149
– Yox, demərəm. Paltarını soyun taxçıya qoy. Bir il
çovan paltarını geyin, qartıyı çiyninə sal, bir il mana nökər ol,
quzu otar. Onnan sonra deyərəm saa.
Soyunor, paltarı bükör bir yerə qoyor, geyiner çovan pal-
tarını, qartıyı çiyninə saler, bir il quzuya geder. Bir il bitənnən
sonra deyir:
– A çovan qardaş, bir il bitdi, indi neyliyəh, deyirsənmi?
Deyir:
– Deyərəm.
Gəler, quzudan-zaddan kəsellər, yiyillər. Deyir ki, a alim
qardaş, Allahın birinci adı səbrdi. Deyir:
– Elə bucuğazdımı?
Deyir:
– Hə.
Deyir:
– Yaxşı.
Düşör yola, çıxer gəlir. O qədər gəler ki, şər qarışer,
axşam olor. Görör ki, düzdə bir imarat var. Bu imarata yaxın-
naşer, bir oğlan qarşısına çıxer. Deyir:
– Ay qardaş, bu axşam məni Allah qonağı saxla.
Deyir ki, gəl, Allaha da qurvan olum, qonağına da.
Kişinin də iki otağı olur. Otağın birinin yanınnan keçəndə
görör ki, gəvə salınıf otağın ortasına. Ortasına da bir mıx çalı-
nıf, bir it bağlanıf. Bu fikirrəşer ki, görən deyimmi bu nə itdi?
Bir də fikirrəşer ki, ayə, bir il nökərrik elədim səbrə görə.
Səbr eləmək lazımdı. Bu səbr eliyir, keçer o biri otağa. Allah
verənnən yiyillər, içellər, yatellar. Savah duruf evdən çıxellar.
Görör ki, çıxıf geder alim. Deyir:
– Alim, əyləş.
Deyir:
– O alimlik sənə halal olsun. Həqqi də sən alimsən.
Deyir:
150
– Nəyə görə deyirsən?
Aparır göstərer, neçə başdar kəsibmiş. Başdan, kəllədən
minara yapıbmış. Deyir ki, buları görörsənmi?
Deyir:
– Hə.
Deyir:
– Bax, bular hamısı bura gələndə öyün ortasına bağla-
nan iti xəbər aldılar. O da mənim anamdı. Qonax gələndə
çığırerdi, bağırerdi, məni peşman eliyirdi. Mən də Allaha yal-
vardım ki, ay Allah, məni bu zulumdan qutar. Allahım da
bunu qancığ eliyif. Oruya bağlamışam. İndi gələnə mırıldeer,
hürör. Onu da kim xəbər alıfsa, hamısının başını kəsmişəm.
Bax, bu kəsilən başdar hamısı oların başıdı. İndi sənə alimlik
halal olsun, sən həqiqi alimsən.
29. ALLAHIN TƏPƏSİNƏ DÖYƏN ÇOBAN
Bir nəfər şəxs geder başqa bir ölkəyə təhsil almağ üçün,
din təhsili. Bir il burda təhsil aler, qayıder. İndi təhsillənif
gəler. Yolda bir çovana rast gəler.
– Salam, çovan qardaş.
– Əleykəssalam.
– Beyjə məni Allah qonağı eliyərsənmi?
Deyir:
– Qonağa da qurvan olum, Allaha da, gəl.
Çovanın nəyi var idi? Heyvanın birini kəser, yimək-pört-
dəmə bişirellər, yiyillər, yatellar. Gejə həmsöhbət olanda deyir:
– Qardaş, kimsən, nəçisən? Hardan gəlif, hayana geder-
sən?
Deyir:
– Bəs belə-belə. Mən dini təhsil almağa getmişdim. Dinə
aid təhsili almışam, savatdanmışam. İndi öz ölkəmə qayıderam.
151
Çovan deyir ki, qardaş. Deyir:
– Bəli.
Deyir:
– Sana bir sualım var. Mənim sualımı tapsan, mənnən
salamat ötüşdün, yox tapmasan, onda mana borşdusan. Bir il
mənim qoyunumu otarmalısan.
Deyir ki, o nə sualdı? Deyir ki, de görüm Allahın təpə-
sinə döyən peyğəmbər kimdi?
– Ayə, nə kitafda, nə “Quran”da, nə hədisdə belə bir şey
yoxdu. Allah gözə görünməzdi. Bu nətəər olar? Allahın təpə-
sinə kim döyə bilər? Bu nə olan əhvalatdı?
Deyir:
– Yox, mənim sübutum var. Mən deyəjəm, özüm də sü-
but eliyəjəm. Bir il gərək mənim qoyunumu otarasan.
Dini təhsil almağa gedənin əlacı kəsiler, nə kitafda var,
nə “Quran”da var. Heş yerdə rast gəlmiyif, heç kəsdən eşit-
miyif. Bir il məjbur olor çovanın qoyununu otarer. Qaler bir il
əlavə. Bir ili tamam olan günü təpənin başına çıxıf qoyun otar-
dığı yerdə deyir ki:
– Ay çovan, sana qurvan olum, büyün artıx bir ilim
tamamdı. De görüm o sualeyin cavabını. Mən beyjə də yatıf,
savah getməliyəm.
Çovan çıxer təpənin başına, deyir:
– Bura haradı?
Deyir:
– Təpədi.
Deyir:
– Bu təpeyi kim yaradıf?
Deyir:
– Allah.
Deyir:
– Bura Allahın təpəsidimi?
152
Deyir:
– Hə.
Çomağı götürür, tapbatap təpənin başına iki dənə vuror
ku, Allahın təpəsinə döyən peyğəmbər mənəm.
30. MƏHƏMMƏD PEYĞƏMBƏRLƏ ÇOBAN
Deyir, Məhəmməd peyğəmbər bir dənizin qırağınnan
gedermiş ki, məsəlçün, filan yerdə gəmi var, ona minif gedə-
jəm. Yolda bir çovana irast olur. Çovan bunnan soruşor ki, ə,
kimsən, nəçisən? Deyir:
– Ə, mən Məhəmməd peyğəmbərəm, dənizdən keçməyə
gedirəm.
Deyir:
– Ə, Allah səni maa yaxşı yetirif, səni axtarırdım elə
mən. “Quran”ın qırx ayəsin maa öyrətməsən, and bu, Quran
bu, səni buraxmaram. İsdiyirsən bir ilə öyrət, isdiyirsən iki ilə
öyrət, isdiyirsən iki günə öyrət, səni buraxmejam.
Nolujax, Məhəmməd peyğəmbər qaldı, buna “Quran”ın
qırx ayəsin, qırx surəsin öyrətdi. Dedi:
– Di, bala, məni apar ötür.
Bunu apardı ötürdü. Çovan qayıtdı, istədi ki, öyrətdik-
lərin təkrarlasın, gördü kü, ayə, surənin biri yadınnan çıxıb.
Çomağın götdü, tərpəndi. Getdi gördü kü, gəmi uje tərpənif
geder. Özünü verdi suya. Suya girəndə, bu dəryanın içində
buna yol açıldı. Bir toz-duman qalxdı, nətəri! Peyğəmbərə
çatanda dedi:
– Peyğəmbər.
Dedi:
– Ayə, noluf belə qaçırsan?
Dedi:
– Bəs surənin biri yadımnan çıxıf.
Dostları ilə paylaş: |