Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   35   36   37   38   39   40   41   42   ...   95

149 
 
–  Yox,  demərəm.  Paltarını  soyun  taxçıya  qoy.  Bir  il 
çovan paltarını geyin, qartıyı çiyninə sal, bir il mana nökər ol, 
quzu otar. Onnan sonra deyərəm saa.  
Soyunor, paltarı bükör bir yerə qoyor, geyiner çovan pal-
tarını, qartıyı çiyninə saler, bir il quzuya geder. Bir il bitənnən 
sonra deyir: 
– A çovan qardaş, bir il bitdi, indi neyliyəh, deyirsənmi?  
Deyir: 
– Deyərəm.  
Gəler, quzudan-zaddan kəsellər, yiyillər. Deyir ki, a alim 
qardaş, Allahın birinci adı səbrdi. Deyir: 
– Elə bucuğazdımı?  
Deyir: 
– Hə.  
Deyir: 
– Yaxşı.  
Düşör  yola,  çıxer  gəlir.  O  qədər  gəler  ki,  şər  qarışer, 
axşam olor. Görör ki, düzdə bir imarat var. Bu imarata yaxın-
naşer, bir oğlan qarşısına çıxer. Deyir: 
– Ay qardaş, bu axşam məni Allah qonağı saxla.  
Deyir  ki,  gəl,  Allaha  da  qurvan  olum,  qonağına  da. 
Kişinin  də  iki  otağı  olur.  Otağın  birinin  yanınnan  keçəndə 
görör ki, gəvə salınıf otağın ortasına. Ortasına da bir mıx çalı-
nıf, bir it bağlanıf. Bu fikirrəşer ki, görən deyimmi bu nə itdi? 
Bir  də  fikirrəşer  ki,  ayə,  bir  il  nökərrik  elədim  səbrə  görə. 
Səbr eləmək lazımdı. Bu səbr eliyir, keçer o biri otağa. Allah 
verənnən yiyillər, içellər, yatellar. Savah duruf evdən çıxellar. 
Görör ki, çıxıf geder alim. Deyir: 
– Alim, əyləş.  
Deyir: 
– O alimlik sənə halal olsun. Həqqi də sən alimsən.  
Deyir: 


150 
 
– Nəyə görə deyirsən?  
Aparır göstərer, neçə başdar kəsibmiş. Başdan, kəllədən 
minara yapıbmış. Deyir ki, buları görörsənmi?  
Deyir: 
– Hə.  
Deyir: 
–  Bax,  bular  hamısı  bura  gələndə  öyün  ortasına  bağla-
nan  iti  xəbər  aldılar.  O  da  mənim  anamdı.  Qonax  gələndə 
çığırerdi, bağırerdi, məni peşman eliyirdi. Mən də Allaha yal-
vardım  ki,  ay  Allah,  məni  bu  zulumdan  qutar.  Allahım  da 
bunu qancığ eliyif. Oruya bağlamışam. İndi gələnə mırıldeer, 
hürör.  Onu  da  kim  xəbər  alıfsa,  hamısının  başını  kəsmişəm. 
Bax, bu kəsilən başdar hamısı oların başıdı. İndi sənə alimlik 
halal olsun, sən həqiqi alimsən.  
 
29. ALLAHIN TƏPƏSİNƏ DÖYƏN ÇOBAN  
 
Bir nəfər şəxs geder başqa bir ölkəyə təhsil almağ üçün, 
din  təhsili.  Bir  il  burda  təhsil  aler,  qayıder.  İndi  təhsillənif 
gəler. Yolda bir çovana rast gəler. 
– Salam, çovan qardaş. 
– Əleykəssalam. 
– Beyjə məni Allah qonağı eliyərsənmi? 
Deyir: 
– Qonağa da qurvan olum, Allaha da, gəl.  
Çovanın nəyi var idi? Heyvanın birini kəser, yimək-pört-
dəmə bişirellər, yiyillər, yatellar. Gejə həmsöhbət olanda deyir: 
– Qardaş, kimsən, nəçisən? Hardan gəlif, hayana geder-
sən? 
Deyir: 
– Bəs belə-belə. Mən dini təhsil almağa getmişdim. Dinə 
aid təhsili almışam, savatdanmışam. İndi öz ölkəmə qayıderam.  


151 
 
Çovan deyir ki, qardaş. Deyir: 
– Bəli. 
Deyir: 
–  Sana  bir  sualım  var.  Mənim  sualımı  tapsan,  mənnən 
salamat ötüşdün,  yox tapmasan, onda mana borşdusan. Bir il 
mənim qoyunumu otarmalısan. 
Deyir ki, o nə sualdı? Deyir ki, de görüm  Allahın təpə-
sinə döyən peyğəmbər kimdi? 
– Ayə, nə kitafda, nə “Quran”da, nə hədisdə belə bir şey 
yoxdu. Allah gözə görünməzdi. Bu nətəər olar? Allahın təpə-
sinə kim döyə bilər? Bu nə olan əhvalatdı?  
Deyir: 
– Yox, mənim sübutum var. Mən deyəjəm, özüm də sü-
but eliyəjəm. Bir il gərək mənim qoyunumu otarasan.  
Dini təhsil almağa gedənin əlacı kəsiler, nə kitafda  var, 
nə  “Quran”da  var.  Heş  yerdə  rast  gəlmiyif,  heç  kəsdən  eşit-
miyif. Bir il məjbur olor çovanın qoyununu otarer. Qaler bir il 
əlavə. Bir ili tamam olan günü təpənin başına çıxıf qoyun otar-
dığı yerdə deyir ki: 
–  Ay  çovan,  sana  qurvan  olum,  büyün  artıx  bir  ilim 
tamamdı. De görüm o sualeyin cavabını. Mən beyjə də  yatıf, 
savah getməliyəm. 
Çovan çıxer təpənin başına, deyir: 
– Bura haradı? 
Deyir: 
– Təpədi. 
Deyir: 
– Bu təpeyi kim yaradıf? 
Deyir:  
– Allah. 
Deyir: 
– Bura Allahın təpəsidimi? 


152 
 
Deyir: 
– Hə. 
Çomağı götürür, tapbatap təpənin başına iki dənə vuror 
ku, Allahın təpəsinə döyən peyğəmbər mənəm.  
 
30. MƏHƏMMƏD PEYĞƏMBƏRLƏ ÇOBAN 
 
Deyir,  Məhəmməd  peyğəmbər  bir  dənizin  qırağınnan 
gedermiş ki, məsəlçün, filan yerdə gəmi var, ona minif gedə-
jəm. Yolda bir çovana irast olur. Çovan bunnan soruşor ki, ə, 
kimsən, nəçisən? Deyir: 
– Ə, mən Məhəmməd peyğəmbərəm, dənizdən keçməyə 
gedirəm.  
Deyir: 
–  Ə,  Allah  səni  maa  yaxşı  yetirif,  səni  axtarırdım  elə 
mən.  “Quran”ın  qırx  ayəsin  maa  öyrətməsən,  and  bu,  Quran 
bu, səni buraxmaram. İsdiyirsən bir ilə öyrət, isdiyirsən iki ilə 
öyrət, isdiyirsən iki günə öyrət, səni buraxmejam.  
Nolujax, Məhəmməd peyğəmbər qaldı, buna  “Quran”ın 
qırx ayəsin, qırx surəsin öyrətdi. Dedi: 
– Di, bala, məni apar ötür.  
Bunu  apardı  ötürdü.  Çovan  qayıtdı,  istədi  ki,  öyrətdik-
lərin  təkrarlasın,  gördü  kü,  ayə,  surənin  biri  yadınnan  çıxıb. 
Çomağın  götdü,  tərpəndi.  Getdi  gördü  kü,  gəmi  uje  tərpənif 
geder.  Özünü  verdi  suya.  Suya  girəndə,  bu  dəryanın  içində 
buna  yol  açıldı.  Bir  toz-duman  qalxdı,  nətəri!  Peyğəmbərə 
çatanda dedi: 
– Peyğəmbər. 
Dedi: 
– Ayə, noluf belə qaçırsan?  
Dedi: 
– Bəs surənin biri yadımnan çıxıf.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə