Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə33/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   29   30   31   32   33   34   35   36   ...   89

edilmişdir.  Azərbaycan  nəqliyyatçılan  NNAK-nın  üzvü  olan 
38  ölkənin  ərazisində  heç  bir rüsum ödəmədən  sərbəst və rahat 
halda  istənilən  sayda  ikitərəfli  və  tranzit  daşımalarmda  iştirak 
etmək imkanı əldə etmişlər (126,1999, №1, s.44). Həmçinin Azər- 
baycan avtomobil nəqliyyatı Beynəlxalq Nəqliyyat İttifaqına və 
Beynəlxalq  Ekspeditorlar  Assosiasiyasının  həqiqi  üzvlüyünə 
qəbul edilmişdir (126,  1999, №1, s.44). Bütün bunlar Azərbaycan 
avtomobil nəqliyyatının Avropa nəqliyyat sisteminə  inteqrasiya- 
sına kömək etmiş, beynəlxalq standartlara uyğunlaşmasına şərait 
yaratmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Tarixi İpək yolunun 
bərpası  üzrə  Beynəlxalq  Bakı  konfratısının  qərarlarının  yerinə 
yetirilməsi ilə əlaqədar tədbirlər haqqmda” 26 oktyabr  1998-ci il 
tarixli  fərmanına (23,  27.X.1998)  uyğun olaraq respublikamızın 
avtomobil nəqliyyatı bir çox beynəlxalq konvensiya və sazişlərə 
qoşulmuşdur. Bunlardan aşağıdakılan qeyd etmək olar:
-  Beynəlxalq avtomobil daşımalannı həyata keçirən nəqliyyat 
vasitələrinin işinə dair 1  iyul  1970-ci il Avropa sazişi;
-  Beynəlxalq yükdaşmıa kitabçası təqdim etməklə beynəlxalq 
yükdaşımalar  haqqında  14  noyabr  1975-ci  il  tarixli  Gömrük 
konvensiyası;
-   Beynəlxalq  avtomagistrallar  haqqmda  11  iyul  1970-ci  il 
Avropa sazişi;
-  Yol hərəkəti haqqında 1968-ci il Vyana konvensiyası;
-  Konteynerlərə aid  1972-ci il Cenevrə konvensiyası;
-   Beynəlxalq  yük  daşmması  müqaviləsi  haqqında  19  may 
1956-cı il sazişi;
-  Yol nəqliyyat vasitələrinin ticarət və kommersiya məqsədi 
ilə  müvəqqəti  idxalı  ilə  bağlı  18  may  1956-cı  il  Gömrük  kon- 
vensiyası;
-  Şəhərlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razı- 
laşdınlması  haqqında  12  oktyabr  1982-ci il beynəlxalq konven- 
siyası;
-  Tez  korlanatı  qida  məhsullannın  beynəlxalq  daşınması  və 
bu  daşımalar  üçün  təyin  olunmuş  xüsusi  nəqliyyat  vasitələri 
haqqında  1  sentyabr 1970-ci il sazişi;


-   Təhlükəli  yüklərin  quru  yollar  ilə  beynəlxalq  daşımalan 
haqqında 30 sentyabr 1957-ci il Avropa sazişi;
-   Təkərli  nəqliyyat vasitələri,  təkərli  nəqliyyat vasitələrində 
quraşdınlan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid 
texniki  qaydalann  və  bu  qaydalar  əsasında  verilən  razılıqlann 
qarşılıqlı  şəkildə  tanınma  şərtlərinin  qəbul  edilməsi  haqqında 
20 mart  1958-ci il Cenevrə sazişi;
-   Təkərli  nəqliyyat vasitələri,  təkərli  nəqliyyat vasitələrində 
quraşdırılan  və  ya  istifadə  olunan  avadanlıq  və  hissələrə  dair 
qlobal texniki qaydalann müəyyənləşdirilməsi haqqında 25  iyun
1999-cu il Cenevrə sazişi (11).
Belə  bir  cəhəti  qeyd  etmək  lazımdır  ki,  dövlətimizin  milli 
strateji maraqlannın reallaşdınlmasmda avtonəqliyyatm rolu, xüsu- 
silə  qlobal  iqtisadi  layihələrdə  iştirakı  mühüm  əhəmiyyət  kəsb 
edir.  Təsadüfi  deyil  ki,  təkcə  1998-2001-ci  illərdə  orta  hesabla 
müxtəlif ölkələrdən respublikamıza 35 min yük maşını və 5 min 
avtobus  daxil  olmuşdur  ki,  bunlardan  10,5  min  yük  maşını  və 
1,5 min avtobus TRASEKA dəhlizi ilə gəlmişdir (11).
“Tarixi İpək yolu”nun bərpası,  respublikamızın milli ekoloji 
təhlükəsizliyinin  təmin  edilməsini  də  əsas  məsələ  kimi  qarşıya 
qoymuşdur.  Bu  problemin  hüquqi  əsaslannı  təmin  etmək  üçün 
Azərbaycan  respublikası  15-ə  qədər  beynəlxalq  konvensiyaya 
qoşulmuşdur.  Bu  konvensiyalardan  xüsusi  diqqəti  cəlb  edənlər 
aşağıdakılardır:
-  Ozon qatının qorunması üzrə 31 may  1985-ci il Vyana kon- 
vensiyası;
-   Gəmilərdən suyun  çirklənməsinin qarşısının  alınması üzrə 
22 aprel  1973-cü il və 1978-ci il London konvensiyası;
-   Sərhəddən  keçən  su  axınlannm  və  beynəlxalq  göllərin 
mühafizəsi və istifadəsi üzrə  1992-ci il Helsinki konvensiyası;
-  Ətraf mühitə dair məsələlər üzrə qərarlann qəbul edilməsində 
ictimaiyyətin iştirakı və informasiyalann alınması barədə  1998-ci 
il Danimarka konvensiyası;
-  Təhlükəli tullantılann sərhədlərarası daşınmasma və zərər- 
sizləşdirilməsinə  nəzarət  haqqmda  1998-ci  il  Bazel  konven- 
siyası;


-  Bitkilərin qorunması üzrə 1951-ci il Roma konvensiyası (12).
Qeyd  etmək  lazımdır  ki,  Avropa  Birliyi  “Tasis”  proqramı
çərçivəsində  MDB-nin  6  ölkəsində,  о  cümlədən Azərbaycanda 
“Ekoloji informasiya, ictimaiyyətm təhsili və məlumatlılığı” regio­
nal  layihəsini  həyata  keçirir.  Layihə  2000-ci  ildə  Azərbaycan 
Milli Məclisi tərəfindən ratifikasiya edilmiş, 2002-ci ilin iyunun- 
dan həyata keçirilməyə başlanmışdır.  Layihə üçün 2,5  mln avro 
ayrılmış  və  2004-cü ildə başa  çatdınlması nəzərdə  tutulmuşdur. 
Layihəni  Hollandiyanın  “Royal  naskonik”  şirkəti  yerinə  yetir- 
mişdir (180,  12.07.2003).
Nəqliyyatın mühüm sahələrindən olan dəmir yolu nəqliyyatı 
da  dünya  iqtisadi  sisteminə  inteqrasiya  etmək,  fəaliyyətini  bey- 
nəlxalq standartlara uyğun qurmaq, Şərq-Qərb nəqliyyat dəhlizi- 
nin  normal  fəaliyyətini  təmin  etmək  üçün  bir  çox  beynəlxalq 
nəqliyyat qurumlanna üzv olmuşdur.  Məsələn, Azərbaycan dəmir 
yolu nəqliyyatı “Nəqliyyat Nazirləri Konfransı Təşkilatma”, “Höku- 
mətlərarası  Dəmir  Yolu  Əməkdaşlıq  Təşkilatına”,  “Beynəlxalq 
Dəmir  Yolu  İttifaqına”  tam  hüquqlu  üzv  qəbul  edilmişdir  (13, 
7.06.2001).
“Tarixi İpək yolu”nun bərpası ilə bağlı Respublika Preziden- 
tinin 26 oktyabr  1998-ci il tarixli qərannın həyata keçirilməsi ilə 
əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komi- 
təsi  1999-cu  ilin  iyununda  Ümumdünya  Gömrük  Təşkilatının 
Maliyyə  Komitəsinə  üzv  seçilmiş  və  Azərbaycan  Respublikası 
Prezidentinin  “Gömrük  Komitəsinin  beynəlxalq  konvensiyalara 
qoşulması haqqında”  11  fevral 2000-ci il tarixli fərmanını yerinə 
yetirərək bir  sıra beynəlxalq konvensiyalara  qoşulmuşdur.  Bun- 
lardan эп mühümləri aşağıdakılardn-:
-   Beynəlxalq  yükdaşınması  müqaviləsi  haqqında  19  may 
1956-cı il konvensiyası;
-  Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi  şərtlərinin razı- 
laşdmlması haqqında 21  oktyabr 1982-ci il tarixli konvensiya;
-  Tez  korlanan  qida  məhsullannın  beynəlxalq  daşınması  və 
bu daşımalar üçün istifadə olunan xüsusi nəqliyyat vasitələri haq- 
qında sazişin təsdiq edilməsi haqqmda 1  sentyabr 1970-ci il sazişi;


Yüklə

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə