Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə53/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   49   50   51   52   53   54   55   56   ...   89

ilin  dekabnn  31 -də  başa  çatmışdır.  2011-ci  ilin  fevral  ayının 
birinci yansında isə rəsmi açılışı olmuşdur (5a; 5b).
“İpək yolu”nun keçdiyi avtomagistralm mühüm bir hissəsini 
də  Ucar-Yevlax  avtomobil  yolu  təşkil  edir.  Yolun  uzunluğu 
53,0 km-dir, bərpası üçün 61,4 mln dollar vəsait tələb olunur. Bu 
vəsaitin  10 mln dollannı İslam Bankı, 46 mln dollannı Səudiyyə 
İnkişaf  Fondu,  5,4  mln  dollarını  Azərbaycan  hökumətinin 
ödəməsi  nəzərdə  tutulmuşdur  (204).  Bu  layihənin  texniki-iqti- 
sadi əsaslandırma sənədləri “Tasis” proqramının qrantı hesabına 
hazırlanmışdır.  Layihəyə  görə  yol  ikinci  dərəcəli  və  2  zolaqlı 
olmalıdır  (204).  Yolun  tikintisinə  2007-ci  ildə  başlanılmış  və
2009-cu  ilin  noyabr  ayının  19-da  yolun  açılışı  olmuşdur  (23, 
20.XI.2009).
“İpək  yolu”nun  əhəmiyyətli  bir  hissəsini  də  Yevlax-Gəncə 
avtomobil  yolu  təşkil  edir.  Yolun  bütün  hissəsinin  uzunluğu
88,8  km-dir.  Layihəyə  görə burada  əsaslı Ьэфа  işləri  apanlma- 
lıdır. Вэгра işləri 2010-cu ilin dekabnna başa çatsa da, rəngləmə 
işləri, işıqlandırma sistemlərinin təmin edilməsi ilə əlaqədar yolun 
tam açılışı 2011-ci ilin mayın 30-na nəzərdə tutulmuşdur (5b).
“Yeni  ipək yolu”nun  ölkəmizin  ərazisindən keçən bir hissə- 
sini də uzunluğu 94 km olan Gəncə-Qazax avtomobil yolu təşkil 
edir.  2  zolaqlı  olan bu  yol  2006-ci  ilin  noyabnn  6-da  istismara 
verilmişdir (5 v). Bu yol üzərində uzunluğu  10,6 km olan Tovuz 
dairəvi yolunun tikintisi isə 2008-ci  il dekabr ayınm  15-də başa 
çatmışdır  (5a).  Layihənin  smeta  dəyəri  48  mln  dollardir.  Bu 
vəsaitin  40  mln  dollanni  Beynəlxalq  Bank,  1,5  mln  dollanni 
“Tasis” proqrami,  6,5 mln dollanni Azərbaycan hökuməti vermə- 
lidir.  Layihənin texniki-iqtisadi əsaslandınlması sənədləri “Tasis” 
proqramının  qrantı hesabına hazırlanmışdır.  Gəncə-Qazax  avto- 
magistralı bir neçə sahəyə bölünür. Birinci sahə uzunluğu 21  km 
olan Gəncə-Şəmkir hissəsi hesab  olunur.  Bu hissədə tikinti  işini 
Türkiyənin  “Turan  Xəzinədaroğlu”  firması  aparmış,  tikinti  işi 
tam şəkildə başa çatmışdır.  İkinci  sahə  Şəmkir-Qazax hissəsidir 
ki, burada tikinti  işlərini Azərbaycanın “Azərkörpü” və tenderin 
qalibi  olmuş Azərbaycan-Alman birgə müəssisəsi “SP Avtovan”


apanr.  İnşaat  işləmin  davam  etdiyi yol  ikinci  dərəcəli  2  zolaqlı 
olmalıdır (204).
Layihəyə görə uzunluğu  10,6 km olan Tovuz dairəvi avtomo­
bil  yolunun  tikintisi  üçün  torpaq  sahələrinin  alınması  və  kom- 
pensasiyalann  verilməsi  üçün  Azərbaycan  hökuməti  tərəfindən 
tədbirlər  görülmüş  və  yuxanda  qeyd  edildiyi  kimi,  inşaat  işləri 
2008-ci ilin dekabr ayının ortalarına başa çatmışdır (5a).
‘İpək yolu”nun mühüm hissələrindən biri də  Qazax-Gürcüs- 
tan  sərhədi  boyunca  uzunluğu  38  km  olan  avtomobil  yoludur. 
Bu yolun bərpası üçün  14,5  mln dollar ayrılması  nəzərdə  tutul- 
muşdur.  Тэ1эЬ  olunan  vəsaitin  12,5  mln  dollan  kredit,  2  mln 
dollan isə Azərbaycan hökumətinin vəsaiti hesabina ödənilməli- 
dir (25).  Layihənin texniki-iqtisadi  əsaslandınlması sənədlərinin 
hazırlanması  “Tasis”  proqramının  qrantı  hesabina  aparılmışdır. 
Yolun  ikinci  dərəcəli  və  2  zolaqlı  olması  nəzərdə  tutulmuşdur 
(204).  Inşaat  işlərinin  2009-cu  ilin  birinci  rübündə  başa  çatdı- 
nlması  nəzərdə  tutulsa  da,  yolun  tikintisi  2010-cu  il  aprelin 
27-də başa çatmışdır (5 b).
“İpək yolu”nun mühüm tərkib hissələrindən biri də uzunluğu
21,5  km olan Bakı dairəvi avtomobil yoludur. Layihəyə görə bu 
yolda  əsaslı bərpa və yeni  tikinti  işləri  apanlmalıdır.  tlkin  vari- 
antda  yolun  inşası  üçün  28,4  mln  dollar  nəzərdə  tutulmuşdur. 
Tələb  olunan  investisiyanın  14,6  mln  dollannı  Küveyt  Fondu,
10  mln  dollannı  Əbu-Dəbi  fondu,  3,8  mln  dollarım  isə  Azər- 
baycan  hökuməti  verməlidir.  Bu  yolun  texniki-iqtisadi  əsaslan- 
dınlması  və  texniki  layihəsi  1997-ci  ildə  Əbu-Dəbi  fondunun 
qrantı  hesabina  hazırlanmışdır.  Yolun  tikilməsinə  dair  saziş
2003-cü  ilin  martında  Əbu-Dəbidə  imzalanmışdır.  Layihə  üç 
hissədən  ibarətdir.  Layihənin  başa  çatması  2009-cü  ilin  I  rübü 
üçün  nəzərdə  tutulsa  da  (180,13.111.2008),  layihənin  birinci  və 
ikinci  hissəsinin  icrası  2010-cu  il  noyabnn  8-də  başa  çatmış, 
smeta  dəyəri  80  mln  dollar  təşkil  etmişdir  (100,  9.XI.  2010). 
Layihənin üçüncü hissəsinin  icrasının isə  ilin  sonuna başa çata- 
cağı nəzərdə tutulmuşdur.  Bakı dairəvi yolu hər iki istiqamətdən 
üç  hərəkət zolağı  olmaqla  6  hərəkət zolağından  ibarətdir.  Нэгэ- 
kət zolağının hər birinin  eni  3,75  metrdir.  Bakı  dairəvi yolunda


5  qovşaq,  8  ötürücü,  3  piyada keçidi tikilmişdir.  Birinci  qovşaq 
Bakı  dairəvi  avtomobil  yolunu  Rusiya  Federasiyası  avtomagis- 
tralı ilə əlaqələndirərək şimal-cənub beynəlxalq nəqliyyat dəhli- 
zində  tranzit yük  maşınlannı  şəhərə  girmədən  cənuba və  qərbə 
istiqamətləndirir,  bundan  əlavə,  bu  qovşaq  Sumqayıt  şəhərini, 
Biləcəri qəsəbəsini və Abşeronun digər yaşayış məntəqələrindən 
avtonəqliyyat  vasitələrinin  cənub  istiqamətinə  rahat  çıxışını 
təmin edir. İkinci qovşaq Bakı şəhərinin “Qurd Qapısı” ərazisində 
avtonəqliyyat vasitələrinin hərəkətini şəhərlə əlaqələndirir. Üçüncü 
qovşaq  Bakı  dairəvi  avtomobil  yolunu  Lökbatan-Xocahəsən 
avtomobil yolu ilə,  dəmir yolunun Heybət stansiyası,  sənaye və 
ticarət  obyeketləri  ilə  əlaqələndirir.  Dördüncü  qovşaq  Bakı- 
Astara avtomobil yolu ilə mövcud Lökbatan dairəsini birləşdirir. 
Beşinci  qovşaq isə nəqliyyat vasitələrinin  Bakı  dairəvi  avtomo­
bil  yolunun  altmdan tunel vasitəsilə  “Sədərək”,  “Binə”  və  digər 
ticarət  mərkəzlərinə  çıxışını  təmin  edir  (100,  9.XI.2010).  Bakı 
dairəvi  yolunun  işə  düşməsi  Bakı  şəhərində  ekoloji  vəziyyətin 
yaxşılaşmasma,  tıxaclann  azalmasına,  nəqliyyat  vasitələrinin 
maneəsiz hərəkətinə şərait yaratmışdır.
Belə bir cəhəti də qeyd etmək lazımdır ki, yalnız Bakı-Ələt- 
Hacıqabul  yolu  birinci  dərəcəli  olduğuna  görə  2008-ci  ildən 
sonrakı dövrdə “İpək yolu”nun digər hissələrinin də birinci dərə- 
cəli  olması  üçün  əlavə  tədbirlərin  həyata  keçirilməsi  nəzərdə 
tutulmuşdur.  2006-cı  ilin  iyulun  19-na  olan  məlumata  görə 
Dünya Bankı Azərbaycanda nəqliyyat infrastrukturunun yenidən 
qurulması üçün 500 mln dollar ayırmaq fikrindədir.
“Yeni İpək yolu”nun yaradılması ilə əlaqədar ölkəmizin nəq- 
liyyat bölməsində əsaslı struktur dəyişiklikləri apanlmışdır. Avropa 
Birliyinin  tələbi  və  Azərbaycan  respublikası  prezidentinin  10 
iyun 2003-cü il tarixli  fərmanı  ilə  “Azəravtoyol Dövlət  Şirkəti” 
ləğv olunmuş və o, Nəqliyyat Nazirliyinin tərkibində “Yol Nəqliy- 
yat  Serviz  Departamenti”nə  çevrilmişdir  (204).  Avropa  Birliyi 
tərəfindən  Nəqliyyat  Nazirliyinin  yaradılması  üçün  respublika 
hökumətinə  2,5  mln  dollar  həcmində  vəsait  verilmişdir  (26). 
“Yol  Nəqliyyat  Serviz  Departamenti”nin  tabeliyindəki  müəssi-


Yüklə

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə