Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   72   73   74   75   76   77   78   79   ...   95

297 
 
Deyir, elə ojax qalıyım meşədə qalım. Bu, möykəm ojax qalı-
yer,  olan-qalannan  burda  başdıyır  yeməyə.  Bir  də  görör  ki, 
meşədən  bir  tüklü  məxluq  çıxdı.  Deyilənə  görə,  meymuna 
oxşar bir şey çıxdı, gəldi bunnan qavax-qavağa otdu. Bu kişi 
istədi qaça, ayağa dura, bu da durdu. Bu oturor, bu da oturor. 
Əlini ağaca atmağ isdiyəndə o da əlini ağaca atmax isdeer. Bu 
kişi  neyleersə,  bu  da  eliyir.  Bunun  bir  az  keçi  piyi  varmış, 
özünnən götürübmüş orda isidif  yiməyə. Bu piyi qızdırer, bu 
kişi  belə-belə  qoluna  sürtəndə  həmin  məxluq  darter  bunun 
əlinnən  aler,  öz  qoluna  sürtör.  Sonra  bu  kişi  bir  kösöyü 
götürör yerdən, yaloylu-yaloylu qoluna tutor. Kişinin qolunda 
nə  tük  var  idi,  nə  yaneydi.  Bu  tüklücə  də  kösöyü  yaloylu-
yaloylu  qoluna  tutanda  bütün  göydəsi  alışer.  Bağıra-bağıra 
meşəyə səs saler: 
– Ay aman, yandım, ay aman, qoymuyun.  
Bunun həmcinsdəri tökülöllər başına.  
– Səni kim elədi, nooldu? 
Deyir: 
– Özüm özümə elədim.  
Deyillər: 
– Özün özə eliyifsən, cəzandı çək. Biz gedək kimin xirt-
dəyinnən tutax? 
 
89. BUYNUZU QIRIQ KEÇİ
113
 
 
Bir kəntdə üş kar kişi var idi. Kar kişinin birinin üş-dörd 
dənə qoyunu varıydı, içində də bir buynuzu qırıx keçi. Sürünü 
itirmişdi, ha gəzerdi tapmerdı. 
Bir gün səhər-səhər qoyunu gəzməyə gedəndə, o biri kar 
kişiynən rastdaşdı. Salam verdi, salam aldı, almadı öz məssəf-
lərinnən. Kar kara qayıtdı: 
                                                
113
 Söyləyici bu mətni qaravəlli nümunəsi kimi təqdim etdi.  


298 
 
–  Ə  qardaş,  mən  bir  həftədi  qoyunu  itirmişəm.  Bəlkə 
mənim qoyunumu, keçimi görəsən? 
Bu da elə bildi ki,  munnan  yol soruşur. Əlini uzatdı ki, 
belədədi.  Qoyunu  itən  kişi  elə  bildi  ki,  qoyunu  buana  edif. 
Qayıtdı muna dedi ki, qardaş, Allaha and olsun, bir həftədi ki, 
gəzerəm. Əgər qoyunu, keçiyi tapsam, qoyunun içindəki buy-
nuzu qırıx keçiyi sana verəjəm haa, sana hədiyə elijəm. 
Bu nöqteyi-nəzərnən getdi. Getdi təsadüfən qoyunu, ke-
çini tapdı, gətdi. Muna minnətdarrığ elədi. Keçinin buynuzun-
nan tutuf gətirdi. Bu kar kişiyə dedi ki, ala, bu da sana hədiy-
yə elədiyim keçi. 
Bu da qayıdıf dedi: 
– Ə qardaş, Allah haqqı, mən qırmamışam. 
Bu da elə başa düşör ki, bu deyir keçinin buynuzunu sən 
qırıfsan. Üçüncü bir kar gəldi. 
– Ayə, qardaş, niyə elə elersiniz? 
Deyəndə bu kar deyir: 
– Bu keçiyi mən muna hədiyyə eləmişəm, denən alsın. 
O biri kar deyir: 
– Ayə, qardaş, Allah haqqı, mən qırmamışam. 
Üçüncü kar deyir: 
–  Ə,  sizin  veşiniz  məni  maraqlandırmer,  qoyun  varem 
mən işimə, dərdimə edem. Siz nə alver eliyirsiniz?  
Bu da elə bildi ki, satmax üstündə sözdəri çəpləşib. Dedi: 
– Satın, alın, özünüz bilərsiniz, mən varıb işimin dalın-
nan gederəm. 
 
90. PUÇ OLMUŞ XƏYALLAR 
 
Bir gün  bir uşaq çöldə keçi otarermiş. Yolun qırağında 
görör  bir  arvad  əlində  dörd-beş  dənə  toyux  aparer  satmağa. 
Toyuğun  birinin  ayağı  açıler,  qaçer  dərəyə  kolluğa  girer. 
Arvad nə qədər qoalersa, toyuğu tuta bilmer. Deyir: 


299 
 
– A bala, yaxın gəlin.  
Görür ki, bu uşaq bunun qohumudu. Deyir ki, bax, sənin 
anan mənim qohumumdu. O toyux da qaşdı dərəyə girdi. Mən 
də bazara  tələserəm. O toyuğu  verdim sana, get tut, apar. Bu 
uşaq nə qədər toyuğu qovalersa, tuta bilmer. Geder evlərinə.  
– Ana, – deyir, – filan  yerdə sənin arvad qohumun var, 
bazara  toyux  aparerdi.  Biri  əlinnən  qaşdı,  dərəyə  girdi,  tuta 
bilmədi.  Maa  dedi  ki,  sənin  anan  mənim  qohumumdu,  get 
toyuğu tut, saa halal eliyirəm.  
Bular da öydə beş qardaşdılar. Beş qardaş hərəsi bir ağac 
kəser, əllərinə salavey
114
 aler, bir də ataları. Belə qərara gəlellər 
ki,  toyuğu  tutsunnar,  pişirsinnər,  yesinnər.  Bir  az  gəlibmişdər, 
birdən  bunun  biri deyir  ki,  indi  toyuğu  nətəər pişirəjeyik?  Biri 
deyir  ki,  toyuğu  sulu  pişirək,  o  birsi  deyir,  qızartma  eliyək,  o 
birsi  deyir,  soyutma  eliyək.  Mübahisə  qızer.  Davanın  kəskin 
yerində, – evdə də iki qızı varmış, – qızın biri evdən qışqırer ki, 
ay  filankəs,  gör  onu  diri  tutuf  gətirə  bilersinizmi?  Olar  yaman 
yumurttağan  olor.  Təzdən  mübahisə  qızer.  Bir-birini  döyüf 
qırellar, toyux da yaddan çıxer. Toyuğa getmək də ləğv olor.  
 
91. ŞƏHƏRƏ GƏLDİN, SMETAN OLDUN? 
 
İki  dənə  ayrım  şəhərə  qartof  aparer  satmağa.  Qartofu 
satellar. Bir qonax evində bular həmeşə axşamlermışdar, pas-
tayannı gedif orda çörək  yiyirmişdər. Gedillər çörək yeməyə. 
Afisiant gəler, deyir: 
– Əmi, eşiderəm.  
Deyir: 
– Yeməyə nə var?  
Sanıyır  ki,  bozbaşdı,  kababdı,  filandı-pəsmandı,  axırda 
deyir, smetandı. Deyir: 
                                                
114
 Salavey – paya, ağac qırığı 


300 
 
– Adama iki porsiya smetan gəter.  
Bilmillər ki, smetan porsiyaynan satılmer. Afisiant geder 
dörd  dənə  smetan,  iki  dənə  qaşıx,  iki  dənə  tarelka  podnusun 
içinə  qoyor,  gətirer  buların  qabağına  qoyor.  Gənə  bir-birinin 
üzünə  baxıllar:  “Nə  məzəli  şeydi,  nədi  görəsən?”  Kauçuk 
stəkana baxıllar. Bunun biri darter ağzının qapağını qopardır. 
Görür üzünə gömgöy su yığılıf. Deyir: 
– Ayə, sən dağda qatıx döydünmü, gəldin şəhərdə smetan 
oldun?  
 
92. ALLAH UMUDUNA GEDİRİK 
 
İki ayrım gedir çıxır Türkiyəyə. Deyillər ki, ə, deyəsən, 
burda  iki  mərtəbəli  avtobus  var.  Deyir,  hə!  Deyir,  gə  minək. 
Qavax  qapıdan  minən  birinci  mərtəbəyə,  dal  qapıdan  minən 
ikinci mərtəbəyə çıxır. Yuxarı çıxan görür kü, şoferin yerində bir 
sideni
115
 var, amma boşdu. Tez aşağıdakına zəng eliyir. Deyir: 
– Ə, yer tapıfsanmı?  
Deyir: 
– Hə, tapmışam da, otumuşam da.  
– Şoferi varmı?  
Deyir: 
– Biri var, sürür, amma bilmerem qavaxda rolu-zadı var, 
ya yox.  
Deyir: 
–  Sizi  bilmerem,  biz  Allah  umuduna  gederik,  burda 
şofer-zad yoxdu.  
 
 
 
                                                
115
 Sideni (rusca) – oturacaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə