Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   7   8   9   10   11   12   13   14   ...   85

Kamran Ялийев
 _____________________________________  
 
 
32 
REALİZMİN TƏDQİQİNDƏ ƏN YENİ 
MƏRHƏLƏNİN BAŞLANĞICI 
 
Müasir sovet ədəbiyyatşünaslığı realizmin mənşəyi, tipo-
logiyası  və  bir  çox  aktual  problemləri  ilə  daha  geniş  şəkildə 
məşğul olmaqdadır. Bu baxımdan Yaşar Qarayevin  «Azərbay-
can realizminin mərhələləri» monoqrafiyası («Elm» nəşriyyatı, 
1980; redaktoru Kamal Talıbzadədir) diqqət və maraq doğurur. 
Alim  öz  tədqiqat  məqsədini  qabaqcadan  və  qəti  şəkildə 
elan edir; «biz Azərbaycan realizminin keçirmiş olduğu üç əsas 
mərhələyə  münasib  olaraq  aşağıdakı  üç  istilahın  məqsədəuy-
ğunluğunu elmi cəhətdən daha doğru hesab edirik: 
1. Maarifçi realizm. Azərbaycan realizminin tarixində ən 
böyük  dövrdür.  Daha  doğrusu,  bu  realizm  M.F.Axundovun 
ədəbi  məktəbi,  realizm  nəzəriyyəsi,  estetikası  və  ənənələri  ilə 
bağlı olan dövrləri əhatə edir. 
2.  XX  əsrin  tənqidi  realizmi.  XIX  əsrin  sonundan  20-ci 
illərə qədərki dövrün realizmi nəzərdə tutulur ki, bu dövrün ən 
böyük  nümayəndələri  C.Məmmədquluzadə  və  M.Ə.Sabiri  he-
sab etmək olar. 
3. Sosialist realizmi» (səh.24). 
Təhlilin uğurlu istiqamətini müəyyən edən bu bölgü milli 
ədəbiyyatşünaslıq  tarixində  hələ  indiyədək  heç  bir  zaman  belə 
konkret sərhədləri ilə görünməyən məna və məzmun daşıyır. 
Realizmin  tip  spesifikliyi  bilavasitə  ictimai  gerçəkliklə 
münasibətdə  öyrənilir.  Burada  ictimai  həyatın  mənzərəsi  rea-
lizm nümunələrindəki bədii inikas xarakterinin açılışı ilə müəy-
yənləşir. 
Azərbaycan  ədəbi-nəzəri  fikrinin  inkişaf  pillələrində  öz 
yaş  təvəllüdünü  Axundov  dövründən  başlayan  tənqidi  realizm 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
33 
indi artıq xeyli «cavanlaşmış» olur; o, illərlə qoruyub saxladığı 
öz yerinin bir hissəsini maarifçi realizmə güzəştə gedir. Bu ax-
tarışda  maarifçilik hərəkatından əvvəl  mövcud olan və Avropa 
xronologiyasını əks edən «intibah» səhifələri maarifçi realizmi 
təsdiq və qəbul etmək təşəbbüsünə çevrilir. 
İstər maarifçi realizmindən, istərsə də tənqidi realizmdən 
danışanda,  tədqiqatçı  əsas  məqsəddən  yayınmır.  Monoqrafiya 
boyu bu məqsədin reallaşması isə bədii irsin sosial ideya gücü-
nün poetika elementləri üzərinə yüklənməsində tapır və deməli, 
söhbət  ədəbi  cərəyandan,  bu  cərəyanın  ədəbiyyatla  bağlılığın-
dan gedir. 
M.F.Axundovu  maarifçi  realizmin  başçısı  kimi  təqdim 
etmək,  onun  Azərbaycan  ədəbiyyatında  qazandığı  mövqeyini 
azaltmaq  demək  deyil.  Aşağıdakı  suallar  da  elə  məhz  belə  bir 
baxışdan  doğur:  «Hansı  yaxşıdır.  M.F.Axundovu  süni  şəkildə 
«tənqidi  realist»  elan  edib,  klassik  tənqidi  realizm  nümunələri 
ilə  (Qoqol,  Tolstoy  Dostoyevski,  Balzak)  müqayisədə  onun 
«məhdudluğundan»  bəhs  açmaq,  yoxsa  həmin  realizmə  öz 
adını  vermək  və  klassik  maarifçi  realizmin  yeni  tarixi-ictimai 
şəraitdə Axundov realizminin timsalında kəsb etdiyi üstün  xü-
susiyyətlərdən  bəhs  etmək?  Kamil  «Maarifçi  realizm»,  yoxsa 
süni və məhdud «tənqidi realizmi?» (səh.67). 
Maarifçi  realizmdən  danışmaqda  mövcud  tədqiqatlar,  bu 
tədqiqatlar üzərində aparılan araşdırmalar az rol oynamamışdır. 
Lakin  tədqiqatçı  bu  istiqamətində  «ittiham»  ruhundan  uzaq, 
ədəbiyyatşünaslıq səviyyəsinin güc və  «gücsüzlüyünü» göstər-
məyə isə daha çox yaxındır. Həm də bunlar yalnız başlanğıcdır. 
Əsl  həqiqət  o  yerdə  meydana  çıxır  ki,  M.F.Axundov  ko-
mediyalarının indiyədək «qəribə» görünən finalları təhlilə cəlb 
edilir.  Axundovun  «Təsadüfi  finalları»  məhz  ağılın  yaratdığı 


Kamran Ялийев
 _____________________________________  
 
 
34 
finallara çevrilir və burada uzun  illər boyu» «senzuraya» bağlı 
ümidlər də puça çıxır. 
«Təsadüfi  finalların»,  «xoşbəxt  finalların»  mahiyyəti  ilk 
dəfədir  ki,  komediyaların  sənətkarlıq,  metod,  üslub  səviyyəsi 
ilə  öyrənilir  və  bunlar  da  axırda  gəlib  maarifçi  realizmə  daya-
nır.  Beləliklə,  məmur  surətlərinə  münasibət,  məhkəmə,  əxlaq, 
hüquq  məsələlərinə  yanaşma,  inkarın  və təsdiqin  vəhdətini  bə-
diilik  daxilində  əritmək  kimi  keyfiyyətlərin  Axundov  maarif-
çiliyində  qazandığı  mövqe  «iti  bir  məntiqin»  (Y.Qarayev)  gü-
cünə və təsirinə arxalanır. «İksirin» özü də Axundov dramatur-
giyasının maarifçi realizmə bağlanmasındakı gizli sirlərdən biri 
olur.  «Fəal,  açıq  və  parlaq  publisist  tendensiyanı»  müşayiət 
edən  «iksir», Axundov qələmində  maarifçiliyə çağırış  məzmu-
nu daşıyır və tənqidçi realizmin tələblərindən seçilir. 
Monoqrafiyada M.F.Axundovun  «Aldanmış kəvakib» və 
«Kəmalüddövlə məktubları» da maarifçilik konsepsiyasına uy-
ğun gəlir və maarifçi realizmə «sığışır». «Etiraf etmək lazımdır 
ki, maarifçi realizmdən danışan tədqiqatçının həmin əsərlərdən 
bəhs etməsi gözlənilməsi zəruri olan «bəs bu əsərlər necədir?» 
məzmunlu opponent sualına cavab olur. «Kimyagər»dəki  «nu-
xulular»  kimi  «Kəvakib»dəki  «saraylılar»  da  «toplu»  kütləvi 
obrazlardır.  Onların  da  hamısını  eybəcərləşdirən  məhrum  ol-
duqları  eyni  keyfiyyətlərdir:  maarif  işığı,  vətəndaşlıq  şüuru  – 
alimin  istinad  nöqtəsinin  mənzərəsini  bunlar  təmsil  edir.  «Kə-
malüddövlə  məktubları»nda  isə  qəhrəmanın  «ağıl  nümayiş  et-
dirmə»  məqsədi  və  «maarifçiliyin  inkişafı  yolunda  əngəl  və 
maneələrin  aradan  qaldırılması  məsləki  –  maarifçi  realizmin 
povest, traktat formalarında görünən davamı kimi səslənir. 
Maarifçi  ədəbi  hərəkatın  Axundovdan  sonrakı  mərhələsi 
də diqqətdən kənarda qalmır, həm də 80-90-cı illər, maarifçilik 
tarixində «canlı, əməli və təşkilati fəaliyyət dövrü» kimi səciy-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə