Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə54/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   50   51   52   53   54   55   56   57   ...   89

sələrin  balansında  2006-cı  ilin  yanvann  1-nə  olan  məlumata 
görə 994 ədəd avtonəqliyyat vasitəsi vardır. Bu nəqliyyat vasitə- 
lərindən 231  ədədi, yəni 23,2 %-i işlək vəziyyətdədir (204).
Qeyd etmək lazımdır ki, dövlət büdcəsi tərəfindən hər il ayn- 
lan  40-41  mln  manat  vəsaitin  65  %-i  respublika  əhəmiyyətli,
25 %-i yerli əhəmiyyətli yollann təmirinə, qorunmasına sərf edi- 
lir.  Büdcədən  bu  qədər  böyük  vəsaitin  ayrılması  onunla  əlaqə- 
dardır ki, respublikada daşınan yüklərin 60 %-i avtomobil nəqliy- 
yatının payına düşür.  Ona görə  də yaxın illər ərzində avtomobil 
yollannın  texniki  vəziyyətinin  əsaslı  şəkildə  yaxşılaşdırılması 
tələb olunur (206,175).
Respublikamızın  avtomobil  yollannın  beynəlxalq  standart- 
lara uyğun yenidən qurulması yaxın  10 il ərzində başa çata bilər 
(206,179). Hazırda respublikamızda 10 min km-dən çox yol daş- 
çınqıl örtüklü, min km yol isə adi torpaq örtüklü yoldur (206,179).
Avtomagistrallann dünya standartlanna uyğun yenidən qurul- 
ması  nəqliyyat  dəhlizində  yükdaşımalarm  həcminin  artmasına, 
serviz  xidmətinin  yaxşılaşdırılmasına  əsaslı  təsir  göstərəcəkdir. 
Avropa Komissiyasının TRASEKA proqramı  çərçivəsində avto­
mobil  yollan  ilə  əlaqədar “Yol  səthinin möhkəmləndirilməsinin 
tətbiqi”,  “Qafqazın yol bölməsi -  Bakı-Tbilisi-Yerevan avtomo­
bil yollannın yenidən qurulması”,  “Qafqaz avtomobil yollannın 
yenidən qurulması” adlı texniki yardım layihələrinin və “Qumızı 
körpünün  bərpası  və  TRASEKA  körpüsünün  qurulması”  kimi 
investisiya yardım layihəsinin həyata keçirilməsi çox böyük əhə- 
miyyətə malikdir (223,40-42).
“Yol  səthinin möhkəmləndirilməsi” adlı texniki yardım layi- 
həsi Almaniyamn “Koks” firması tərəfindən yerinə yetirilmiş, icra 
müddəti  1996-cı  ilin  martından  1997-ci  ilin  mart  ayına  qədər 
olmuşdur.  Layihənin ümumi  büdcə  dəyəri  2  mln  avrodur.  Kon- 
kret  olaraq  Azərbaycan,  Gürcüstan,  Ermənistan,  Qazaxıstan, 
Qırğızıstan,  Tacikistan,  Özbəkistan  üçün  nəzərdə  tutulmuşdur. 
Layihənin məqsədi yol səthinə və körpülərə xidmət üzrə sistemli 
tədrisin  apanlması,  yollann  özəlləşdirilməsinə  və  istismanna 
kömək göstərilməsi,  layihənin texniki-iqtisadi cəhətdən əsaslan- 
dınlmasıdır (223,40-42).


“Qafqazın yol bölməsi  Bakı-Tbilisi-İrəvanı birləşdirən avto­
mobil yollannın bərpası, yenidən qurulması” adlı texniki yardım 
layihəsinin  Almaniyanm  “Koks”  və  Finlandiyanın  “Findrod” 
şirkəti  tərəfindən  reallaşdınlması  qərara  alınmışdır.  Layihənin
2000-ci  ilin  noyabnndan  2002-ci  ilin  avqustuna  kimi  icra  edil- 
məsi  nəzərdə  tutulmuşdur.  Onun  ümumi  büdcə  dəyəri  2  mln 
avrodur və Cənubi Qafqaz respublikalanmn hamısı üçün nəzərdə 
tutulmuşdur.  Layihənin  məqsədi  yol  səthinin  müvafiq  örtüklə 
davamlılığının  artmlmasmın  öyrədilməsi  və  layihələndirilməsi- 
dir (223, 43-44).
“Qafqaz avtomobil yollannın yenidən qurulması” adlı texniki 
yardım layihəsi yalnız Cənubi Qafqaz respublikalan üçün nəzərdə 
tutulmuşdur  və  ümumi  büdcə  dəyəri  2  mln  avrodur.  Layihənin 
məqsədi Bakı-Hacıqabul-Qazax-Qırmızı körpü layihəsinə texniki 
nəzarətin edilməsi və onun maliyyələşdirilməsidir. Bu layihə üçün 
Dünya Bankı tərəfindən 40 mln dollar, Avropa Yenidənqurma və 
İnkişaf  Bankı  tərəfindən  isə  33  mln  dollar  kredit  aynlmışdır 
(223,53-54).
Avropa  Birliyinin  TRASEKA  proqramı  çərçivəsində  avto­
mobil  yollan  ilə  bağlı  həyata keçirdiyi  layihələrin  bir hissəsini 
də  investisiya  yardım  layihələri  təşkil  edir.  Bu baxımdan  “Qır- 
mızı  körpünün  bərpası  və  TRASEKA  körpüsünün  qurulması” 
adlı  investisiya  layihəsi  diqqəti  cəlb  edir.  Layihə  Türkiyənin 
“Turan  Xəzinadaroğlu”  və  Azərbaycanm  “Azərkörpü”  firması 
tərəfindən həyata keçirilmişdir. Layihə Azərbaycan və Gürcüstan 
arasmda avtomobil yolu körpüsünün əsaslı təmiri işi üçün nəzərdə 
tutulmuşdur.  Onun  büdcə  dəyəri  isə  2  mln  avrodur.  Layihənin 
məqsədi  Azərbaycan  və  Gürcüstan  arasında  yeni  körpünün 
maliyyələşdirilməsi,  sərhəd məntəqələri, yeraltı keçidlərin tikin- 
tisi,  mövcud  körpülərdə  mühafizə  tədbirlərinin  həyata  keçiril- 
məsi, 2 zolaqlı dəmir yollannın istismara verilməsi, yaxınlıqdakı 
Tovuz dəmir yolu körpüsünün əsaslı şəkildə genişləndirilməsidir 
(224,  2004,  №7,  s.62-63).  Qeyd  etmək  lazımdır  ki,  bu  iş  artıq 
başa çatdınlmışdır.
Göründüyü  kimi,  ölkənin  vahid  nəqliyyat  sistemində  və 
“Yeni  Ipək  yolu”nun  fəaliyyətində  xüsusi  yer  tutan  avtomobil


yollannın yenidən qurulması mühüm əhəmiyyət kəsb edir.  Buna 
görə də Avropa Birliyi TRASEKA proqramı çərçivəsində texniki 
və investisiya layihələrinin köməyi ilə “İpək yolu” üzərində yer- 
ləşən  bütün  ölkələrdə,  о  cümlədən  Azərbaycanda  avtomobil 
yollannın  bərpası  və  yenidən  qurulması,  beynəlxalq  maliyyə 
qurumlannın  bu  işə  cəlb  olunması,  layihələrin  texniki  iqtisadi 
əsaslandırılması istiqamətində geniş iş apanr. Bu da “Tarixi İpək 
yolu”nun bərpası, inteqrasiya proseslərinin dərinləşdirilməsi, elmi- 
texniki,  mədəni  nailiyyətlərin  mübadiləsinin  genişləndirilməsi, 
xalqlann tərəqqisi deməkdir.
Avropa Birliyinin tövsiyəsi və köməyi ilə yaradılan Azərbay- 
can Respublikası Nəqliyyat Nazirliyi fəaliyyətə başladığı 2002-ci 
ilin avqustun 2-dən keçən dövr ərzində yol təsərrüfatının inkişaf 
etdirilməsi  istiqamətində  bir  sıra  çox  mühüm  əhəmiyyətli  işlər 
görmüşdür. Belə ki, 5 asfalt zavodu açılmış, daxili imkanlar hesa- 
bına 2003-cü ilin ikinci yarısında 200 km-lik avtomobil yolunda 
cari,  orta və  əsaslı təmir işləri  apanlmış,  110  ədəd yeni texnika 
və avadanlıq alınmışdır (224,2004, №7, s.61).
1998-ci ildən keçən son 5 il ərzində Azərbaycan yol nəqliyyat- 
kompleksinin  inkişafına  2  trilyon  manat  (köhnə  kursla)  və  ya 
400 mln dollardan artıq sərmayə  qoyulmuşdur.  2004-cü ildə  isə 
yol-nəqliyyat kompleksinin  inkişafına aynlan vəsaitin  800 mlrd 
manata və ya  160 mln dollara çatdınlması nəzərdə tutulmuşdur. 
Bu məbləğin  də  400  mlrd manatı  və  ya  80  mln  dollan  respub- 
likanın avtomobil yollannın təmir və inkişafına sərf olunmuşdur 
(224, 2004,  №7,  s.61). Nəqliyyat Nazirliyinin məlumatına görə, 
2004-2007-ci  illərdə  Ələt-Gəncə-Qazax,  İranla  sərhəddən Bilə- 
süvara kimi  və  Culfa-Ordubad yollannın  əsaslı  şəkildə yenidən 
qurulması  baş  tutmuşdur.  2010-cu  ilədək  olan  dövrdə  isə  Ələt- 
Astara və Bakı-Quba yollannm da təmiri  apanlacaqdır.  Bu yol- 
lann ümumi  uzunluğu  900  km-dir. Adı  çəkilən məqsədlər üçün 
800 mln dollar sərf olunması gözlənilir (224,2004, №7, s.62).
Azərbaycan həm də “Şimal-Cənub” dəhlizi layihəsinə qoşul- 
maq  niyyətində  olmasını  rəsmən  bəyan  etmiş  və  2005-ci  ilin 
sentyabnn 20-də  imzalanmış  984  IIQ  saylı Azərbaycan respub- 
likasının  Qanunu  ilə  respublikamız  “Şimal-Cənub”  beynəlxalq


Yüklə

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə