Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   74   75   76   77   78   79   80   81   ...   95

306 
 
gör  nə  texnika  çıxardıf.  Aşağdakı  polkalar  Bakıya  eder, 
yuxardakılar Maskvıya. 
 
96. BAŞIN QOLTUQ GÖRMƏYİB 
 
İki qaleyçi, deyir, dağın döşünnən gedillər yavaş-yavaş. 
Hərəsinin  dalında  bir  meşoy  qazan  qırığı  danqıradanqır.  Bir 
pezəvəng çovan buların üstünü kəser. Deyir: 
– Ə, nəçisən?  
Deyir: 
– Can qardaş, mən qalayçı ola var!  
Deyir: 
– Ə, nədi qalayçı?  
Deyir: 
– Qavı-qaşığı ağardır. 
Deyir: 
– Hə, yaxşı keçifsən əlimə. Qavağıma tüş, gedəh qaleyla.  
Cavan  tayını  qavağına  saler,  aparer  alaçığa.  Qavağına 
bir xamır tavağı qoyor, deyir: 
– Qaleyla!  
Deyir: 
– Can qardaş, bu ağac ola var! Bu qaley tutmuya var!  
Deyir: 
– Ə, sana deyirəm qaleyla!  
Deyir: 
– Can qardaş, vallah, ağac qalay tutmuya var!  
Deyir: 
– Ə, sana deyirəm qaleyla!  
Deyir: 
– Can qardaş, qalay tutmaz, – deyəndə, ləzginin süysü-

119
 bu çovanın qoltuğuna keçer. Sıxanda deyir: 
                                                
119
 Süysünü – boynu 


307 
 
– Can qardaş, burax, qaleylim.  
Buraxer, deyir, bunun boynunu. Ağaşda isdahat
120
 qoymur. 
Qalayladıxca yanıf, oxalanıf yerə tökülür. Qoja ləzgi deyir: 
– Ay üstünüzə od ələnsin, nağayrersan?  
Deyir: 
– Qaleyleram dana, öyün yıxılsın.  
Deyir: 
– Ə, yiyən ölsün, ağac qaley tutarmı.  
Deyir  ki,  nə  vejinədi,  başın  qoltux  görmüyüf,  görsə, 
qaleylıyarsan. 
 
97. HACI DAYI DURURMU? 
 
Üç  dörd  Böyük  Qışlaxlı  geder  Şəkiyə  çıxer  qartof  sat-
mağa.  Gedellər  stalovaya,  oturuf  çörəh  yiyirmişdər.  Kişinin 
biri  afisianta  deyir  ki,  qadan  alem,  bala,  buruya  gəl  görüm. 
Gəlir. Deyir ki, Hajı dayı durormu? Deyir: 
– Yox, yox, ölütdü, rahat çörəyizi yiyin.  
Bir az  keçir aradan. Gənə bunun biri deyir ki,  burya əl 
qadan alım. Deyir: 
– Nədi?  
Deyir: 
– Oğlu-zadı varmı?  
Deyir: 
– Yox, yox, rahat çörəyizi yiyin.  
Bir də çağırer bu uşağı.  
– Buruya gəl.  
– Nədi, ay kişi, nə istiyirsən? Qoy da qulluğumu eliyim.  
Deyir: 
– Nüyəsi-zadı
121
 varmı?  
                                                
120
 İsdahat – salamat yer 


308 
 
Deyir: 
–  Kopoğlu,  çörəh  yiməyəmi  gəlifsən,  g..ünü  oynatma-
ğamı? Deyirəm yoxdu dana. 
 
98. TANKIN İÇİNDƏ GETDİ 
 
Müharibə vaxtı olur. Bir kişinin kürəkəni müharibədey-
miş.  Kişi  öydə  oturupbuş,  bir  də  örör,  bu  gədə  çiynində  bir 
durba əler. Deyir: 
–  A  bala,  bu  hökümətin  başına  soldat  qəhətdimi  sən 
boyda serjantın çiyninə bu durbuyu qoyuflar?  
Deyir: 
– Ay əmi, bu durba döy.  
– Ə, bə nədi?  
Deyir: 
– Bu tank vurandı.  
Deyir: 
– Ə, yox!  
Deyir: 
– Sən öl hə!  
Deyir: 
– Ə, özün öl!  
Deyir: 
– Ə, sən öl, hə!  
Deyir:  
– Bax, fərz elə ki, o əyağyolu tankdı. Onu vur görüm.  
Qıranatı burdan qorruyan kimi göyə uçuror tualeti. Otu-
rollar, kürəkən deyir ki, əmi! Deyir: 
– Ha!  
– Əmi, qaynənəm hanı, bir çaydan zaddan versin?  
                                                                                                     
121
 Nüyə – nəvə 


309 
 
Deyir: 
– Dərdin alem, qaynənən tankın içində vardı getdi. 
 
99. İKİ MUZU 
 
İki  nəfər  muzu,  qıymaz  adamlar  yoldaş  olullar,  yolnan 
söhbət  eliyə-eliyə  gedillər.  Biri  o  birinə  deyir  ki,  ə,  qardaş, 
bilirsənmi, bizi yaman dil-ağıza salıflar.  
– Nədən sarı?  
Deyir ki, deyillər olar muzudular. Deyir: 
– Nə deməhdi muzu?  
Deyir: 
–  Yanı,  misalçun,  mənim  bir  manatım  çıxanda  az  qalır 
canım çıxa, qıymaz adamam. Belə adamlara muzu deyillər.  
– Eeh, – deyir, – mən də deyirəm görən nədi? Sənin bir 
manatın çıxanda az qalır canın çıxa, o sənin öz malındı. Ver-
mirsən, malını vermirsən, malının üstündə möhkəmsən. Amma 
mənim yanımda özgənin bir manatı çıxanda, ürəyim az qalır yata. 
 
100. ALA QIRQOVUL HƏR DƏFƏ MƏNƏ DÜŞÜR 
 
Bir  erməniynən  bir  müsəlman  ovçuluğ  eliyirdilər.  Da-
nışmışdılar, biri, misal üçün, günbatana tərəf, biri gündoğana 
tərəf  gederdi.  Axşam  səfərdən  qayıdanda  buların  vədə  yeri 
varıymış,  burda  tapışıllar,  hər  ikisi  nə  vurduğunu  qoyor 
ortuya, azlığına, çoxluğuna baxmıyarax tən yarı böləllərmiş.  
Günnərin bir günü bu erməni heş nə vura bilmir. Ancaq 
müsəlman bir qırqoul vurur, bir də bir saxsağan vurur. Gəlil-
lər, axşam vədə yerinə çatanda, erməni deyir: 
–  Ayə,  a  qardaşım,  a  dostum,  mən  heş  nə  vura  bilmə-
dim. Ovuma şikar gəlmədi, – deyəndə, bu deyir: 


310 
 
–  Zərəl  yoxdu,  iki  qırqoul  vurmuşam:  biri  sənin  olar, 
biri mənim olar. Savah da gələndə genə vurarıx, bölərih.  
İndi  ayrılmax  yerinə  gəliflər.  Bu,  deyir,  gəti  görək.  Bu 
ovçu  torvasını  çıxardır.  Erməni  baxır  ki,  biri  doğrudan  qır-
qouldu,  ancaq  ikinci  quş  bir  ala  quşdu,  yarım  metrə  də  quy-
ruğu var. Bu bunu tanımır, saxsağanı ha.  
– Ayə, a kirvəcan, indi bax bunu tanıyıram, bu qırqoul-
du. Bəs bu nədi?  
Deyir: 
– Bu da ala qırqouldu də.  
– Yaxşı, nətəər böləh?  
Deyir: 
– Hərəmiz birini götürək.  
Bu müsəlman qırqoulu özü götürür. İndi saxsağanı buna 
vermək istiyir.  
– Ayə, nətəər böldün?  
Deyir: 
– Hərəmizə biri düşür. Bax, bu qara qırqoul mənim, ala 
da sənin. Bu təzə quşdu, bunu sana verirəm.  
Erməni duruxur, çünki tanımır axı saxsağanı. Deyir: 
– Ayə, necə böldün mən bilmədim?  
– Ayə, tərsməssəf erməni, nejə böldüm? Ya ala qırqoul 
sənin olsun qara mənim,  ya da mən qarıyı götürüm, sən alıyı 
götüginən.  
Üş dəfə bunu təkrar eliyənnən sonrasına erməni duruxur, 
gənə  götürmür.  Müsəlman  deyir  ki,  ə,  nə  tərsməssəf  erməni-
sən? Götürürsən götür, götürmürsən, gederəm. Erməni deyir: 
– A kirvəcan, mən pikir
122
 eliyirəm, sən nətəər bölörsən 
ki, hər dəfə hərrəner, fırraner, ala qırqoul mana düşör. 
 
                                                
122
 Pikir – fikir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə