Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə25/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   21   22   23   24   25   26   27   28   ...   89

təkcə  1995-ci  ildə  Azərbaycan  dəniz  nəqliyyatında  yükdaşıma
1994-cü  ildəkinə  nisbətən  854  min  ton,  başqa  sözlə,  13  faiz 
azalmışdır (127,  111).
Nəqliyyat  blokadası  90-cı  illərin  ortalannda  Azərbaycanın 
dövlət  müstəqilliyini  ciddi  təhlükə  altında  qoymuşdu.  Belə  bir 
şəraitdə Azərbaycanın qarşı-qarşıya qaldığı fəlakətdən qorunma- 
sında Avropa  Birliyinin,  Türkiyənin  ərzaq  və  kredit  yardımlan 
mühüm rol oynamışdır (139, 94).
Qeyd  etmək  lazımdır  ki,  müstəqillik  əldə  etmiş  respublika- 
mızın dünya birliyinə  inteqrasiya etməsini bir  sıra digər amillər 
də  zəruri  edirdi.  Bunlann  sırasında 4  amil xüsusilə  diqqəti  cəlb 
edir.  Birincisi, Azərbaycamn ərazisinin coğrafi baxımdan əlverişli 
mövqeyi,  ikincisi,  təbii  və  və  insan  ehtiyatlarınm  zənginliyi, 
üçüncüsü, investisiya, kapital resurslannın çatışmaması, dördün- 
cüsü, müasir texnologiyalann olmaması (159, 286).
Azərbaycanın  dünya bazanna birbaşa  çıxa  bilməsi  və  ölkə- 
lərarası  inteqrasiya  prosesinə  qoşulmasında  xarici  investisi- 
yalann, nəqliyyat və tikinti layihələrində iştirakın da böyük rolu 
olmuşdur.  Bu baxnndan “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhli- 
zinin  fəaliyyətinin  çox böyük  əhəmiyyəti  vardır.  Məhz  bu  nəq- 
liyyat  dahlizinin  Ьэфа
81
ш  nəzərdə  tutan  TRASEKA  proqramı 
çərçivəsində  ölkəmizdə nəqliyyat infrastrukturunun  dünya  stan- 
dartlanna uyğun yenidən qurulması, onun Transavropa şəbəkələri 
ilə  birləşdirilməsi,  yeni  xidmət  sahələrinin  yaradılması  qarşıya 
qoyulmuşdur.  Nəqliyyatın  bütün  növlərinin  sabit  və  təhlükəsiz 
hərəkətini təmin edə biləcək, iqtisadi baxımdan sərfəli olan belə 
bir dəhlizin yaradılması bölgənin və dünyanın apancı dövlətlərinin 
maraq  dairəsində  olmuşdur.  Belə bir  faktı  göstərmək  kifayətdir 
ki,  bu  yolun  tam  istisman  Yaponiyadan  Avropaya  qədər  olan 
məsafəni 4 min km qısaldır (159, 315).
“Qədim  İpək  yolu”nun  Ьэфавт!  tələb  edən  milli  regional 
iqtisadi amillərdən biri də müstəqillik əldə etmiş ölkələrin bazar 
iqtisadiyyatına  keçidini  sürətləndirmək  üçün  xarici  investisiya- 
ların xalq təsərrüfatı sahələrinə cəlb edilməsi ilə əlaqədardır. Bu 
baxımdan  90-cı  illərdə  xarici  kapitalın  axınının  artması  xarak- 
terikdir. Azərbaycan Respublikasına  1993-cü ildə  15  mln dollar,


1995-ci  ildə  160  mln,  1996-2000-ci  illərdə  isə  5  mlrd  dollar 
xarici  investisiya  qoyulmuşdur  (140,119-120).  Xarici  investisi- 
yaların  90  faizi  istehsal  sahələrinin  inkişafına  yönəldilmişdir 
(100,  15.01.1999). TRASEKA proqramı çərçivəsində isə respub- 
likamızda  “İpək yolu”nun  bərpasma  1998-2002-ci  illər  ərzində 
225 mln dollar vəsait yönəldilmişdir (126,1998, № 4, s.57).
“İpək  yolu”nun  bərpasının  mühüm  mili  regional  iqtisadi 
amillərindən  biri  də  müstəqillik  əldə  etmiş  dövlətlərin  milli 
iqtisadiyyatmın inkişaf etdirilməsi, dövlət müstəqilliyinin möhkəm- 
ləndirilməsi zərurəti ilə bağlıdır. Bu sahədə dövlətimizin düzgün 
balanslaşdınlmış  xarici  iqtisadi  strategiyasınm -  neft müqavilə- 
lərinin,  “İpək yolu  strategiyası”nın  böyük  rolu  olmuş,  nəticədə 
Avrasiya nəqliyyat dahlizinin Azərbaycan hissəsində nəqliyyatın 
müxtəlif  növləri  üzrə  yükdaşıma,  səmişin  daşımaları  kəskin 
şəkildə  artmış  və  əldə  olunan  iqtisadi  səmərə  də  yüksəlmişdir. 
Statistik göstəricilər bunu daha aydın izləməyə imkan verir. Belə 
ki,  əgər  1996-cı ildə “Yeni  İpək yolu” marşrutu ilə 345 min ton 
yük daşınmışdısa, 2002-ci ildə bu göstərici 3,3 mln tona (36, VII 
c,  410),  2003-cü  ildə  isə  4,9  mln  tona  çatmışdır  (34,656). 
Yükdaşımalardan əldə olunan gəlir 1998-ci ildə 405,8 mln manat, 
2002-ci  ildə  759  mln manat  olmuş,  2003-cü ildə  isə  905,8  mln 
manata çatmışdır (34, 656).
Nəqliyyat dəhlizindən əldə edilən gəlirin Ье1э sürətlə artması 
dövlətimizin büdcə  siyasətinin formalaşmasında, milli iqtisadiy- 
yatın  möhkəmləndirilməsində,  bazar  münasibətlərinin  inkişafı 
sahəsində  xüsusi  əhəmiyyət  kəsb  etmişdir.  2002-ci  il  üçün neft 
fondunda  təxminən  1780  mln  dollar  vəsait  yığılmış,  dövlətin 
valyuta ehtiyatı isə  1200 mln dollara çatmışdır (180,14.06.2002).
Milli  iqtisadiyyatın  inkişafı  baxımından  TRASEKA  proq- 
ramı  çərçivəsində  ayrılmış  kreditlərin  və  qrantlann  müstəqillik 
əldə  etmiş  ölkələrin  iqtisadiyyatlannın  yenidən  qurulmasında, 
modemləşdirilməsində,  dünya  birliyinə  inteqrasiya  etməsində 
böyük rolu olmuşdur. TRASEKA proqramı çərçivəsində  1993-cü 
ildə  Azərbaycana  12  mln  avro  aynlmışdır  ki,  bu  vəsaitin  də 
500  mini  rabitə  kabeli  və  avadanlıqlann  alınmasına,  2,3  mln-u 
Bakı limanında konteyner terminalının tikintisinə və genişləndi-


rilməsinə,  1,5  mln-u Poylu  dəmir yolu körpüsünün yeniləşdiril- 
məsinə,  1  mln-u Bakı limanında konteyner terminalı üçün lazımi 
avadanlığın  alınmasına,  1  mln-u  Bakı  limanı  üçün  naviqasiya 
avadanlığının  alınmasına,  700  mini  Xəzər  Dəniz  Gəmiçiliyi 
üçün  lazımi  avadanlığın  alınmasına,  2,5  mln-u  sərhəd  gömrük 
məntəqəsinin  inşası  və  Qırmızı  körpünün bərpası  üçün nəzərdə 
tutulmuşdur  (231,2-3).  Ümumi  götürüldükdə  isə  Beynəlxalq 
Valyuta Fondu  və  Dünya Bankı Azərbaycana  2003-cü ilin yan- 
varınadək  olan  müddətdə  1,3  mlrd  dollar  ayırmış  (140,211), 
müxtəlif  dövlətlər  və  şirkətlər  tərəfindən  2003-cü  il  yanvann 
1-пэ Azərbaycana 2  trilyon 592,9 mlrd manat kredit verilmişdir 
(23,25.01.2003).
Azərbaycan nümunəsində göründüyü kimi, TRASEKA proq- 
ramı çərçivəsində texniki yardım və investisiya yardım layihələri 
region  ölkələrində  infrastrukturun  dünya  standartlanna  uyğun 
yenidən qurulmasına imkan verir ki, bu da həmin ölkələrdə xalq 
təsərrüfatınm  ümumi  inkişafına,  dünya  ölkələri  ilə  əlaqələrin 
genişləndirilməsinə,  dövlətçiliyin  iqtisadi  və  siyasi  cəhətdən 
möhkəmləndirilməsinə xidmət edir.
Müstəqillik  əldə  etmiş  dövlətlərin,  xüsusilə  Azərbaycanın 
“İpək  yolu”nun  dirçəldilməsi  istiqamətindəki  düzgün  iqtisadi 
strategiyası  milli  iqtisadiyyatın  inkişaf  etdirilməsi  zərurəti  ilə 
şərtlənir. Qeyd etmək lazımdır ki, Azərbaycanm beynəlxalq bazan 
maraqlandıran  zəngin  təbii  sərvətləri,  yanacaq-xammal  ehtiyat- 
lan, inkişaf etmiş nəqliyyat sistemi vardır. Tarixən SSRİ-nin vahid 
xalq  təsərrüfatı  kompleksinin tərkib  hissəsi  kimi  formalaşan bu 
iqtisadi  potensial  sərt  mərkəzləşdirilmiş  qaydada  SSRİ  Dövlət 
Plan Komitəsi tərəfindən idarə olunduğundan, Azərbaycana pas- 
siv icraçı funksiyası aynlmış, respublikamız uzaq xariclə sərbəst 
iqtisadi əlaqələrdən, demək olar ki, tam təcrid olmımuşdu. Elə bu 
səbəbdən də Sovetlər birliyinin dağılması Azərbaycan qarşısında 
tarixi  baxımdan  təcili  həll  edilməli  olan  bir  sıra  çox  ciddi  iqti­
sadi  və  siyasi  xarakterli  vəzifələr  qoymuşdu.  Bu  vəzifələrin  эп 
mühümlərindən biri  dünya  ölkələri  ilə  qarşılıqlı  fayda  əsasında 
ikitərəfli  əlaqələrin  qurulması,  milli  iqtisadiyyatın  bütün  sahə- 
lərinin  inkişaf  etdirilməsi,  dövlətçiliyin  qorunub  saxlanılması,


Yüklə

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə