Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə13/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   9   10   11   12   13   14   15   16   ...   89

niyyətlərin  dialoqu”  adı  altında  2000-ci  ilədək  olan  dövr  üçün 
həyata keçirilməsini qarşıya qoyan proqram hazırlamnışdır. Proq- 
ramda Avrasiyanın 30-dan çox ölkəsinin elmi, mədəni və ictimai 
fəaliyyətinin əlaqələndirilməsi nəzərdə tutulmuşdur.  Həmin pro­
qram  çərçivəsində böyük beynəlxalq ekspedisiya təşkil  edilmiş, 
ekspedisiya iştirakçılan “Tarixi Ipək yolu” xətti ilə Mərkəzi Asiya 
ölkələrində, Çində, Monqolustanda, Qazaxıstanda, Azərbaycanda 
həmçinin  Knmda  və  Ukraynada  olmuşlar (180,  6.05.2000).  Bu 
dövrdə  “Böyük  İpək  yolu”nun  ayn-ayn  problemlərinin  tədqiq 
edilməsi  ilə  bağlı  bir  sıra  beynəlxalq  seminarlar  keçirilmiş,  bu 
seminarlarda  “Böyük  İpək  yolunun  ümumi  problemləri” 
(Moskva-1989),  “Qədim  dövrdə  və  Orta  əsrlərdə  Mərkəzi 
Asiyada  Böyük  İpək  yolunun  meydana  gəlməsi  və  inkişafı” 
(Səmərqənd-1990), “Böyük Ipək yolu xətlərində şəhərlər və kar- 
vansaraylar”  (Urgənc-1991),  “Şərqi  Avropa  çöllərinin  Şərqlə 
Qərbin  qarşılıqlı  əlaqələrində  yeri”  (Donetsk-1992),  “Böyük 
İpək  yolu  xətlərində  Nomadlann  rolu”  adlı  elmi  məruzələr 
dinlənilmişdir (Ulanbator-1992) (180,6.05.2000).
“İpək yolu”nun bərpası prosesində yeni mərhələ  1990-cı ilin 
sentyabnnda Vladivastokda keçirilən “Asiya Sakit okean regionu: 
dialoq, təhlükəsizlik, əməkdaşlıq” adlı beynəlxalq konfrans olmuş- 
dur. Konfratısda Transavrasiya magistralınm yenidən yaradılması 
ideyası ilə Gürcüstan Prezidenti Eduard Şevardnadze çm ş etmiş, 
sonralar  Avropa  Birliyinin  iqamətgahında  görüşlər  olmuş,  bu 
ideya  müzakirə  obyektinə  çevrilmiş,  onu  ekspert  layihə  işləmə 
mərhələsinə keçirmişlər (126,  1998,  №4,  s.16).  1991-ci ilin iyu- 
nun 15-də Avropa Birliyinin 2157 saylı qəran ilə “Tasis” proqramı 
təsis  olmmıuşdu.  Qərarda  göstərilirdi ki, Avropa İttifaqı  özünün 
1990-cı ildə Dublində və Romada keçirilmiş iclaslannda Sovetlər 
İttifaqı rəhbərliyinin iqtisadiyyatın canlamnasına yönəlmiş niyyə- 
tini dəstəklədiyini bəyan etmişdir.  Bu məqsədlə qərara almmışdır 
ki,  mümkün  qədər  qısa  müddətdə  dövlət  və  özəl  bölmələrin 
idarə edilməsi üzrə kadr hazırlığı, maliyyə xidmətləri və energe- 
tika sahələrinə texniki yardım göstərilsin (155,2001, №1, s.4).
SSRİ-nin  süqutu ilə  əlaqədar  1992-ci ildə  “Tasis” proqramına 
düzəlişlər  edildi  və  keçmiş  SSRİ  respublikalanndatı  Baltikyanı


respublikalar  istisna  olmaqla,  12  yeni  müstəqil  dövlət  Avropa 
Birliyi  ilə  ahəngdar  və  möhkəm  siyasi,  iqtisadi  əlaqələr  qurub 
inkişaf etdirmək haqqmda  həmin  ilin  fevralında  “razılıq proto- 
kolu”  imzaladı.  “Tasis”  layihələrinin  vahid  mərkəz  tərəfindən 
əlaqələndirilməsi,  tənzimlənməsi  və  Avropa  BMiyinin  texniki 
yardımının səmərəliliyini təmin etmək məqsədilə Bakıda Avropa 
Birliyinin  texniki  yardım  üzrə  Koordinasiya  bürosu  yaradıldı 
(155,2001, №1, s.4). “Tasis” layihələri üzrə  1992-ci ildən 2000-ci 
ilə qədər olan müddətdə Avropa Birliyi tərəfindən respublikamıza 
80,5  mln  avro  vəsait  aynlmışdır  (155,  2001,  №1,  s.5).  1992-
1999-cu illər ərzində dövlətlərarası proqramlar çərçivəsində qəbul 
olmmıuş  174  layihədən  119-da Azərbaycan Respublikası  iştirak 
etmişdir  (155,  2001,  №1,  s.6).  Ümumiyyətlə,  1991-1999-cu 
illərdə Avropa Birliyi  MDB  ölkələrində  sabit bazar iqtisadiyya- 
tının,  hüquqi  dövlətin  qurulması,  idarəetmə  sistemində  islahat- 
ların  keçirilməsi  üçün  4  mlrd  avro  həcmində  yardım  etmişdir 
(206,  217).  Ayrılan  vəsaitlərin  bilavasitə  26  %-i  isə  nəqliyyat, 
kommunikasiya,  energetika və kənd təsərrüfatının inkişafı üçün 
nəzərdə  tutulmuşdur  (206,  217).  “Tasis”  proqramı  çərçivəsində
2000-2006-cı  illərdə  isə  layihələrin  maliyyələşdirilməsi  üçün 
daha 3 mlrd avro aynlmışdır (206, 217).
Azərbaycan Respublikası lap başlanğıcdan TRASEKA proq- 
ramına fəal qoşulmuş və bu layihələrin reallaşdınlmasında yaxın- 
dan  iştirak  etmişdir.  “Tarixi  Ipək  yolu”nun  bərpası  və  inkişaf 
etdirilməsində  respublika  rəhbərliyinin  əsas  məqsədləri  aşağı- 
dakılardan ibarət olmuşdur:
1.Bölgədə  yerləşən  ölkələrin  ticarət-iqtisadi  əlaqələrinin 
inkişaf etdirilməsi;
2.Nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, yük və  səmişin- 
lərin beynəlxalq daşmmasının həyata keçirilməsi;
3.Tranzit  daşımalan üçün əlverişli şəraitin yaradılması;
4. 
Yükdaşıma müddətlərinin qısaldılması;
5.Nəqliyyat sahəsində müvafiq siyasətin hazırlanması;
6. 
Daşıma tariflərinə və vergilərə xüsusi güzəştlərin edilməsi;
7.Nəqliyyatm müxtəlif növləri  arasındakı  əlaqələrin koordi­
nasiya edilməsi;


8.Yük  və  səmişin  daşımalan  üzrə  beynəlxalq 
у э  
daxili 
tariflər sahəsində uyğunlaşdırılmış siyasətin həyata keçirilməsi;
9. 
Çoxmodallı (birləşmiş) yükdaşımanın təşkil olunması üzrə 
uyğunlaşdınlmış fəaliyyət proqramının işlənib hazırlanması (96).
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın  əlverişli  coğrafi 
şəraitdə  yerləşməsi,  respublikada  bütün  nəqliyyat  vasitələrinin 
və  əsas  yollann  (hava,  dəmir  yolu,  dəniz  və  avtomobil)  yaxşı 
inkişaf etməsini nəzərə  alaraq onun “Böyük Ipək yolu”nun bər- 
pasında  mühüm  rol  oynamasım  TRASEKA proqramı  iştirakçı- 
ları etiraf etmişlər.
TRASEKA  proqrammın  həyata  keçirilməsi  prosesində  işçi 
qruplan iclaslannm, beynəlxalq konfransların,  seminarlann, sər- 
gilərin  də  mühüm  rolu  olmuşdur.  Nəqliyyat  dəhlizinin  təsis 
olunduğu beynəlxalq  Bakı  konfransına  qədər  TRASEKA proq- 
ramı  işçi  qrupunun  5  görüşü  olmuşdur.  TRASEKA işçi  qrupu- 
nun ilk toplantısı  1995-ci ilin may ayının  19-20-də Alma-Atada 
olmuşdur.  Görüşdə  avtomobil,  dəmir  yolu,  dəniz  nəqliyyatı  və 
ticarət  üzrə  işçi  qruplan  tərəfindən  təqdim  olunan  layihələr 
nəzərdən  keçirilmiş,  ilkin  təklifbrdən  16  layihə  təsdiq  edilmiş, 
8  iştirakçı dövlətin nümayəndələri tərəfindən bəyənilmiş,  15 mln 
ekyu dəyərində olan müqaviləbr bağlanmış və onlar 1995-ci ilin 
payızından həyata keçirilməyə başlanmışdır (126,1998, №4, s.87).
İşçi  qrupunun  ikinci  yığıncağı  1995-ci  il  oktyabr  ayının 
27-28-də  Vyana  şəhərində  keçirilmişdir.  Görüşdə  nəqliyyat  və 
ticarət  əlaqəbrinin  genişbnməsinin  müvafiq  surətdə  iqtisadi 
sabitliyin möhkəmbnməsində  əsas vasitə  olduğu  qeyd olunmuş 
və bu baxımdan TRASEKA proqramının məqsədi açıqlanmışdır. 
Nümayəndə  heyətləri  irəli  sürülən təklifləri  və  təqdim  olunmuş 
nəqliyyat marşrutlarmı müzakirə edərək, bu təklifbrin gələcək iş 
planlarınm  həyata  keçirilməsində  əsas  vasitə  olması  barədə 
razılığa gəlmişlər (126,1998, №1, s.87).
TRASEKA layihəsi üzrə işçi qrupunun üçüncü görüşü 1996-cı
il mart ayının 27-28-də Venesiya şəhərində keçirilmişdir. Görüşdə 
əwəlki toplantılarda irəli  sürülmüş təklifbr əsasında tərtib  edil- 
miş  16  layihə  müzakirə  edilərək  bəyənilmiş,  eyni  zamanda 
10  növbəti  layihə  üzrə  bir  sıra təkliflər verilmişdir.  Yığıncaqda


Yüklə

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə