Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   13   14   15   16   17   18   19   20   ...   85

Kamran Ялийев
 _____________________________________  
 
 
50 
da  fəlsəfi  mahiyyət  aparıcı  mövqe  qazanır:  ya  dayaq  nöqtəsi 
olur,  ya da  yekun  və  nəticə kimi  meydana çıxır. Məhz elə  bu-
nun  nəticəsidir  ki,  tədqiqatçının  araşdırmalarında  xalq  gülüşü-
nün  miqyası  kosadan,  keçəldən  başlayır,  Molla  Nəsrəddin, 
Bəktaşi,  Burkut  lətifələrindən  keçir,  Musa  peyğəmbərə,  Əzra-
yıla, Cəbrayıla və Allahla qədər yüksəlir. 
Muxtar Kazımoğlu istər gülüşün mənbəyindən (arxaik kök-
lərindən!), istər gülüşün strukturundan (poetikasından!), istərsə də 
gülüşün mahiyyətindən (fəlsəfəsindən!) yazanda gülüşün həyatve-
ricilik  funksiyasını  əsas  müddəa  kimi  götürür.  Bu  cəhət  onun 
tədqiqatlarının özünə də həyatvericilik gücü bəxş edir  və  bu təd-
qiqatlar yeni, orijinal araşdırmaların yaranmasına təkan verir. Hə-
min  yeni  araşdırmaların  müəllifləri  isə,  yəqin  ki,  M.Kazımoğ-
lunun özü və digər istedadlı folklorşünaslar olacaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
51 
 
ƏDƏBİ TƏNQİDDƏ BƏDİİLİK 
 
Öz mövcudluğundan başlayaraq ədəbi tənqidin rolu daha 
çox  bədii  əsərləri  təhlildən  keçirmək,  saf-çürük  etmək  funksi-
yası  ilə  müəyyən edilmişdir. Elə «tənqid» deyəndə də ilk növ-
bədə  nəsr,  poeziya  və  dramaturgiya  nümunələrinin  izah  olun-
ması, araşdırılması təsəvvürə gəlir. Tənqid bu halda hansı vəzi-
fəni daşıyır? Tədqiqat obyektinin ən ümumi şəkildə uğur və kə-
sirlərini, konkret anlamada isə janr, bədiilik və ideyalılıqla bağ-
lı tərəflərini öyrənir. 
Son vaxtlar isə tənqidçilər, oxucular səmimi bir etirafla tez-
tez  qarşılaşırlar:  «Tənqid  özünü  az  öyrənir».  Müəyyən  mənada 
gec  bir  vaxtda  meydana  çıxmış,  gec  bir  vaxtda  «təzələnmiş»  bu 
etiraf  real  nəticələrə  çevrilməkdədir.  Maraqlı  və  yaxşı  cəhətdir: 
tənqid özü, özü üçün təminat və təyinat verir! Bu  isə  hər şeydən 
qabaq  ədəbi  prosesdə  tənqidin  nüfuzunu  qaldırmaq,  onu  xarak-
terik bir ədəbi vahid kimi təsdiq etmək istəyindən irəli gəlir. 
Məlum  həqiqətdir  ki,  tənqidin  nüfuzu  məsələsi  ciddi 
problemlərdəndir. Bu barədə dəfələrlə danışılmış və gələcəkdə 
də  danışılacaqdır.  Vaxtilə  «Tənqidin  sözünə  qulaq  asmaq»  (3, 
s.152)  çağırışının  müəllifi  akademik  Məmməd  Cəfər,  «Elə  et-
mək  lazımdır  ki,  yazıçı  nüfuzu  tənqidçi  nüfuzuna  mane  olma-
sın,  əksinə, bu  iki  yaradıcılıq sahəsi  bir-birini tamamlasın,  biri 
digərinin  nüfuza  minməsinə  kömək  etsin»  (13,  s.85)  -  deyən 
prof.  Kamal  Talıbzadə,  «Tənqid  yazıçının  ardınca  getməməli» 
(11,  s.7)-  söyləyən  B.Nəbiyev  məhz  həmin  fikri  izləmiş  və 
müxtəlif  məqalələrində  diqqət  mərkəzində  saxlamışlar.  «Ədə-
bi-bədii  tənqid  haqqında»  qərar  (1972)  isə  tənqidin  nüfuzunu 
yüksəltmək  sahəsində  ən  ciddi  addım  oldu.  Eyni  zamanda  qə-
rardakı nəzəri müddəalar tənqidə xas olan bir çox yeni cəhətlə-


Kamran Ялийев
 _____________________________________  
 
 
52 
rin,  bir  çox  yeni  məsələlərin  öyrənilməsi  ehtiyacını  meydana 
çıxarır və bu öyrənməni zəruri edir. Belə ki, tənqidin yeni isti-
qaməti  müəyyənləşir,  vurğu  etibarilə  onun  «çəkisi»  dəyişir; 
tənqidçi üçün yeni məzmunlu ədəbi-ictimai məsuliyyət yaranır. 
Əvvəlcədən  bir  fikrə  münasibətimizi  aydınlaşdırmaq  da-
ha vacibdir. Bu da tənqidin elm və ya sənət növü olması barə-
dəki  mübahisələrlə  əlaqədardır.  İndiyədək  həmin  məsələdən 
çox  yazılmış, çox danışılmış  və bu danışıqların,  yazıların  bun-
dan sonra da davam etdirilməsi təbiidir. Maraqlı odur ki, tənqi-
din elm  və  ya sənət sahəsinə daxil olması  fikri üzərində daya-
nanların  əksəriyyəti  elə  məhz  tənqidçilərin  özləridir.  Bəs  necə 
olmuşdur ki, tənqidçilərin bir qrupu tənqidi elm hesab edir, di-
gər qrupu incəsənətin növü? (həm  elm,  həm də  sənət kimi qə-
bul edənlər də vardır). Belə ikitərəflilik (ikitirəlilik!) tənqidçilə-
rin fərdi görüşlərindən irəli gəlir. Əslində onların hamısı tənqi-
di yüksək səviyyədə mənalandırmaq istəyirlər. Aydındır ki, hər 
hansı peşə ilə yaxından məşğul olan adamlar, onun rolunu, ma-
hiyyətini aşağı salmaq istəməzlər. Fikir ayrılığı da məhz elə bu 
yüksək mənalandırma məqsədindən doğur: elmi sənətdən üstün 
tutunlar tənqidi elm sahəsi kimi qəbul edir, yaxud əksinə, sənə-
ti  elmdən  yüksək  tutanlar  tənqidi  sənət  aləminə  daxil  edirlər. 
Ədəbi  tənqiddə  bədiilikdən  danışmaq  da  elə  məhz  bu  məsələ-
lərdən danışmaq deməkdir. 
Məlumdur ki,  «bədiilik» anlayışı  ilk növbədə  bədii  əsər-
lər,  yaxud  da  müxtəlif  sənət  nümunələri  üçün  daha  çox  səciy-
yəvidir. Həmçinin  bu, elə  bir tələbdir ki, onsuz bədii  yaradıcı-
lıqdan danışmaq belə mümkün deyildir. Əslində ədəbi tənqidin 
bədiiliyini artırmaq təşəbbüsü, bu tənqidlə bədii əsərlər arasın-
da  bərabərlik  işarəsi  qoymaq  cəhdi  deyil.  Çünki  ədəbi  tənqidi 
məqalədə  bədiiliyə  nə  qədər  çox  meyl  edilsə  belə,  yenə  də  el-
mi-nəzəri  təhlil  onu  bədii  yaradıcılığın  bədiilik  tipindən  ayıra-


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
53 
caqdır. Ədəbi tənqiddə bədiiliyə meyl, hər şeydən qabaq tənqi-
din öz tədqiqat obyekti ilə sıx əlaqəsini təmin etmək deməkdir. 
Təbiidir ki, tənqid daha çox bədii yaradıcılığın təhlili, izahı 
ilə məşğul olduğuna görə bədii əsərlərə xas olan bir çox cəhətlər 
də tənqidi yazının özündə əks olunmalıdır. Sübut üçün Ə.Haqver-
diyevin «Şeyx Şəban» hekayəsinin əvvəlini xatırlayaq: 
- Şeyx Şəbanı siz tanıyırdınızmı? 
- Xeyr! 
- Heyf, səd heyf. Mən haman o Şeyx Şəbanı deyirəm ki, 
yolun  qırağındakı  məhəllə  məscidinin  qabağında  əyləşib  pinə-
çilik edirdi». 
Tənqidçi Təhsin Mütəllimov isə Ə.Haqverdiyevə həsr et-
diyi «Portretlər qalereyası» məqaləsini belə başlayır: «Şeyx Şə-
banı  siz  tanıyırdınızmı?  Mən  həmin  Şeyx  Şəbanı  deyirəm  ki, 
düz  əlli  altı  il  bundan  əvvəl  görkəmli  ədibimiz  Ə.Haqverdiye-
vin  sehrli  qələmi  ilə  elə  canlı  və  real  rəsm  edilmişdir  ki,  biz 
onu  nə  vaxtsa,  haradasa  görmüş  kimi  çox  yaxından  tanıyı-
rıq…» (10, s.31). 
Tənqidçi  «Şeyx  Şəban»  hekayəsinin  başlanğıcını  məqa-
lədə də işlədərək, məqalə ilə hekayə arasında əlaqə yaratmışdır. 
Ədəbi-tənqidi  məqalədə  bədiiliyə  uyğun  hesab  edilən 
parçalar  məqalənin  səviyyəsinə  müsbət təsir etməlidir. Bu, hər 
şeydən  qabaq  süni  bədiilik  yaratmaq  meylindən  uzaq  olmalı, 
mətnin ümumi ahənginə uyğun gəlməli və qarşıya qoyulan fik-
rin açılışına kömək etməlidir. 
B.Vahabzadə Hüseyn Arifin yaradıcılığına həsr etdiyi bir 
məqalədə yazır: 
«Kim deyir şeirin meydanı dardır, 
Sonu görünməyən bir ilk bahardır! 
Necə ki həyat var, şeir də vardır, 
Həyatın nəfəsi şeir deyilmi? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə