Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   2   3   4   5   6   7   8   9   ...   85

________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 

Bu təşəbbüslər  ilk  növbədə  ədəbi  məclisləri  reallaşdırdı.  Qubada, 
Şamaxıda,  Gəncədə,  Şuşada,  Ordubadda,  Lənkəranda  –  Azər-
baycanın, demək olar ki, hər bölgəsində X1X əsrin sayılıb seçilən 
şairləri ədəbi məclis formasında bir araya gəldilər. Həmin məclis-
lərdə  oxunan,  müzakirə  edilən  şeirlərin  qüvvətli,  yaxud  zəifliyin-
dən asılı olmayaraq, fikir inkişafına güclü təkan verildi. Məclislə-
rarasıü  ünsiyyət  formaları,  xüsusilə  məktublaşmalar  və  nəzirə 
yaradıcılığı fikir inkişafının sərhədlərini daha da genişləndirdi. 
Birinci mərhələdə həmrəyliyin başqa bir reallıq faktı dra-
maturgiyanın  yaranmasına  söykənən  teatr tamaşaları  idi.  Teatr 
ziyalı  düşüncəsini,  ziyalı  fikrini  xeyli  dərəcədə  kütləviləşdirdi 
və  bu  fikirlərin  xalq  nümayəndələrinə  çatdırılmasının  yeni  və 
canlı forması kimi vətəndaşlıq hüququ qazandı. 
Görkəmli alimin təqdimatında o dövr Azərbaycan ziyalı-
larının  qabaqcıl  nümayəndələri  olan  Abbasqulu  Ağa  Bakıxa-
nov,  Mirzə  Fətəli  Axundzadə,  Mirzə  Kazımbəy  ədəbiyyat  və 
dilçilik tarixinin sərhədlərindən çıxarılaraq  milli  ideyanın real-
lığa  çevrilməsi  yolunda  əvəzsiz  şəxsiyyət  statusu  qazanırlar. 
Həmçinin  «Türk-tatar  dilinin  qrammatikası»  kitabının  müəllifi 
Mirzə  Kazımbəyin  adının  ilk  dəfə  ədəbi-elmi  və  fəlsəfi-tarixi 
müstəvidə  Azərbaycan  yazıçıları  ilə  bir  sırada  çəkilməsi  milli 
ideyanın  ana  dilindən  təcrid  edilmiş  şəkildə  formalaşmasının 
qeyri-mümkünlüyü barədə müddəaya işarədir. 
1875-ci ildən XX əsrin əvvəlinə qədərki ikinci mərhələ-
nin  əsas  istiqamətlərini  dini-mistik  poeziyaya  qarşı  atılan  ad-
dımlar  və  elmi  nailiyyətlərlə  tanışlıq  təşkil  edir.  Müsahibədən 
aydın olur ki, həmin nailiyyətlərin əsasında Həsən bəy Zərdabi 
tərəfindən  təsis  edilmiş  «Əkinçi»  qəzeti  ilə  başlayan  mətbuat 
marafonunun  genişlənməsi  və  yeni  tipli  məktəblərin  açılması 
kimi  mütərəqqi  əməllər  dayanmış,  bunlar  da  öz  növbəsində 
milli təfəkkürün inkişafına güclü təkan vermişdir.  


Kamran Ялийев
 _____________________________________  
 
 

Müsahibədə ikinci mərhələnin başlanğıc faktı və hərəkət-
verici  qüvvəsi  olan  «Əkinçi»  qəzetinin  əhəmiyyəti  yüksək  sə-
viyyədən  dəyərləndirilir:  «Maarifçilik  ideyasının  daşıyıcısı  ki-
mi «Əkinçi» qəzeti sayca çox olmayan Azərbaycan ziyalıların-
da  milli  mənlik  şüurunun  formalaşmasının  təməlini  qoymaqla 
tarixi  rol  oynamışdır».  Beləliklə,  Azərbaycan  milli  ideyasının 
formalaşmasında  həmrəylikdən  (ədəbi  məclis  və  teatrdan!) 
mətbuata  doğru  hərəkət  həm  birinci  mərhələdən  ikinci  mərhə-
ləyə keçidin təbiiliyini şərtləndirir, həm də milli ideya anlayışı-
nın tarixi kateqoriya olmasını təsdiq edir». 
Türk mədəniyyəti ənənələrinin milli mənlik şüurunun tərkib 
hissəsinə  çevrilməsi  və  «müsəlman  milləti»  anlayışı  ilə  yanaşı 
M.Şahtaxtinski tərəfindən  «Azərbaycan türkləri» termininin döv-
riyyəyə çıxarılması milli ideyanın gerçəkləşməsi yolunda mühüm 
addım  olmuşdur.  Nəcəf  bəy  Vəzirov,  Sultan  Məcid  Qənizadə, 
Nəriman  Nərimanov,  Mirzə  Ələkbər  Sabir,  Ömər  Faiq  Neman-
zadə, Cəlil Məmmədquluzadə  məhz  bu dövrün  yetişdirdiyi  maa-
rifçi şəxsiyyətlər idilər. Təadüfi deyil ki, onların əksəriyyəti Azər-
baycandan  kənarda  təhsil  almış  və  qabaqcıl  ideyalara  yiyələn-
mişlər. Azərbaycan milli ideyasının inkişafında ikinci mərhələnin 
uğurla başa çatmasının hərəkətverici qüvvələri də məhz mütərəqqi 
fikir cərəyanlarına söykənən həmin ziyalılar idi. 
Müsahibə-tədqiqatdan  aydın  olur  ki,  milli  ideyanın  inki-
şafında üçüncü mərhələ 1905-1907-ci illər inqilabından 1918-
ci ilin mayınadək olan illərə aiddir və bu mərhələdə siyasi par-
tiyalar  yaranır,  mətbuat orqanları  isə  kütləvi  xarakter  alır.  Hər 
iki  istiqamət  –  həm  siyasi  partiyaların  təşəkkülü, həm  də  mət-
buatın  kütləviləşməsi  ədəbi-bədii,  elmi-fəlsəfi  mübahisələri 
açıq  müstəviyə  keçirir.  Beləliklə,  zənginləşən  polemik  ruh  hər 
şeyi üstələyir və milli ideyalarla demokratik dəyərlərin qovuşu-
ğu üçüncü mərhələnin əsas xarakterinə çevrilir.  


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 

Akademik  Ramiz  Mehdiyev  Azərbaycan  milli  ideyasının 
inkişafında üçüncü  mərhələni  səciyyələndirərkən  mətbuatın rolu-
nu belə dəyərləndirir: «Həyat» və «İrşad» qəzetlərinin və «Füyu-
zat»  jurnalının  nəşri  milli  ideologiyanın  yaranmasına, dövlətçilik 
təfəkkürünün  və  milli  azadlıq  ideyasının  formalaşmasına  təkan 
verir».  Əslində  sovet  dönəmində  milli  ideya  barədə  tam  və  ob-
yektiv təsəvvür yaranmaması məhz bu mərhələnin qeyri-obyektiv 
şərhi ilə də bağlı olmuşdur. Reallıq isə belədir ki, həmin mətbuat 
orqanları,  xüsusilə  də  «Füyuzat»ın  baş  redaktoru  Əli  bəy  Hü-
seynzadə  Azərbaycan  milli-siyasi  həyatında  fəlsəfi  cərəyanların 
oyanışına təkan vermişdi: elmi-nəzəri təhlillər aparmış, Avropa ilə 
bağlı  bədii  fikri  istiqamətləndirmiş,  bədii  tərcümənin  əhəmiy-
yətinə  və  roluna  dəyər  vermiş,  elitar  düşüncə  sisteminin  üstün-
lüyünə  haqq qazandırmışdır. Təsadüfi deyil ki,  Azərbaycan  milli 
ideyasının  istiqamətlərini özü üçün tam  yəqinləşdirən Ə.Hüseyn-
zadə «Füyuzat» jurnalını bu istiqamətin ana kitabı hesab etmiş və 
jurnalın bütün saylarını ardıcıl səhifələtmişdir.  
Milli  ideyanın  tarixi  kateqoriya  olması  üçüncü  mərhələdə 
mətbuatın fikir plüralizminə geniş nəfəs verməsi ilə səciyyələnir. 
Şübhəsiz, milli ideya ilə bağlı ideoloji konsepsiyanın təşəkkülü də 
həmin  fikir  plüralizminə  bağlıdır.  Heç  kəsə  qəribə  gəlməməlidir 
ki,  üçüncü  mərhələni  hədəfə  doğru  aparan  ən  mühüm  vasitə 
publisistikanın  janrları  olmuşdur.  Amma  bütün  bunlara  baxma-
yaraq, hədəf hələ də gözlənilən hədəf deyildi: «Azərbaycan elitası 
milli ideyanın son məqsədi kimi Rusiya imperiyasının tərkibində 
milli  ərazi  muxtariyyəti  yaradılması  uğrunda  mübarizə  yolunu 
seçir».  Başqa  sözlə,  bu  mərhələni  milli  ideyanın  reallaşması  yo-
lunda ƏRƏFƏ də hesab etmək olar. 
Dördüncü mərhələ 1918-ci il mayın axırlarından 1920-ci il 
aprelin  sonuna  qədər  olan  dövrü  əhatə  edir  və  müsahibədə 
göstərildiyi  kimi,  tarixdə  ilk  dəfə  Azərbaycan  milli  ideyasının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə