Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   2   3   4   5   6   7   8   9   ...   85

Kamran Ялийев
 _____________________________________  
 
 
14 
xarakterini dəqiq təhlil etməkdənsə, yaradıcı qüvvələri bir yerə 
toplayıb  doğru  nəticələrə  gəlməkdənsə,  ”qarayaxdılar”  daha 
böyük üstünlük qazandı.  Əsl ədəbiyyat bunlara cavab  vermək, 
yoxsa  yeni  bədii  nümunələr  yaratmaq  dilemması  qarşısında 
qaldı. Əslində isə hər iki istiqamətdə çəkilən zərər xalqın xeyri-
nə olmayan eksperimentlər doğurdu. 
Lakin tarixin təkəri həmişə onun irəliləyişini hesablayan-
ları qabaqlamaqla fərqlənmişdir. Bu mənada həyat öz axarında 
davamlı mövqe tutdu. Mühit özünün xəcalət təri içərisində bo-
ğuldu. Ədəbi-bədii fikir öz ənənələrini ötərək daha geniş möv-
qelərə  qalxdı.  Beləliklə,  bu  mövqelərdən  birini  bədii  yaradıcı-
lıqla  elmi-ədəbi  yaradıcılığın  indiyə  qədər  görünməmiş  səviy-
yədə yanaşı inkişafı təyin edir. 
Ümumiyyətlə,  Azərbaycan  ədəbi  tənqidinin  yaradılışının 
ilk  dövrlərində  tənqidlə  bədii  yaradıcılığın  müqayisəsi  az  qala 
heç mümkün deyildi. Bədii irsin zəngin tarixi qarşısında tənqid 
və ədəbiyyatşünaslıq görünməz olmuşdur. Lakin sovet dövrün-
də  bunlara  tam  yanaşı  inkişaf  edən  qollar  kimi  baxmaq  lazım 
gəlir. Bu mənada yazıçı Mir Cəlal Paşayevi tənqidçi və ədəbiy-
yatşünas kimi öyrənmək təbii və qanuna uyğun görünür. 
Bir məsələyə də tam aydınlıq gətirmək lazımdır. Belə ki, 
sovet dövründə elə bir  yaradıcılıq prosesi getmişdir ki, az qala 
bir  şəxsiyyətin  simasında  tənqidçini  və  yazıçını  ayırmaq  çətin 
olmuşdur.  Əvvələn,  həmin  adamların  özləri  bədii  yaradıcılıqla 
ədəbi-tənqidi yaradıcılıq arasında elə bir fərq qoymamışlar. Di-
gər tərəfdən  də  yaradıcılığın  iki  müxtəlif  sahəsi  ilə  məşğul  ol-
mağı da qanunauyğun hesab etmişlər. 
Azərbaycan  sovet  ədəbiyyatşünaslığının  inkişafında, 
Azərbaycan  tənqidinin  yeniləşməsində  xüsusi  xidmətləri  olan 
Mir  Cəlalın  bu  prosesdəki  yerini  necə  qiymətləndirmək  olar? 
Yəqin  ki,  bu  suala  cavab  vermədən  onun  elmi  yaradıcılığının 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
15 
mahiyyətini də düzgün şərh etmək mümkün deyildir.  
Mir Cəlal Nizami və Füzuli  haqqında  ən qiymətli  məqa-
lələrin  müəllifidir.  “Nizaminin  müsbət  obrazları”,  “Əsrlərdən 
gələn  dostluq  səsi”,  “Məhəbbət  və  sənət”,  “İnsanlıq  fəlsəfəsi”, 
“Füzulinin bir alleqoriyası” məqalələri və fundomental “Füzuli 
sənətkarlığı” monoqrafiyası. 
Mir  Cəlal  XIX  əsr  və  XX  əsrin  əvvəlləri  ədəbiyyatımız 
barədə  böyük  səbr  və  təmkinlə  tədqiqat  apararaq,  ən  mühüm 
nəticələrə  gələn  tədqiqatçıdır.  “Nəriman  Nərimanovun  yaradı-
cılığı haqqında”, “Anamın kitabı»nda vətənpərvərlik”, “Əbdür-
rəhimbəy  Haqverdiyevin  yaradıcılığı”, “Cəlil  Məmmədquluza-
dənin sənətkarlıq xüsusiyyətləri”, “Sabirin yaradıcılığında bədii 
sənətkarlıq”, “Kiçik hekayənin böyük ustası”, “Cəlil Məmməd-
quluzadə  yaradıcılığında  xəlqilik”  və  s.  məqalələri,  “Cəlil 
Məmmədquluzadə realizmi haqqında” kitabı, 1946-cı ildə yaz-
dığı  “Azərbaycanda  ədəbi  məktəblər  /  1905-1917  /”doktorluq 
dissertasiyası,  Firudin  Hüseynovla  birlikdə  yazdığı  “XX  əsr 
Azərbaycan  ədəbiyyatı”  dərsliyi  onun  bu  sahədəki  fəaliyyətini 
tam aydınlığı ilə işıqlandırır. 
Mir  Cəlal  müasir  ədəbiyyatın  gözəl  bilicilərindəndir. 
Müasir  ədəbiyyat  nümunələri  barədə  yazdığı  saysız-hesabsız 
məqalələri  onun  cari  ədəbiyyatla  necə  məşğul  olduğu  barədə 
aydın qənaət yaradır. 
Aydın  məsələdir  ki,  Mir  Cəlal  Paşayev  Azərbaycan  tən-
qidinin və ədəbiyyatşünaslığının görkəmli simalarından olduğu 
kimi Azərbaycan bədii fikrinin də aparıcı şəxsiyyətlərindən bi-
ridir. Bunu ona görə xatırladırıq ki, ədib bir çox yazıçıların ya-
radıcılığından bəhs edəndə müəyyən qədər öz yaradıcılıq təcrü-
bəsindən  çıxış  edirdi.  Yəni  bədii  yaradıcılıq  prosesində  özü 
hansı  məsələlərə  daha  çox  diqqət  yetirirdisə,  tədqiq  etdiyi  sə-
nətkarların da yaradıcılığında məhz həmin cəhətləri izləyirdi.  


Kamran Ялийев
 _____________________________________  
 
 
16 
Və yaxud da belə ola bilər ki, M.Cəlal müəyyən yazıçının 
yaradıcılığını  tədqiq  edərkən  bu  yaradıcılığa  müsbət  təsir  gös-
tərən amilləri müəyyənləşdirir, eyni zamanda bunu müsbət ya-
radıcılıq, sənətkarlıq faktı kimi əsərlərində əsas amil kimi götü-
rürdü. Hər iki halda belə bir nəticəyə gəlmək olar ki, Mir Cəlal 
bədii yaradıcılıqla elmi yaradıcılığı ustalıqla əlaqələndirirdi.  
Bu baxımdan ədəbiyyatşünas alimin bədii sənət sistemində 
həyat həqiqətinə geniş əhəmiyyət verməsi onun  əsərlərində tez-
tez  nəzərə  çarpır.  O,  böyük  rus  yazıçısı  Qoqolun  yaradıcılığına 
həsr etdiyi ”Böyük realist” məqaləsində həmin  məsələyə üstün-
lük verərək yazırdı: “Qoqolun dərin  məzmunlu əsəri humanizm 
və  patriotizm  pafosu  ilə  doludur. Qoqolda  sənət üçün  ən  zəruri 
olan  fərdiləşdirmə  və  ümumiləşdirmə  qüdrəti  çox  böyükdür. 
Onun  həm  əsas,  həm  epizodik  tiplərindən  hər  birinin  xüsusi 
bioqrafiyası,  siması  və  taleyi  vardır.  Böyük  ədib  tiplərin  həm 
daxili – mənəvi aləmini, həm də zahiri əlamətlərini elə diqqət və 
dürüstlüklə  əks  etdirir,  həyat  və  münasibətlərin  məhz  xarakter 
cəhətlərini  elə  ayıq  gözlə  seçir,  adi  baxışda  seçilə  bilməyən, 
gözdən qaçan təfsilatı elə məharətlə tutur, elə qabarıq,  əyani bir 
şəkildə göstərir ki, oxucu bu tipləri şəxsən gördüyünə inanır”.  
Tənqidçi  bədii  yaradıcılığın  daxili  məzmunundan  çıxış 
edir. Həyat həqiqəti ilə bədii həqiqət arasındakı əlaqələrin Qo-
qol yaradıcılığında necə mütənasibliklə ifadə olunduğunu yük-
sək professionallıqla meydana çıxarır.  
Yaxud  tənqidçi  M.F.Axundova  həsr  olunmuş  “Yeni  rea-
list ədəbiyyatımızın banisi” məqaləsində yazır: “M.F.Axundov, 
ümumən, ədəbiyyatda olduğu kimi bədii nəsrdə də həyat həqi-
qətinə  qızğın  tərəfdar  idi.  Onun  hekayəsində  uydurma,  süni, 
inandırmaz bir səhnəyə rast gəlmək olmaz. Əsrin əsasına qoyu-
lan  məfkurə  xəlqidir,  mütərəqqidir.  Hadisənin  cərəyanı  təbii, 
surətlər canlı, təsvir real və tipikdir”.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə