Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə6/89
tarix15.07.2018
ölçüsü
#55814
1   2   3   4   5   6   7   8   9   ...   89

dir.  Lakin  bu  əsərlərdə  respublikamızda  bərpa  prosesi  ilə  bağlı 
həyata keçirilən tədbirlərə toxunulmamışdır.
“İpək yolu” ilə bağlı problembrin tədqiq edilməsində mənbə 
bazası  kimi  Xəzər  Dövlət  Dəniz  Gəmiçiliyi  Idarəsinin  İqtisadi 
proqnozlaşdırma, Mühasibat, Dəniz üzgüçülüyünün təhlükəsizliyi 
şöbəsinin  cari  arxivinin  materiallarından,  idarə  dəftərxanasının 
müxtəlif illər üzrə  əmrlərindən, Azəravtonəqliyyat Dövlət Kon- 
semi  (indiki  Nəqliyyat  Nazirliyi)  Baş  Lisenziya  İdarəsinin, 
Azəravtoyol  Dövlət  Konseminin  (indiki Azəryol  Serviz  Depar- 
tamenti)  Xarici  iqtisadi  əlaqələr  şöbəsinin,  Dövlət  Dəmir  Yolu 
Idarəsinin Xarici iqtisadi əlaqələr şöbəsinin cari arxivinin mate- 
riallanndan, TRASEKA Hökumətlərarası Daimi katibliyi ekspert 
qruplannın  materiallanndan,  İqtisadi  İnkişaf Nazirliyinin  İnfra- 
struktur və Xidmət şöbəsinin, Beynəlxalq Maliyyə İnstitutlan ilə 
Əməkdaşlıq  şöbəsinin,  Təbiətdən İstifadə və Ekologiya Nazirli­
yinin  Layihə  və  İnvestisiya  şöbəsinin,  Bakı  Beynəlxalq  dəniz 
limanının  Hidrotexnik  qurğular  və  İqtisad  şöbəsinin,  Yol  Nəq- 
liyyat  Serviz  Xidməti  Departamentinin  (indiki  Azəryol  Serviz 
Departamenti)  Xarici  iqtisadi  əlaqələr  və  Texniki  şöbələrinin 
sənəd və materiallanndan istifadə edilmişdir.
Problembrin  araşdırılmasının  digər mənbə bazasım  statistik 
məlumat külliyatlan (33;  34;  35;  160;  101;  15;  16;  17;  18;  190; 
32) təşkil edir. Azərbaycan Respublikası Dövlət Satistika Komi- 
təsinin  hazırladığı  statistik  külliyatlaraı  nəqliyyatla  bağlı  hissə- 
sində  Avrasiya  nəqliyyat  dəhlizinin  işi  haqqında  çox  qiymətli 
faktik materiallar verilmişdir.
“İpək yolu” ilə bağlı problembrin hərtərəfli tədqiq edilməsinə 
xidmət  edən  materilların  bir  qismi  də  dövrü  mətbuat  səhifəb- 
rində, xüsusilə də “İpək yolu”, Tarix və onun problemləri, Dirçəliş 
XXI  əsr,  Nəqliyyat  hüququ jumalında, Azərbaycan,  Xalq,  Res- 
publika,  Azərbaycan  müəllimi,  Bakı,  Vışka,  Panorama  kimi 
qəzetlərdə,  həmçinin  külliyyatlarda  və  konfrans  materiallannda 
dərc  olunmuş  məqabbrdir.  Bunlardan  A.Əliyevin,  Ə.Qasımo- 
vun (60), A.Musayev və Y.  Əliyevin (164), N.Vəlixanlmın (201; 
202),  M.Mehbalıyevin  (156),  F.Sadıqovun  (185),  A.Musayevin 
(163), A.Nadirovun (170;171), Ə.Həsənovun (83), İ.Davudovun 
(53),  D.Vəliyevin  (198),  İ.Babayevin  (38),  B.Budaqovun  (45),


G.Bayramovanın (40), V.Bayramovun (41),  D.Dərgahovun (56), 
E.Abdullayevin  (1),  V.Abdullayevin  (2;3),  Ə.Məmmədovun 
(151), M.Əhmədovun (75), Ş.Hacıyev və M.Məmrnədovun (77), 
AHacızadə və L.Cavatışirin (79), R. Həsənovun (90),  S.Xəlilovun 
(119;120),  Q.Kəncərlinin  (130;  131;  132;  133;  134;  135;  136), 
EKərimlinin  (137),  A.Qazıyevin  (142),  F.Qənbərovun  (143), 
V.Quluzadənin (144),  R.Quliyevin (145),  Z.Musayevanın  (165), 
A.Müqdətoğlunun  (168),  E.Nəcəfquliyevin  (175),  RNurəliye- 
vanın  (176),  F.Sadıqovun  (185),  Z.Səmədzadənin  (187),  Sem 
Braunun  (188),  S.Aşurbəylinin  (209),  İ.Rüstəmovun  (182), 
A.Məmmədovun  (243),  T.Rzayevin  (183),  I.Şükürovun  (239), 
Rİmanowun,  N.Avramenkonun  (125),  İ.Vəlizadənin  (199) 
məqalələrini  göstərmək  olar.  Bu  məqalələrdə  “İpək  yolu”nun 
bərpası  ilə bağlı məlumat xarakterli  xeyli  materiallar  elmi  döv- 
riyyəyə gətirilmişdir.
Tədqiq  olunan  problem  infrastruktur  sahələrinin  yenidən 
qurulması, ölkə iqtisadiyyatınm inkişafi, xalqın sosial-mədəni həyat 
şəraiti  ilə  bağlı  aktual  problemlərdən  biri  olduğu  üçün  sosial, 
iqtisadi,  siyasi və mədəni həyatdakı dəyişikliklərlə  six vəhdətdə 
araşdınlmış,  tədqiqat  işində  tarix  elminin  obyektivlik,  tarixilik, 
elmilik, məntiqi əsaslandırma, müqayisəli təhlil kimi əsas metod- 
larından istifadə olunmuşdur.
Monoqrafiyada ilk dəfə olaraq “İpək yolu”nun bərpası prob- 
lemi  kompleks  şəkildə  tədqiq  edilərək  “Yeni  Ipək  yolu”nun 
yaranmasını tələb edən obyektiv zərurət, tarixi şərtlər elmi cəhət- 
dən  araşdırılmış,  Avropa  Birliyinin  Ьэфа  prosesindəki  rolu, 
həyata keçirdiyi texniki və investisiya layihələri,  onların həyata 
keçirilməsi dinamikası öyrənilmiş, “Tarixi İpək yolu”nun Ьэфа- 
sında görkəmli dövlət xadimi Heydər Əliyevin böyük xidmətləri 
hərtərəfli  tədqiq  edilmiş,  “Yeni  İpək  yolu”nun  yaradılması  ilə 
Azərbaycanın Cənubi Qafqazda Qərblə Şərqi birləşdirən mühüm 
geosiyasi,  strateji  zonaya  -   tranzit  mərkəzinə,  regionun  lider 
dövlətinə  çevrilməsi  elmi  baxımdan  əsaslandınlmışdır.  Əsərdə 
eyni zamanda Ьэфа prosesinin respublika nəqliyyat və kommu- 
nikasiya sistemlərinin dünya standartlanna uyğun yenidən qurul- 
masmda, ölkə iqtisadiyyatmın inkişafında, kəsirsiz büdcə siyasə- 
tinin  formalaşdınlmasında  mühüm  rolu  tədqiq  edilmiş,  “Yeni


İpək  yolu”nun  yaranmasının  gömrük  sisteminin  və  rabitənin 
yenidən  qurulmasında,  inkişafında böyük rolu müəyyənləşdiril- 
miş,  həmçinin  bərpa  prosesinin  Azərbaycanın  sosial  inkişafına 
müsbət təsiri,  xüsusilə  işsizlik probleminin həllində,  infrastruk­
tur sahələri üçün kadr potensialının formalaşdınlmasındakı  əhə- 
miyyəti  aydınlaşdırılmışdır.  Monoqrafiyada  о  cümbdən  “Yeni 
İpək yolu”nun ətraf mühitə təsiri məsələsi öyrənilmiş, bu sahədə 
həlli zəruri olan problemlərə aydınlıq gətirilmiş,  Şərq-Qərb elmi 
və mədəni dəyərlərinin sintezində,  elm və mədəniyyətlərin inki- 
şafında  “Yeni  İpək  yolu”nun  əsaslı  rolu  elmi  baxımdan  tədqiq 
edilmiş, Ermənistanın ölkəmizin iqtisadiyyatına, mədəniyyətinə, 
ekologiyasına  vurduğu  konkret  ziyanm  miqyası  müəyyənləşdi- 
rilmiş  və  onun  dünya  ictimaiyyətinə  çatdmlması  istiqamətində 
addımlar atılmışdır.
Tədqiq  edilən  problem  təkcə  Azərbaycan  tarixşünaslığının 
deyil,  bütövlükdə  çox  mühüm  iqtisadi,  siyasi,  sosial,  elmi  və 
mədəni  xarakterli  problem  olduğundan  onun  araşdırılması  həm 
də  böyük praktik  əhəmiyyətə  malikdir.  Belə  ki,  monoqrafiyada 
qeyd  olunmuş  faktiki  material,  əldə  olunmuş  elmi  nəticələr 
Azərbaycanm  müasir  dövr  mülki  tarixinin,  həmçinin  iqtisadi 
inkişafla bağlı müasir dövrün digər problemlərinə həsr olunmuş 
əsərlərin  yazılmasmda  faydalı  ola  bilər.  Bundan  başqa,  bu 
əsərdən  ali  və  orta  ixtisas  məktəblərində  ixtisaslar  üzrə  iqtisad 
və  nəqliyyat  yönümlü mühazirə  kurslannm  hazırlanmasında  və 
orta  məktəblərdə  “Yeni 
Ipək 
yolu”  ilə  bağlı  mövzulann  tədri- 
sində  metodik  vəsait  kimi  istifadə  edilə  bilər.  Monoqrafiyada 
əldə  olunmuş  elmi  nəticələr  eyni  zamanda  nəqliyyat  qurucu- 
luğunun praktik məsələlərinin həlli üçün də faydalı ola bilər.


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə