Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   31   32   33   34   35   36   37   38   ...   95

133 
 
– Haa!  
Deyir: 
– Vallah, bu dəfə də  yuxuda gördüm ki, qızı  yeddi illik 
bir kora ərə veririk.  
Arvad deyir: 
– A kişi, rast ki elədi, biz niyə qızı kora ərə veririk? Gəl 
burdan çıxax gedək ayrı vilayətə.  
Deyəndə  deyir  ki,  arvad,  bir  az  əppək  qayır,  götürək 
gedək.  Qızın  əlinnən  tutullar,  çörək  qayırıllar,  arvat  da  bunu 
şalına bağleer, dalına götürör. Gedellər, bir hündür təpiyə rast 
gəlellər. Belə çıxanda görüllər ki, bir dənə çörəkləri qalıf. Deyir: 
– Ay arvat, sən aç, yeyək da çörəyi.  
Arvat  çörəyi  açanda  çörəy  əlinnən  dığırranır  düz  gedir 
dərənin  dibində  bir  dənə  dəmir  qapı  açıler,  çörəy  içəri  girer, 
qapı örtülör. Bular  indi bir az qojadı da. Qız  bulardan qabaq 
çörəyin dalınnan qaçer. Qız da həmən çörəyin  dalınnan girer 
içəri, qapı yenə örtülör. Arvatnan kişi gəler: 
– Qapıyı aç, ay qızım, qapıyı aç, – deyəndə deyir. 
– Ay dədə, mənim mümkünüm yoxdu qapıyı açem.  
Deyəndə deyif: 
– Ay bala, bəs çörək-mörək, yanında nə var?  
Deyir: 
–  Hər  şey  var,  ay  dədə.  Bir  də  taxtın  üstündə  bir  dənə 
kordu. Bir oğlandı, ama kordu, – deyəndə, barmağın kişi belə 
(söyləyici əli ilə göstərir – top.) tutor, dişiynən dişdeer. Deyir: 
–  Arvat,  saa  dediyim  vəğyam  düz  çıxdı.  Vilayətdən 
çıxsax da, yenə gəldik bir kora irast oldux.  
Duror,  yeddi  il  bular alt tərəfdə,  qız  içəri  tərəfdə  yaşel-
lar.  İndi  bir  yol  yoxdu  ki,  qız  çıxa.  Yeddi  ildən  sonra,  fida 
olduğum  iləha,  bu  korun  gözdəri  açıler,  olor  əməlli-başdı  bir 
oğlan, qapıyı da açellar. Qıza təzədənnən toy eliyillər.  
 


134 
 
23. PALAN TİKƏN İBRAHİM 
 
Keşmiş əyamda Nuşirəvanın vaxtıydı. Şəhərdə bir palan 
tikən  İbrəhim  vardı.  Munun  peşəsi  palan  tikif  satmağ  idi. 
Palan da ulaxların belinə, atın belinə çəkilən çul idi. Bir gün 
bir kişi gəldi, dedi: 
– İbrəhim, salamməleyküm.  
Dedi: 
– Əleykümsalam.  
Dedi: 
– İbrəhim, mən sənin yanına gəlmişəm.  
Dedi: 
– Xeyir ola?  
Dedi: 
– Mənim dokquz qız uşağım var, əkməyə yerim yoxdu. 
Səni and verirəm Allahın birriyinə, mana bir qədər yer ver mən 
əkim, onun taxılınnan uşaxları saxlıyım.  
Dedi: 
–  Ə,  bədbaxt  oğlu,  mənim  yerim  çaxraxdı
49
,  sarılıxdı, 
taxıl olmur, get başqasınnan al.  
Dedi: 
– Səni and verirəm on səkkiz min aləmə, məni qapınnan 
boş qaytarma.  
İbrəhim fikirrəşdi, dedi: 
– İndi ki sən Allaha and verdin... 
Getdi, addımlarıynan ölçdü muna xeyli yer verdi. Dedi: 
– A kişi, apar ək, Allah bilər, sən bilərsən.  
Kişi bir gün öküzdəri qoşuf xışı götürdü, yeri bir cız başa 
getmişdi,  bir  cız  əyağa,  munun  xışının  qabağına  bir  sərniş 
qızıl  çıxdı.  Öküzdəri  dayandırıb  boyunduruğa  bağladı,  qaça-
qaça gəldi İbrəhimin yanına. Dedi: 
                                                
49
 Çaxrax – daşlı-kəsəkli 


135 
 
– Ay İbrəhim, mən sənin yerini əkirdim, bir sərniş qızıl 
çıxdı. Get qızılına yiyə dur.  
İbrəhim güldü, dedi: 
–  Ə,  bədbaxt  oğlu,  əgər  o  qızıl  bizə  rast  olsaydı,  atam 
əkəndə çıxardı, ya mən əkəndə. O qızıl ana südü kimi sənindi, 
get xaşda
50
.  
Kişi yol uzunu gəlirdi. Dedi: “Sabah İbrəhim fikrini də-
yişər, birdən deyər ki, sən qızılı niyə xaşdadın”.  
İbrəhim xeylax fikirrəşdi. Gördü kü, şəhərə əlan
51
 vuru-
luf ki, bu gün Nuşirəvanın qızı şəhərə gəzməyə çıxajax. Heş 
kəs  küçüyə  çıxmasın.  Bu  əlan  muna  çatmadı.  Bir  vaxdı  pa-
lantikən  İbrəhim  gördü  kü,  padşahın  qızı  qırx  incəbel  qıznan 
gəlir.  Padşahın  bircə  qızı  vardı,  saşdarı  yernən  sürünür,  qızıl 
məjməyidə bir qız arxada gəzdirirdi. İbrəhim bu qıza vuruldu. 
Nolajax.  Savah  açılanda  gördü  şəhərə  qara  baydağ
52
 asılıf. 
Xəbər aldı ki, bu nə baydaxdı? Dedi: 
– Bu gejə padşahın qızı dünyasını dəyişif.  
İbrəhim  axşama  qədər  ağladı.  Onun  bir  dostu  vardı, 
həmi dəllək idi, həmi həkim. Getdi bunun yanına ki, mənim bir 
bajım xəstələnif, bir gedəh onun üstünə əl gəzdir.  
Bu gəldi baxdı, dedi: 
–  Ə,  İbrəhim,  mən  nəyə  baxım,  bu  dünyasını  dəyişib. 
İndi ki sən deyirsən, bir dərmən verirəm. Munun damarınnan 
mən qan alajam. İşdi, qan açılsa, bu dərməni çəkərsən, bu sağalar.  
Bir vədə İbrəhim gördü kü, qız  tərpəndi. Qan açıldı, bu 
dərməni çəkib qanı kəsdi. Qız çığırıf başını qaldırdı. Baxdı ki, 
kəfənə bükülmüş vəziyyətdə stolun üstündədi. Dedi: 
– İbrəhim, bu nədi?  
Dedi: 
                                                
50
 Xaşda – xərclə 
51
 Əlan – elan 
52
 Baydağ – bayraq  


136 
 
– Ay qız, mən gətimişəm səni.  
– Nətəər gətirdin?  
Dedi: 
– Atan aparıf səni basdırmışdı, mən yerin altınnan kankan 
aşdırıf, gedif qəbirdən çıxartmışam.  
Dedi: 
– İbrəhim, indi mən səninəm. Nə badə, nə badə, mənim 
atam bilər, səni də, məni də öldürər.  
İl dolandı, bunnan bir oğlan uşağı oldu. Bu uşax böyüdü, 
məytəbə  gedirdi,  gəlirdi.  Bir  gün  bu  uşax  qayıtmadı.  Anası 
xəbər aldı ki, çıx küçüyə, gör bizim uşax niyə gəlmədi. Onnan, 
bunnan  soruşanda  dedilər  ki,  padşah  vəzirnən  gəlirdi,  uşağın 
üzünnən öpdü, atın qujağına qoydu, apardı. Dedi:  
– Get o padşaha denən, o uşax bizimdi. Onun sayəsində 
dolanırıx.  
Padşahın elçi daşı vardı, İbrəhim getdi bu daşın üstə əy-
ləşdi. Vəzir gördü kü, palantikən İbrəhim burdadı. Dedi: 
– Qibleyi-aləm sağ olsun, o İbrəhim sənin qabuluna gəlif.  
Dedi: 
– Burax.  
İbrəhim içəri girdi, salam elədi, dizi üstə çökdü, bu ma-
mentdə qapı açıldı. Padşah baxdı ki, bir qoja kişidi. Dedi: 
– İbrəhim, bu sənnən  yaşdıdı, icazə  ver buna baxım. Ə 
kişi, nəyə əlifsən?  
Dedi: 
– Şikaata gəlmişəm.  
Dedi: 
– Kimnən şikaata əlifsən?  
Dedi: 
– Bu İbrəhimnən.  
İbrəhim belə geri baxanda gördü kü, yeri verdiyi kişidi. 
Dedi: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə