Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   2   3   4   5   6   7   8   9   ...   85

Kamran Ялийев
 _____________________________________  
 
 

həyata keçdiyi mərhələ sayılır. Lakin çox təəssüf ki, bu təcrübə az 
ömür  sürmüş,  uğursuz  olmuş  və  hakimiyyət  bolşeviklərə  təhvil 
verilmişdir.  Həmin  mərhələdən  bizə  yadigar  qalan  milli  ideya 
nişanəsi Azərbaycan Xalq Cümhuriyyətinin adı və şərəfidir.  
Akademik Ramiz Mehdiyev bu dörd mərhələnin ümumi-
ləşmiş yekunu haqqında bunları bildirir: «Millətin siyasi və so-
sial-mədəni baxımdan dəyişməsi ilə əlaqədar bütün təşəbbüslə-
rin ideoloji əsaslarının yaranmasını yuxarıda göstərilən mərhə-
lələrin əsas nailiyyəti hesab etmək olar. Özünüidentifikasiyanın 
kollektiv formaları – dini, etnik və sosio-mədəni (sivil) forma-
ları vahid milli, dövlət ideyası şəklində kooperasiya edilmişdir. 
Beləliklə, «millət», «milli ləyaqət», «dövlət» kimi əsas anlayış-
ların  formalaşması  və  millətin gələcəyi  barədə ayrı-ayrı  baxış-
ların müzakirə edilməsi üçün imkan yaranmışdır».  
Başqa bir real nəticə də vardır. Belə ki, X1X əsr və XX əs-
rin əvvəllərində Azərbaycan bədii fikir tarixinin təhlilində həmişə 
ədəbi  cərəyanların  estetik  prinsiplərinə  istinad  edilmişdir.  Açığı, 
bu  cür  yanaşma  bucağı  bir  çox  yaradıcılıq  məsələlərinin  araşdı-
rılması  yollarını  da  xeyli  asanlaşdırmışdı.  Həmçinin  etiraf  etmək 
lazımdır ki, ədəbi cərəyanlar müstəvisi bəzi məhdudiyyətlər yarat-
sa  da,  ədəbiyyat  nəzəriyyəsinin  və  ədəbiyat  tarixçiliyinin  inkişa-
fında  faydalı  olmuşdur.  Lakin  ədəbiyyatşünaslıqda  mövcud  olan 
maarifçi  realizm,  tənqidi  realizm,  sosialist  realizmi,  romantizm 
kimi  istilahlar  və  onların  gətirdiyi  fərqlilik  amilləri  Azərbaycan 
milli ideyasının forma və məzmun xüsusiyyətlərinin aydınlaşdırıl-
ması  ilə  bir  araya  sığmır.  Akademik  Ramiz  Mehdiyev  Azərbay-
can  milli  ideyasının  səciyyəsində  elmi  yaradıcılıq  vərdişinə  çev-
rilmiş  «izm»ləri  deyil,  bütövlükdə  milli  mədəniyyət  kontekstini 
əsas götürməklə yeni elmi-metodoloji prinsiplərə yol açır.  
Apreldən  sonrakı  dövrdə  (1920-1988)  milli  maraqlar  ciddi 
zərbə  almışdır.  Azərbaycan  xalqının  sovet  xalqının  bir  hissəsi 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 

kimi  təmsil  olunması,  rus  dilinin  millələrarası  dilə  çevrilməsi, 
kommunist  ideologiyasında  milli  təfəkkürə  yer  verilməməsi, 
siyasi  repressiyaların  milli  təfəkkürün  bütün  əlamətlərini  məhv 
etməsi,  milli  siyasi  təşkilatlar  yaratmaq  hüququnun  olmaması, 
milli təfəkkür  modelinin  inzibati-amirlik  idarə sisteminin təsirinə 
məruz qalması – bütün bunlar müsahibə-tədqiqatda real həyatı əks 
etdirən,  lakin  milli  ideyanın  xeyrinə  olmayan  müddəalar  kimi 
səsləndirilmişdir. Bəs belə bir vaxtda cəmiyyət çıxış yolunu nədə 
görə bilərdi? Şübhəsiz, siyasi səhnəyə gələcək tarixi şəxsiyyətdə! 
Akademik Ramiz Mehdiyev zəmanənin özünün kəşf etdiyi 
unudulmaz tarixi şəxsiyyətin - Heydər Əliyevin hakimiyyətə gəli-
şini həmin zəmanənin real gerçəklikləri fonunda əsaslandırır. Baş-
lıca  fakt  isə  ondan  ibarət  idi  ki,  Heydər  Əliyev  «millətin  inkişaf 
problemlərini və milli mənafeləri həyatının mənası hesab edirdi». 
Məhz buna görə də müsahibə-tədqiqatdan aydınlaşır ki, güclü iq-
tisadi bazaya əsaslanan aqrar-sənaye respublikası statusunun əldə 
edilməsi,  kadr  potensialının  formalaşması  üçün  həyata  keçirilən 
əməli işlər, dövlət idarəçiliyində fəaliyyətə başlamış milli kadrlar, 
yaradıcı ziyalılara, elm adamlarına qayğıkeş münasibət, milli ma-
raqların ehtiyat  və  ardıcıllıqla reallaşdırılması,  həmçinin  milli tə-
fəkkürün inkişafı, milli mənlik şüurunun artması, mənəvi dirçəliş 
üçün əsas olan təhsilin keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş si-
yasət  gələcəyə  bağlı  tədbirlər  idi  və  1991-ci  ildə  dövlət  müstə-
qilliyinin əldə edilməsi üçün baza yaratmışdır. 
Beşinci  mərhələ  1987-ci  ilin  axırları-1988-ci  ilin  əvvəl-
lərindən  başlamış  və  1990-cı  ilini  yanvarına  qədər  davam  et-
mişdir.  Bu qısa dövr  milli  ideyanın  inkişafı  baxımından aprel-
dən  sonrakı  uzun  sürən  dövrün  sükut  buzunu  əritdi,  Azərbay-
can xalqının siyasi oyanışı və siyasi proseslərdə fəal iştirakı ta-
rixi reallığa çevrildi. Beləliklə, qeyd edildiyi kimi, beşinci mər-
hələnin  əsas  xarakterik  xüsusiyyəti  milli  azadlıq  hərəkatına 


Kamran Ялийев
 _____________________________________  
 
 
10 
çevrilmiş xalq hərəkatının mövcudluğu idi. 
Müsahibədə 1990-cı ilin yanvar hadisələrindən başlayan və 
1993-cü ilin iyununadək davam edən altıncı mərhələ Azərbaycan 
millətinin  müstəqil  dövlət  yaratmaq  zərurətini  dərk  etməsi  kimi 
səciyyələndirilir. Bu tezis tamamilə doğrudur ki, həmin mərhələdə 
türkçülük  anlayışı  daha  qabarıq  formada  önə  çıxır  və  milli 
ideyanın  yeganə  forması  kimi  özünü  göstərir.  Beləliklə,  «Türk 
dili»  adlı  dərsliklərin  nəşri  və  məktəblərdə  istifadəsi  məhz 
türkçülüyün  müstəsnalığı  barədəki təsəvvürlərin  məhsulu  idi.  Bu 
mərhələni müstəqilliyin qorunması, möhkəmləndirməsi və inkişaf 
yolunda ƏRƏFƏ də hesab etmək olar. İndi artıq  müqayisə apar-
maq  mümkündür  ki,  ikinci  ƏRƏFƏNİN  birinci  ƏRƏFƏDƏN 
üstünlüyü  milli  ərazi  muxtariyyəti  ilə  bağlı  hədəfin  müstəqil 
dövlət yaratmaq zərurətinin dərki ilə əvəzlənməsindədir. 
Yeddinci  mərhələ 1993-cü ilin  yayından 2003-cü ilədək 
olan illəri əhatə edir və bu mərhələnin xarektirini ictimai-siyasi 
sabitliyin  bərqərar  olması,  iqtisadi  artımın  və  siyasi  inkişafın 
əsaslarının  yaradılması  təyin  edir.  Milli  müstəqillik  –  suveren 
dövlət formulu qəti  inkişaf  mərhələsinə çatır və  «millət» anla-
yışı tam şəkildə  yeniləşir,  Azərbaycançılıq bütün  etnik qrupla-
rın ideyasına çevrilir. Nəticə isə belədir ki, «Azərbaycanın poli-
etnik  təbiəti  bizim  böyük  sərvətimizə  çevrilmişdir».  Başqa  bir 
mülahizə isə həmin fikrə söykənir: «Azərbaycan millətinin for-
malaşması təcrübəsinin vahid, bütöv sosial-siyasi orqanizm ki-
mi onun tərkibinə daxil olan bütün etnoslar kontekstində öyrə-
nilməsi humanitar elmimizin qarşısında duran ən mühüm vəzi-
fədir».  Bu  mərhələ həm də  milli  ideyanın  formalaşması prose-
sinin tam başa çatması ilə səciyyələnir. 
Milli  ideyanın  səciyyəsinin  azərbaycanlıların  etnogenezin-
dən kənarda olmaması fikri də akademik Ramiz Mehdiyevin mü-
sahibəsində tam və geniş şərh edilmişdir. Ən ciddi tezislərdən biri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə