Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə24/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   20   21   22   23   24   25   26   27   ...   89

Belə ki,  əsas  donor təşkilatlardan olan Avropa Birliyi tərəfindən 
TRASEKA  proqramının  reallaşdırılması  üçün  1993-cü  ildən 
2002-ci  ilə  kimi  39  texniki  yardım  layihəsi  və  14  investisiya 
layihələri  üzrə  110  min  avro  həcmində  vəsait  aynlmışdır  (223, 
40).  Beynəlxalq Bank tərəfindən  1993-1999-cu  illər ərzində bu 
məqsəd üçün 5,464 mln dollar vəsait verilmişdir (236,5).
“İpək yolu”nun bərpasını  şərtləndirən əsas  iqtisadi  səbəblər- 
dən biri də bu yolun humanitar yüklərin ünvamna çatdmlmasmdakı 
xüsusi  əhəmiyyəti ilə izah olunur.  Təsadüfi  deyil ki, TRASEKA 
Hökumətlərarası  Daimi Katibliyinin 2002-ci  il aprelin 24-25-də 
Daşkənddə  keçirilmiş  növbəti  illik  fəaliyyətinə  həsr  edilmiş
II konfransında BMT-nin Ümumdünya Ərzaq proqramı və  dün- 
yanın  iri  ekspeditor kompaniyasının 2002-ci  il üzrə  “Əməkdaş- 
lıq bəyannaməsi” rəhbər tutularaq Əfqanıstana humanitar yüklə- 
rin  və  tikinti  materiallannın  fasiləsiz  və  sürətlə  çatdınlmasına 
dair  “Daşkənd  bəyannaməsi”  qəbul  edilmişdir.  Bəyannamədə 
TRASEKA proqramı üzrə iştirakçı dövlətlər tərəfindən 3 il ərzində 
Əfqamstana humanitar yüklərin və tikinti materiallannın çatdınl- 
ması üçün əlverişli şəraitin yaradılması, Milli Katibliyin və Höku- 
mətlərarası  Daimi  Katibliyin  bununla  əlaqədar  monitorinqlər 
keçirməsi, iştirakçı dövlətlərin bu sahədəki öhdəliklərinin yerinə 
yetirməsinə  ciddi  nəzarət  edilməsi  qərara  alınmışdır.  Bu  məq- 
sədlə Əfqanıstana 37 mln  avro həcmində yardım proqramı təsdiq 
edilmişdir (126,  1998,  №4,  s.57).  Bu qərarın həyata keçirilməsi 
istiqamətində  konkret  tədbirlər  görülmüşdür.  Belə  ki,  2002-ci 
ilin sentyabrm 1-də Brüsseldən start götürmüş 24 ədəd “Mersedes- 
Bens” markalı yük avtomobili Əfqanıstan üçün nəzərdə tutulmuş 
humanitar  yüklə  sentyabnn  17-də  Azərbaycan  ərazisinə  daxil 
olmuş və cəmi  14 dəqiqə ərzində dövlət sərhədini keçmişdir. Bu 
maşın karvanmın  uzunluğu  1,5  km  olmuşdur  və  orada Avropa- 
nın kütləvi informasiya vasitələrini təmsil edən 47 mətbuat işçisi 
olmuşdur (231,5).
Göründüyü kimi,  ümumbəşəri  problem  olan humanitar  yar- 
dımlann çatdınlmasında “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəh- 
lizi mühüm əhəmiyyət kəsb edir, sosial-iqtisadi tərəqqinin təkan- 
verici qüwəsi funksiyasım yerinə yetirir.


“İpək  yolu”nun  bərpasını  şərtləndirən  beynəlxalq  iqtisadi 
səbəblərdən biri  də  Qara dəniz regionunu Transavropa  şəbəkəsi 
ilə  birləşdirən  Krit  dəhlizləri  ilə  müntəzəm  əlaqələrin  yaradıl- 
ması zərurətidir. Bu məqsədlə Avropa Birliyi tərəfindən iştirakçı 
dövlətlərin nəqliyyat nazirləri  səviyyəsində  1997-ci  il  aprelində 
Gürcüstanda  konfrans  keçirilmiş,  burada  Qara  Dəniz  Iqtisadi 
Əməkdaşlıq  Təşkilatının  və  MDB-nin  TRASEKA  proqramına 
cəlb olunmuş bütün üzvləri iştirak etmişlər.  16 iştirakçı dövlətin 
nazirləri  TRASEKA-nın  Qara  dəniz  hövzəsi  və  Transavropa 
şəbəkəsi  ilə  inteqrasiyasında  maraqlı  olduqlannı  və  müvafiq 
addımlar atılmasınm zəruriliyini bildirmişlər (4).
“Qədim Ipək yolu”nun bərpasını  zəruri  edən  amillərdən biri 
də “İpək yolu” ilə СэпиЬ-Şərqi Asiya avtomobil yollan arasında 
əlaqələrin  yaradılması  məsələsidir.  Belə  ki,  2002-ci  il  mayın 
8-də  Bankonqda  Yaponiyanın  maliyyə  yardımı  ilə  BMT-nin 
Şərqi Asiya və  Sakit okean hövzəsi ölkələri üzrə komissiyasının 
(Eskap)  “Asiya avtomobil yollarınm bərpası”  layihəsi üzrə top- 
lantısı  olmuşdur.  Toplantıda  BMT-nin  yuxanda  qeyd  olunan 
komissiyasının dəvəti  ilə Azəravtoyol  Dövlət Konseminin milli 
eksperti texniki və xarici  iqtisadi əlaqələr şöbəsinin rəisi Nazim 
Mustafayev iştirak etmişdir. 31  ölkənin nümayəndələrinin iştirak 
etdiyi  toplantıda Azərbaycan  nümayəndə  heyətinin  üzvü Asiya 
avtomobil  yollannın  Transqafqaz  nəqliyyat  dəhlizi  ilə  birləşdi- 
rilməsi təklifi ilə çıxış  etmişdir.  Bu təklif toplantıda qəbul olun- 
muş  və  yaradılan  quruma  respublikamızın  avtomobil  yollan 
haqqında lazımı texniki hesabat göndərilmişdir (5).
“Tarixi İpək yolu”nun bərpasını  şərtləndirən beynəlxalq iqti­
sadi amillərdən biri  də bu yolun XXI  əsrin başlanğıcında dünya 
xaqlannın  iqtisadi  inkişafı  üzrə  mühüm  faktora  çevrilməsi  ilə 
bağlıdır.  Bu isə bir  sıra mühüm  səbəblərlə  izah edilir.  Birincisi, 
TRASEKA proqramına cəlb olunmuş  ölkələr planetin 2/3 hissə- 
sini,  48,7  mln kv km  sahəni  əhatə  edir (226,  2002,  №5,  s.201). 
Digər tərəfdən isə bu nəqliyyat dəhlizi üzərində yerləşən 33 döv- 
lətin hamısının iqtisadi maraqlan təmsil olunmuşdur.  Üçüncüsü, 
müasir dünyanın qlobal problemlərinin həllində “Avropa-Qafqaz- 
Asiya” nəqliyyat dəhlizi mühüm əhəmiyyət kəsb edir.  “Yeni İpək


yolu”nun yaradılmasının ana xəttini XXI əsrdə dünyanın bir çox 
dövlətlərini vahid iqtisadi məkanda birləşdirmək təşkil edir (223,79).
Şərq-Qərb  nəqliyyat  dəhlizinin  yaradılmasmın  mühüm  bey- 
nəlxalq  iqtisadi  səbəblərindən biri  də Avropanın  eneıji  təhlükə- 
sizliyinin  təmin  edilməsində  dəhliz vasitəsilə  nəql  edilən  eneıji 
daşıyıcılannın  əhəmiyyəti  ilə  izah  edilir.  Bu  baxımdan  Bakı- 
Tbilisi-Ceyhan (BTC) əsas ixrac nefit кэшэпшп və Bakı-Tbilisi- 
Ərzurum  qaz  kəmərinin  mühüm  əhəmiyyəti  vardır.  BTC  ilə 
yaxın  10  il  ərzində  ildə  50  mln  ton  neft  daşınması  gözlənilir. 
Dəyəri  2,6  mlrd  dollar,  uzunluğu  1050  km  olan  Bakı-Tbilisi- 
Ərzurum qaz kəmərinin tikintisinin başa çatması isə qaz ehtiyatı
1  trilyon  kub  m  olan  Şahdəniz yatağından  əwəlcə  ildə  2  mlrd, 
sonra isə  6 mlrd kub m qazın Türkiyəyə nəql olunmasma imkan 
verəcəkdir (55, 2006, №100/101, s.72).
“İpək yolu”nun bərpasını zəruri edən iqtisadi amillərin ikinci 
mühüm hissəsi müstəqilliyini əldə etmiş ölkələrin milli dövlətçi- 
liyi  möhkəmləndirmək  üçün  həyata  keçirdikləri  iqtisadi  strate- 
giya ilə bağlıdır. Bu şərtləri belə qruplaşdırmaq olar: Birinci qrupa 
müstəqilliyini əldə etmiş respublikamızm və digər gənc dövlətlə- 
rin Rusiya Federasiyası tərəfindən süni surətdə yaradılan iqtisadi 
blokadasmın aradan qaldınlması, Avropa və digər dünya ölkələri 
ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün zəruri olan nəqliyyat 
yollannın yaradılması ilə bağlı olan amillər aiddir. Мэ1шп olduğu 
kimi,  Sovetlər  birliyinin  dağılması,  on  illər  boyu  qərarlaşmış 
təsərrüfat  əlaqəbrinin  qmlması müstəqillik  əldə  etmiş  ölkəbrin 
iqtisadi  vəziyyətini  son  dərəcə  ağırlaşdırmışdır.  Bu  prosesi 
Rusiya  tərəfindən  yaradılmış  iqtisadi  blokada  şəraiti  daha  da 
kəskinbşdirmişdir.  Belə bir  şəraitdə Azərbaycanın,  Qafqazın və 
Mərkəzi  Asiyanın  digər  dövbtbrinin  yeni,  altemativ  nəqliyyat 
yollan ilə Avropa və dünya bazanna çıxması,  dünya ölkələri  ilə 
nəqliyyat-iqtisadi  əlaqəbrin  genişləndirilməsi  həyati  zərurətə 
çevrilmişdir  və  bu  problemin  həllində  “Qədim  İpək  yolu”nun 
bərpasının  çox  böyük  əhəmiyyəti  olmuşdur.  iqtisadi  blokada 
müstəqilliyini əldə etmiş dövlətbrin iqtisadiyyatına böyük ziyan 
vurmaqla qalmır,  ölkədə sosial gərginliyi artınrdı.  Belə bir faktı 
göstərmək  kifayətdir  ki,  nəqliyyat-iqtisadi  blokada  nəticəsində


Yüklə

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə