Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   75   76   77   78   79   80   81   82   ...   95

311 
 
101. BELƏ AĞIZA SÖYƏRLƏR 
 
Bir  danəndə  kişi  olur,  bunun  da  on  beş-on  altı  yaşında 
bir oğlu olur. Çox gözəl, tərbiyəli uşax olmağına baxmıyarax 
bunun  bir  eybi  olur.  Bir  şey  olan  kimi  adamın  ağzına  söyür. 
Bu  kişi  fikirrəşir  ki,  ayə,  mən  nağayrım,  nətəər  eliyim  buna 
tərgidim.  Həm  də  hələ  sənəti  yoxdu,  hələ  cavandı.  Bu  hərrə-
nir, fırranır, bir axund tapır. Deyir: 
– Axund, belə bir iş var, mənim bircə oğlum var, özüm 
də  çox  istiyirəm.  Onun  bir  xəsiyyəti  var,  onu  ona  tərgitməh 
lazımdı, bir də bir axundluğu, məəllimliyi, aşıxlığı ona örgət-
məh lazımdı, sənəti olsun. Sən də axundsan, bilihli adamsan, 
elin  ağsakqalısan.  Olarmı  haqqını  verəm,  onu  oxudasan? 
Elmi, axundluğu ona örgədəsən.  
Deyir ki, uşağı gəti baxım, sonra deyərəm. Uşağı gətirir, 
oturullar atası da, bu axund da:  
– Oğlum, adın nədi?  
Misalçun, Məhəmmətdi. Söylədir, buna bir-iki sual verir, 
görür  ə,  elə  sərras  uşaxdı  kı.  Danışıllar,  misal  üçün,  üç  illih 
muna kurs keçəjəm öydə, sənnən də üş min manat alajam. Pu-
lumun  yarısın  əvvəlcə  alajam,  yarısını  qutarannan  sonra.  Dip-
lomunu  verəndə  pulumun  qalanını  alajam.  Yox,  işdi,  oxuyam-
masa,  yarımçıx  getsə,  onda  sənin  verdiyin  yarı  pul  batajaxdı. 
Bax,  özün  fikirrəş,  çünki  mən  onsuz  da  zəhməti  çəkirəm  də. 
Belə razılaşıllar, gətirir uşağı buna təhfil verir, əl təmanna eliyir. 
Pul da indi nə qədər verir işim yox. Ayə, bu axund fikir verir bu 
uşağa, görür, elə tərbiyəli, elə mədəni, elə qılıxlı, ağıllı oğlandı 
ki...  Ağıza  söyməh  nədi,  yersiz  söhbət  nədi,  yersiz  oturuf-
qalxmağ nədi. Səliqəli, tərbiyəli. Üç il tamam olanda deyir: 
– Oğlum.  
Deyir: 
– Bəli.  


312 
 
Deyir: 
– Get atana deynən özü də gəlsin, iki nəfər bilihli ağsak-
qal  da  gətsin,  hamımız  bir  yerdə  oturax  səni  imtahan  eliyəh. 
Olar  özdəri  sual  versinnər,  mənim  sana  örgətdihlərimnən  nə 
desələr, sən bilirsənsə, cavabını verəjəhsən, bilmirsənsə, pulun 
batajax, bax, – deyəndə deyir: 
– Mənim gözüm üstə.  
Oğlanın özünə gümanı gəlir axı. Molla görür, ağzınnan 
çıxanı  sən  diktafona  yazan  kimi  oğlan  beyninə  yazır,  elə 
qəşəhdi.  Gedir  səhər  tezdənnən.  İki  nəfər  ağsakqal  kişi,  özü 
üç, oğlan da dörd, axund da beş. Gəlillər, beşi də cəmlənillər, 
oturullar  burda,  söhbət  eliyillər.  Kişi  deyir  ki,  uşax  nətəərdi, 
axund? Axund deyir: 
–  Mən  bildiyimin  hamısını  ona  örgətmişəm,  hamısı  da 
bunun  yaddaşında  muncuğu  iyniyə,  sapa  düzən  kimi  ordadı. 
Bax,  kim  nə  sual  istiyir  versin.  Buna  “Quran”nan,  kitabdan, 
peyğəmbərdən,  imamdan,  şəriətdən  suallar  verillər,  indiki dil-
nən desək, hamısına beş cavab verir. Elə bu söhbətin şirin ye-
rində  qapıdan  bir  buraxmanın  biri  girir.  Tez  əlini  civinə  salır 
salamsız-kəlamsız.  
– Axund əmi, bu iyirmi beşdiyi tut.  
Tutur, deyir: 
– Nədi, a bala?  
Deyir: 
–  Mənim  bir  niyətim  var,  ona  baxginan,  gör  nətəərdi. 
Yaxşı gəlsə, sana iyirmi beş də verəjəm.  
Molla  ikinci  iyirmi  beşdiyin  adını  eşidəndə  daha  da 
fərəhlənir, iyirmi beşdiyi civinə qoyor, kitabı gətirir açır.  
– Ananın adı nədi?  
– Belədi.  
– Özünün adın nədi? 
– Belədi.  


313 
 
Yazır, pozur, deyir: 
–  Oğul,  nə  yaxşı,  nə  gözəl  həyatın  var,  filan  var.  İndi 
sən deyirdin ki, mənim bir niyətim var, o niyətin nədi, hasıdı?  
(Gənə üzr  istiyirəm  sənnən). Deyir  ki,  mənim bir  qayna-
nam var, yaman gözəldi, özü də mənnən ötəri ölür, mən də on-
nan ötəri ölürəm. De görüm, “Quran”da, şəritədə o günahdımı, 
savabdımı?  Bu adamlar da  məhətdəl qalır ki,  ə,  bu  kopəyoğlu 
nə danışır? Axund özü də məhətdəl qalır. İndi bu iyirmi beşdiyi 
hərriyir  ki,  buna  nə  deyim  ki,  iyirmi  beşdiyi  alım.  Soruşur  ki, 
qaynananın adı nədi, anasının adı? Belədi. Yazır. Deyir: 
– Oğul, sənnən bir şeyi də mən soruşum.  
– Nədi?  
Deyir: 
–  Sən  deyirsən  ki,  qaynanamnan  beləyəm.  Sən  onu 
istiyirsən, o da səni istiyirmi?  
Deyir: 
– Bə nədi. O mənnən də bərk istiyir məni.  
Deyir: 
– A bala, “Quran”da, kitabda yazır ki, iki konul bir olsa, 
kimin  ona  sözü  var.  Ona  şəriyət,  “Quran”  nə  deyəjəh.  Sən 
zorramırsan  ha,  ikinizin  də  bir-birinizə  məhəbbəti  var,  – 
deyəndə deyir: 
– Axund əmi, mana elə bu lazım idi.  
Pulun verib çıxmağ istiyəndə, oxuyan oğlan tez əyağını 
qavağa  verdi  –  padnoşka  demillərmi,  –  bunu  yıxdı.  Deyir,  – 
üzr  istiyirəm,  –  ağzını  belə-belə  eliyim,  nə  dedin?  Deyəndə, 
qalxır şarp buna birini  ilişdirir. Bu, eşiyə qaçır. Axund deyir 
ki, a bala, a bala, ağıza söyməh olmaz. Deyir, sənin də axund 
ağzını belə eliyərəm ha, o hansı “Quran”da  yazılıf ki, qayna-
naynan əlaqən ola, o günah yazılmıya”, – deyib, bir də söyən-
də, deyir durun çıxax. Eşiyə çıxanda bular deyir: 
– Nahax gəldih, nə pis iş oldu.  


314 
 
Atası da deyir: 
–  Ay  bala,  filan  qədər  pul  verib  səni  beş  ildi  oxutmu-
şam, niyə elə deyirdin?  
Deyir: 
– Ay dədə, məni beş il yox, iyirmi beş il oxudasan, belə 
ağıza həmişə söyəjəm. 
 
102. BİZDƏN ADAM OLMAYACAQ 
 
İki qonşu olur. Biri o birinnən xayiş eliyir ki, çöldə qar-
tof çıxartmışıx, uzunqulağı bizə verginən, bir adam da köməh-
çi ver, sənin də işin olanda biz köməh eliyəjeyih. Deyir: 
–  Yaxşı.  Görüm  ulax  boşdu,  öydə  kimi  taperam,  filan 
eliyirəm, savah tezdən saa hə-yoxunu deyərəm.  
Axşam yatıllar, savah qalxıllar. İndi xayiş eliyən adamın 
qızı öydən çağırır: 
– Heey, a Zülfəli, ay Qaratel.  
Deyir: 
– Höy, höy, nə deyirsən, a Sona, nə deyirsən?  
Deyir: 
–  Aaz,  axşam  dədəm  dədənə  eşşəh  demişdi,  olojaxmı, 
olmojaxmı?  Adam  da  demişdi,  olojaxmı,  olmojaxmı?  – 
deyəndə bu deyir: 
– Ağız, ağız, bizdən eşşəh olojax, adam olmojax. 
Yanı eşşəyi gəlin aparın, amma köməkçi olmojax.  
 
103. ÜÇ HƏKİM 
 
Keşmişdə üş nəfər tibb alimi,  yanı həkim  yolnan gedir-
miş  harayasa.  Bir  də  görüllər  ki,  yolun  qırağında  bir  nəfər 
yaşdı  adam  yıxılıfdı,  heş  danışa  bilmir.  Elə  güjnən  ağzını 
tərpədir,  “hə-hə-hə”  eliyir.  Başa  düşməh  olmur  ki,  nə  deyir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə