar tərəfin- 
dən bölüşdürülməsi, digər tərəfdən isə Sovet Ittifaqının dağılması, 
müstəqil  dövlətlərin yaranması,  Rusiya Federasiyasının qısqanc 
xarici siyasəti nəticəsində qərarlaşmış iqtisadi əlaqələrin qmlması 
region  ölkələrində  sosial  gərginliyin  artmasına  səbəb  olmuşdu. 
Belə  bir  şəraitdə  Azərbaycanın  və  regionun  digər  ölkələrinin 
yeganə  çıxış  yolu  Avropa  Birliyinin  təklif  etdiyi  “Yeni  Ipək 
yolu”nun  yaradılması  ilə  nəqliyyat-iqtisadi  blokadanın  aradan 
qaldınlması,  Avropa  və  dünya  bazanna  çıxışın  təmin  edilməsi, 
inteqrasiya proseslərinin  genişləndirilməsi yolu  ilə  dövlətçiliyin 
iqtisadi və siyasi cəhətdən möhkəmləndirilməsi, qorunması əsas 
vəzifəyə çevrildi.
“Tarixi  İpək  yolu”nun  bərpasını  şərtləndirən  milli  iqtisadi 
amillərdən  biri  də  Azərbaycanın  Şərqlə  Qərb  arasında  tranzit 
daşımalann mərkəzinə  çevrilməsi  və  bunun  iqtisadi  əhəmiyyəti 
ilə bağlıdır.  1995-2000-ci illər ərzində Azərbaycan ərazisindən keç- 
məklə Avropa və Asiya istiqamətində tranzit yüklərin daşınması- 
nın  həcmi  10-12  dəfə  artmış  (194,11),  əldə  olunan  gəlirlərin 
həcmi  isə  1998-2003-cü  illərdə  5,5  dəfə  artmışdı.  Ekspertlərin 
fikrincə, “İpək yolu” tam bərpa edildikdən sonra respublikamızm 
büdcəsinə ildə  1 mid dollar daxil olacaqdır (21,53).
‘İpək  yolu”nun  bərpasını  qarşıya  qoyan  mühüm  milli  iqti­
sadi  amillərdən  biri  də  milli  iqtisadi  təhlükəsizliyin  möhkəm- 
ləndirilməsi  ilə  izah  edilir.  Belə  ki,  dünya  bazannda  getdikcə 
kəskinləşən  rəqabət  mübarizəsi  ölkə  infrastrukturunun  yenidən 
qurulmasını,  nəqliyyat  vasitələrinin  dünya  standartlanna  uyğun 
yeniləşdirilməsini,  ölkənin beynəlxalq iqtisadi mübadilə proses- 
lərinə cəlb olunmasmı nizatnlamaq üçün zəruri tədbirbrin həyata 
keçirilməsini tələb  edir.  Belə bir cəhəti  qeyd etmək lazımdır ki, 
təkcə dünya dəniz yük bazannda daha çox yük daşıtdıran “Britiş 
Petrolium”,  “Stat-oyl”,  “Mobil”,  “Ekson”,  “Nobel”  firmalandır. 
Bu firmalar isə Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun 
olaraq gəmilərin bütün parametrlərini, yaşı, texniki göstəriciləri,


heyətin  peşə  hazırlığı  və  hətta  ingilis  dilini  necə  bilmələrini 
öyrəndikdən sonra onlarla müqavilə bağlayırlar (127,93).
“İpək  yolu”nun  bərpasını  zəruri  edən  milli  iqtisadi  amillər- 
dən biri də dünyanın müxtəlif ölkələri ilə yeni əsaslan -  ikitərəfli 
müqavilələr bağlamaqla qarşılıqlı fayda prinsipinə əsaslanan sər- 
bəst iqtisadi əlaqələrin yaradılması, inkişaf etmiş ölkələrin müasir 
texnika və texnologiyasmı mənimsəyib ölkədə məhsuldar qüwələ- 
rin inkişafına yönəldilməsi,  dövlətimizin milli təhlükəsizliyinin, 
iqtisadi qüdrətinin gücləndirilməsi zərurəti ilə əlaqədardır. Hazırda 
Azərbaycan  122  xarici  dövlətlə  ticarət  əlaqəsi  saxlayır,  xarici 
ticarət dövriyyəsi  1993-cü ildəki  1,3  mlrd dollardan 2000-ci ildə
2.9  mlrd  dollara  çatmışdır  (140,  237-238).  2000-ci  ildə  xarici 
ticarət dövriyyəsində ixrac (63,3%) idxaldan (36,7%) 2 dəfə çox 
olmuşdur (140,  237-238).  Belə bir cəhəti  də xüsusi vurğulamaq 
lazımdır ki, əgər  1991-1994-cü illərdə ümumi daxili məhsul ildə 
orta  hesabla  20-25  faiz  azalırdısa,  1996-2000-ci  illər  ərzində 
ümumi daxili məhsul 39 faiz artmışdır (180, 27.05,2001). Тэксэ 
2005-ci  ildə ümum daxili məhsulun  artım  sürəti  26%  olmuşdur 
(100,  8.02.2006).  Xarici  ticarət  dövriyyəsinin  ümumi  həcmi
1999-cu illə müqayisədə 2000-ci ildə 48,5 faiz, о cümlədən ixrac
1.9  dəfə,  idxal  13,1  faiz  artmış,  ticarətin  ümumi  həcmi  uzaq 
xarici  dövlətlərlə  1,6  dəfə,  MDB  ilə  13,9  faiz  çox  olmuşdur 
(160, 575).
2000-ci ildə Italiya, Fransa, Amerika Birləşmiş Ştatları, Isveçrə, 
Gürcüstan, Böyük Britaniya, Almaniya, Iran, Ukrayna, Qazaxıstan 
ilə  ticarət  əlaqələri  digər  ölkələrə  nisbətən  daha  geniş  miqyaslı 
olmuşdur.  Azərbaycanm ümvımi  ticarət  dövriyyəsinin  27,1  faizi 
İtaliyanın,  11,9  faizi  Rusiyanın,  8,0  faizi  Türkiyənin,  7,7  faizi 
Fransanm, 3,8 faizi Birləşmiş Ştatlann, 3,5 faizi İsveçrənin payına 
düşmüşdür.  Idxal  əməliyyatlannın  21,3  faizi  Rusiya,  11,0  faizi 
Türkiyə,  8,9  faizi Birləşmiş  Ştatlar,  5,8 faizi Almaniya,  5,0 faizi 
Böyük  Britaniya,  4,9  faizi  Qazaxıstan,  4,8  faizi  İranla  aparıl- 
mışdır.  İxracda  isə  43,7  faiz  İtaliyanm,  11,8  faizi  Fransanın,
7,7  faizi İsrailin, 6,0 faizi Türkiyənin, 5,6 faizi Rusiyamn, 4,3 faizi 
Gürcüstanın payma düşmüşdür (160,575). Rəqəmlərdən göründüyü 
kimi, respublika rəhbərliyinin düzgün xarici iqtisadi strategiyası,


xüsusilə  neft  müqavilələrinin  bağlanması,  nəqliyyat  dəhlizinin 
bərpası  prosesinin  reallaşdmlması  nəticəsində  həm  ümumi 
ticarət  dövriyyəsi  artmış,  sərbəst  iqtisadi  əlaqələrin  diapazonu 
genişlənmiş,  həm  də  ölkə  daxilində  ümumi  daxili  məhsulun 
həcmi kəskin şəkildə artmışdır.
‘İpək  yolu”nun  bərpası  müasir  şəhərsalma  və  memarlıq 
baxımından da müəyyən tədbirlərin həyata keçirilməsini qarşıya 
qoyur.  Bu baxımdan “Böyük İpək yolu: Avrasiya mədəniyyətlə- 
rinin  dialoqu”  adlı  beynəlxalq  elmi  konfransdakı  çıxışlannda 
Milli  Elmlər Akademiyası  Memarlıq  və  Incəsənət  Institutunun 
əməkdaşlan  respublikanm  müasir  və  gələcək  inkişafı  baxımın- 
dan “İpək yolu”  ilə bağlı  3  mərhələdə həyata keçirilməsi  zəruri 
olan proqram təklif etmişlər. I mərhələdə dəhliz boyu şəhərsalma 
strukturunun tədqiq edilməsi, şəhərlərin digər yaşayış məntəqələ- 
rinin  sayının müəyyənləşdirilməsi,  regional  məskunlaşma  siste- 
mində bu  şəhərlərin yerinin müəyyənləşdirilməsi,  mövcud  olan 
memarlıq  və  planlaşdırma  strukturunun və  nəqliyyat  magistral- 
lannın  bu  prosesə  təsirinin  aydınlaşdınlması,  ‘İpək  yolu”  ilə 
əlaqədar demoqrafik proseslərin, əsas miqrasiya axmlannın dəqiq- 
ləşdirilməsi üçün sosioloji araşdırmalar apanlması, mövcud olan 
landşafhn, mineral ehtiyatlann öyrənilməsi, kurort-reqresiya zona- 
lannın  və  regionda  iqtisadiyyatm  intensiv  inkişaf  yollannın 
müəyyənləşdirilməsi,  II mərhələdə ümumdünya miqyasında nəq- 
liyyat  dəhlizi  təşkili  təcrübəsinin,  dünya  praktikasında  mövcud 
olan  norma  və  göstəricilərin  öyrənilməsi,  onlann Azərbaycanın 
regional  şəraitinə tətbiqi  yollannın,  nəqliyyat  dəhlizinin  texniki 
təchizatı  və  daşınan  yüklərin  həcminin,  dəhlizin Azərbaycanın 
inkişafına təsirinin müəyyənləşdirilməsi,  III  mərhələdə  isə  nəq- 
liyyat dəhlizinin ətraf mühitə təsirinin aydınlaşdınlması və zəruri 
mühafizə tədbirlərinin həyata keçirilməsi,  dəhliz boyunca serviz 
xidmətləri,  motel,  yeməkxana,  yanacaqdoldurma  stansiyalannın 
tikilməsi, təmizləyici qurğulann tətbiqi ilə təbii landşaftm, atmos- 
ferin və su hövzələrinin qorunması üçün vacib tədbirlərin həyata 
keçirilməsi kimi məsələlər qarşıya qoyulmuşdur (51,70-71).
“İpək  yolu”nun  bərpasını  şərtləndirən  mühüm  milli  iqtisadi 
amillərdən  biri  də  bu  mühüm  nəqliyyat  dəhlizinin  bərpası  ilə


Yüklə

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə