Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   8   9   10   11   12   13   14   15   ...   85

________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
35 
yələnir. Buna görə də tədqiqatçı bədii təcrübəyə qismən müra-
ciət  edir  və  əsas  fikrini  «ədəbiyyatı  inkişaf  etdirən  ən  təsirli 
stimullar» üzərinə, - səhnə, mətbuat, dərslik – üzərinə yönəldir; 
burada  elmi  fikir  daha  çox  müəllim  –  yazıçı  –  mühərrir  tipini 
obyektə çevirir. 
Azərbaycanda maarifçi realizmin inkişaf meyllərinin yeni 
dövrə uyğun gələn keyfiyyət və  xüsusiyyətləri  yeni  janrları da 
yaratmış  olur.  İlk  faciə,  ilk  milli  roman,  ilk  realist  povestlər, 
publisist  bədii  nəsr  nümunələri,  ilk  tarixi  roman  N.Vəzirov, 
Ə.Haqverdiyev, S.M.Qənizadə, C.Məmmədquluzadə, Ə.Gorani 
kimi  yazıçıların  yaradıcılığında  meydana  çıxaraq  növbəti  ma-
arifçilik dövrünün «müəssisliyini» təsdiq edir. Bu dövr ədəbiy-
yatının  dini  «nəfəsi»  də  ictimai  gerçəkliyə  uyğun  gələn  məz-
munun daşıyıcısına çevrilir. Belə ki, Axundovda «müsbət bəy, 
mülkədar,  ziyalı,  nökər  surəti  var,  lakin  müsbət  ruhani  surəti 
yoxdur.  XIX  əsrin  son  rübünün  maarifçiləri  isə  ağılla  yanaşı, 
həm də Allahı qəbul edir, köməyə çağırır, dini fanatizmə qarşı 
mübarizədə dinin özünün ən müqəddəs silahı ilə Quranla silah-
lanırlar» (səh.129) 
Monoqrafiyada  maarifçi  realizm  məsələləri  o  səviyyədə 
təhlil olunur ki, növbəti fəslə verilmiş «XX əsrin tənqidi realiz-
mi»  adını  oxuyanda,  «məgər  XIX  əsrdə  də  tənqidi  realizm 
var?»  sualını  vermək  heç  ağıla  belə  gəlmir.  Tənqidi  realizmin 
şərhi  isə  öz  növbəsində  poetika  elementlərində  istifadə  baxı-
mından maarifçi realizmin təhlilində də irəli getmiş olur və bu 
təhlil  Qoqol  realizminin  təcrübəsinə,  «Şəhərli  qız»  povestinə, 
Balzak  yaradıcılığına  doğru  yönələn  Engels  müdrikliyinin 
tezislərinə əsasən aparılır. 
Azərbaycan tənqidi realizm onunla birgə yaranan XX əsr 
Azərbaycan  romantizmi  və  hələ  də  öz  mövcudluğunu  davam 
etdirən  maarifçi  realizm  ilə  qarşılıqlı  şəkildə  öyrənilir,  lakin 


Kamran Ялийев
 _____________________________________  
 
 
36 
əsas  diqqət  elan  olunmuş  mətləbə  tərəf  yönəlir.  Bu  axtarışda 
mühüm  yeri  «Novruzəli problemi» tutur; elə bir problem ki, o 
həm Mirzə Cəlil realizminin xarakterini açır, həm də tənqidi re-
alizmin ayrılan keyfiyyətini müəyyən edir; həm keçmiş maarif-
çi irsi müqayisə məqamına gətirir, həm də yeni ədəbi istiqamə-
tin  başlanğıcına  çevrilir.  «Kiçik  adam»  konsepsiyası,  kiçik 
adamları  «yaradan»  sinfin  estetçiliyinə  qarşı  durur  və  hətta  bu 
konsepsiya tənqidi realizmi  sosialist realizmindən  fərqləndirən 
sistemə də daxil olur. 
«Niyə belə oldu?» Necə oldu ki, Fərhad, Məcnun, Leyli, 
Nüşabə, Şirin əzəmətli bir ədəbiyyatın əsas qəhrəmanı Novruz-
əli oldu?» (səh.165). 
Niyə  belə oldu? Necə oldu ki, alim, Fərhadları, Leyliləri 
(dünya  şöhrətli  bu  qəhrəmanları!)  Novruzəli  kimi  bir  «tip»in 
«ayağına  verdi?»  Ona  görə  ki,  xalq  üçün  lazım  olan  tənqidi 
realizm  gəlişinin  vaxtlı  qəhrəmanı  məhz  Novruzəli  oldu  (hələ 
onu  demirik  ki,  «bəlayi-eşqdən»  uzaq  olan  Novruzəli  əvvəl-
axır  «aşiqlik  istedadı» olanların cərgəsində durmalıydı  və dur-
du, özü də külüngüylə deyil, torbasıyla, dəliliyilə deyil, avamlı-
ğıyla)! 
«Mənəvi  ölülük»  problemi,  kəndli  mənafeyi  problemi  – 
bunlar  da  tənqidi  realizmə  məxsus  problemlərdir.  Tədqiqatçı  bu 
məsələlərin  elmi-nəzəri  şərhini  verir  və  qənaətlərini,  nəticələrini 
faktların  müqayisəsində  ümumiləşdirir.  Yaxşı  mənada  iş  o  yerə 
gəlib  çıxır  ki,  «bu  realizmdə  müsbət olmaq  üçün  təkcə  kəndli  ol-
maq kifayət etmir» (səh.193). Ancaq Novruzəli, Məhəmmədhəsən 
əmi,  Usta  Zeynal,  Kəblə  Məmmədəli  tənqidi  realizmin  müsbət 
qəhrəmanları  kimi  daha  böyük  və  mənalı  görsənirlər.  Çünki  «hər 
bir  Novruzəlidə  potensial  müsbət  qəhrəman  mürgüləyir»,  «Mə-
həmmədhəsən  əmilərin  varlığında  fəal  «ictimai»  insanın,  şəxsiy-
yətin; vətəndaşın itməsi süjeti» yaşayır və s. 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
37 
Mİrzə  Cəlil  tənqidi  realizminin  səciyyəsi  «Ölülər»  əsəri 
ilə davam etdirilir və «Dəli yığıncağı», «Anamın kitabı» pyes-
ləri  ilə  başa  çatır.  Bu  əsərlər  Mirzə  Cəlil  yaradıcılığının  yeni 
pillələri, Azərbaycan tənqidi realizmindəki ifşa xarakterinin da-
ha  da  gücləndiyi  mərhələlərdir.  Kütləvilik  çərçivəsində  olan 
simvol,  yəni ölüləşmə, dəliləşmə mövcud ədəbiyyatda müşahi-
də 
edilən 
«kərgədanlaşma» 
(İonesko), 
meşşanlaşma» 
(M.Qorki),  «iblisləşmə»  (Cavid)  səciyyəli  sənət  nümunələri 
çərçivəsində dövrə vurur və bunlar həmin çərçivədə milli tənqi-
di realizmin inkişaf keyfiyyətlərinə çevrilirlər. 
Y.Qarayev  Axundov  realizmi  ilə  Mirzə  Cəlil  realizmi 
(maarifçi realizm  ilə tənqidi realizm)  arasındakı  fərqləri ayrıca 
ümumiləşdirməmiş və  buna heç ehtiyac da duymamışdır.  Təq-
dirəlayiq  cəhətdir  ki,  həmin  fərqlər  bütün  monoqrafiya  boyu 
meydana  çıxır  və  elə  əslində  realizmin  iki  tipi  arasındakı  sər-
hədlər də düzgün və yerli-yerinə müəyyənləşdirilir. 
«İnsanların  əxlaqını  yaxşılaşdırmaq,  oxucu  və  qulaq 
asanları ibrətləndirmək» maarifçi realizmin məqsədidir, «siniflər 
mübarizəsinin  geniş  bədii  əksini  tapa  bilməməsi  maarifçi  rea-
lizmdə  mövcuddur;  «tənqidi  realizm,  adətən,  «bura  sökülməli-
dir»də  qurtarır  (birbaşa  pozitiv  proqram  ona  xas  deyil)»,  maa-
rifçi  realizmdən  fərqli  olaraq,  burada  tənqid  islah  üçün  olmur; 
hərəkətə  gətirmək,  dəyişmək  və  yaxşılaşdırmaq  –  maarifçi  rea-
lizmin xüsusiyyətləridir, faş etmək, rədd etmək və damğalamaq, 
-  tənqidi  realizmin  keyfiyyətləridir;  maarifçi  realizmdə  gerçək 
şəraitin  təsiri  ilə  ağılın  təsiri  birgə  fəaliyyət  göstərir,  tənqidi 
realizmdə  isə  yalnız  «tipik  şərait»  və  onun  təsiri  var;  tənqidin 
əsas hədəfi qəhrəmanın məişət vəziyyəti olanda maarifçi realizm 
meydana  çıxır;  vətəndaşlıq  vəziyyəti  olanda  isə  tənqidi  realizm 
yaranır  və  bu  minvalla  iki  gülüş  eşidilir:  biri  «yuxarılara  doğru 
yönəlir, digəri isə «aşağılara» tərəf istiqamətlənir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə