Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   36   37   38   39   40   41   42   43   ...   95

153 
 
Güldü Məhəmməd peyğəmbər, sonra da dedi: 
– Ə, Allah öyüü yıxmasın, mən Məhəmməd peyğəmbər 
ola-ola kürək çaleram, saa Allah  yol açıf dənizin içinnən toz-
duman qaldırmısan, qayıt var-get, saa heç nə lazım döyül, sən 
onsuz da cənnətdəsən.  
Onnan çovanı yoldan qaytardı. 
 
31. İNSANIN ACGÖZLÜYÜ 
 
Deyilənnərə görə, bir patşahın bircə oğlu olor. Bunu körpə 
vaxdı  deyilənnərə  görə,  bir  əjdaha  qapıdanmı,  qonşudanmı 
oğurroor, aparer öz mağarasına. Ancax bu kəntdə elə bir mahir 
oyçu  oluf  ku,  bütün  heyvannarın  dilini  bilif.  Bu  oyçu  dağa 
çıxanda görüf, ayə, əjdaha  yater, arxa  tərəfində bir uşax  var. 
Bu  bütün  heyvannarın  dilini  bilermiş.  Bu  əjdahanı  oysuna 
gətirer, uşağı burdan götürör.  
– A bala, kimsən, haralısan?  
Deyir,  mən  filan  patşahın  oğluyam.  Üç-dörd  yaşı  olur 
də,  iki  ildi  itif.  Filan  patşahın  oğluyam,  vəziyət  belədi.  Bunu 
gətirer  böyürdə  gizdeer.  Deyir,  məni  patşahın  yanına  burax. 
Patşah deyir: 
– Qoyun gəlsin.  
Gəlir. Deyir: 
–  Patşah  sağ  olsun,  mən  mağaradan  bir  uşaq  tafdım, 
deyir filan patşahın oğluyam, adım da filankəsdi.  
Patşah  inaner  da,  inanmer  da.  Deyir,  olarmı  uşağa  ba-
xax? Deyir, olar. Gətirəndə patşah görör, onun öz uşağıdı.  
– Məni istiyən bu oyçuya nəmər.  
Qızıl, gümüş nə qədər  tököllərsə, oyçu deyir ki, patşah 
sağ  olsun,  buların  heç  hansını  götürmürəm.  Günortayatan  nə 
qədər yol getsəm, o getdiyim yerin torpağını mana ver. Patşah 
ağıllı adamdı, biler ki, bu nə qədər gedər. Gedif yolda partdı-


154 
 
yıf öləjək. Deyir, günortayatan yox, axşamatan sana vaxt veri-
rəm, get.  
Bu  yola düşör.  Az gedir, çox gedir. Su  yox, çörək  yox. 
Burda camış saxlıyaram, burda arı saxlıyaram, burda ilxı sax-
lıyaram,  burda  üzüm  əkərəm.  İnsan  nə  qədər  piyada  gedə 
bilər?  Səhrədi  çıxaçıxda  bunun  nəfəsi  kəsiler,  ancax  əlini 
uzader “orda bostan əkəjəm, burda qoyun, orda camış saxlıya-
jam”.  Bu  yıxıler  ölör.  Patşah  da  bunun  arxasınca  adam  salıf 
ki, gör bu nə qədər geder.  
Bunun  cənazəsini  püküf  gətirerdilər.  Yolda  bir  çovan 
baxdı ki, ayə, cənazə gəler, əlin biri çöldədi. Deyir: 
– Bu niyə belədi?  
Vəziyəti danışellar ki,  qızıl-gümüşə  yaxın durmadı, tor-
pax istədi. Ajgözdük elədi, daha çox torpax almaq üçün qaça-
qaça  getdi,  axırda  da  ürəyi  partdadı  öldü.  Çovan  bir  xışma 
torpax bunun oocuna qoyan kimi bunun qolu qatdaner.  
Odu  ki,  atalar  deyir,  insanın  gözü  qara  torpaxdan  doy-
maz. Həqiqi də elədi. Bu saat da bu adət var. Mən görmüşəm 
insan öləndə balaca uşaxları çağırellar ki, gəl nəneyin gözünə 
torpax tök, gəl babeyin gözünə torpax tök. Bu saat da o adət-
dər geder.  
 
32. BİR QIZA ÜÇ ELÇİ
61
 
 
Keşmiş  zamannarda  sözü  Allah  tərəfinnən  eşidilən  bir 
kişi var imiş. Bunun da həyat yoldaşı rəhmətə gedibbiş. Varı-
yoxu bir qızı var imiş. Yerdən qazma balaca bir kümədə olur-
                                                
61
 Söyləyici  bu nağılı  Aşıq  Qədirdən  eşidib.  Dediyinə  görə, Aşıq  Qədir həd-
dindən  artıq  söhbətcil  adam  olub.  Camaat  onun  söhbətinə  o  qədər  diqqətlə 
qulaq  asardı  ki,  içəridə  milçəyin  vızıltısı  belə  eşidilərdi.  Belə  məclislərin 
birində dinləyicilər ondan nəsihətli bir söhbət etməyi xahiş edir. O zaman bu 
nağılı onlara danışır.  


155 
 
muş.  Kişinin  də  xeyli  yaşı  varmış.  Kişi  bir  gün  fikirrəşir  ki, 
bəs mən nətəər eliyim ki, mənim bir qızım var, mənim evim-
eşiyim  yoxdu,  mənim  qızımı  kim  alajax,  kim  harda  sax-
lıyajax, çətin zamanadı. Mən gərək bir adam tapam, cavan bir 
adam,  həm  qızımı  ona  verəm,  həm də  onu  oğulluğa  götürəm. 
Eyni zamanda evi-eşiyi ola, yaşıyalar. Bir ev-eşiyim də yoxdu. 
Mən  nağayrım?  Öz-özünə  fikirrəşir  ki,  gedif  bir  nəfər  tapba-
lıyam, gəlsin kərpiş kəssin, bir ev qurax, heç olmasa, bir otaxlı 
evimiz olsun. Qızımı da ona verim, o mənim oğulluğum olsun, 
həm də kürəkənim olsun. Mən də olarnan yaşıyım, heç olma-
sa, ömrümün axırında məni dəfn eliyəndə bular eləsinnər. Bu 
məqsədnən  gedir  kəndbəkənd  gəzir,  bir  nəfər  cavan  oğlan 
tapır. Oğlana əhvalatı danışır ki, oğlum, bax belə-belə. Mənim 
bircə qızım var. Mən görürəm sən də təksən, heş kəsin yoxdu. 
Gəl sən mana oğulluğ elə, mən də saa atalığ eliyim. Bu qızımı 
da sana verim, bir yerdə yaşıyax. Oğlan deyir: 
– Ay ata, bəs bunu nətəər eliyək? 
Deyir: 
– Gedək sən kərpiş kəs, mən də saa kömək eliyərəm. Bir 
dənə daxma qurax, yaşayış üçün yerimizi düzəldək.  
Oğlan deyir: 
– Razıyam. 
 Deyir: 
– Mən də qızımı sana verəjəm, oğlum olajaxsan.  
Oğlanı gətirir, kərpici kəser, hörgü hörülən  məqamında 
bir  də  fikirrəşer  ki,  bəs  deməzsənmi,  bu  evin  təkcə  hörgüsü 
döyül, kərpici döyül, bunun ağac işdəri var, suvax işdəri var, 
evi səhmana salmax lazımdı, qurmax lazımdı.  Bu oğlana  heş 
bir  söz  demir.  Bu  oğlan  işinnən  məşğul  olanda,  gedir  axtarır 
bir  oğlan  da  tapır  ki,  sən  ağac  işlərini  görə  bilərsən?  Mənim 
bir  qızım  var,  onu  saa  verəjəm.  Kürəkənim  olarsan,  bir  yerdə 
yaşıyarıx. Kişi bu sözdəri o məqsədnən deyir ki, ev başa gəlsin. 


156 
 
Amma  heç  ardını  fikirrəşmir.  Bu  oğlanı  da  razı  salır,  gətirir. 
O  birsi  oğlan  da  hörgüyü  qutarannan  sonra  köməkləşillər, 
bunun  ağac  işini  görüllər.  Kişi  birdən  fikirrəşir  ki,  ağac  işi 
qutarajax,  bəs  bu  evin  içərisinin  suvağı  var,  rəngi  var,  muna 
da  bir  adam  tapım.  Gedir  muna  da  bir  adam  tapır.  Sözün 
qısası, oğlanın üçünü də gətirir evə. Ev hazır olanda bir də öz-
özünə fikirrəşir ki, axı mənim bircə qızım var. Bəs mən nətəər 
eliyim, bu bir qızı mən buların hansına verəjəm? Üçünə də söz 
vermişəm.  Təzdən  bu  kişi  çəkilir  bir  kənara  –  qırax  bir  yerə, 
sakitdiyə.  Üzünü  Allaha  tutur,  başdıyır  yalvarmağa  ki,  ay 
Allah-taala,  məni  bu  dardan  qutar.  Utanmıyım,  buların  ya-
nında  xəcalətli  olmuyum.  Mən  bu  uşaxları  nə  cür  eliyim  ki, 
razı  salım?  Buların  hansına  verim  qızı?  Allah-taaladan  səda 
gəlir  ki,  kişi,  fikirrəşmə,  sənin  üç  qızın  var.  Get,  o  oğlannar 
hansı qızı istiyir, qoy alsın aparsın. 
Kişi öz-özünə təəccüb qalır. Munun da heş nəyi yox idi. 
Bircə  həyətində  uzunqulağı  varıydı,  bir  də,  üzr  istiyirəm,  bir 
qancığ  iti  var  idi.  Gələndə  görür  nə  qancıx  yoxdu,  nə  uzun-
qulax yoxdu. Qızın olduğu otağın qapısını açır. Qızı da bulara 
göstərmiyifmiş,  heç  birinə  göstərmiyifmiş  indiyə  qədər.  Qa-
pını açanda görür kü, evdə üş dənə qızdı. Üçü də eyni sıfatda, 
eyni geyimdə, eyni  libasda, eyni  boy-buxunda.  Heç öz qızını 
tanıya bilmir. Üzünü Allaha tutur,  yalvarır ki, ay  Allah, sana 
min şükür. Gəlir uşağları çağırır ki, ay bala, gəlin gedək. Mən 
sizə söz vermişəm, əməl eliyim. 
Gətirir, həmən o balaca daxmasının qapısını açanda görür 
kü, qızdarın üçü də orda oturuflar. Deyir: 
– Oğlannarım, mən sizə deyəmmərəm bunu sən al, bunu 
sən. Hansını istiyirsizsə, götürün. 
Oğlannar da baxır görör ki, qızdar bir-birinnən seçilmir. 
Gəlir  hərəsi  birinin  qolunnan  tutur,  çıxıllar  çölə.  Həyətə  çı-
xannan  sonra  kişidən  üzürxahlıq  eliyillər  ki,  mən  öz  evimə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə