Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   32   33   34   35   36   37   38   39   ...   95

137 
 
– A kişi, nə şikaat elijən?  
Dedi: 
– Mən munun yerini əkəndə bir sərniş qızıl çıxdı. Qızılına 
yiyə durmur. Mən ona görə gəlmişəm ki, qızılına yiyə dursun.  
Padşah baxdı ki, ayə, bu çox alicənab adamdı. Dedi: 
– A kişi, nəyin var?  
Dedi: 
– Dokquz qızım var.  
İbrəhim dedi: 
– Ver aparsın xaşdasın, mən istəmerəm.  
Kişi söyünə-söyünə gəlirdi. Padşah İbrəhimə dedi: 
– Sən hansı şikaata əlifsən?  
Dedi: 
– Qıvla-aləm sağ olsun, dünən gətirdiyin uşax mənimdi. 
O uşağın sayəsində dolanırıx.  
Dedi: 
– İbrəhim, mən o uşağın anasını görməsəm, mən o uşağı 
sana vermərəm.  
İki milisə
53
 göndərdi. İbrəhimin arvadını apardı. Padşahın 
arvadı  dedi,  görüm,  o  nejə  anadı  kı,  belə  uşax  doğuf.  Gəlif 
qıza baxanda gördü bu öz qızına oxşuyur. Ürəyində fikirrəşdi: 
“Ay Allah-taala, bu nətəər sirdi? Elə bu mən doğan qıza oxşu-
yur”. İbrəhim bu söhbəti elədi. Padşah dedi: 
–  İbrəhim,  mən  o  qızı  basdırmışam.  Gedib  o  qəbirə 
baxajam, işdi, qız o qəbirdə olsa, səni tikə-tikə doğradajam.  
Gəlib qəbiri açanda gördülər ki,  yerin altınnan tunelnən 
gətirif, bu öz qızdı.  
Bir nəfər milisə göndərdi ki, get o dokquz qız uşağı olan 
kişiyi çağır. Kişi baxdı ki, milisə gəlir, dedi: 
– Allah haqqı, İbrəhim fikrini dəyişdi.  
                                                
53
 Milisə – polis 


138 
 
Milisə dedi: 
– Səni padşah çağırer. Arvadını da, qızını da – hamısını 
aparırsan.  
Dedi: 
– Allah haqqı, bizim hamımızı nöyüt töküb yandırajax.  
Bular yavaş-yavaş gəldilər, qıçaları tutulmuş.  
Padşah dedi: 
– A kişi, qızını stroya
54
 düz.  
Stroya düzdü. Ən balacasına dedi ki, a kişi, bu qız  sənin 
qızındı.  Bax,  gətirdiyim  oğlan  mənim  nəvəmdi.  Sənin  kimi 
kişinin qızı da mənim kimi kişinin oğlunun olmalıdı. O uşağı 
padşah başdadı oxutmağa. Dedi: 
–  İbrəhim,  mən  ölüf  gedəjəm,  tacı  qoyajam  bu  uşağın 
başına. Həm səni dolandırajax, həmi də məni.  
İnsannarın  xoşbəxt  olması  Allahın  əmridi.  Allah  verəndə 
verir, verməyəndə də alır.  
 
24. ÇAMADARÇI 
 
Bir kişinin bir oğlu varıdı, tək idi. Uşax çox qəbiliyətdi, 
çox  mərifətdi  uşağıydı.  Munu  apardı  çamadarrığ  məktəbinə 
qoydu.  Bu  uşax  beş  il  bu  məytəbi  oxudu.  Beş  ildən  sonra 
vətənə qayıtdı. Bir padşah munu öz hamamına götürdü. Dedi: 
–  A  kişi,  neçə  ki  mən  burdayam,  hər  ay  sənin  haqqını 
verəjəm.  
Bir  gün  padşahın  qızı  qızdarnan  hamama  gəldi.  Bunun 
çimdiyi otax həmən oğlana düşdü. Bu oğlan tokqalaxdan  yu-
xarı qadın, tokqalaxdan aşağı kişiydi. Bunu o qədər belə məri-
fətdi  çimizdirdi  ki,  qızın  ağlı  başınnan  çıxdı.  Padşahın  qızı 
paltarını geyinəndə gördü ki, qızıllar yoxdu. Qaravaşa dedi: 
                                                
54
 Stroy – cərgə, sıra 


139 
 
– Əmr ver qapıları kəssinnər, mənim qızılım itif.  
Çamadarçı  Allaha  yalvardı  ki,  Allah,  mənim  bu  sirrim 
açılmasın. Mən bu bədənimi gedif filan dağda çürüdəjəm, mə-
nim bu sirrim açılmasın. Bir də
55
 qaravaş dedi: 
– Xanım, budu bax, başmaxların içində.  
Bu  oğlan  üç  ay  işdədi,  sonra  ərizə  verdi,  dedi,  mən 
burdan  çıxajam.  Bu  getdi  həmən  dağa  Allahın  əmrini  yerinə 
yetirməyçün.  Daşı  qoydu  başına,  qalxdı  dağın  başına,  burda 
ağlı  başınnan  getdi.  Bu  vaxtı  bir  sarı  keçi  meşədən  çıxdı, 
südünü  daşa  buraxdı.  Bu  süddən  bir  xortum
56
 bu  almışdı  ki, 
gördü həmi ağlı başına gəldi, həmi də yaxşılaşdı. Dedi: “Neçə 
ki
57
 mən yaşıjam, burda bir coma
58
 qayırım, burda dolanım”.  
Bir gün padşah dedi: 
– Vəzir, bir atdanax dünyanı gəzəh. Görək, dünyada nə 
var, nə yox.  
Buların  yolu  düşür  bu  meşəyə  tərəf.  Ajınnan,  suzunnan 
təntimişdilər. Padşah dürbütnən
59
 baxanda gördü  kü, meşənin 
talasında bir coma var. Dedi: 
– Vəzir, atdarı sür oruya.  
Bular gəlməkdə, keçi südünü daşa buraxmaxda. Ay oğlan, 
bizə su... Dedi: 
– O süddən için.  
Süddən içəndə həmi susuzduxları kəsildi, həmi də ajdıx-
ları. Dedi: 
– Ayə, burda nağayrersan?  
Dedi: 
– Mən burda yaşeeram.  
                                                
55
 Bir də – birdən  
56
 Xortum – udum  
57
 Neçə ki – nə qədər ki 
58
 Coma – alaçıq  
59
 Dürbüt – durbin, binokl 


140 
 
Geri qayıtdı, iki nəfər fərrac göndərdi ki, get o keçiyi də, 
oğlanı da gəti. Bunu gətdilər padşahın hüzuruna. Padşah dedi: 
– Bu nə əhvalatdı?  
Dedi: 
– Padşah sağ olsun, – əvvəldən axıra dediyim kimi munu 
padşaha nağıl elədi. Dedi: 
–  Sən  mənim  qızımın  bədənini  görüfsən,  mən  o  qızı 
sana verməliyəm.  
Dedi: 
– Sən bilersən.  
Qızı çağırdı, dedi: 
– Ay qız, bu səni çimizdirən oğlandı. Bu sənin bədənini 
görüf, mən səni buna vererəm.  
Dedi: 
– Sən mənim Allahımsan, atamsan, get deyirsən, gedim.  
Qızı muna  verdi, tacını da oğlanın başına qoydu, oğlan 
padşah oldu. Bunu eşidən keçinin sahibi çovan başında da bir neçə 
it, əlində bir çomax, tərpəndi gəldi padşahın paytaxtına. Dedi: 
– Mənim keçimin südünnən padşah olan kimdi, bəri çıxsın.  
Oğlan çıxdı. Çoban dedi: 
–  A  kişi,  sən  mənim  keçimin  südünnən  adam  olufsan, 
bu şəhərə yarıyıx.  
Dedi: 
– Yaxşı.  
Dedi: 
– Mal-dövlətə yarıyıx.  
Dedi: 
– Yaxşı.  
Dedi: 
– Aldığın qıza da yarıyıx.  
Dedi: 
– A kişi, bu cannı insandı.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə