Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   34   35   36   37   38   39   40   41   ...   95

145 
 
Duror qızın dədəsi şahın yanına eder. Şah deyir: 
– Xoş gəlmisən!  
Deyir: 
– Sənin vəzirinnən şikayətim var.  
Vəziri çağırtdırer: 
– Burya əl.  
Şah deyir: 
– Nə şikayətin var?  
Qızın atası deyir: 
–  Buna  yaxşı  mülk  vermişdim.  Orda  yaxşı  bağ  saldı, 
cürbəcür meyvələr əmələ gətdi.  Altı  aydı o bağı buraxıf,  ve-
ran qoyuf. Bax, ortasınnan belə də gedellər, elə də gedellər.  
– Ə, heylədimi?  
Vəzir deyir: 
–  Düzdü!  Gəldim  gördüm  o  bağda  bəbir  izi  var.  O  bə-
birdən  qorxdum ki, bəbir  məni parçalıyar. Mən o bağa  yaxın 
getmədim.  
Şah deyir: 
– Düzdü, o bəbir gəlif, amma bağın ortasınnan düz gedif. 
Get bağına sahib ol. 
 
27. NOVRUZUN NAĞILI 
 
Çin patcahı oluf, bircə oğlu olufdu. Adı da Noyruz oluf. 
Çin  patcahının  bir  qardaşı  oluf.  Qardaşının  yeddi  oğlu  oluf, 
yeddisi  də  sərkərdə  oluf.  Patcah  oğlunu  evləndirif.  Evləndi-
rənnən sonra qardaşı oğlannarının – bu sərkərdələrin beyinnə-
rinə  yerrəşif, danışıflar ki, elə bu patcahlıx əmimizəmi qalıf? 
Gəlin  bu  Noyruzu  öldürək,  patcahlıx  bizə  qalsın.  Elə  də  eli-
yiflər.  Gəliflər,  aynadan  doluf  yeddisi  də.  Noyruzun  başını 
kəsiflər,  pıçağı  da  gəlinin  civinə  qoyuflar.  Gəlin  də  quruyuf 
qorxusunnan duhara yapışıf, orda qalıf.  


146 
 
Savah  duruflar,  gün  günorta  oluf.  Görüflər  ki,  nə  gəlin 
çıxdı eşiyə, nə oğlu çıxdı. Gəlif baxanda görüflər ki, uje Noy-
ruzun başını kəsiflər. Gəlinə deyiflər, buna nooldu? Deyif ki, 
yeddi oğlan qapıdan doldu. Kəsdilər, pıçağı da mənim civimə 
qoydular, getdilər. Patcah bütün alimləri, biliciləri, cindarları – 
hamını  çağırer  yığer  ki,  agah  eləyin,  görək  mənim  oğlumun 
başını kim kəsif. Cindarlar nə qədər baxıflar, heş nə tapa bil-
miyiflər. İçində bir dənə bilicisi varıymış. Deyif ki, ay patcah, 
Ərəbistanda  Əli  addı  bir  nəfər  var.  O  biləjəh  munu.  O 
bilməsə, heş kim biləmməz.  
Patcah  kejəvə  düzəltdirir,  bir  böyük  orduynan  gəlillər 
düz Ərəbistana. Qoşunu bir dağın daldeyində saxlıyır. Omarı 
soruşollar. Omarı xavar alanda, Omar çıxer. Omara yetmiş iki 
dildə salam verer patcah. Bu yetmiş iki salamı düzgün ala bil-
mer. Osmanı taper. Osmana da yetmiş iki dildə salam verer, o 
da  salamı  düzgün  ala  bilmer.  Sonra  patcah  deyir,  yaqın  ki, 
bular məni allatdılar. Bunu heş kim bilməz. Sonra xəbər aler, 
deyillər, bax, Əli deyilən o komadadı. Get, onnan soruş. Gəlir, 
eşihdən  səslənəndə  Əli  çıxer.  Yetmiş  iki  dildə  Əliyə  salam 
verer.  Əli  yetmiş  iki  salamın  yetmiş  ikisinə  də  cavab  verer. 
Deyir, hə, budu. Deyir:  
–  Ya  Əli,  mənim  başıma  belə  bir  oyun  gəlif.  Mən 
oğlumu öyləndirmişdim. Oğlumun başını kəsiflər. Oğlumu bu 
qoşunnan gətimişəm, qoşun da bu dağın dalındadı. Bunu agah 
elə, görək mənim oğlumu kim kəsif?  
Deyir: 
– Gedin gətirin bura kejaveyi.  
Gətiriflər. Əli deyif ki, sənin bu oğlunu qardaşın oğlan-
narı  –  yeddi  sərkərdə  kəsif.  Deyəndə,  olar  deyif  ki,  cadukun 
Əli,  cadukun  Əli.  Həqiqi  də,  sən  cadukunsan.  Biz  əmimiz 
oğlunumu kəsmişik?  
Deyir: 


147 
 
– Ayrı şahidiniz də var.  
Deyir:  
– Kimdi o şahidimiz?  
Deyir:  
– Orda qapının üstündə göyərçinnər var idi. O göyərçin-
nəri gətirəjəm, olar şahiddilər.  
Əmr eliyir, göyərçinnər gəlir. Deyir: 
– Kim kəsdi bunu?  
Göyərçinnər dilə gəler, deyillər:  
– Biz gördük, bu yeddi qardaş – əmisi oğlannarı kəsdi.  
Genə deyillər, sən cadukunsan. Cadukunnuğ elədin, quş 
nə biler ki, biz onu kəsdik? Deyir: 
– Ayrı şahidiniz də var.  
Deyir: 
– O kimdi?  
Deyir: 
– Pıçax.  
Pıçağı  gətirellər,  qoyollar  stolun  üstə.  Pıçax  dilə  gəler, 
deyir ki, o çəkdi, mən kəsdim. Deyillər: 
– Genə cadukunnuğ eliyirsən.  
Deyir: 
– Ayrı şahidiniz də var.  
Səkgiz rükət namaz qıler Cənab Əli, əllərini qaldırer, deyir, 
ya  Rəbbim,  bunu  agah  elə.  Allah-taala  Cənabi  Cəbrayılı  gön-
dərer. Cənabi Cəbrayıl gətirer uşağın boynunu yerinə qoyor, ağ-
zının liqafınnan çəker, Noyruz dirilir. Noyruzdan soruşdular ki: 
– Səni kim kəsdi?  
Dedi: 
– Məni bu əmimoğlannarı – yeddi sərkərdə kəsdi.  
Dedilər:  
– Ta sözümüz qutardı, qardaş.  


148 
 
Cənab Əli padşaha tapşırdı ki, bulara heş bir cəza vermə 
mənim xatirimə. Olara cəza vermədi.  
Bax, indi elədiyimiz Noyruz bayramı həmən bayramdı.  
 
28. ALLAHIN BİRİNCİ ADI 
 
Bir  nəfər  olor,  Ərəbistana  oxumağa  geder.  Geder  orda 
oxuyur  iyirmi  beş  il,  başı  sarıner,  alim  olor.  Ordan  çıxıf  gə-
ləndə yolda gejəleer. Gejəliyəndə görör, bir düzdə bir yatax var. 
Oruya səmtdəner. Deyir: 
– Ay çovan qardaş, bu axşam məni Allah qonağı saxla.  
Çovan deyir: 
– Qonağına da qurvan olum, Allahına da. Gəlginən.  
Gəler,  oturollar.  Söhbət  eliyəndə,  kimsən,  nəçisən  de-
yəndə,  alim  deyir  ki,  mən  aliməm,  Ərəbistanda  iyirmi  beş  il 
oxumuşam. İndi də oxuyuf qutarmışam, başım sarınıf, evə ge-
derdim, yolum burdan düşüf.  
Çovan gətirer quzu kəser. Pişirellər, yiyillər, yatellar. Savah 
duruf gedəndə çovan deyir ki, alimsənmi, ay qardaş? Deyir: 
– Hə.  
Deyir: 
– Sana bir sualım var, ona cavab verə bilərsənmi?  
Deyir: 
– De görüm nədi?  
Deyir: 
– Ə, Allahın birinci adı nədi?  
Cavabı bilmer. Çox şeylər sadaler. Deyir: 
– Yox, bilmədin.  
Deyir: 
– Bə nağayrax, mən bilmədim, bilmədim. İndi bunu maa de.  
Deyir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə