Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   73   74   75   76   77   78   79   80   ...   95

301 
 
93-94. YAĞMADI QAR, İTMƏDİ İZ 
 
Tatnan kürd möhkəm dost olollar. Kürd varrı-hallı ada-
mıymış.  Tatın  da  cırıx  kiliminnən  başqa,  öyü  yıxılsın,  nəyi 
var. Deyir: 
– Arvad!  
Deyir: 
– Ha!  
Deyir: 
– Kürdün inəyini oğurrujam. Bizdən oğurrux görməz.  
Deyir: 
– Ə kişi, ayıfdı, qardaşıx, dostux.  
Deyir ki, aaz, yox, gediv oğurrujam. Bizdən oğurrux görməz.  
Gejə  duror,  geder.  Bu  Kürdün  görör  qapısında  toylanın 
ağzı  keçirilidi.  Toylanın ağzını açer,  zinciri saler, inəyi götürör 
yavaş-yavaş gəler. Qar  yağmağa başdeer. Deyir: “Qar  yağıf izi 
itirəjəh, nolojaxdı”. Bu gələ-gələ qar kəser. İz tüşə-tüşə gəler qa-
pısına.  Tat çatan kimi  inəyi  kəser, hərmələrdən
116
 aser budunu-
zadını. Qarın-qartadan, ciyərdən pörtdəder yidirdir uşağa.  
Savah tezdən Kürd deyir: 
–  Ay  arvad,  əziz  gündü,  bayram  vaxtıdı,  dur  get  inəyi-
mizi  sağ,  gətir  bir  yaymadan-zaddan  pişirginən.  Axşam  da 
bayramdı, Allah kərimdi.  
Deyir ki, yaxşı! Bu arvad gəler deyir:  
– A yiyən ölsün, inək yoxdu!  
Deyir: 
–  A,  nətəər  yoxdu?  Axşam  dama  salıf,  toyluyun  ağzını 
bağlamamışammı?  
Deyir: 
– Atəən goru haqqı, yoxdu!  
                                                
116
 Hərmə – evin tavanında yanlardan qoyulmuş ağac mil 


302 
 
Deyir: 
– Aaz, kiri!  
Deyir: 
– Ə, qardaşdarıyın goru haqqı yoxdu!  
Deyir: 
– Aaz, qardaşıyın goruna nəhlət, nətəər  yoxdu? Axşam 
inəyi dama bağlamışam.  
Deyir: 
– Gə gedəh bax!  
Gələndə  örör  inək  yoxdu.  Kişi  duror  yavaş-yavaş  izə 
tüşör  geder.  Gedəndə  örör  Tatın  qapısını  çalğılıyıflar
117

amma inəyin dal əyağının izi burdadı. Deyir: “Aha, tapbışam!”  
– Ay Tat qardaş! Ay Tat qardaş!  
Çıxanda örör, Kürd qardaşdı.  
– Ayə, xoş gəlifsən.  
Deyir: 
– Xoş günün olsun.  
– Bayramın mübarək olsun, ay qardaş. Bəri gəlsən.  
– Əyə, yox, – deyir, – bir itiyimiz var.  
– Ə, nədi?  
Deyir: 
– İnəyi aparıflar. İz buratan gəlif, burda yoxdu. 
Gəler belə əlini gözünün üstə qoor, baxır, deyir ki, ə, yiyən 
ölsün,  dəlisənmi?  Bu  dooşan  izidi.  Bəri  gəl,  çaydan-zaddan  iç, 
taparıx. İçəri girəndə örör, əyə, ət içərdə hamısı lejandı
118
. Deyir: 
– Ə, bə deyirsən inəyi gətiməmişəm? Bu nədi?  
Deyir: 
– Uşaxlar İrannan bir çil xoruz gətirmişdi, onun ətidi.  
Deyir: 
                                                
117
 Çalğılamaq – süpürmək 
118
 Lejan – həddindən artıq, bol 


303 
 
– Qardaş, gedejeyih qazının  yanına.  İnəyi oğurruf gəti-
misən, qazının yanına edək.  
Deyir: 
– Gedək! 
Qapıdan girəndə deyir:  
– Salaməlöyküm, qazı ağa!  
– Vay əlöyküməssalam! Eşiderəm ağayi!  
Deyir ki, qazı ağa, bax bu kişi mənim inəyimi oğurruyuf 
gətirif.  İzi  qapıda  tutmuşam,  deyir  dooşan  izidi.  Əti  öydə 
tutmuşam,  deyir  xoruz  ətidi.  Bax,  buna  sən  nə  deyirsən?  Bu 
tatın da  yüz manatı varıymış. Bunu da civinə qoor ki, görüm 
orda  nətəər  eliyim.  Tat  görör  iş  xarafdı,  inəyi  aldırajaxlar 
buna. Deyir, qazı sağ olsun!  
Getdim düz,  
Gəldim düz. 
Yağmadı qar,  
İtmədi iz. 
Civimdə var yüz, 
Bu Kürdün əlini  
Yaxamdan üz. 
Qazı fikirrəşer ki, əyə, bu Tat gedif bu Kürdə qırx inək 
də  alsa,  mana  əlli  qəpik  xeyri  yoxdu,  hazırca  bu  yüz  manatı 
verer dana bəri başdan. İndi bunu qazı tez-tez deyir ki, Kürd 
başa düşməsin. Deyir: 
Getdin düz,  
Gəldin düz. 
Yağmadı qar,  
İtmədi iz. 
Civində var yüz, 
Boz kilimin altda düz. 
Dal qapıdan vız, 
Qalax Kürdnən ikimiz. 


304 
 
Kilimin  altına  yüzü  yerrəşdirer.  Tat  qapıdan  çıxanda, 
Kürd bunun qılçalarını qucaxlıyır ki, atam sana qurvan, a qazı, 
getdi, qoyma. Deyir: 
– Ə, görmürsən oğluun başına and içer, inək-zad görmööf. 
Get itiyini axtar.  
Deyir: 
–  Dədəmin  goru  haqqı,  inəyi  buratan  gətirmişdim.  İn-
dicə dız-vızda cəmdəyi batırdınız, vardı getdi. Mənim öyümü 
yıxdınız. 
 
94.  
Bir  Əcəm  bir  Kürdün  öyünə  eder.  Gedəndə  örör  ə,  bu 
Kürdün bir gözəl  inəyi  var, elə  yaxşı qış  yuannığı olar. Əyə, 
mən bunu nağayrem, neynim? Fikirrəşer, fikirrəşer, deyir, bu 
qalsın qar yağan vədiyə. Elə olsun ki, mən inəyi oğurruyannan 
sonra qar yağsın, izi itirsin. Qışın elə bu vədələri, oğlan vaxtı, 
geder  Kürdün  inəyini  çıxarder.  Kürdün  inəyini  çıxarder,  gə-
tirer,  kəser,  qonuya-qonşuya,  özünə  və  ilaxır  dağıder.  Savah 
Kürd  baxanda  örör  inəh  yoxdu.  Qar  da  yağmer.  Bu  fikirrəş-
mişdi ki, qar yağıf izi itirəjək. Qar da yağmer, kəser. Çəhlimin 
izinnən düz gəler kişinin öyünə.  
– A kişi, mənim inəyimi sən gətirifsən?  
Deyir:  
– A kişi, mənim xavarım yoxdu.  
İndi qazıya şikayətə eder. Qazı Kürdü də çağırer, Əcəmi 
də – hər iksini çağırer. Deyir: 
– Bu Kürdün inəyini sənmi oğurrofsan?  
Deyir: 
– Vallah, qazı ağa, 
Getdiyim düz,  
Gətdiyim düz. 
Yağmadı qar,  


305 
 
İtmədi iz.  
Mənnən sana  
Qara bir yüz. 
Məni bu Kürdün əlinnən üz.  
İndi qazı fikirrəşer. Deyir: 
– Ayə,  
Getdiyin düz,  
Gətdiyin düz.  
Yağmadı qar,  
İtmədi iz.  
Sənnən mana  
Qara yüz. 
Qara yüzü 
Kilimin altda düz.  
Sən dal qapıdan vız,  
Burda qalax Kürdnən biz. 
 
95. AŞAĞI POLKA, YUXARI POLKA 
 
Müharibə  yeni  kutaran  vaxtı  olufdu.  Poyez-zad  təzə-
təzə  icad  olur.  İki  nəfər  ayrım  burdan  poyezə  minif  gedellər 
Moskvaya.  Moskvaya  bir  az  qalmış  bu  poyez  dayaner  pere-
qonda.  Düşəndə  öröllər  bir  urus  arvadı  qulaxlı  papax  sater. 
Bular  bunu  söylədir,  söylədir,  bu  on  manata  deyir.  Endirillər 
əlli  qəpiyə,  iyirmi  qəpiyə.  Deyir:  “Radi  boqa,  ver  apar”,  – 
deyəndə,  poyez  varıf  gedifdi.  İyirmi  qəpiyə  papağı  alellar. 
Buların  öz  qatarı  gedif,  yerinə  Moskva-Bakı  poyezi  dayanıf. 
Buların  da  yeri  aşağı  yeriymiş.  Minellər  poyezə,  göröllər  iki 
qoja arvad var. Deyir: 
– Əşi, siz yatın burda, biz çıxarıx uxarı.  
Gəlellər.  Keşliyə  çatanda  urusun  biri  deyir  ki,  ooy,  gü-
nəşli Azərbaycan! Bu  yuxardakı deyir ki, kopoğlun höküməti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə