Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə31/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   27   28   29   30   31   32   33   34   ...   89

laşdmlmasına,  sabitliyin,  əmin-amanlığm möhkəmləndirilməsinə, 
müstəqillik  əldə  etmiş  ölkələrin  beynəlxalq  bazara  çıxışma, 
ümumbəşəri  dəyərlərə  qovuşmasına,  dövlətçiliyin  iqtisadi  və 
siyasi cəhətdən möhkəmləndirilməsinə kömək edir.
“Tarixi İpək yolu”nun bərpasınm beynəlxalq siyasi amillərin- 
dən biri  də  dünyanın  inkişaf etmiş  digər  dövlətlərinin regionda 
olan maraqlan ilə izah edilir. Bu baxımdan Yaponiyamn bölgədəki 
maraqlan  xüsusi  qeyd  olunmalıdır.  “İpək  yolu”nun  bərpasına 
həsr edilmiş beynəlxalq Bakı konfransında Yaponiya nümayəndə 
heyətinin başçısı Titsumito Arimani çıxışında öz ölkəsinin  siyasi 
xəttini  belə  xarakterizə  etmişdir:  “Yaponiya  bu  bölgənin  çox 
böyük əhəmiyyətini  nəzərə  alaraq “Böyük İpək yolu bölgəsinin 
diplomatiyası” adlandırılan diplomatiyanı fəal həyata keçirir.  İlk 
dəfə baş nazir Haşimito tərəfindən irəli sürülmüş bu diplomatiyam 
hazırda  Obuçi  hökuməti  həyata keçirir.  Onun  əsas  istiqamətləri 
bunlardır:  Birincisi,  bu  geniş  bölgənin  ölkələri  və  xalqlan  ilə 
bizim  aramızda  etimad  və  qarşılıqlı  anlaşmanı  möhkəmləndir- 
mək üçün onlarla siyasi dialoqu təmin etmək;  ikincisi, bölgənin 
tərəqqisi üçün iqtisadi əməkdaşlığı və təbii ehtiyatlann istisman 
sahəsində əməkdaşlığı fəallaşdırmaq; üçüncüsü, demokratikləşmə 
və  sabitliyin  təmin  edilməsi  vasitəsi  ilə  sülhə  nail  olunmasına 
yönəldilmiş əməkdaşlığı həyata keçirmək” (126,1998, №4, s.22).
“İpək  yolu”nun  Ьэфавш!  şərtləndirən  siyasi  amillərdən  biri 
də  TRASEKA  proqramının  iştirakçısı  olan  dövlətlərin  konkret 
maraqlan  ilə  izah  edilir.  Beynəlxalq  Bakı  konfransmda  iştirak 
edən  dövlətlərin  nümayəndələrinin  çıxışlan  bu  cəhətdən  xüsusi 
maraq  doğvırur.  Rummiya  Prezidenti  Emil  Konstantinesku  çıxı- 
şında  bu  yolun  Avrasiya  coğrafi  məkanında  sülh,  tərəqqi  işinə 
mühüm töhfə vermək naminə birgə çalışmaq üçün yeni çərçivə- 
lər, yeni fəaliyyət tərzi yaradılmasına yönəldiyini qeyd etmişdir. 
Həmçinin ‘İpək yolu”nun öz ölkəsi üçün konkret əhəmiyyətindən 
bəhs edərək bildirmişdir ki, bu yolun Rumıniyadan keçən hissəsi 
Avropa  dəhlizlərinin  Qara  dənizə  çıxışını  təmin  edir,  ikincisi, 
Rumıniya  dəhlizlə ildə  120 min ton yük qəbul edib  ötürmək və 
180  min  tonluq  neft  tankerlərini  Konstansa  limanında  qəbul


etmək imkanı qazanır, üçüncüsü, Rumıniya azad ticarət zonalan 
yaratmaq imkanı qazanır (126,1998, №4, s.74).
Bolqarıstan  Prezidenti  Pyotr  Stoyanov  isə  “İpək  yolu”nun 
bərpasında öz ölkəsinin maraqlarmı belə ifadə etmişdir:  “Avropa- 
Qafqaz-Asiya” transkontinental nəqliyyat dahlizinin bərpası Avropa 
və  Transatlantik  inteqrasiya  proseslərinə  qoşulmaq  və  eyni 
zamanda  qonşu  bölgələrin  dövlətləri  ilə  münasibətləri  inkişaf 
etdirmək cəhdlərinə üzvi surətdə uyğundur” (126,1998, №4, s.13).
Moldova  Prezidenti  Pyotr  Luçinski  “İpək  yolu”nun  bərpası 
ilə ölkəsinin iqtisadi maraqlan arasındakı mövqeyini konfransda 
açıqlayaraq demişdir:  “Moldovanın öz enerji  ehtiyatlan və təbii 
sərvətləri  yoxdur.  Buna  görə  də  biz  özümüz  üçün  çox  mühüm 
problemin, respublikamn onlara olan tələbatını ödəmək problemi- 
nin  həlli  yollannı  daim  axtanrıq,  ‘İpək  yolu”nun  dirçəldilməsi 
bu məsələnin həlli üçün ölkəmizə geniş imkanlar yaradır” (126, 
1998, №4, s.26).
Gürcüstan Prezidenti Eduard Şevardnadze isə ölkəsinin möv- 
qeyini belə  şərh  etmişdir:  “Soyuq  müharibə  qurtardıqdan  sonra 
bizim dövlətlərdən çoxu iqtisadi böhran, daxili və dövlətlərarası 
münaqişələr və bunlann nəticəsi olaraq nəqliyyat arteriyalannın 
bağlanması  ilə  üzləşdi.  Kommunikasiya  və  tranzit  sahəsində 
inhisarçı  mövqeyi  olan  bəzi  ölkələrin  son  dərəcə  ağır  şərtlər 
diktə etmə cəhdləri vəziyyəti daha da çətinləşdirdi. Bütün bunlar 
bizi  məcbur  etdi  ki,  altemativ  nəqliyyat  yollan  axtaraq.  Bizim 
qarşımızda  milli  nəqliyyat  sisteminin  hüquqi  və  institutsional 
əsaslannın  ahəngdar  hala  salınmasını  sürətləndirmək,  gömrük- 
tarif normalannı  xarici  ölkələrin  qabaqcıl  nümunələrinə  yaxın- 
laşdırmaq,  daha  cəlbedici,  rəqabət  qabiliyyətli  etmək  vəzifəsi 
durur.  Biz  Poti  və  Batumi  dəmir  yolu  bərə  terminalma  böyük 
ümidlər bəsləyir,  hesab  edirik ki,  onlann  yenidən  qurulmasının 
başa  çatdınlması  ilə  dəhlizin  Avroasiya  nəqliyyat  şəbəkəsinə 
qoşulması reallığa çevriləcəkdir (126,1998, №4, s.17).
“İpək yolu”nun bərpasının siyasi motivləri TRASEKA proq- 
rammın digər üzvlərinin və tərəfdaş ölkələrin nümayəndələrinin 
çıxışlannda  da  öz  əksini  tapmışdır.  Çin  səfiri  Çjan  Qotszyan 
beynəlxalq Bakı konfransmda öz ölkəsinin bu məsələdəki maraq-


larım belə şərh etmişdir: “Çin Avrasiya nəqliyyat dəhlizinin yara- 
dılması  üçün  Azərbaycanın  bu  sahədəki  səylərini  dəstəkləyir, 
Azərbaycanla və digər ölkələrlə nəqliyyat sahəsindəki əməkdaş- 
lığı  möhkəmləndirməyə  hazırdır.  Hazırda  Çində  Nantszyan 
dəmir  yolu  çəkilir.  Bu  yol  həmsərhəd  ölkələrlə  birləşsə,  onda 
Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin Sakit okeana, Uzaq 
Şərqə yolu daha da qısalacaqdır” (126,1998, №4, s.14).
“İpək  yolu”nun  bərpasının  mühüm  siyasi  səbəblərindən biri 
də  dəhliz  üzərində  yerləşən  ölkələrin  öz  geosiyasi  mövqelərini 
möhkəmləndirməsi,  bu  bölgədə  TRASEKA  proqramına  üzv 
ölkələrin  Avropa  Birliyi  ölkələri  ilə  əlaqələrini  genişləndirmək 
səyləri ilə bağlıdır.
TRASEKA proqramının iştirakçısı olan Özbəkistanın nəqliy- 
yat dəhlizinin  fəaliyyətindəki  siyasi maraqlannı Prezident İslam 
Kərimov  Beynəlxalq  Bakı  konfransındakı  çıxışında  belə  şərh 
etmişdir:  “Bizim  bu  nəhəng  layihənin  həyata  keçirilməsində 
başlıca  marağımız  bunlardır:  Birincisi,  Özbəkistan  və  Mərkəzi 
Asiyanın bir  sıra  digər ölkələrinin  dəniz  nəqliyyat kommunika- 
siyasına birbaşa  çıxışlannın yoxluğu  ixrac və  idxal  edilən məh- 
sullann nəqli üçün xərcləri məhsulun maya dəyərindən artıq edir 
ki, bu da ixracı iqtisadi cəhətdən sərfəsiz edir, həyati əhəmiyyətli 
məhsullann  idxalını  isə  çətinləşdirir.  Bu  layihə  dənizə  çıxışı 
olmayan ölkələrin Transavropa və Transasiya nəqliyyat şəbəkə- 
sinə  qoşulmasına  imkan  verir,  ixracı  genişləndirmək,  qarşılıqlı 
faydalı  ticarət  üçün  yeni  perspektivlər  açır.  İkincisi,  layihənin 
həyata keçirilməsi təkcə bizim üçün deyil, Avropa ölkələri üçün 
eyni  dərəcədə  faydalıdır.  Bu  ölkələr  öz mallannın  Cənubi  Qaf- 
qazın, Mərkəzi Asiyanın geniş bazarlanna çıxanlmasında, bu böl- 
gələrdə öz fəaliyyətini gücləndirməkdə maraqlıdırlar. Üçüncüsü, 
biz  tərəfdaşlanmızla,  эп  əw əl  Qırğızıstan  və  Çin  ilə  üzərində 
işlədiyimiz  bir  sıra  layihələrin  -   Daşkənd-Əndican-Oş-Qoşqar 
nəqliyyat marşrutunun həyata keçirilməsini də TRASEKA layihə- 
sinin reallaşması ilə six bağlayınq” (126,1998, №4, s.41-42).
“İpək yolu”nun bərpasınm mühüm siyasi amillərindən bir də, 
Bay  Kutellanın “Yeni  ipək yolu  strategiyası və  Qafqazın təhlü- 
kəsizliyi” adlı əsərində qeyd etdiyi kimi,  ‘İpək yolu” diplomati-


Yüklə

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə