Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
  1   2   3   4   5   6   7   8   9   ...   85


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
FOLKLOR İNSTİTUTU 
  _______________________________________________ 
 
 
KAMRAN ƏLİYEV 
 
 
 
 
 
 
 
 
 
ƏDƏBİYYATŞÜNASLIQ  
VƏ 
ƏDƏBİYYATŞÜNASLAR  
 
 
 
 
 
 
 
 
 
BAKI – 2013 


Kamran Ялийев
 _____________________________________  
 
 

 
AMEA Folkor İnstitutu Elmi Şurasının 
qərarı ilə nəşr olunur. 
 
 
 
 
 
    REDAKTORU: 
   ARİF ƏMRAHOĞLU 
 
Filologiya üzrə fəlsəfə doktoru 
 
 
 
 
 
Kamran  İmran  oğlu  Əliyev.  Ədəbiyyatşünaslıq  və 
ədəbiyyatşünaslar. Bakı, “Elm və təhsil”, 2013, 274 səh. 
 
Kitabda müəllifin ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar haq-
qında məqalələri toplanmışdır. 
 
 
 
Ə
 
4603000000 Ãðèôëè íÿøð 
           Í-098-2013       
 
 
 
 
© Folklor İnstitutu, 2013 
 
 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 

NƏZƏRİYYƏ MƏSƏLƏLƏRİ 
 
MİLLİ İDEYA: 
MƏRHƏLƏ TƏSNİFATI VƏ SƏCİYYƏSİ 
 
Keçid  dövrünü  başa  vurduğumuz  indiki  şəraitdə digər  ic-
timai,  iqtisadi,  mədəni,  sosial  məsələlərlə  yanaşı,  həmişə  aktu-
allıq  kəsb  edən  «milli  ideya»  anlayışına  da  müasir  dövrün  və 
müasir elmi-nəzəri səviyyənin tələbləri mövqeyindən yanaşmaq 
zərurəti meydana çıxmışdır. Mübahisəyə ehtiyac yoxdur ki, ayrı-
ayrı  dövrlərdə  və  ictimai-siyasi  vəziyyətlərdə  müxtəlif  mövqeli 
insanlar üçün son dərəcə cəlbedici olan «millət», «milli münasi-
bətlər»,  «milli  ideya»  terminləri  və  onların  daşıdığı  məna  yükü 
ilə  fəlsəfə  tarixinin  kateqoriyaları  arasındakı  təbii  təmasların 
aşkarlanması,  sadəcə  olaraq,  elm  məsələsi  deyil,  bundan  daha 
artıq dərəcədə  dövlət  və  həyat  məsələsidir.  Bu  baxımdan  Azər-
baycan  Respublikası  Prezidenti  Administrasiyasının  rəhbəri, 
akademik  Ramiz  Mehdiyevin  «Bakinski  raboçi»  qəzetindəki 
müsahibəsi  yeni  dövrümüzün  mahiyyət  və  xarakterini  özündə 
ehtiva edən milli ideya anlayışına tam aydınlıq gətirir.  
Bəri  başdan  qeyd  edək  ki,  bu  müsahibə  sıradan  biri  deyil, 
sözün  əsl  mənasında  mükəmməl  elmi-fəlsəfi  təcrübəyə  əsaslanan 
tədqiqatdır.  Müsahibənin  ana  xəttini  Azərbaycan  milli  ideyasının 
inkişaf mərhələlərini müəyyənləşdirməklə onun ictimai xarakterini 
dünya  humanitar  elminin  prinsipləri  əsasında  səciyyələndirmək 
kimi  mühüm  vəzifə  təşkil  edir.  Həmçinin  əhəmiyyətlidir  ki,  irəli 
sürülən  mərhələ  təsnifatı  formal  və  sxematik  xarakter  daşımır,  bu 
mərhələlərin hər biri özündə mədəniyyət tariximizin əsas meyil və 
istiqamətlərini cəmləşdirən təbii elmi şərtlərə söykənir. Milli ideya-
nın  təşəkkülü,  formalaşması  və  inkişafı  ilə  bağlı  bütün təmayüllər 
bir süjet ətrafına toplanaraq mühüm konseptual nəticənin əsası olur. 


Kamran Ялийев
 _____________________________________  
 
 

Akademik  Ramiz  Mehdiyev  dünya  xalqlarının  millət  və 
dövlətə bağlı düşüncələrinin millət və dövlət üçün əsas şərtlər-
dən biri olması tezisini irəli sürür: «Milli dövlətin dəyərini heç 
də bütün xalqlar obyektiv dərk edə bilmir. Bu isə nəticə etibari-
lə həmin xalqların yox olmasına və ya ümumdünya proseslərin-
də  onların  əhəmiyyətinin  heçə  enməsinə  gətirib  çıxarır».  Yəni 
milli dövlət anlayışı dərk olunan həqiqətə çevrilənə qədər insan 
şüurunda  mücərrəd  məfhum  kimi  mürgüləyir.  Heç  də  asan  ol-
mayan  bir  təfəkkür  hadisəsi  –  milli  dövlət  anlayışının  öz  mü-
cərrəd qabığından çıxaraq konkretləşməsi çox böyük tarixi pro-
sesin  nəticəsi ola bilər. Şübhəsiz, bu proses  maarifçilik dərslə-
rindən, milli-mədəni dəyərlərdən, xalqın milli mənlik şüurunun 
artmasından keçib gedən canlı həyat hadisəsidir. 
Müsahibədə milli dövlət anlayışının dərkindən sonrakı döv-
rə aid olan tələblərə də tam aydınlıq gətirilir: «Millətin öz strateji 
inkişaf  proqramı,  milli  ideyası  –  dövlətin  və  millətin  mövcud-
luğunun  mənası,  inkişafın  məqsədləri  və  prioritetləri  olmalıdır». 
Bütün  bunlar  xalqların  gələcəyə  baxışlar  sisteminin  möhkəm 
təməl üzərində qurulmasını, inkişafın istiqamətlərini müəyyənləş-
dirməklə daima  nəzarətdə saxlanılmasını,  milli  ideyanın  nəzəriy-
yədən praktikaya yönəldilməsini zərurətə çevirən amillərdir. 
Akademik  Ramiz  Mehdiyevin  müəllifliyi  ilə ortaya  çıxan 
milli  ideya  təsnifatının  birinci  mərhələsi  1828-1875-ci  illəri 
əhatə edir. Türkmənçay müqaviləsindən başlayan bu mərhələ ta-
rixi  ərazilərin  parçalanması  nisgilinə  dayanır  və  daha  çox  cə-
miyyət daxilinə səpilmiş milli oyanış toxumları ilə səciyyələnir.  
Müsahibədə  deyilir:  «Rusiya-İran  müharibəsindən  sonra 
Azərbaycanın şimal  hissəsinin ərazisi Rusiya  imperiyasının tərki-
bində  qalmış,  burada  azərbaycanlıların  tədricən  həmrəy  olması 
prosesi  (qabartma  bizimdir  –  K.Ə.)  başlanmışdır».  Şübhəsiz,  bi-
rinci mərhələnin özünütəsdiqi həmrəylik təşəbbüslərinə borcludur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə