Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   38   39   40   41   42   43   44   45   ...   95

161 
 
deyir, kişi qapıdan girəndə xanım munu qarşılamadı. Qaşını-
qavağını töküf. Soruşdu: 
– Arvad, niyə elə eliyirsən? 
Dedi: 
– Heş nə. 
– Arvad, suyun hanı? 
– Xəstələnmişəm, başım ağrıyır, get suyunu da al, çörə-
yini də tap, ye. 
Kişi kor-peşman girdi içəri,  nə bilim,  su  tapdı,  yüdü,  yü-
mədi. Öydə hazır xörək yoxuydu. Bir qarnı aj, bir qarnı tox, kişi 
gejə  yatdı.  Savah  qalxdı,  gənə  ağa.  yonmağa  getdi.  Şah  gənə 
getdi. Gedəndə gördü kü, kişi yonur, bir dəfə ağaca dəyəndə, iki 
dəfə daşa dəyir, balta ötör. Bunu şahın qanı qəbul eləmədi. Dedi: 
–  Vəzir,  bu  işi  necə  pozufsan,  xayiş  eliyirəm,  qaytar 
düzəlt. 
Gəldi kişinin yanına vəzir. Salam, əleykəssalamnan sonra: 
– Kişi, niyə elə eleersən? 
Dedi: 
– Nə bilim? 
Dedi: 
– Kişi, bilerəm neylədiyini. Sana bir şey örgədəjəm, get 
onu elə, düzələjək işdərin hamısı. 
Dedi: 
– Nə örgədersən? 
Dedi: 
–  Get,  otuz  ildi,  qırx  ildi  əlini  yuduğun  axtafanı  apar 
subaşında sındır, qayıdıf gələndə də ufulda. Çox ah-uf çəkən-
nən sonra arvad bezif deyəjək ki, a  zalım oğlu,  bir axtafadan 
ötrü  niyə  ufulduyursan?  Get  təzəsini  al  dana.  Onda  arvada 
deyərsən ki, arvad, otuz ildi mənim əlim bu axtafaya örgəşif, 
bu  axtafa  mənə  örgəşif.  İnnən  sonra  mən  gedəm  təzəsini 


162 
 
alam, o gələ mana örgəşəsi, mən ona örgəşəsi.  Ona örgəşənə 
qədər mən ömrümü bağışdıyajam, öləjəm. 
Kişi axşam evə gəldi. Vəzir örgətdiyini həmin qaydeynan 
yerinə yetirdi. Başdadı ah-uf çəkməyə. Çəkəndə arvad dilləndi: 
–  Ay  kişi,  a  bədbaxt  oğlu,  axtafa  nəmənədi?  Get  beş 
manat ver, təzə birin də al dana. 
Dedi: 
– Ey arvad, nə bilirsən nə var. 
Dedi: 
– Nə var? 
Dedi: 
– Mənim ömrüm azalıf, otuz ildi bu axtafaynan yoldaş-
dığ eliyirəm.  Təzə axtafa alam gətirəm, o  mana örgənə, mən 
ona örgənəm. Mən onatan həyata olan borcumu verəjəm. 
Qadın elə bil yuxudan oyandı ki, ə, kişisinnən mehriban 
dolaner,  can-ciyərdi.  Az  tapellər,  şirinniynən  az  yiyillər,  çox 
tapellar çox yiyillər. Yaxşı da şad, gümrah yaşıyıllar. Bu gedə 
şahın  arvadı  ola,  bu  şahın  xasiyətini  örgənə,  şah  da  munun 
xasiyətini örgənə. Onatan bu arvad da ömrünü  qutarar.  Təzə-
dən yerinnən qalxdı, dedi: 
– A kişi, sənin başına dönüm, çöldən gəlifsən, gəl əlini yü. 
Çay gətdi, çörək gətdi,  şad-xürrəm  yedilər, işdilər,  yat-
dılar. Səhər kişi gülərüznən genə  yola tüşdü. Getdi genə baş-
dadı  ağacını  yonmağa.  Şahnan  vəzir  gənə  gələndə  gördü  ki, 
doğrudan da, buların bir-birinə olan məhəbbəti o qədər möh-
kəm,  ehtibarlıdı  ki...  Kişi  gənə  daşın  üstündə  ağacı  yonur, 
baltası bir dəfə də olsa daşa dəymer.  
Arvad da orda belə deyir: 
–  Kül  şahın  varının  da  başına,  özünün  də.  Elə  maa  öz 
ərim lazımdı.  
 
 


163 
 
34. DÜZƏLDƏN DÜZƏLDƏR 
 
Günnərin bir günü Şah Abbas vəzirinnən gəzintiyə çıxer 
da, onda adət imiş. Bir zərgər  tükanının qavağınnan gedəndə 
görör ki, zərgərdi. Elə bir zərgərdi, həm boyu-buxunu, filanı, 
hamısı  biri-birinə  yaraşer.  Amma  əli  işdeer,  ağzı  da  deyir  ki, 
düzəldən düzəldər. Şah Abbas vəzirə deyir: 
– Ə, gəl gedəh, görəh bu nə deyir. Bu düzəldən düzəldər 
nədi? Nə səbəbə belə deyir?  
– Salamməlöykü!  
– Əlöykəssalam!  
Şah Abbas deyir ki, mənim bu barmağımdakı üzük formada 
mana bir üzük qayıra bilərsənmi? Deyir: 
– Lap ikisini qayırem.  
Deyir: 
– Elə qayırginan ki, bilinməsin ey, elə bil bir üzükdü.  
Şah  Abbas  üzüyü  zərgərə  verer.  Zərgər  barmağının 
ujunda belə tullor (yeşik kimi şeyi varıymış, üzükləri, filanı – 
hamısı ordoymuş), onun içinə düşör. Şah Abbas zərgərin ba-
şını qater. Vəzirə göz vuror ki, sən üzüyü götü civəə qoy. Vəzir 
üzüyü götürör, civinə qoyor. Halallaşellar. Haqqı nə olajax, nə 
olmujax?  Deyir  ki,  haqqını  gələndə  verərsən.  Düzəldən  özü 
düzəldəjəh.  Şah  Abbas  vəzirnən  geder.  Dənizin  qırağınnan 
gedəndə Şah Abbas deyir: 
– Ayə, o üzüyü dənizə tulla, göröm bu hancarı düzəlder.  
Dənizə tullollar, çıxellar gedellər. İndi kişi beş günə vədə 
verif, üç günə vədə verif. Aradan iki gün, üç gün keçəndə zər-
gər  nə  qədər  eliyir,  üzüyü  tapa  bilmer.  Şəyirdi  varıymış.  Şə-
yirdinə deyir: 
– Əyə, üzüyü olmuya sən götdün?  
–  A  kişi,  nə  danışersan?  Neçə  ildi  bir  yerdə  işdiyirik. 
Mən üzük götürənəmmi?  


164 
 
Məhətdəl  qaler.  Gənə  “düzəldən  düzəldər”i  dilindən 
qoymor. Kişi evə getdiyi  yerdə görör, uşaxlar balıx sater, iri-
iri balıxlar. Bir iri balığ aler, aparer arvada verer, deyir: 
–  Arvad,  pişir.  Savah,  Allah  qoysa,  bunu  yeyək,  əmbə 
kefim də yaxşı döyül.  
– Niyə?  
Hal-qəzyeyi  arvada  söylöör  ki,  belə-belə,  mən  üzüyü 
düzəldəmməsəm, Şah Abbas  mənim boynumu vurajax. Üzük 
yoxdu, tapılmer. Nə cür düzəldem, onun şəklini çəkməmişəm?  
Kişi gənə “düzəldən düzəldər, düzəldən düzəldər” deyə-
deyə  işə  gəler.  Kişi  elə  bil  dünyadan  köçüfdü,  Allah  göstər-
məsin. Arvad da balığı təmizdeer, qarnını  yaranda üzük pıça-
ğın burnunda eşiyə çıxer. Həmən balığın biri üzüyü udubbuş. 
Düzəldən bax belə düzəlder. 
Axşam gəler. Arvad deyir, ə kişi, niyə elə eleersən? De-
yir, belə-belə, ay belə-belə… Deyir, qorxuv eləmə. Düz deyir-
sən,  düzəldən  düzəldər.  Ala,  bu  üzükdümü?  Kişi  ba-xanda 
görür ki, həmən üzükdü.  
İndi  vaxt  daralıf,  Şah  Abbas  gələjək.  Gejiynən  geder 
üzüyü qayırer, yanaşı qoyor oruya. Şah Abbas gəler. Gələndə 
görör,  həmən  kişi  gənə  “düzəldən  düzəldər,  düzəldən  düzəl-
dər” deyif işdiyir. 
– Salamməlöykü!  
– Əlöykəssalam!  
Deyir: 
– Üzük hazırdımı?  
Deyir: 
– Bəli, hazırdı.  
Şah  Abbas  məhətdəl  qaler.  –  “Ə,  bu  dəlidi!  Hancarı 
hazırdı? Nə cür hazırdı?” Deyir ki, hanı? Deyir, budana, bax! 
Baxer görör ki, doğrudan, üzük biri-birinnən seçilmir. Deyir: 
– Ə kişi, bu nə cür oldu düzəldi?  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə