Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə20/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   16   17   18   19   20   21   22   23   ...   89

о  cümlədən  iqtisadi  zəruriliyinin  tədqiq  edilməsi  aktual  məsə- 
lələrdən birinə çevrilmişdir.
“İpək  yolu”nun  bərpası  ideyası,  hər  şeydən  əwəl,  iqtisadi 
zərurətdən  irəli  gələrək  milli,  regional  və  beynəlxalq  amillərin 
təsiri  altmda  formalaşmışdır.  Bu baxımdan həmin  iqtisadi  ilkin 
şərtləri bir neçə  qrupa bölmək  olar.  Birinci  qrupa Ipək yolunun 
bərpasını tələb edən beynəlxalq iqtisadi şərtləri,  ikinci qrupa isə 
nəqliyyat dəhlizinin bərpasını zəruri edən milli, regional şərtləri 
aid  etmək  olar.  Birinci  qrup  şərtlərlə  bağlı  ilk  növbədə  qeyd 
etmək lazımdır ki, XX əsrin son onilliyində Sovet imperiyasının 
süqutu, dünyanın bloklara bölünməsinin aradan qaldınlması, bir- 
qütblü  siyasi  sistemin  yaranması  soyuq  müharibəyə  son  qoy- 
muşdur.  Böyük bir coğrafi bölgədə və dünyada geosiyasi vəziy- 
yət  kökündən  dəyişmiş,  imperiyalan  iqtisadi  nüfuz  dairələri 
əvəz  etmişdir.  Postsovet  məkanında  və  Şərqi  Avropada  bazar 
iqtisadiyyatı inkişaf yolunu qəbul etmiş müstəqil dövlətlər yaran- 
mışdır. Bu dövrdə dünyanın nəhəng iqtisadi güc mərkəzləri olan 
ABŞ, Qərbi Avropa, Yaponiyamn iqtisadi inkişaf sürətləri arasmda 
kəskin  fərqlər  özünü  göstərdi.  XX  əsrin  sonlanna  doğru  Qərbi 
Avropa və Yaponiya ABŞ-ı dünya bazannda ənənəvi olaraq hege- 
monluq  etdiyi  ən  müasir  texnika  istehsalı  və  satışı  sahəsində 
sıxışdırmağa başlamışdı.  Belə bir faktı  göstərmək kifayətdir ki, 
1990-cı ildə dünya əmtəə dövriyyəsində ABŞ-m payı 321,6 mlrd 
dollar həcmində idisə, Almaniyanın əmtəə dövriyyəsindəki payı 
354 mlrd dollardan artıq olmuşdur (189,51).
SSRİ-nin  süqutu  Qərbi Avropanın ABŞ-dan  olan  asılılığına 
son qoymaq üçün əlverişli şərait yaratdı. “Azad Avropa”, “Avropa 
Birliyi”  kimi  siyasi  niyyətlər  gerçəkləşdi.  Qərbi  Avropanın 
ABŞ-ın hegemonluq siyasətinə etiraz mövqeyinin nəticəsi idi ki, 
Avropanın  digər  dövlətləri,  xüsusən  Şərqi Avropada  Sovet təsi- 
rində  olmuş  dövlətlər  Avropa  Birliyinə  üzv  olmağa  başladılar, 
vahid siyasi xətt yeritmək istiqamətində səylərini artırdılar (189, 
54).  Eyni  zamanda  XX  əsrin  sonlannda  ABŞ  dünyanın  bir 
nömrəli  hərbi-siyasi  güc  mərkəzinə  çevrilərək  dünya  proses- 
lərində öz sözünü daha əminliklə deməyə, NATO hərbi blokunu 
genişləndirməyə,  Cənubi  Qafqazın  iki  respublikasında  -  Azər-


baycanda  və  Gürcüstanda  təsir  imkanlarını  gücləndirməyə  nail 
oldu. Bütün bu proseslər isə beynəlxalq miqyasda yeni bazarlara, 
xammal  mənbələrinə  yiyələnmək  problemini  aktuallaşdırdı.  Bu 
cəhətdən  keçmiş  sovet  respublikaları,  о  cümlədən  Azərbaycan 
son dərəcə əlverişli geostrateji məkan, xammalla zəngin ölkə idi. 
Sərbəst  kapital  ixracına  mane  olan  siyasi  sistemin  dəyişməsi, 
bazar  iqtisadiyyatının  inkişaf  etdirilməsi  bu  regionu  dünyanın 
nəhəng  dövlətlərinin  iqtisadi  və  siyasi  maraq  dairəsinə  çevirdi, 
belə bir şəraitdə Avropa Birliyi tərəfindən “Qədim İpək yolu”nun 
bərpası  ideyası  irəli  sürüldü,  ABŞ  tərəfindən  bu  ideya  dəstək- 
ləndi,  konqresdə  aynca “İpək yolu”  qanun layihəsi qəbul  edildi 
(126,  1999, №  1, s.27).
“İpək  yolu”nun  bərpasmı  şərtləndirən  beynəlxalq  iqtisadi 
amillərdən biri də sivilizasiyamn yeni inkişaf səviyyəsinə çatması, 
planetimizin  müxtəlif  regionlannda  yaşayan  əhali  qruplannın 
həyat  səviyyələri  arasında  tarixən  yaranmış  və  artmaqda  olan 
fərqlərin aradan qaldınlması ilə əlaqədar idi. BMT-nin ticarət və 
inkişaf üzrə  1990-cı  ildə  olmuş  konfransında  edilən  məruzədə 
göstərilirdi ki, yer kürəsinin 20 faiz эп varlı sakinləri ilə 20  faiz 
ən yoxsul sakinlərinin hər nəfərinə düşən gəlirləri arasmdakı fərq 
1965-ci ildə 30 dəfədən artıq olduğu halda,  1990-cı ilə 60 dəfəyə 
qədər yüksəlmişdir (126,1998, №4, s.81). Dünya Bankmın 1997-ci 
il üzrə dünyanm inkişafı haqqında hesabatında əhalinin hər nəfə- 
rinə düşən ümummilli məhsulun həcminə görə  133  ölkədən 40-ı 
aşağı səviyyədə, 50-si isə ortadan bir az aşağı səviyyədə yaşayan 
ölkələr  qrupuna  aid  edildiyi  göstərilirdi  (126,  1998,  №4,  s.81). 
Göründüyü kimi, dünya xalqlannm iqtisadi qloballaşmaya, inteq- 
rasiyaya  qoşulmasını  tələb  edən  ümumbəşəri  iqtisadi  amillərin 
ən vaciblərindən birini də yoxsulluğun aradan qaldırılması təşkil 
edir.  Bu  baxımdan  “Tarixi  Ipək  yolu”nun  bərpası  böyük  əhə- 
miyyət kəsb edir və Qafqaz və Mərkəzi Asiya regionlarında yox- 
sulluqla mübarizəyə ciddi yardım edir.
“İpək yolu”nun Ьэфавт
1
 zəruri edən beynəlxalq iqtisadi amil- 
lərdən  biri  də  dünyada  əhalinin  sürətlə  artması,  eneıji  mənbə- 
lərinin isə  getdikcə tükənməsi  ilə bağlıdır.  Belə  ki,  proqnozlara 
görə 2030-cu ildə planetdə əhalinin sayı  10 mlrd-a çatacağı ehti-


mal  olunur.  Belə  olan  şəraitdə  eneıji  daşıyıcılannın  istehlakı 
47  faiz  artacaqdır  (59,  20).  Ekspertlərin  fikrincə,  dünyada  kəşf 
olunmuş  ltrilyon 47 mlrd barel nefit ehtiyatı  qalmışdır ki, bu da 
41  il üçün bəsdir (123, 4-10.07.2003). Belə bir vəziyyət isə böyük 
eneıji  mənbələrinə  malik  Xəzər  regionunun  Qərblə  sabit  və 
genişmiqyaslı əlaqələr yaradılmasını həyati zərurətə çevirmişdir. 
Bu  baxımdan  Хэгэг  regionunun  yanacaq  eneıji  potensialından 
tam və  səmərəli istifadə edilməsi aktuallaşmış, regionun özü isə 
müasir  dünyanın  eneıji  üzrə  dayaq  məntəqəsinə  çevrilmişdir. 
Dünya  iqtisadiyyatının  sabit,  dinamik  inkişafında  rolu  artan  bu 
region  üçün  Avropanı  Asiya  ib   birləşdirən  TRASEKA  dəhli- 
zinin  müstəsna  əhəmiyyəti  vardır.  Nefit  strategiyasının  dünya 
siyasətinin  kəsərli  arqumentinə  çevrildiyi  XXI  əsrdə  “Qədim 
Ipək yolu”nun bərpası xalqlann qarşılıqlı faydalı əməkdaşlığını, 
dinamik  inkişafını  təmin  edən  başlıca  qlobal  iqtisadi  layihələr- 
dən biridir.
“Tarixi İpək yolu”nun bərpasını şərtləndirən beynəlxalq iqti­
sadi  zərurəti  belə  bir  fakt  da  göstərir  ki,  “Ipək  yolu”  üzərində 
yerləşən  ölkələrdə  planetin  iqtisadi  potensialının  2/3  hissəsi 
cəmlənmişdir və burada da yer kürəsi əhalisinin  1/3 hissəsi, yəni 
2  mlrd-a  qədəri  yaşayır  (226,  2002,  №5,  s.201).  Onlann  qlobal- 
laşma,  inteqrasiya proseslərinə  cəlb  olunmasında haqqında bəhs 
olunan  nəqliyyat  dəhlizi  mühüm  əhəmiyyət  kəsb  edir.  Belə  bir 
cəhətə  xüsusi  diqqət  yetirmək  lazımdır  ki,  əgər  100  il  öncəki 
dövrdə  qloballaşmanın  əsas  hərəkətverici  qüwəsi  kimi  Böyük 
Britaniya  çıxış  edirdisə,  qloballaşmanm indiki mərhələsində  isə 
ABŞ  irəlidə  gedir.  Təsadüfi  deyil  ki,  Amerikanın  paytaxtında 
“Vaşinqton  konsensusu”  formalaşmışdır.  Həmin  konsensusda 
dünyanın iri maliyyə qurumlan olan Beynəlxalq Valyuta Fondu, 
Dünya Bankı, ABŞ-ın Maliyyə Nazirliyi dünya ticarətinə mane- 
çilik göstərənlərə qarşı birgə mübarizə aparmağı qərara almışlar 
(191, 54).
Müasir qloballaşmada dünya iqtisadiyyatı, sadəcə olaraq, ası- 
lılıq vəziyyətinə  düşmür,  həm  də  о  praktik  olaraq vahidə,  tama 
doğru  inteqrasiya  edir.  Qlobal  iqtisadiyyatın  yaradılmasında 
Amerika,  Avropa  Birliyi,  Şərqi  və  Qərbi Asiya  fəal  iştirak  edir


Yüklə

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə