Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   39   40   41   42   43   44   45   46   ...   95

165 
 
Deyir: 
–  Mərdimazar  işimi  pozdu,  düzəldən  də  düzəltdi.  Sən 
tulladın, düzəldən də pıçağın ucunda üzüyü bəri çıxartdı.  
Şah Abbas deyir: 
– Doğrudan da, düzəldən düzəldər. Yəni, hər şey Allahın 
əlindədi. 
 
35. KOR CANAVARIN ALLAHI 
 
Bir kasıb oğlan olor, tənbəl olor, çox tənbəl olor. Bunun 
ata-anası bunu evləndirer. Deyir, ay oğul, filan ev sənin, orda 
dolan. Bu arvadın da – yoldaşının üş-dörd qardaşı olor. Arvad 
nə  qədər  eliyir,  a  kişi,  get  odun  gətir  sat,  yer  ək.  Deyir,  yox, 
mən getmerəm. Bir gün bunun qayınnarı deyir: 
– Gedək  yeznəmizi danlıyağ-eliyək, getsin çöldən odun-
nan-zaddan gətsin satsın.  
Beləliknən, gəlillər bu oğlanın yanına. Deyillər: 
– Səni öldüröjöök. Sabah get bir şələ odun gətir, bazarda, 
harda satersan sat, çörək pulu elə, dolan.  
Deyir: 
– Yaxşı.  
Oğlan  qorxusunnan  çatıyı  götürör  geder.  Guya  odun 
gətirib,  bazarda  satıb  çörək  pulu  qazanajax.  Geder  görör  bir 
sürü qoyundu. Bir qoyun sürüdən ayrıldı, qaşdı, qaşdı. Çoban 
nə  qədər  dalınca  getdisə,  alınmadı.  Getdi  bir  yarğan  var  idi, 
bura düşdü. Oğlan gedəndə gördü, bir kor canavardı, gözdəri 
görmör, qoja canavardı. Qoyun getdi, bunun qavağına yıxıldı. 
Yıxılanda bu oğlan dedi: 
– Atam ərvahına, dünya dağılsa mən gedif şəleynən odun 
gətirif satmaram. Kor canavarın Allahı mənim ruzumu yetirəjəh.  
Bu minvalnan qayıtdı evə. Arvad soruşdu: 
– A kişi, odun gətdinmi?  


166 
 
Dedi: 
– Yox, mən kor canavarın Allahınnan isteerəm ruzumu. 
Mən ruzumu qapının ağzında isteerəm.  
– A kişi, elə olmaz.  
Qayınnarı  gəldi  ki,  büyün  nə  iş  gördün?  Deyəndə  dedi 
ki, mən kor canavarın Allahınnan isteerəm ruzumu.  
– A kişi, ruzu nədi? Sabah gedib odun gətirib satıb çörək 
almasan, səni öldüröjöök.  
Sabah açıldı. Bu çatısını götürdü, bir qayalığın divinə getdi. 
Getdi  gördü  burda  bir  quru  ağaş  var.  Belə  çəkəndə  gördü  iki 
dənə sərniş bir-birinə bağlıdı, içi qızılnan doludu. Ağzını  örtdü. 
Dedi: “Mən kor canavarın Allahınnan isteerəm. Bu ruzuyu mən 
öydə isteerəm”. Ağzını örtdü, daşdan-zaddan qoydu, evə gəldi. 
Evə gələndə arvad getdi qardaşdarına dedi ki, alınmadı. Kişi nə 
odun gətdi, nə də çörək. Qardaşdar gəldi, istədilər bunu döyələr.  
Dedi: 
–  Ə,  məni  niyə  döyürsüz?  Filan  yerdə  bir  quru  ağaş 
qoparmışam, onun divində iki sərniş qızıl var. Gedin gətirin.  
Qardaşdar  dedi:  “Dəlidən  doğru  xəbər.  Birdən  həqiqi 
qızıl  olar,  gedək  gətirək”.  Getdilər  gördülər  qızarer.  Ağzını 
örtdülər ki, gejə apararıx qızılları, qoy burda dursun. Böyürdə-
başda hərrəndilər. Şər vaxtı sərnişdərin ağzını bağladılar, gət-
dilər. Keşmişdə qara dam deyirdilər. Yeri qazırdılar, üsdən də 
baja  qoyordular  ki,  hava  çəksin.  Bu  da  qara  damda  olordu. 
Evə  yaxınnaşanda gördülər ki, hamısı qızıl  ilandı. Tez ağzını 
örtdülər, dedilər: “Həyətimizə dolmasın, aparax bajadan içəri 
tökək,  qoy  göyümüzü  də  öldürsün,  bajımızı  da”.  Ta  bulara 
çörək verməkdən yoruldux. Gəldilər, sərnişdərin ikisin də baja-
dan tökdülər  şarhaşar, guya ilan  tököllər. Bular  qaşdı ki,  ilan 
bizi yiijək. Qızıllar şarhaşar töküləndə kişi dedi: 
–  Arvad,  mən  kor  canavarın  Allahından  isteerdim.  Qı-
zıllara bax, öz-özünə gəldi bura töküldü.  


167 
 
İndi  bu  bir  misaldı.  Bizim  zonada  deyirlər  ki,  ə,  kor 
canavarın Allahı versin. Biz təsərrüfat adamıyıx, əkerik. Bəzi 
yaşdı adamlar deyir ki, kor canavarın Allahı kimi qapında is-
təmə, əkinçi ol, biçinçi ol, işdə, zəhməkeş ol.  
 
36. ŞAH ABBAS VƏ ÜÇ OĞRU 
 
Dörd nəfər oğru olor, tapışellar. Oğrular deyir: “Nağay-
rax, neyliyək?” Oğrunun biri deyir ki, ə, nağayrajeyih? Gedək 
filankəsin iki inəyini ətirəh, birinin buzoyunu ətirəh, danasını 
ətirəh.  Gəlellər,  bu  Şah  Abbasın  bağının  başında  oturollar. 
Şah  Abbas  da  həməşə  gejə  olanda  səyahətə  çıxermış  dana. 
Gedəndə  örör  ki,  bağın  başında  hənirti  gəler  da.  Şah  Abbas 
yuaş-yuaş bulara yaxınnaşer. Bular dörd nəfərdi axı. Gəler: 
– Salamməlöykü!  
– Əlöykətsalam!  
Şah Abbas deyir ki, nəçisiniz, ə? Deyəndə deyir ki, a qar-
daş, oğruyux. Danmellar. Bu dörd nəfər Şah Abbasdan soruşor: 
– Bə sən nəçisən?  
Deyir: 
– Mən də oğruyam.  
– Yoldaş olaxmı?  
Deyir: 
– Olax.  
Yoldaş olollar bu beş nəfərin beşi də. Deyir, indi hər kəs 
sənətini  desin,  həm  də  adresini  desin.  Bir-birimizə  lazım 
olanda, gedəh tapax.  
Biri  deyir  ki,  mən  yetmiş  yerdən  qıfıllı  qapıyı  açeram 
açarsız.  Deyir:  “Ə,  sənin  sənətin  lap  yaxşı  sənətdi”.  İkincisi 
deyir ki, mən də gejə gördüyüm adamı nəkqədir qarannıx olor-
olsun,  gün  üzü  tanıyıram.  Deyir:  “Sənin  sənətin  də  yaxşıdı”. 
Üçüncüsünə deyillər: “Bə sənin sənətin nə?” Deyir: “Mən də 


168 
 
itin, qurdun, quşun – hamısının dilini bilerəm”. Deyir: “Sənin 
də sənətin yaxşıdı”. Dördüncüsünə deyillər: “Bə sənin sənətin 
nədi?”  Deyir:  “Vallah,  mənim  sənətim  odu  ki,  kimin  duzu 
dilimə  dəysə,  ona  xayin  çıxmeram”.  Deyillər:  “Sənin  sənətin 
hamısınnan  yaxşıdı”.  İndi  Şah  Abbasın  özü  qalıf  axı.  –  “Bə 
sənin  sənətin  nədi?”  Deyir:  “Vallah,  mən  də  gejə  yateram, 
savah duroram, sağ bığım qımıldıyanda dünya əmin-amannığ 
olur.  Sol  bığım  oynuyanda  qan  su  yerinə  axer”.  Deyillər: 
“Sənin  də  sənətin  yaxşıdı.  Bəs  sən  hansı  küçədə  olorsan?”  – 
“Filan küçədə”. – “Sən hansı küçədə olorsan?” – “Filan küçə-
də. Öyün nömrəsi bu, filanı bu”. Şah Abbas da bir küçə deyir. 
Da demer ki, mən Şah Abbasam. Bular yaxşıca yoldaş olollar. 
Şah Abbas deyir: 
– Bilersinizmi nə var?  
Deyir: 
– Nə var?  
Deyir: 
–  İndi  siz  dörd  nəfərsiniz,  mən  də  bir  nəfərəm.  Gəlin 
belə eliyək. Gedif birinin iki danasını, üç inəyini oğurruyana-
tan bu kişi deyir ki, yetmiş yerdən qıfıl olsa, açaram. Ə, gəlin 
gedəh Şah Abbasın anbarına, bu kişi qapıyı açsın, hər kəs öz 
payını  götsün,  yüklənsin,  civini-başını,  torvasını  qızılnan 
doldursun, ya Allah, gedək. Ölənətən də yeyək.  
Razılaşellar.  Gəlellər.  Şah  Abbasın  öz  qapısıdı  axı. 
Bular  içəri  girəndə  bir  qoja  itnən  maşqı
62
 tula  varıymış,  tula 
ürör. Ürəndə itin-qurdun dilini bilən əyağını saxleer. Deyir: 
– Ə, niyə əyləndin?  
– Ə, – deyir, – maşqı it orda ürəndə qoja it burdan dedi 
ki, ə, kirimiş dur, yiyəsi yanındadı.  
– Ə, qələt eliyir, gəl.  
                                                
62
 Maşqı – arıq, cılız  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə