Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   2   3   4   5   6   7   8   9   ...   85

________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
11 
etnogeniz termininə aydınlıq gətirilməsi; onun mənşə ilə məhdud-
laşdırılmaması  və  etnosun  bütün  ömür  yolunu  əhatə  etməsi  fik-
rinin  irəli  sürülməsidir.  Etnogenezin  ləng  inkişafı,  passionar  tə-
kandan  asılılığı,  təbii  və  ictimai  proselərin  təsiri  altında  olması, 
müəyyən  transformasiyalardan  keçməsi  kimi  məsələlərə  də 
aydınlıq gətirilir.  Azərbaycan  millətinin  bir çox ətraf  etnoslardan 
təcriddə  formalaşmasının  qeyri-mümkünlüyü  və  burada  müxtəlif 
layların olması qətiyyətlə  bildirilir:  «Hər bir  azərbaycanlı  müasir 
Azərbaycanın  ərazisində  yaradılmış  qədim  dövlətlərin  varisidir». 
Həmçinin göstərildiyi kimi, etnosların Azərbaycan milləti şəklin-
də birləşməsində türk elementi aparıcı rol oynamışdır.  
Müsahibədə  Azərbaycan  xalqının  vahid  etnogenez  siste-
minin  təhlilində  materialla  zəngin  olan  Azərbaycan  tarixinin 
öyrənilməsi tövsiyə olunur, etnogenezin öyrənilmə metodikası-
nın əsas prinsipi – etnogenezin tərkib hissələri olan antropoge-
nez,  qlottogenez,  kulturogenez  komponentlərinin  vahid  halda 
araşdırılması alternativi olmayan prinsip kimi irəli sürülür. 
Eyni  zamanda  akademik  Ramiz  Mehdiyev  tərəfindən 
«millət»  anlayışına  tam  aydınlıq  gətirilir,  onun  dinamik  xarak-
terə malik olması, daim inkişaf etməsi, yeni məzmun və çalarlar 
qazanması  bütün  spesifik  cəhətləri  ilə  birgə  araşdırılır.  «Millət» 
anlayışının  X1X əsrdə dini  kontekstlə  bağlı  olması,  sonralar  et-
nik məzmun daşıması, XX əsrin əvvəllərində milli azadlıq hərə-
katının proqramına daxil edilməsi, Azərbaycan Xalq Cümhuriy-
yəti dövründə isə siyasi məzmun qazanması, XX əsrin axırların-
da  –  müstəqil  Azərbaycan  dövlətçiliyinin  formalaşması  zama-
nında  millət-dövlət  vəhdətinin önə  çıxması  kimi  əsaslandırılmış 
fəlsəfi tezislər həm «millət» anlayışının, həm də millətin özünün 
yüksələn xətlə inkişafına realist elmi baxışın təzahürüdür.   
Azərbaycanlıların milli ideyasının formalaşmasında ayrı-
ayrı  etnosların  iştirakı  daxili  imkanların  nəticəsidirsə,  həmin 


Kamran Ялийев
 _____________________________________  
 
 
12 
ideyanın  tam  şəkildə  bərqərarının  digər  şərtlərindən  biri  milli 
ideyanın  xarici  təsirlərdən  qorunmasıdır.  Çox  təəssüf  ki,  uzun 
illər boyu Azərbaycan milli ideyasının formalaşmasında erməni 
amili  maneə  faktoru kimi tarixə düşmüşdür.  Ermənilərin tarixi 
əyləncə mövzusuna çevirmələri, onların süni dövlətçilik tarixi-
nə  malik olması və arxeoloji tədqiqatlara söykənməyən  fərziy-
yələri  heç  bir  elmi  əhəmiyyət  daşımır  və  müsahibədə  də  söy-
ləndiyi kimi «Milli dövlətçiliyin dərk edilməsində onlar hələ də 
XX əsrin əvvəllərindəki şəraitdə ilişib qalmışlar». 
Azərbaycan milli ideyası XX1 əsrdə, şübhəsiz, demokratik-
ləşmədən  keçir.  Müsahibədə  deyilir:  «Müasir  milli  ideyanı  zən-
ginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, 
özündə  dəyişikliklər  üçün  qüvvə  görür,  güclü  dövlətin  və  güclü, 
iradəli liderin varlığına ehtiyac duyur. Prezident İlham Əliyev elə 
siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi mə-
kanın  demokratikləşməsini,  mütərəqqi  və  hərtərəfli  iqtisadi  inki-
şafı,  dünya  birliyinə  inteqrasiyanı,  həm  də  milli  ruhu  və  özü-
nəməxsusuluğu qoruyub saxlamağı ehtiva edir».  
Bu,  bir  həqiqətdir  ki,  dünyanın  iqtisadi  cəhətdən  inkişaf 
etmiş və sivill ölkələrində demokratiya və demokratikləşmə ge-
riyə  dönməz  prosesdir.  Müstəqil  Azərbaycan  həyatı  və  cəmiy-
yəti  də  ən  yeni  uğurlarına  məhz  demokratiyanın  dərinləşməsi 
ilə nail olacaqdır.  Müsahibədən aydınlaşır ki,  bizim ölkəmizdə 
demokratikləşmə  milli  potensialın  əsası  olacaq,  milli  potensial 
isə öz növbəsində yeni sivlizasiyanı bərqərar edəcəkdir. Demə-
li,  demokratikləşmə,  milli potensial  və  yeni  sivilizasiya  bir-bi-
rinin  davamı  olan  və  bir-birini  tamamlayan  anlayışlardır.  Ona 
görə də akademik Ramiz Mehdiyevin Azərbaycan milli ideyası 
ilə bağlı elmi-nəzəri araşdırmasının aktuallığını və müasir əhə-
miyyətini  təyin  edən  cəhətlərdən  biri  də  həmin  araşdırmanın 
keçmişə deyil, məhz gələcəyə doğru istiqamətlənməsindədir. 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
13 
MİR CƏLAL PAŞAYEV – 
TƏNQİDÇİ VƏ NƏZƏRİYYƏÇİ ALİM 
 
Mir  Cəlal  müəllimin  tələbəsi  olanlar,  onun  ədəbiyyatşü-
naslığın  əsaslarına  dair  mühazirələrini  diqqətlə  dinləyənlər, 
məncə, bir fikri heç zaman unutmazlar. Bu fikir ondan ibarətdir 
ki,  Mir  Cəlal  müəllim  həmişə  deyərdi:  ”Elm  də,  sənət  də  hər 
ikisi məfkurədir”. Yazıçı və alimin söylədiyi bu tezis onun bə-
dii və elmi yaradıcılığının aparıcı tezisi də ola bilər. 
Azərbaycan  elmi-tənqidi  fikrinin  ən  möhkəm  və  ən  par-
laq özül daşları XIX əsrin ortalarında Mirzə Fətəli Axundov tə-
rəfindən qoyulmuşdur. Elə  həmin  əsrin axırlarında və  yeni  əs-
rin əvvəllərində bu daşlar üzərində tənqid və ədəbiyyatşünaslı-
ğın  kövrək  və  xəlqi  heykəlciklərə  bənzər  nailiyyətləri  ucaldı. 
Firudunbəy  Köçərlinin  simasında  Azərbaycan  tənqidi  özünün 
yeni əvəzedilməz şəxsiyyətini tapdı. Demək olar ki, onun  ədə-
biyyatşünaslıq elmi sahəsindəki bütün tədqiqatları və bütün ar-
zuları sonralar sistemli forma aldı. 
Məzmunca sosialist ədəbiyyatının yaradılması uğrunda elan 
olunmuş ədəbi öhdəçiliklər yerinə yetirildikcə öz addımlarını bö-
yüdən tənqid də ondan geri qalmırdı. Bəlkə də, ağıllı  “Siyasətçi-
lər” tənqidin özündən bu yeni ədəbiyyatın yaradılması işində daha 
səmərəli istifadə edirdilər. Bu tənqidin 20 ilə yaxın arasıkəsilməz 
“ifşa meyli” bir çox sovet yazıçılarında yeni sosialist həyatı möv-
zularına inadkarlıqla həvəs də yaratdı. Amma nəzərə alınmırdı ki, 
sovet  adamının  formalaşmasına  hər  hansı  bitkinin  əkilib-becə-
rilməsi  kimi  baxmaq  olmazdı.  Kənd  təsərrüfatı  işi  ilə  cəmiyyət 
həyatının  mürəkkəblikləri  arasında  az  qala  bərabərlik  işarəsi 
qoyan “elm” özünün ilk tərəfdarlarını ədəbiyyatda tapdı. 
İctimai  həyatdakı gərginliyin ölçüyəgəlməz  miqyasını  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə