Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   37   38   39   40   41   42   43   44   ...   95

157 
 
gedəjəm, o birsi öz kəndinə. Allah qoysa, məsləhət bilsəniz, nə 
vaxtsa görüşərik.  
Kişi deyir: 
–  Oğlum,  gedin.  Bir  ilə  yaxın  mən  buraları  səhmannı-
yajam,  bağdan,  baxçadan  salajam.  Mən  özüm  sizi  axtarıf  ta-
pajam. Görüşərik. 
Buları  yola  salır,  hamısına  xeyr-dua  verir  özü  bildiyi 
kimi. Yeddi-səkgiz ay keçənnən sonra kişi deyir: 
– Gedim görüm mənim öz qızım hansıydı bunun? Bəlkə 
tanıya bildim. 
Getdi, axtara-axtara birinci kəndi tapdı, hansı ki, o oğlan-
narın biri burdan idi. Soruşdu ki, filankəs harda olur? Dedilər 
ki, bax, o iki mərtəbəli ev onundu. Bu fikirrəşir ki, mən qızı-
mın  birini  muna  vermişəm.  Gəlir  bura,  tapır.  Görür  kü,  qız 
həyətdə qulluğ eliyir. O  yan, bu  yan, hər şey  səhmandı,  yax-
şıdı. Evi-eşiyi. Oğlanı da çağırır, görüşüllər. Birinci oğlannan 
soruşur ki, oğlum, nətəər dolanırsız, vəziyyət nətəərdi? 
Deyir: 
– Ay ata, çox sağ ol. Çox yaxşı dolanırıx,  yaxşıyıx, hər 
şeyimiz də var. 
Deyir: 
– Bəs, yoldaşınla rəftarın nətəərdi, oğlum?  
Deyir: 
– Ata, Allahdan gizdin döyül, sənnən nə gizdədim? Yax-
şıdı,  zəhmətkeşdi,  qulluxdardı.  Ancax  bir  az  key  qanır.  Nə 
deyirsən, gej başa düşür. 
Deyir: 
– Ə, oğlum, onun rəhmətdik anası da eləydi, olan şeydi.  
Oğlan deyir: 
– Qal, qonağımız ol. 
Deyir: 


158 
 
–  Yox,  gedim  o  birilərnən  görüşüm.  Gəldim  gördüm, 
qayıdan başı gəlif görüşərəm. 
Gedir  ikinci  kəndə,  axtarır  tapır  oğlanı.  Görür  kü,  qəşəh 
evi-eşiyi, hər şərayiti var, qız da qapıda hərrənir. Oğlannan gəlir 
görüşür-eliyir.  Bunnan  da  həmənki  qayda  sorğu-sual  aparır  ki, 
nətəərdi vəziyətiniz, işiniz-gücünüz? Oğlan razılığ eliyir. Deyir: 
– Bəs oğul, yoldaşınla rəftarın nətəərdi?  
Deyir: 
– Ay ata, çox sağ ol, yaxşıdı. Qoçaxdı, hər şeyə yarıdan-
dı,  filandı.  Ancax  bir  az  tərsdi,  yaman  deyingəndi.  Adamın 
dodağınnan yapışır dillənəndə. 
Deyir: 
– Oğul, onun anası da eləydi. 
Deyir: 
– Qalın, qonağımız olun. 
Deyir: 
–  Yox,  siz  burda  qalın,  mən  gedim  o  birsi  uşaxnan  da 
görüşüm, qayıdan başı görüşərik siznən. 
Axtara-axtara  gedir.  Görür  kü,  hə,  qızını  verdiyi  oğlan 
da burdadı, qız da həyətdə hərrənir. Üzr istiyirəm, gəlin boy-
ludu. Oğlannan gənə sorğu-sual eliyir, söhbət eliyir. 
Oğlan deyir: 
– Ay ata, otu, bir kısmat çörək  yiyək,  sonra nə lazımdı 
söhbət eliyərik. 
Kişi  burda  etiraz  eləmir.  Artığ  umutdudu  ki,  öz  qızıdı. 
Oturur.  Oğlan  yoldaşına  deyir  ki,  get,  ikinci  mərtəbədəki 
otaxda qarpızdardan birini gətir, kəsək, atamız da gəlif,  yiyək. 
Gəlin  kirimişcə  pilləkənlə  yuxarı  qalxır,  bir  balaca  qarpız 
imiş, gətirif gəlir. Gələndə oğlan munu bir də qaytarır. Deyir: 
– Bunu yox, get, bir ayrısını gətir. 
Bu minvalnan gəlini qırx dəfə həmən pilləkənnən yuxarı 
qaldırır.  O  da  gedir,  həmən  qarpızı  yuxarı  qoyor,  sonra 


159 
 
götürür  gətirir.  Demir  ki,  burda  bizim  bircə  qarpızımız  var. 
Burda  söz  qaytarmağ  olmur.  Axırda  kişi  bunnan  soruşur  ki, 
oğlum, nətəərsiz? Yoldaşınnan rəftarın? Kişi də hiss eliyir ki, 
burda bircə qarpız gəlif gedir.  
Deyir: 
– Ay ata, mənim deməyimə nə ehtiyac var? Gözün gör-
dü də. Özüm qəsdən onu qırx dəfə yuxarı qaldırdım. Allahdan 
gizdin döyül, sənnən də nə gizdədim. Bizim bircə qarpızımız 
var idi  yiməkdən ötəri. Mən özüm qəsdən onu sizə göstərdim 
ki, sizin canınız sağ olsun, övladınız belədi. Mən yoldaşımdan 
ömrüm boyu razıyam, bir sözümü iki eləmir. 
Qədir  dayımın  dediyinə  görə,  insannar  müxtəlif  cins-
dəndi. Bəzilərinə deyillər, haşa üzdən, it nəslidi. Bəzisinə de-
yillər, eşşəy  nəslidi. Bəzilərinə deyillər, əsl  insandı, peyğəm-
bər övladıdı.  
 
33. AXTAFA MƏNƏ ÖYRƏNMİŞDİ, MƏN AXTAFAYA 
 
Keşmişdə insannar bir-birinə çox mehriban oluflar, eti-
barlı oluflar, bir-birini çox istiyən oluflar. Kişi arvadın, arvad 
kişinin  qədrini  bilif.  O  qədər  mehriban  oluflar  ki,  kişi  evdən 
qalxıf  gedəndə  arvadına  o  qədər  arxeyindi,  o  qədər  sevirdi 
arvadını, arvadın eşqinnən nə desən eləməyə qadir idi.  
Bir  kişi baltasını götürüf gedir  çöldə ağac  yonmağa.  İndi 
ağacı  yonuf  nəyəsə  istifadə  eliyəjeydi.  Getdi,  deyir,  daşın  üstə 
ağacı kəsdi, daşın üstündə başdadı ağacı  yonmağa. Öz arva-dı-
nın eşqinnən yonur. Şahnan vəzir gəlif yolnan keçerdi. Şah bax-
dı ki, əyə, bu kişi elə yonur ağacı daşın üstündə, balta ötüf daşa 
dəymer. Keşmişdə vəzirrər ağıllı olordu. Vəzirə məsləhət gördü: 
– Vəzir, bu sirri mana agah elə görüm, bu kişinin baltası 
niyə ötüf daşa dəymer? 
Dedi: 


160 
 
– Şah sağ olsun, bilmersən? 
Dedi: 
– Yox. 
Dedi: 
– Onun arvadına o qədər məhəbbəti var, arvadın eşqin-
nən o formada ağaş  yonor. Arvadın da ona xüsusi məhəbbəti, 
hörməti var. Ona görə.  
Şah dedi: 
– Bunu mana nətəər subut eliyərsən?  
Dedi: 
– Nə var onu subut eləməyə. Adam göndər getsin, baxsın.  
Bir nəfəri göndərdi. Kişi eşikdən qayıdanda gördü xanı-
mı  axtafa  əlində  isti  su,  çiynində  dəsmalı,  əlində  də  sabun 
kişinin  yolunu  gözdüyür  səbirsizdiknən.  Qapıdan  girəndə 
dedi:  “Ay  kişi,  xoş  gəldin”.  Kişinin  əlinə  savını  verdi,  suyu 
töhdü. Kişi əlini yüdü, dəsmalnan əlini sildi, keşdi içəri. Xoş, 
beş,  on  beş  və  kişinin  üst-başını  təmizdədi.  Kişiyə  çay-
çörək...  Bu  gələn  qonax  baxdı  ki,  doğrudan  da,  bu  arvad  bu 
kişiyə  belə  bir  hörmət  elədi.  Qayıtdı  getdi,  şaha  söylədi  ki, 
şah  sağ  olsun,  belə  bir  haqq-hesaf  oldu.  Arvad  o  qədər 
mehriban kişiyi qarşıladı, nə  lazımdı  yerinə  yetirdi, ona görə 
də bular bir-birinnən mehribandı. 
Şah vəzirə dedi: 
– Vəzir, munu həncəri pozmax mumkündü?  
Şah  bir  nəfəri  elçi  göndərdi  bu  kişinin  xanımına  ki,  bu 
kişi kasıf dolanan kişidi. Səni dünya malınnan qəni eliyəjəm. 
Qızıl  məndə, pul  məndə,  var  məndə, mana gəl. Arvad bir az 
fikirrəşdi, ağlı kəsdi ki, əşi, şah arvadı olaram də. Bu nöqteyi-
nəzərnən  kişidən  acca  da  olsa,  meyli  döndü,  kişiyə  qarşı 
münasibət pozuldu. Axşam kişi çöldən gələndə həmişə arvadı 
qavağına çıxardı. Xoş-beş, on beş. Şah göndərdiyi adam gənə 
gəlmişdi  dalınnan  ki,  görüm  indi  vəziyyət  nətəərdi.  Gördü, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə