Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə19/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   15   16   17   18   19   20   21   22   ...   89

sazişin reallaşdınlması üzrə hökumətlərarası komissiya layihəsi- 
nin  davamı”  texniki  yardım  layihəsi,  “Qafqazın  yol  hissəsinin 
Bakı,  Tbilisi  və  İrəvanı birləşdirən  avtomobil  yollannın  inkişaf 
etdirilməsi və yenidən qurulması” texniki yardım layihəsi (236),
2003-cü ildə “Sərhəddən keçidin sadələşdirilməsi” texniki yardım 
layihəsi,  “Bakı-Aktau-Türkmənbaşı  limanlan  üçün  naviqasiya 
avadanlığının  alınması”  investisiya  yardım  layihəsi,  “Azərbay- 
can,  Ermənistan,  Gürcüstan  dəmir  yolunda  kommunikasiya  və 
rabitənin təkmilləşdirilməsi üçün optik kabelin  alınması”  inves­
tisiya  yardım  layihəsi,  “Azərbaycan  dəmir  yolu  üçün  çənlərin 
alınması”  investisiya  yardım  layihəsi  (236),  2004-cü  ildə 
“Tranzit rüsumlan və tarifləri üzrə vahid siyasət” texniki yardım 
layihəsi,  “Tranzit yükdaşıması üçün ümumi hüquqi baza” texniki 
yardım layihəsi, “Qafqaz avtomobil yollannın yenidən qurulması” 
texniki  yardım  layihəsi,  “Dəmir  yolu  ilə  tranzit  daşınan  nefit 
məhsullan  üçün  loqistika  mərkəzi”  texniki  yardım  layihəsi, 
“Naviqasiya avadanlıqlanndan istifadə və ona rəhbərlik” texniki 
yardım  layihəsi,  “TRASEKA üçün  əlaqələndirmə  bürosu”  tex­
niki  yardım  layihəsi  (236),  2005-ci  ildə  “Nəqliyyat bölməsində 
rəhbər  işçilərin  ixtisasının  artınlması”  kimi  texniki  yardım 
layihələri həyata keçirilmişdir (236).
Bundan  əlavə,  1996-2004-cü  illər  ərzində TRASEKA proq- 
ramınm  reallaşdınlması  üçün  AYİB-in  ayırdığı  50  mln  dollar 
əsasında Azərbaycanda Yeni 
Ipək 
yolunun texniki-iqtisadi  əsas- 
landınlmasının  baş  planı  tərtib  edilmiş  (223,67),  nəqliyyatın 
müxtəlif sahələri üzrə qanunvericilik bazası haznrlanmış, respub- 
likanın mövcud nəqliyyat qurumlan uyğun beynəlxalq nəqliyyat 
birliklərinə üzv olmuş, tranzit yükdaşımamn hüquqi bazası hazır- 
lanmış, avtomobil və dəmir yolu sərhəd-keçid məntəqələri kom- 
pyuterbşdirilmiş, milli yükdaşıma assosiasiyası yaradılmış, nəqliy- 
yat bölməsində rəhbər işçilərin ixtisasmın artmlması üçün Böyük 
Britaniya, Almaniya, Niderland və Belçikaya tədris ezamiyyətləri 
təşkil  olunmuş,  TRASEKA marşrutu boyunca  serviz  xidmətləri 
açılmış, intermodal yükdaşıma strategiyası hazırlanmış, AYİB-in 
ayırdığı 20 mln dollar vəsait hesabına respublika dəmir yolunun 
yenidən qurulması həyata keçirilmişdir (223, 66).


Bu müddətdə AYİB-in  ayırdığı  4,5  mln  dollarlıq kredit  əsa- 
sında  Respublika  Dəmir  Yol  Idarəsi  yeni  dəmiryol  vaqonlan 
almış, dəmir yolu şpallan istehsal edən zavod inşa edilmişdir (244,
2002,  №2,  s.5).  Avropa  Komissiyasının  verdiyi  2,8  mln  avro 
qrant hesabına Azərbaycan Dəmir Yol İdarəsi  102  ədəd neftdol- 
durma çəni almış, bundan başqa, ümumi dəyəri 475 min avro olan, 
saatda  8-10  ton  buxar  istehsal  edən  2  təmizləyici  dizel  qazan 
alınıb  Biləcəri  stansiyasında  quraşdınlmışdır  (244,  2003,  №4, 
s.5). Həmçinin  1997-2001-ci illər ərzində Respublika Dəmir Yol 
Idarəsi  daxili  imkatılar  hesabına  130  km-lik  dəmir  yolu  xəttini 
təmir etmişdir ki, bunun da 90 km-i İpək yolu boyunca, 40 km-i 
cənub  istiqamətində  olmuşdur  (206,165).  Eyni  zamanda  Dünya 
Bankı  tərəfindən  respublikanın  dövlət  əhəmiyyətli  avtomobil 
yollannın yenidən qurulması üçün 40 mln dollar aynlmışdır.  Bu 
vəsait  hesabına  1996-2004-cü  illər  ərzində  45  km-lik  Ələt- 
Hacıqabul,  21  km-lik  Gəncə-Şəmkir  avtomobil  yollan  inşa 
edilmişdir.  Ələt-Hacıqabul  yolunun  çəkilməsinə  İslam  Bankı
13,1  mln,  Küveyt  Fondu  18,7  mln,  Azərbaycan  hökuməti  isə
4,7  mln  dollar  vəsait  ayırmışdır  (204).  AYİB  tərəfindən  Bakı 
limanmm  yenidən  qurulması  üçün  18  mln  dollar  aynlmışdır 
(223,  66).  Bundan  başqa,  Avropa  Komissiyasının  investisiya 
layihələri  çərçivəsində  ayırdığı  5  mln  avro  əsasında  Bakı- 
Böyük-Kəsik  stansiyalan  arasında  503  km-lik  məsafədə  fiber- 
optik kabel xətti çəkilərək “İpək yolu” boyunca müasir informa- 
siya-kommunikasiya əlaqələri yaradılmışdır.
Həmçinin aynlmış  1,5  mln avro  əsasında Poylu körpüsünün 
bərpası həyata keçirilmiş,  Bakı limanı konteyner terminalı üçün 
aynlmış  1  mln avroya zəruri avadanlıqlar və bundan başqa, Bakı 
limanı üçün  1  mln avro  dəyərində naviqasiya qurğuları alınmış- 
dır.  Xəzər  Dəniz  Gəmiçiliyi  üçün  ehtiyat  hissələri  almmasına 
görə  700  min  avro xərclənmiş,  2,5  mln  avro  dəyərində  Qırmızı 
körpü  sərhəd  gömrük  məntəqəsi  tikilib  1998-ci  ildə  istismara 
verilmişdir (236, 2).
2011-ci il üçün Azərbaycanda artıq 806 km-э yaxın avtomo­
bil  yolunun  tikilib  və  yenidən  qurulması  başa  çatmışdır.  Yeni 
tikilmiş  və  yenidən  qurulmuş  yollann  460  km-i  beynəlxalq


maliyyə institutlannm, 345 km-i isə Azərbaycan hökuməti vəsaiti 
hesabına reallaşmışdır.  Hazırda 870 km avtomobil yolu yenidən 
qurulmalıdır ki,  onun  da  749  km-i  beynəlxalq maliyyə  institut- 
ları  hesabına  apanlmalıdır.  Ümumilikdə  nəqliyyat  üçün  alınan 
kreditlərin məbləği 2,8 mid dollar təşkil etmişdir. Nəqliyyat Nazir- 
liyinin  məlumatına  görə,  2012-ci  ilin  sonlanna  TRASEKA  və 
Şimal-Cənub  avtomagistralmda  yenidənqurma  işləri  başa  çat- 
malıdır (99 a).
Göründüyü  kimi,  TRASEKA proqramı  çərçivəsində  həyata 
keçirilən  texniki  və  investisiya  yardım  layihələri  Azərbaycan 
Respublikası  nəqliyyat  sisteminin  əsaslı  şəkildə  yenidən  qurul- 
ması  işinə  başlanmasına  imkan  vermişdir.  Avtomobil  və  dəmir 
yollannın müasir  dünya  standartlanna  uyğunlaşdmlması,  dəniz 
nəqliyyatının  yeni  gəmilərlə  təchiz  edilməsi  “Avropa-Qafqaz- 
Asiya”  nəqliyyat  dəhlizi  ilə  yükdaşımalann  kəskin  şəkildə  art- 
masma  şərait yaratmış, Azərbaycanın  tranzit  ölkə  kimi  geostra- 
teji əhəmiyyəti yüksəlmişdir.
2.2. “İpək yolu”nun bərpasının iqtisadi zəruriliyi
Dövlət müstəqilliyimizin əldə edilməsi, yeni istehsal münasi- 
bətləri  sisteminə keçid 70  il ərzində mövcud olmuş  sərt inzibati 
amirlik rejiminə əsaslanan, Moskva tərəfindən koordinasiya edilən, 
qapalı cəmiyyət şəraitində mövcud olmuş, qeyri-müstəqil əsaslara 
söykənən iqtisadi əlaqələrin yeni müstəviyə keçirilməsini, qarşı- 
lıqlı faydalı iqtisadi əsaslarla dünya birliyinə daha geniş formada 
müstəqil inteqrasiyanı, nəqliyyat-iqtisadi blokadanın aradan qal- 
dınlması  vəzifəsini  həyati  zərurətə  çevirdi.  Bu vəzifənin yerinə 
yetirilməsində  Heydər  Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi 
strategiya və onun aynlmaz tərkib hissəsi olan TRASEKA proq- 
ramınm  reallaşdınlması  mühüm  rol  oynadı.  “Avropa-Qafqaz- 
Asiya”  nəqliyyat  dəhlizinin -  “Yeni  Ipək yolu”nun  yaradılması 
ölkə iqtisadiyyatmm inkişafında, regional və beynəlxalq əlaqələ- 
rin  genişləndirilməsində,  ölkəmizin  Cənubi  Qafqazın  iqtisadi 
baxımdan  güclü dövlətinə  çevrilməsində böyük əhəmiyyət kəsb 
etdi.  Ona görə də  “İpək yolu”nun bərpasmın bütün cəhətlərinin,


Yüklə

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə