Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   33   34   35   36   37   38   39   40   ...   95

141 
 
Qızın  bir  əlinnən  çovan  tutdu,  bir  əlinnən  yoldaşı.  Bu 
xançalı  çıxardıf  endirəndə  qızın  ağzınnan  bir  ilan  çıxdı.  İlan 
dilə gəldi, dedi: 
– Ey oğlan, mən  sənin  taleyinəm, mən sənin  baxtınam. 
Bu iqvalı, bu rütbəni mən sana verirəm, get yaşa, xoşbaxt olun.  
 
25. ƏZRAYILIN QARDAŞLIĞI 
 
Bir  varrı  tacir  ölüm  ayağına  düşör.  Deyir,  ay  arvat,  bu 
uşax öyü, eşiyi, varı, döyləti təmiz satajax. Filan vilayətdə bir 
tacirdə yüz tümən alacağım var. Gedər, onu alar gətirər, onnan 
dolanar. Ona kimi dostunu, düşmənini tanıyar.  
Tacir ölür, oğlan atasından qalan varı, döyləti təmiz sater, 
yiyir. Papağı qoyuf ortalığa bu uşağ dilənəndə anası deyir: 
–  Oğul,  bir  vilayətdə  dədeyin  yüz  tümən  borcu  var.  O 
borcu  alıf  gətirsən,  əlinə  maya  salarsan.  Lotu-potuyu  başına 
yığma.  
Bu,  bir  toğlu  pişirer,  torvuya  qoyor,  üş-dört  də  çörək, 
yola  çıxer.  Yola  çıxanda  bir  göy  atdı,  göy  əmmaməli  gəler. 
Bu  da  Azreyil  olor.  Azreyil  bunu  da  atın  tərkinə  aler.  Şər 
qarışmış bular bir kəndə çatellar . Azreyil deyir: 
–  Gedərsən,  o  tüstü  çıxan  evə  qonax  olarsan,  savah 
gələndə gördüyünü mana danışarsan.  
Oğlan  qapıya  ələndə,  dedi  ki,  ayə,  qəriv  adamam,  maa 
yer  eliyərsiz?  Buna  qapının  dalında  bir  yer  qayırellar.  Bu, 
gejə  baxanda  görör,  qapının  dalı  yarıldı,  ordan  haramı  gəldi, 
bu  xəstənin  canını  güjnən  aldı,  qopartdı.  Qiyamət,  qışqırıx… 
Duror, bu, vaxtlı geder.  
Deyir: 
– Ə kişi, getdim, bir haramı gəldi, içəridə kişinin canını 
aldı.  
– Dərdin alem! Dur ata min.  


142 
 
Ata mindirer, geder. Geder, bir kəndin kənarında deyir: 
– Bu dəfə o tüstü çıxan öyə gedərsən.  
Deyir: 
–  Əşi,  bu  axşam  qalmağala  tüşdüm.  Dərdin  alem,  qoy 
çıxıf gedim.  
– Yox, sən oruya et.  
Oğlan görör içərdən səs gəler. Deyir, ə, qonax gəlif. Ev 
yiyəsi  deyir,  qonağa  da  qurvan  olum,  onu  yetirən  Allaha  da. 
Bu yatmır. Gejə görör, bülbül dimdiyində bir gül gətirer. Gülü 
gətirer, bunu iyliyən kimi xəstənin canı çıxer. Savah duror, geder. 
Deyir: 
–  Ə,  bir  bülbül  gəldi,  o  xəstənin  burnuna  gülü  iylədən 
kimi o öldü.  
– Ə, otu, – deyir. – İndicə tacir çıxajax, gir yüz tümənini al.  
Bu özünü qapıya yetirer: 
– Tacir  əmi, bax, bu sənin əlin, dədəmin  yüz  tüməninə 
gəlmişəm.  
Deyir: 
–  Ticarətim  var,  yol  üstəyəm,  qoy  gedif  gəlim,  sonra 
verərəm.  
Deyir: 
– Yox, yox, yox! Yüz tümənimi ver.  
Bu  geder  yüz  tüməni  gətirer.  Pulu  əlinə  alan  kimi  at 
taciri  hərreer,  hərreer,  başını  darvazıya  vuror.  Bu  da  burda 
ölör. Bəyaxkı haramı da Azreyil  idi, gülü iylədən də Azreyil 
idi.  Tacirin  də  büyün  vaxtı  tamamıydı.  Atı  minən  kimi,  at 
tacirin başını vuror darvazıya, tacir də belə etdi. 
Gəldilər, bir bulağın üstündə oturdular. Surfuyu açdılar. 
Azreyil əlini çörəyə uzadanda oğlan dedi, uzatma. Dedi, niyə? 
Dedi,  səni  ant  verirəm  bizi  nurdan-xurdan  xalq  eliyənə!  Mən 
istirəm  sənnən  qardaşdıx  olom.  –  “Yox,  yox,  ola  bilməz”.  – 


143 
 
“Səni  and  vererəm  gözə  görünməzə,  qardaşdıx  olax”.  Uzun 
söhpətin qısası, bunnan qardaşdıx olor. 
Əlini  bir  də  çörəyə  uzadanda,  deyir,  yox,  uzatma!  Sən 
kimsən, özünü mana de. Deyir, mən, Azreyiləm! Əlini çörəyə 
uzadanda deyir, yox, gənə uzatma! Deyir, niyə? Deyir, mənim 
canımı  havax  alajaxsan,  onu  mana  de.  Deyir,  sən  əlini  qızın 
əlinə vuranda alajam canını.  
Bu, yaxşı varraner, hallaner. Gedellər, patşahın qızını buna 
alellar.  Qızı  salellar  otağa.  Bu,  yaxın  getmer.  Bunun  sağdişi 
varıymış.  Götünün  üstünə  vuror,  deyir,  daz-daznan  yatdığı, 
daz daza g..ünü atdığı. Hancarı, səni gözdəmermi içərdə? Çar-
payının  üstə  qız  oturor,  burda  da  bu  oturor.  –  “Ayə,  zalım 
oğlu,  sənnən  ötürü  ölmörəmmi  mən?  Niyə  aralı  durorsan?” 
Oğlan qalxer, qıza əlini  vurmax istiyəndə qapıdan içəri girer 
qardaşdığı.  
– Salamməlöyküm! Kimə verəcəyin var, onu bilmerəm, 
alacağımı alajam, vəsiyyətini elə.  
Qız görör bu ayrı şeydi. Oğlan deyir: 
– Səni ant verirəm o qardaşdığımıza, bizi yaradan xaliqə! 
Bax,  o  xam  qızdı.  İndicə  toyu  çöyrəjəhlər,  başqasına  verə-
jəhlər. Yad oğluyam, mana nə “Quran” oxuyan olujax, nə bir 
şey.  Səni  ant  verirəm  o  Allahın  allahlığına,  birriyinə,  mana 
icazə ver, qoy özümə bir “Yasin” surəsi oxuyum.  
Deyir: 
– Oxu!  
“Bismillahir-rəhmani-rəhim” deyir, qalanını demir. Deyir, 
dalını  nə  vaxt  istirəm  onda  oxuyajam.  Allah-taaladan  səda 
gəler. Deyir: 
– Ey Azreyil, mən sana rəhimlik verməmişəm. Sən niyə 
rəhmlik  eliyirdin  ki,  o  da  səni  aldadırdı?  Ona  yüz  il  ömür 
verdim! Qoy getsin yaşasın! 
 


144 
 
26. BÜTÜN QADINLAR EYNİDİR 
 
Patcah eşider ki, vəzirin bir qadını var, bunun qadınnarı-
nın hamısınnan artıxdı. Çağırer vəziri yanına. Deyir: 
– Vəzir! Gedərsən, altı ay Yəməndə qalarsan, bac-xəracı 
yığar, gətirərsən.  
Şah  qiymətdi  bir  üzük  düzəltdirer.  Üzüyü  vəzirin  arva-
dına göndərer. Deyir: 
–  Bu  məqsədnən  sənin  yanına  gəlmək  isteerəm  mən. 
Sənnən yaşamax isteerəm.  
Deyir: 
–  Gəlersənsə,  xoş  gəlersən.  Əmbə  gələndə  bir  quzu 
gətirərsən, on dənə də yumurta ətirərsən.  
Aparer  quzuyu  verer.  Vəzirin  arvadı  bunnan  on  löyün 
xörək pişirer. Yumurtaları on rəy boyuyor. Deyir: 
– Bu yumurtalar başqa bir tam verdimi?  
Deyir: 

 
 Yox!  

 
 Bə bu quzunun əti bir tam verdimi?  
Deyir: 

 
 Yox!  

 
 Durarsan,  burdan  elə  çıxarsan,  səni  heç  kim  görməz. 
Bax, bular kimi bütün qadınlar da eynidir.  
Vəzir gəler. Bu üzük vəzirin əlinə keçer. Vəzir altı ay bu 
qadına  yaxın  getmer.  Yaxşı  uşaxları  vardı.  Nə  uşaxlarına 
baxer, nə bunun  şəltəsinə
60
 yaxın geder.  Vəzirin  arvadı uşax-
ları da götürör, dədəsi evinə geder. Deyir: 
– Ay dədə, o vəzir Yəmənnən gələnnən sonra nə mənim 
bir kısmat çörəyimi  yiyir, nə də uşaxlarıma baxer. Mən orda 
havayı oturoram. Savah duror, çıxer geder, axşama əler.  
                                                
60
 Şəltə – yorğan-döşək  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə