Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   5   6   7   8   9   10   11   12   ...   85

Kamran Ялийев
 _____________________________________  
 
 
26 
lərdən biri xarakter məsələsidir. Məlumdur ki, Azərbaycan ədə-
biyyatşünaslığının  istər  30-40-cı,  istərsə  də  50-60-cı  illərində 
bədii  obrazın  xarakterini  açmaq  meyli  tənqiddə  güclü  olmuş-
dur. Son on illiklərdə isə ədəbiyyatda psixologizmin güclənmə-
si  xarakterlərin təhlilində  yeni  bir  mərhələnin də  mövcudluğu-
nu təbii formaya salmışdır.  
Mir  Cəlal  “Ədəbi  söhbətlər”  adlı  irihəcmli  məqaləsində 
müasir nəsrimizlə bağlı bir neçə yazıçının yaradıcılığını diqqət-
lə  izləmiş,  onların  bədii  xarakter  yaratmaq  ustalıqlarını  və  bə-
zən  də  bu  sahədəki  qüsurlarını  açıb  göstərmişdir.  Məsələn, 
M.Hüseynin “Qara daşlar” romanının təhlili zamanı müəllif ya-
zır: “Romanın kəndə aid səhnələrində də iki barışmaz qüvvənin 
–  cani  Dilman  ilə  namuslu  kolxoz  sədri  İmran  kişinin  çarpış-
masını görürük. İmran kişi nə qədər təmiz adamdırsa, Dilman o 
qədər saxtadır. İmran nə qədər inkişafa çalışırsa, Dilman o qə-
dər  təxribata  çalışır.  İmran  xalqa,  Dilman  Mollayevə  arxala-
nır”.  Göründüyü  kimi,  yalnız  əsəri  diqqətlə  araşdıran  bir  tən-
qidçi  belə konkret fikirlərə gələ bilərdi. Həm də bu fikirlər sa-
dəcə olaraq əsərdəki iki obrazın müqayisəsi deyildir. Bu müla-
hizələr iki xarakterin fərqli cəhətlərinin açılıb göstərilməsidir.  
Aydındır  ki,  bədii  yaradıcılıqda  xarakter  yaratma  yolları 
müxtəlifdir.  Yazıçının  fərdi  yaradıcılıq  psixologiyasından  asılı 
olaraq  onların  xarakter  yaratma  üsulları  da  müxtəlifdir.  Yəni 
bu,  rəngarənglik,  bir  də  təbii  və  canlı  yaradıcılıq  prosesidir. 
Tənqidçi də öz növbəsində yazıçının yaratdığı xarakterin səciy-
yəvi cəhətlərini ortaya çıxarmaq istəyir, təbii ki, o da öz yanaş-
ma üsullarından  istifadə edir. Yuxarıda gördüyümüz  müqayisə 
üsulu  M.Cəlal  tənqidinə  xas  xüsusiyyətlərdən  biridir  və  yazıçı 
yaradıcılığındakı xarakterlərin dəqiq və elmi şəkildə əsaslandı-
rılmasında  inanılmış  və  sınanmış  metodlardandır.  Tənqidçi  bu 
üsuldan  yalnız  bir  əsər  daxilindəki  obrazları  fərqləndirmək 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
27 
üçün  deyil,  həmçinin  bir  yazıçını  başqa  yazıçıdan  fərqləndir-
mək istədikdə də istifadə edir. Məsələn, o, elə həmin məqaləsi-
nin bir yerində yazır: “İsa Hüseynov xarakterlərin daxili aləmi-
nə, qəlbin  həyatına,  məna aləmindəki ziddiyyət və konfliktlərə 
çox diqqət verirsə, Bayram  Bayramov təbiətə, kənd sahələrinə 
artıq meyl edirsə, Salam Qədirzadə gülüşə, yumora ailə, məişət 
aləmindən yazdığı lövhələrdə daha çox müvəffəq olur”.  
Bizcə, bu nəticə də yaradıcılığa ciddi  bələdlikdən  irəli gəlir. 
Belə ki, istər İsa Hüseynovun, istər Bayram Bayramovun, istərsə də 
Salam  Qədirzadənin  yaradıcılığını  dərindən  öyrənməyən  bir  alim 
bu cür yekun fikir söyləməkdə tam çətinlik çəkər.  
M.Cəlal  ədəbi  faktlara  hərtərəfli  yiyələnməyə  səy  göstə-
rən  alimlərdəndir.  Onun  bədii  ədəbiyyatın  problemləri  barədə 
söylədiyi  mülahizələr  “yüz  ölç,  bir  biç”  prinsipinə  əsaslanır. 
Ona görə də M.Cəlalın yazdığı bir çox məqalə və kitablar ilin-
dən asılı olmayaraq hələ də öz əhəmiyyətini saxlamaqdadır.  
M.Cəlal xarakter problemindən yazarkən ona moda xətrinə 
yanaşmırdı.  Gizli  deyil  ki,  ədəbiyyatşünaslıq  tarixində  populyar 
olmaq naminə istənilən problemdən yazan tənqidçilər az deyildir. 
Onlar  özlərini  məşhurlaşdırmaq  naminə  bəzən  bu  cür  düşünül-
məmiş  addımlar  atmış  və  elmi  həqiqətin  də  aşkarlanmasına  son 
dərəcə  mane  olmuşdular.  Amma  Mir  Cəlal  xarakter  məsələsini 
bədii  yaradıcılığın  mühüm  tərkib  hissəsi  kimi  qavrayır  və  ona 
yüksək  tələblər  səviyyəsindən  yanaşırdı.  Belə  ki,  müəyyən  mə-
qamlarda bədii təsnifatı xarakter yaratmaya görə aparırdı.  
Məsələn, ədəbiyyatşünas alim Ə.Haqverdiyevin yaradıcılı-
ğından  bəhs  edərkən,  belə  bir  ümumiləşməni  zəruri  hesab  edir: 
”Haqverdiyev hekayələrindəki adamları bədii xarakter və ictimai 
mövqelərinə  görə  üç  dəstəyə  bölmək  olar.  Birincisi,  Fazili-dər-
bəndlilər, Hacı Mirzə Əhməd ağalardan ibarət olan istismarçı, za-
lım, mənfəətpərəst adamlardır. Bunları ədib şiddətli satira süngü-


Kamran Ялийев
 _____________________________________  
 
 
28 
sünə tutur. İkinci və əksəriyyət təşkil edən surətlər köhnə dünya-
nın  məzlumlarıdır  ki,  istismarçıların  qapazaltısı  olmuşlar.  Bun-
lara  nümunə  olaraq  Fərmanı,  Gövhərtacı,  Süleyman  əfəndini, 
Əkbəri, Gülsüm nənəni göstərmək olar. Bu adamlar böhtana düş-
müş  günahsız  müqəssirlərə  oxşayırlar.  Bunlar  döyülür,  qovulur, 
məhrum  edilir,  həbsə  alınır,  nəhayət,  məhv  edilirlər.  Bu  adam-
ların günahı nədir? Bu adamların günahı odur ki, köhnə zülm və 
zülmət dünyasında təmiz, sağlam, həqiqi insani hiss sahibidirlər. 
Bunlar  mərhəmət və nəvaziş gördükləri ana qucağından ayrılan-
da  ictimai  mühitdən də  həmin  hörməti gözləyirlər. Öz  həmcins-
lərinə də belə sadə baxırlar. Halbuki dərəbəylik mühiti və bu mü-
hitin qaynar qazanında yetişmiş vəzifə, mənsəb, dövlət sahibləri, 
yüzbaşılar,  pristavlar,  qazılar  -  bu  adamların  taleyini  öz  əllərinə 
almış, öz mənfəətləri üçün bir alət etmişlər.  
Ədibin  üçüncü  növ  surətləri  mənəviyyat  etibarilə  daha 
qüvvətli adamlardır. Bunlar gələcəyə baxan və yüksək ideallar-
dan ruhlanan, ona görə də zülmə  boyun  əymək  istəməyən  fəal 
adamlardır. Bunlara misal olaraq saatsaz Zeynalı, Mirzə Səfəri 
və başqalarını göstərmək olar”.  
Mir Cəlal ədəbiyyat faktlarına və hadisələrinə elmi həqi-
qətin gözü ilə baxır. O, bədii yaradıcılığın kamilləşməsində xa-
rakter  yaratmağın  mənasını  və  rolunu  yaxşı  başa  düşür  və  gö-
ründüyü  kimi,  eyni  bir  prinsipə  söykənməklə  Ə.Haqverdiyev 
bədii irsini, demək olar ki, bütünlüklə əhatə edə bilir.  
Böyük xarakterə malik olan obrazlar əsərin süjet və kompo-
zisiyasında da aparıcı mövqedə dayanırlar. Bunu öz tədqiqatlarında 
tez-tez nəzərə çarpdıran Mir Cəlal “Bədii nəsrimiz yeni mərhələdə” 
adlı  məqaləsində  Mirzə  İbrahimovun  “Böyük  dayaq”  romanından 
bəhs  edərkən  yazır:  “Romanda  bir  neçə  xətt  üzrə  inkişaf  etdirilən 
əhvalat bu mərkəzi sima ətrafında dolaşır. Rüstəm kişi tam və güclü 
xarakterdir. O həm dostlar /Şirzad, Nəcəf, Qızyetər, Şərəf oflu, Qa-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə