Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə22/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   18   19   20   21   22   23   24   25   ...   89

100  dollara,  Avrasiya  nəqliyyat  dəhlizi  vasitəsilə  daşıdarsa  isə 
onun hər tonu üçün nəqliyyat xərcləri  55  dollara, yəni  2  dəfəyə 
ucuz başa gələr (126,  1998, №4, s.75). Nəzərə almaq lazımdır ki, 
hər il Şərqi Asiya, Sakit okeanı regionu ölkələrindən Avropaya və 
əks  istiqamətdə  müxtəlif  yüklərlə  dolu  lmilyon  konteyner 
göndərilir və onun yalnız 5  %-i Transsibir dəmir yolu magistralı 
ilə,  qalanlan isə dəniz nəqliyyatı ilə daşınır.  Deməli, bütün bun- 
lar “tpək yolu”nun böyük əhəmiyyət kəsb etdiyini göstərir (126, 
1998, №4, s.75).
Digər  tərəfdən  isə  ‘İpək  yolu”  üzərində  yerləşən  ölkələr 
dəhlizdən istifadə  etməklə ixrac və tranzit  daşımalanndan xeyli 
mənfəət əldə edirlər.  Məsələn,  Özbəkistan təkcə  1997-ci ildə bu 
nəqliyyat  dəhlizi  ilə pambığın  daşınmasına  görə  12  mln dollara 
qənaət etmiş,  Gürcüstan isə bu dəhlizdən keçən yüklərdən 90-cı 
illərin  ortalannda  ildə  orta  hesabla  9  mln  dollar  gəlir  götür- 
müşdür (193, 75).
Qeyd  etmək  lazımdır ki,  nəqliyyat  dəhlizinin  bərpası  dəhliz 
üzərində  yerləşən  dövlətlərin  iqtisadi  maraqlannın  reallaşması 
ilə yanaşı, həm də bu ölkələrdə infrastrukturun inkişafına böyük 
təsir  göstərmişdir.  Bu  cəhət  “İpək  yolu”nun  bərpası  üzrə  bütün 
layihələrin  reallaşdınlmasında  özünü  aydrn  göstərir.  Belə  ki, 
TRASEKA proqramı Gürcüstanda Poti, Batumi limanlannda ter- 
minallann yenidən qurulmasım,  Qazaxıstanda Aktau limanlarmm 
əsaslı  şəkildə  genişləndirilməsini,  yeni terminallann zəruri  ava- 
danlıqlarla  təchiz  edilməsini,  Ukraynada  İliçevsk  limanında 
dəmir yolu terminalının tikintisini, Özbəkistanda Buxara pambıq 
terminalının yenidən  qurulmasını,  Qırğızıstanda Bişkek kontey­
ner terminalının inşasım, Türkmənistanda Türkmənbaşı limanmm 
genişləndirilməsini  və  bu  kimi  digər  yenidənqurma  və  bərpa 
işlərinin həyata keçirilməsini zəruri etmişdir (180.6.05.2000).
Göründüyü kimi,  “İpək  yolu”nun bərpası  dünya  ölkələri  ilə 
iqtisadi əlaqələrin inkişaf etdirilməsinə, inteqrasiya proseslərinin 
gücləndirilməsinə,  qloballaşmaya,  dünya  xalqlannm  yaxınlaş- 
masına, bəşəri tərəqqiyə böyük ölçüdə köməklik göstərir.
“İpək  yolu”nun  bərpasını  şərtləndirən  beynəlxalq  iqtisadi 
səbəblərdən biri  də nəqliyyat  dəhlizinin  keçdiyi Mərkəzi Asiya,


Qazaxıstan və Cənubi Qafqaz ölkələrinin çox zəngin kənd təsər- 
rüfatı  məhsullanna  malik  olması  və  bunun  əsas  istehlakçısının 
isə Qərb ölkələri olmasıdır.  Тэксэ  1996-cı ildə Qərbi Avropadan 
Özbəkistana  50,6  min  ton  taxıl,  Qərbi Avropaya  isə  27231  ton 
Özbəkistan  pambığı  daşınmışdır.  Başqa  sözlə  desək,  Özbəkis- 
tana taxılla 712 vaqon, əks istiqamətdə isə 583 vaqon yola salın- 
mışdır (180, 5.05.2000).
“İpək  yolu”nun  bərpası  ilə  bağlı  ümumbəşəri  amillərin  six 
əlaqəsindən  bəhs  edərkən  belə  bir  cəhətə  də  xüsusi  diqqət 
yetirmək lazımdır ki, müasir dövrdə qloballaşma, iqtisadi tərəqqi 
xarici  ticarətdən  asılılığı  xeyli  dərəcədə  artmnışdır.  Təsadüfi 
deyil ki, ticarətə, yükdaşımaya olan tələbat Avrasiya məkanında 
TRASEKA proqramına marağı artmnış, bir sıra ölkələr bu proq- 
rama  qoşulmaq  arzusunda  olduqlannı  bildirmişlər.  1996-cı  il 
martm  27-28-də  TRASEKA  işçi  qrupunun  Venesiyada  keçiril- 
miş üçüncü görüşündə bu proqrama yeni üzvlərin qəbul edilməsi 
məsələsi  də  müzakirə  edilmiş,  Monqolustan,  Ukrayna bu proq­
rama  qoşulmaq  arzusunda  olduğunu  bildirmişlər.  Həmin  ilin 
oktyabrın  17-18-də TRASEKA işçi qrupunun Afinada keçirilmiş 
dördüncü görüşündə isə Monqolustanın və Ukraynanın bu proq­
rama  bərabərhüquqlu  üzv  olması  haqqında  qərar  qəbul  edil- 
mişdir (215, 9,01.1997).
“İpək yolu”nun bərpasını  şərtləndirən mühüm  iqtisadi  amil- 
lərdən biri  də  dəhliz üzərində yerləşən ölkələrin öz təbii  sərvət- 
lərini,  istehsal etdikləri məhsullan müasir dünya texnologiyalan 
əsasında  emal  etməsi  və  onu  dünya  bazanna  ötürməsi  zərurəti 
ilə bağlıdır.  Bu  da həmin  ölkələrin qabaqcıl texnologiyalar əldə 
etmələrinə,  yüksək  standartlara  cavab  verən  istehsal  və  emal 
müəssisələri yaratmalanna imkan verir.
“İpək  yolu”nun  bərpasmı  şərtləndirən  beynəlxalq  iqtisadi 
amillər sırasında dünyanın apancı dövlətlərinin Xəzər dənizinin 
zəngin karbohidrogen ehtiyatlanmn mənimsənilməsi ilə özlərinin 
və müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsi səyləri 
çox  önəmli  yer  tutur.  Bu  səylərin  reallaşdınlmasında  “Avropa- 
Qafqa-Asiya” nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, neft və qaz 
kəmərlərinin  inşası  mühüm  rol  oynamışdır.  Belə  ki,  dünyanın


neft  xəzinəsi  sayılan  İran  körfəzindən  sonra,  öz  əhəmiyyətinə 
görə Xəzər hövzəsi dünyada çox mühüm yer tutur.  Bu regionda 
neft  ehtiyatı  30  mlrd  ton,  qaz  ehtiyatı  onlarla  trilyon  kub  metr 
təşkil  edir.  Təsadüfi  deyil ki, ABŞ-ın respublikaçılar partiyasın- 
dan  olan  senatoru  Sem  Braun  Хэгэг  problemləri  ilə  bağlı 
çıxışlannın  birində  demişdir:  “Xəzər  regionu  öz  neft  və  qaz 
potensialına görə Rusiya və Yaxın Şərqdən sonra dünyada üçüncü 
yerdə durur, onun dəyəri 4 trilyon dollardır” (126,1998, №4, s.82).
Göründüyü  kimi,  Xəzər  regionunun  zəngin  karbohidrogen 
ehtiyatlannın mənimsənilməsində,  dünya bazanna  çıxanlmasında 
nəqliyyat  dəhlizinin  rolu  danılmazdır.  Ona  görə  də  “İpək 
yolu”nun  bərpası  ilə  “əsrin  neft  müqaviləsi”  arasında  dialektik 
vəhdət  vardır.  Nəqliyyatın  mühüm  növü  olan  boru  kəmərləri 
Ipək  yolu  marşrutu  üzrə  Azərbaycan  neftini  dünya  ölkələrinə 
nəql  etməyə  şərait  yaradır.  Neftin  geniş  ixracı  isə  bu  yolun 
səmərəliliyini, beynəlxalq əhəmiyyətini qat-qat artınr. Nəqliyyat 
dəhlizinin bu  önəmli  cəhəti  1998-ci  ildə  “İpək yolu”nun Ьэфа- 
sına  həsr  edilmiş  Beynəlxalq  Bakı  konfransmda  əksər  nüma- 
yəndə  heyətlərinin  çıxışlannda  öz  əksini  tapmışdır.  Türkiyə 
Prezidenti  Süleyman  Dəmirəl  konfransda  nəqliyyat  dəhlizinin 
İstanbulun  inkişafına,  buradan  limanın  Qafqaz  dəmir yollan  ilə 
əlaqələndirilməsinin, ümumiyyətlə, ticarət əlaqələrinin genişlən- 
məsinə,  Qərb  və  Şərq  ölkələri  arasında  əlaqələrin  inkişafına 
əhəmiyyətli təsirini xüsusi qeyd etmişdir (126,  1998, №4,  s.77). 
Rummiya Prezidenti Emil Konstantineskonun çıxışında isə “İpək 
yolu”nun Uzaq Şərqə və Atlantik okeanma doğru böyük marşrut- 
lann  kəsişdiyi  yer  kimi  əhəmiyyəti  qeyd  olunmuş,  TRASEKA 
nəqliyyat  dəhlizinin  üstünlükləri,  Rummiya  üçün  əhəmiyyəti 
vurğulanmışdır.  Göstərilmişdir  ki,  birincisi,  bu  dəhliz  coğrafi 
baxımdan  Bakı-Tbilisi-Poti  dəhlizindən  sonra  Qara  dənizdən 
Avropaya  gedən  marşrutlann  davamıdır.  İkincisi,  Konstansa 
Qara  dənizdə  эп böyük  liman kimi  ildə  120  mln ton yük  qəbul 
edib  yola  salma  qabiliyyətinə  malikdir.  Üçüncüsü  isə  nəqliyyat 
dəhlizi  Rumıniyada  azad  ticarət  zonalannın  yaradılmasında  və 
nəqliyyat  şəbəkəbrinin  inkişafmda  çox  mühüm  rol  oynaya- 
caqdır (126,  1998, №4, s.76).


Yüklə

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə