Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   30   31   32   33   34   35   36   37   ...   95

129 
 
olar.  Biz  də  yaxşı  oğulux,  özümüz  qazanax,  özümüz  yiyək. 
Görək bunnan nolur.  
Qazannar asıler, xeyratdar pişer. Millət gəler, yiyir geder. 
Bu  vaxdı  Allah-taalaya  xavar  geder  ki,  bu  ehsan  niyə  qəbul 
döy. Deyir: 
–  Ya  Cənab  Cəbrayıl,  dərviş  libasında  en,  görək  ehsan 
niyə qəbul döy? 
Cənab  Cəbrayıl  dərviş  libasında  gəler,  yanında  da  iki 
nəfər adam. Bular insan libasında gəlellər ehsan verilən  yerə. 
Yaxınnaşanda  örör  kü,  bir  yazığ  uşax  əyağı  yalın,  başı  açıx, 
cılcırım
48
,  ağzının,  burnunun  suyu  tökülə-tökülə  yolun  qıra-
ğında durub boylaner. Buları görən kimi uşax yüyürör munun 
əlinnən tutor. Deyir: 
– Dərviş baba, hara gedersən?  
Deyir: 
– Oğul, bu tərəfə.  
Deyir: 
– Dərviş baba, sana qurvan olum, burda filan tacirə eh-
san verellər. Mən də getdim, məni qoaladılar, oruya qoymadı-
lar.  Gəl  gedək,  mən  də  sizin  yanınızda  gedim,  əldə-əyaxda 
qalan qırdan-qırıntıdan mana da bir kısmat ver.  
Oğlan  dərvişi  darta-darta  güjnən  tacirin  ehsanına  aparer. 
Gedellər,  qapıdan  içəri  daxil  olanda  salamməlöykü,  salammə-
löykü. Xoş gəlifsiniz, xoş gəlifsiniz. Uşax munu aparer. Apa-
randa deyir ki, gəlin əyləşin, atama ehsan vererəm, bir xeyrat 
kəsin,  bir  həmdi-sura  oxuyun,  bir  dua  deyin,  bəlkə  sizinki 
qəbul ola. Deyəndə Cəbrayıl deyir ki, yaxşı, oğul, mənim gö-
züm üstə. Uşağ əlinnən tutuf gedəndə Cənab Cəbrayıl deyir: 
– İcazə ver qavaxca gedem bu ehsan pişən yerləri gəzem.  
                                                
48
 Cılcırım – cır-cındır içində 


130 
 
Bu geder ehsan pişən yerləri – qazannarın yanını gəzəndə 
görör  kü,  bir  kişi  –  bir  ağaşdan  kürək  qayırıflar  əti  qarışdır-
mağa  –  kürəyi  salıb  bir  qazan  ət  var,  munu  qarışdırer.  Ətin 
altınnan  salıb  belə  altdan  yuxarı  qarışdıranda  ətin  bir  tikəsi 
sıçreer  külün  içinə  tüşör.  Külün-qorun  içinə  ətin  bir  tikəsi 
tüşəndə uşax dərvişin əlini buraxer,  yüyürör odun içinnən bu 
tikeyi  götürör,  qorru-morru  ağzına  soxor.  Ağzına  soxor,  bu 
uşax  çiyneer  çiynəmer,  bu  əti  udor.  Ət  mədədən  anrı  gedən 
kimi Allah-taaladan səda gəler ki, ehsan qəbuldu.  
Kişi geder məclisdə oturor, deyir: 
–  Oğul,  gəl  görüm  buruya,  sana  bir  sirr  söylüjəm  bu 
camaatın içində.  
– Nədi? 
Deyir: 
–  Sən  atana  neçə  dəfə  ehsan  verifsən?  Bu  nədi,  bu  nə 
sirridi? Hər dəfə də sənin atan deyirdi ehsan qəbul döy, büyün 
dedi ehsan qəbuldu.  
Deyir: 
– Ateyi-mehriban, mən hamıyı çağırmışam – tanıdığımı, 
bildiyimi, gördüyümü, götdüyümü. Özüm kimi atamın dosda-
rını,  varrıları  yidirtmişəm,  içirtmişəm  hamıyı,  amma  bu  gün 
bir səyfim oluf. Mən səyfimi boynuma götürörəm.  
Deyir: 
– Nədi?  
Deyir: 
– Bu sizin əlinizdən tutuf gələn uşax cılcırım bu ehsana 
əlmişdi,  bu  qapıya  əlmişdi.  Bu  uşağı  mən  burdan  qoaladım, 
çıxdı  getdi.  Bir  az  keçənnən  sonra  gördüm  bu  uşax  siznən 
gəldi.  Siznən  gələndə  də  siz  qavaxcan  getdiniz  qazannarın 
yanını gəzdiniz, hərrəndiniz. Orda ətqarışdıran  əti qarışdıran-
da tikənin biri qorun içinə tüşdü. Qorun içinə tüşəndə bu uşağ 
əlini uzatdı, tikeyi götdü, yidi. Onnan başqa mən heç bir günah 


131 
 
eləməmişəm.  Mənim  günahım  odu.  İstiyirsən  məni  bağışda, 
istiyirsən bağışdama.  
Cənab Cəbrayıl barmağını ağzına aler, dişdiyir. Deyir:  
– Haa, indi mən bildim ki, ehsan niyə qəbul döyülmüş. 
Bu  uşağı  qoalıyıflar.  O  qorun  içindən  uşax  tikeyi  götürüf 
yiyif, ehsan qəbul oluf. Ona görə də, ay bala, büyünnən sonra 
gedin rahat olun, atanızın ehsanı qəbuldu.  Atanızın sizə bax-
dığı halalınız olsun, çörəyi bol olsun. Yiyin, yaxşı yaşıyın.  
Ona  görə  də  ulu  babalardan  qalıf  ki,  yüz  tikənin  biri 
ofsanata  keçir.  Onnan  sonra  Cənab  Cəbrayıl  qeyb  olur  öz 
yolunnan geder, bular da öz yolunnan.  
 
21. KASIB QIZIN EHSANI 
 
Bir  qız  var  imiş.  Bu  qız  çox  kasıb  imiş.  Atası  rəhmətə 
geder. Rəhmətə gedəndə munu qonşu hesavına, qohum hesavına 
dəfn  eliyillər.  Dəfinnən  sonra  munun  qonşuluğunda  bir  varrı-
hallı, çox gəl-götürrü bir kişi var imiş, bu kişi də rəhmətə geder. 
Bunu  da  dəfn  eliyillər.  Bu  qız  baxer  ki,  bu  kişinin  oğlannarı 
həftədə bir, ayda bir bu kişiyə ehsan verer. Camaat yığıler, pişer, 
tüşör,  erkəklər  kəsiler,  danalar  kəsiler,  cəmdəklər  asıler.  Gəl-
götü,  xörəyin  iysi  qarın  doyduran,  filan-fəsməkən,  ehsannar 
verillər. Amma bu qızın qulağına səda gəler ki, ehsan qəbul döy.  
Bir gün bu qız deyir ki, ay Allah-taala, sana ağır getməsin. 
Mənim heş zadım yoxdu. Atadan heş nə qalmıyıf, özüm də heş 
nə  işdiyif  qazanammeram.  Mən  atama  nə  ehsan  verim?  Öydə 
ağleer,  hikkələner,  vedrələrini  götürör  suya  geder.  Geder  bu-
lağın başında oturor, bir az da hikkələner, burda ağleer, nağay-
rer.  Deyir  ki,  hər  küşdə  öz  varına  görədi.  O,  elə  ehsan  verer, 
indi mən də duruf atama ehsan verəjəm. Geder vedrələri bulağa 
çaxer,  suyu  dolduror  bu  tərəfə  səper,  bir  vedrə  şarap.  Deyir: 
“Atamın  ehsanına”.  O  tərəfə  tökör  şarap:  “Atamın  ehsanına”. 


132 
 
Yola  çileer:  “Atamın  ehsanına”.  Bulağın  dörd  tərəfinə  çileer: 
“Atamın  ehsanına”. Burda, bəlkə, beş  sot  yer  suloor,  quru  tor-
pağı. “Atamın ehsanına, atamın ehsanına” deyə-deyə yeri suloor. 
Bir də qızın qulağına səda gəler ki, ehsan qəbuldu. Qız vedrələ-
rini götürör öyə gəler. Gejə öydə yatanda atası gəler yuxusuna 
girer. Deyir ki, ay qızım, sən elə bir iş gördün, sən elə bir ehsan 
verdin,  sən  elə  bir  savab  qazandın,  dünyada  mənim  yerim 
cənnətdikdi. Dünyada heş kim mənim kimi ehsan görmüyüf.  
Deyir: 
–  Ateyi-mehriban,  biz  kasıbıx,  varım  yox,  halım  yox. 
Nağayrdım?  
Deyir: 
– Sən ki o vedrələri doldurdun tökdün qırağa, bir məley-
kənin qanadı qırığıydı. O uçuf ordan su içəmmerdi, yolun orta-
sında qalmışdı. Sən o vedrələri dolduruf tökdühcən o məleykə 
sudan işdi doyunca, ağlı üstünə gəldi, qanadı da üstündə durdu, 
o qalxdı göyə, çıxdı getdi. Ona görə sənin ehsanın qəbul oldu. 
Sənin  ehsanın  kimi  heş  kimin  ehsanı  qəbul  olmuyuf,  qızım. 
Get yaşa, halal olsun dünyada gəzmək sana. 
 
22. KORA QİSMƏT OLAN QIZ 
 
Bir  kişi  varmış.  Bunun  bir  arvadı,  bir  də  bir  qızı  olor. 
Kişi bir gün yater, yuxuda görör ki, bunun qızı, üzüzdən iraq, 
yeddi  illiy  bir  kora  ərə  gedəjək.  Yuxudan  qalxer,  bir  az  da 
ağleer, duror arvada deyir: 
– Ay arvad, yatdım, yuxuda belə bir vəğya gördüm.  
Deyəndə deyir ki, a kişi, dəlisən, nəsən? Qızı niyə kora 
veririk? Deyəndə deyir ki, vallah, yuxuda belə gördüm. Təzə-
dənnən bir də yater kişi gejə. Sabah qalxanda deyir:  
– Arvad!  
Deyir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə