Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə17/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   13   14   15   16   17   18   19   20   ...   89

yerinə yetirilməməsi üzündən həmin layihənin həyata keçirilmə- 
sini  dayandırmışdır  (223,67).  Asiya  Inkişaf  Bankı  tərəfindən 
Qazaxıstan və  Qırğızıstan arasında Alma-Ata-Bişkek avtomobil 
yolunun yenidən qurulması üçün 68 mln dollar, AYlB tərəfindən 
əlavə  olaraq  25  mln  dollar,  müvafiq  ölkələrin hökumətləri tərə- 
findən isə 22 mln dollar vəsait aynlmışdır (223,67).
TRASEKA  Hökumətlərarası  Daimi  Komissiyanın  fəaliyyə- 
tində  işçi  görüşləri  ilə  yanaşı,  milli  katibbrin  müşavirələrinin, 
konfranslar və seminarlann keçirilməsinin, sərgilərin təşkilinin də 
böyük əhəmiyyəti olmuşdur. 2000-2006-cı illər ərzində TRASEKA 
milli  katibbrinin  21  müşavirəsi,  6  konfransı  olmuşdur  (97). 
“Avropa-Qafqaz-Asiya” nəqliyyat  dəhlizi üzrə  ilk hökumətləra- 
rası konfrans 2000-ci il martin 10-11-də Tbilisi şəhərində olmuş- 
dur.  Konfransda hökumətlərarası komissiyanın prosedur qaydalan 
müəyyənləşdirilmiş, daimi katiblik haqqında qərar qəbul edilmiş
baş  katib  və  onun  müavinbri  seçilmişdir  (223,19).  II  konfrans 
2002-ci il aprelin 24-25-də Daşkənddə, III konfrans 2002-ci ilin 
oktyabrında  Irəvanda,  IV  konfrans  2005-ci  il  aprelin  21-22-də 
Bakıda, V konfrans 2006-cı il sentyabnn  19-24-də Astanada, VI 
konfratıs  isə  2006-cı  il  noyabnn  12-14-də  Amsterdamda  (Hol- 
landiya) olmuşdur (97). TRASEKA Daimi Katibliyinin fəaliyyə- 
tində milli katibbrin müşavirəsi xüsusi əhəmiyyət kəsb etmişdir. 
TRASEKA  milli  katibbrinin  ilk  müşavirəsi  2000-ci  il  iyulun 
18-21-də Gürcüstanda, II müşavirəsi 2000-ci il oktyabnn 17-22-də 
İrəvanda, III müşavirəsi 2000-ci il dekabnn 13-15-də Bakıda, IV 
müşavirəsi  2001-ci  il  martin  21-22-də  Vamada  (Bolqariya), 
V müşavirəsi 2001-ci il  iyunun  15-22-də Bakıda, VI müşavirəsi
2001-ci  il  iyulun  25-26-da  Bakıda,  VII  müşavirəsi  2001-ci  il 
oktyabnn  30-31-də  Bakıda  keçirilmişdir.  Sonrakı  dövrlərdə 
intensiv  keçirilən  bu  müşavirələr  növbə  ib   Tbilisi,  Aşqabad, 
Daşkənd,  İrəvan,  Baki,  Alma-Ata,  İstanbul,  Kiyev,  Buxarest, 
Sofiya və Kişinyov  şəhərlərində keçirilmişdir (97).  Bu konfrans 
və müşavirələrdə TRASEKA-nın fəaliyyəti ilə bağlı əsas məsəblər 
müzakirə  olunmuş,  mühüm  qərarlar  qəbul  edilmişdir.  Məsələn,
2001-ci  il  dekabr  ayının  11-12-də  TRASEKA Hökumətlərarası 
Komissiyanm “Avropa-Qafqaz-Asiya” nəqliyyat dahlizinin inkişafi


üzrə  Tbilisi  şəhərində  keçirilmiş  növbədənkənar  VIII  müşavi- 
rəsində Əfqanıstana humanitar yüklərin və tikinti materiallannın 
daşınması  üçün  əlverişli  şəraitin  yaradılması  haqqında  yekun 
qətnaməsi  qəbul  edilmişdir  (223,  21).  2002-ci  il  fevral  ayının 
25-26-da  Aşqabadda  TRASEKA  Milli  katibliyi  işçi  qrupunun 
IX  müşavirəsində  Əfqanıstana  humanitar  yüklərin  daşınması 
şərtləri,  TRASEKA  vizası,  TRASEKA-da  “Qaynar  xətt”  kimi 
məsələlər üzrə məsləhətlər verilmişdir (223, 21). 2002-ci il apre- 
lin  12-də  Almaniyanın  Frankfiırt  Mayn  şəhərində  Əfqanıstana 
tikinti materiallan və  humanitar yüklərin daşınması  üzrə xüsusi 
seminar keçirilmişdir (223, 77).
2002-ci  il  aprel  ayının  24-25  də  hökumətlərarası  Komissi- 
yasının Daşkənddə keçirilmiş X illik müşavirəsində 2002-ci ilin 
aprelin  12-də Frankfurt Mayn şəhərində  qəbul edilmiş  Əfqanıs- 
tana humanitar yüklərin  daşınmasına  dair qərann yerinə  yetiril- 
məsi,  BMT-nin  Əfqanıstana  humanitar  yüklərin  TRASEKA 
dəhlizi  ilə  daşmması üzrə  ərzaq proqramınm həyata keçirilməsi 
vəziyyəti müzakirə edilmiş, bu məqsədlə iştirakçı ölkələrdə höku- 
mət nəzarət qruplannın yaradılması  qərara alınmışdır (223, 21). 
TRASEKA proqramı və layihələrinin reallaşdınlmasmda sərgilərin 
də  mühüm  rolu  olmuşdur.  Ве1э  ki,  2002-ci  il  mayın  22-24-də 
Bakıda nəqliyyat və loqistika üzrə  I Trans-Kaspians  beynəlxalq 
konfrans-sərgi  keçirilmişdir.  Sərgidə  10  ölkədən 40  şirkət avto- 
mobil, dəmir yolu, dəniz nəqliyyatı, hava nəqliyyatı  sahəsindəki 
nailiyyətləri nümayiş etdirmişlər (244,2002,№l,s.3). 2002-ci ilin 
iyun  ayının  11-12-də  Tehran  şəhərində  “Tranzit  sərgi-konfrans” 
keçirilmişdir.  Sərginin  məqsədi  İranın  TRASEKA  nəqliyyat 
dəhlizi üzrə çoxtərəfli sazişə qoşulmasına dair təklifə baxılması, 
həmçinin Əmirabad limanmda dəmir yolu Ьэгэ körpüsünün inşa- 
sının  maliyyələşdirilməsi,  Avropa  marşrutunun  Batumi-Bakı- 
Əmirabad-Bəndər-Abbas limanlan  ilə əlaqələndirilməsi məsələ- 
sinin  nəzərdən  keçirilməsi  olmuşdur  (244,  2002,  №1,  s.3).
2002-ci  il  iyun  ayının  12-15-də  Odessada  Qara  Dəniz  İqtisadi 
Əməkdaşlıq  Təşkilatı  tərəfindən  dəstəklənən  Qara  dəniz  regio- 
nunda  nəqliyyat  sisteminin  yaradılmasma  dair  konfrans-sərgi 
keçirilmişdir (244,2002, №l,s.3).


2002-ci  il  iyun  ayinin  6-7-də  Astanada  IV  Transavrasiya 
konfransi keçirilmişdir. Konfrans BMT-nin Asiya və Sakit okean 
ölkələrinə  yardım  üzrə  Sosial-İqtisadi  Təşkilatı  (ESKATO)  ilə 
birgə  BMT-nin  inkişaf proqramma  uyğun  olaraq  nəqliyyat  və 
tranzit  üzrə  İpək  yolu  inteqrasiya  yoludur”  adı  altında  keçiril- 
mişdir  (244,  2002,  №1,  s.3).  2002-ci  il  iyun  ayınm  19-20-də 
TRASEKA-nın  dəmir  yolu,  liman  və  gəmiçilik  kompaniyalan 
üçün  tariflər  üzrə  Bakıda  ilk  müşavirəsi  keçirilmişdir.  Müşavi- 
rədə  ekspertlər  tranzit  rüsumları,  tariflər  məsələsi  üzrə  vahid 
siyasət məsələsini müzakirə etmişlər (244,2002, №1, s.3).
Göründüyü  kimi,  TRASEKA  proqramınm  reallaşdınlması 
istiqamətində  keçirilən  işçi  görüşlərinin,  konfranslann,  semi- 
narlann  xüsusi  əhəmiyyəti  olmuşdur.  Qeyd  etmək  lazımdır  ki, 
TRASEKA-nın fəaliyyəti Avropa Birliyinin, BMT-nin nəzarətin- 
dədir.  Bu proqram çərçivəsində  irəli  sürülən layihələrin reallaş- 
dınlmasında  ilk  dövrdə  tenderdə  qalib  çıxmış  xarici  şirkətlər 
iştirak edirdilərsə, 2002-ci ildən etibarən yerli firmalar da tenderə 
cəlb  olunmuş,  qalib  çıxanlar  layihələrin  icraçısına  çevrilmişlər. 
Layihələrin həyata keçirildiyi ilk mərhələdə əsas donor təşkilatlar 
AYİB,  DB  idisə,  sonrakı  mərhələlərdə  investisiyalann  verilmə- 
sinə İslam Inkişaf Bankı, Küveyt İslam Fondu da cəlb olunmuşdur.
TRASEKA proqramının həyata keçirilməsinin demokratik yolla 
tənzimlənməsi  üçün  ildə  bir  dəfə  iştirakçı  ölkələrin  nümayən- 
dələrindən biri Hökumətlərarası Komissiyanın baş katibi seçilmiş- 
dir.  Məsələn,  Hökumətlərarası  Komissiyanın  2000-ci  il  martin 
10-da Tbilisidə  keçirilmiş  I konfransında TRASEKA Hökumət- 
lərarası  Komissiyanm Baş katibi  Zviad Kvançaridze,  2002-ci  il 
aprelin 24-25-də Daşkənddə keçirilən II konfransında isə Özbək- 
istan  nümayəndəsi  Əbdürrəşid  Tahirov  (223,  21),  2003-cü  il 
oktyabnn 9-10-da Irəvanda keçirilən III konfransında isə erməni 
tərəfinin cəhdlərinə baxmayaraq, Baş katibliyə Bolqanstanın nüma- 
yəndəsi Lyudmila Trenkova seçilmişlər, 2004-cü ildə Bakıda keçiri- 
lən görüşdə isə Baş katib Azərbaycan nümayəndəsi seçilmişdir (4).
TRASEKA  Daimi  Katibliyinin 
fəaliyyətində  həmişə 
nəqliyyatın müxtəlif növləri ilə daşınma tarifinin tənzimlənməsi
dəhlizin rəqabət qabiliyyətinin artınlması kimi məsələlər ön planda


Yüklə

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə