Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   2   3   4   5   6   7   8   9   ...   85

________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
17 
Yenə tam aydın olur ki, M.Cəlal, M.F.Axundov bədii  ir-
sindən  danışarkən  əyani  faktlara  istinad  edir.  Onun  dediyi  hər 
hansı bir cümlə real əsasa malikdir. Bu əsasla birgə o, həyat ha-
disələrinə istinadən yaradılmış təbii əsərlərə üstünlük verdiyini 
bütün çılpaqlığı ilə ifadə etmişdir.  
Və  yaxud  da  Ə.Haqverdiyevə  həsr  olunmuş  “Böyük 
ədib”  məqaləsində  oxuyuruq:  “Haqverdiyevin  hekayəyə  gətir-
diyi  ən  mühüm  şey  həyat  həqiqətidir.  Haqverdiyev  həqiqətin 
gözünə dik baxan, həyati hadisələri cəsarətlə qələmə alan, özü-
nün və xalqının nöqsanlarına ayıq baxan, tənqiddən qorxmayan 
yazıçılardandır”.  
Göründüyü kimi burada da həyat həqiqəti məsələsinə tam 
üstünlük vermişdir. Bütövlükdə bunlar isə tam aydınlığı ilə sü-
but edir ki, Mir Cəlal ədəbi tənqiddə və ədəbiyyatşünaslıq fik-
rində realizmin tərəfdarı idi.  
Mir Cəlal Paşayev geniş erudisiyaya malik tədqiqatçı idi. 
Onun  ədəbi  məsələlərə  münasibəti  obyektiv  və  prinsipial  xa-
rakter daşıyırdı. M.Cəlalın klassik irsə münasibəti bu həqiqətlə-
ri bütün aydınlığı ilə təsdiq edə bilər.  
Belə bir məlum cəhət vardır ki, Azərbaycan ədəbiyyatşü-
nasları bütün dövrlərdə Nizami Gəncəvi yaradıcılığına müraci-
ət  etmiş,  bu  böyük  və  klassik  irsin  bir  çox  xüsusiyyətlərini 
araşdırmışlar.  Hətta  müəyyən  dövrlərdə  Nizami  Gəncəvi  yara-
dıcılığından  məqalələr və kitablar  yazmaq bir  növ yarış xarak-
teri almışdır. Bu mənada M.Cəlalın müxtəlif vaxtlarda Nizami-
yə həsr etdiyi məqalələr bu gün də öz elmi əhəmiyyətini saxla-
maqdadır.  Onun  1939-cu  ildə  qələmə  aldığı  «Nizaminin  müs-
bət  surətləri  haqqında»  və  1947-ci  ildə  yazdığı  “Əsrlərdən  gə-
lən dostluq səsi” məqalələri ədibin bir ədəbiyyatşünas kimi ya-
radıcılığının mühüm cəhətlərini öyrənməyə imkan verir.  
Hər şeydən qabaq bu məqalələr Mir Cəlalın geniş biliyə ma-


Kamran Ялийев
 _____________________________________  
 
 
18 
lik  olduğunu  göstərir.  Onun  Şərq  ədəbiyyatına,  Şərq  mədəniy-
yətinə,  Şərq  poetikasına  bələdliyindən  xəbər  verir.  Bunun  təsdiqi 
üçün ədibin Nizamini Firdovsi ilə müqayisə etməsinə diqqət yetir-
mək  kifayətdir.  O  yazır:  “Şahnamə”də  Bəhram,  dörd  böyük  şah 
nəslindən olan əlliyə qədər adamın sərgüzəşti əsasında yazılmışdır. 
Nizami isə “Yeddi gözəl” əsərini ancaq Bəhrama həsr etmişdir”.  
Yaxud: “Əgər Firdovsidə Bəhram İran tarixi,  milli  xüsu-
siyyət  çərçivəsində  verilmişdirsə,  Nizamidə  bu  obraz  ən  çox 
ümumi, bəşəri bir sima olmuşdur”.  
Biz  nümunələrin  sayını  artırmadan  da  belə  bir  nəticəyə 
gələ  bilərik  ki,  Mir  Cəlal  bir  tənqidçi  və  ədəbiyyatşünas  kimi 
ədəbi  faktlara daha çox üstünlük verirdi. O, müəyyən  məsələlə-
rin təhlili zamanı bədii əsərin və yaxud da bədii yaradıcılığın öz 
faktlarından  çıxış  edirdi.  Uydurmağa  çalışmır  və  bir  növ  bədii 
yaradıcılıqda olduğu kimi ədəbiyyatşünaslıq işində də realist idi.  
Digər  tərəfdən  yuxarıdakı  müqayisələr  də  göstərir  ki, 
M.Cəlal  ümumiləşməyə  doğru  gedən  və  ümumiləşən  obrazları 
yaratmaq  istəyən  yazıçılara daha çox üstünlük  verirdi. Bu  mə-
nada  Nizaminin  Bəhram  obrazındakı  bəşəriliyin  seçilib  qabar-
dılması heç də təsadüf deyildir.  
Yeri  gəlmişkən  qeyd  edək  ki,  M.Cəlal  müasir  yazıçılara 
da bu etalonla yanaşırdı və deməli, sənətin əsas prinsiplərindən 
biri  kimi  ona  üstünlük  verirdi.  Məsələn,  S.Vurğun  haqqında 
aşağıdakı sözləri yazmışdır: “Vurğun şeirində xarakter xüsusiy-
yətlərdən  biri  də,  yeri  gələndə,  qüvvətli,  ümumiləşdirici  fikir-
lər,  mülahizələr  yeritməkdir.  Şair  bunu  həm  özünün,  həm  də 
müəyyən qəhrəmanlarının dilindən deyir: 
Məhəbbət böyükdür əzəldən bəri, 
Həyat aşiqidir eşqi bilənlər, 
Anar həsrət ilə keçən günləri,  
Sevib yaşayanlar, sevib ölənlər... 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
19 
Belə  bir  ümumi  hökm,  aforizim  halında  deyilmiş  parça 
həmin mətndən kənarda, müstəqil halında da qüvvəsini, məna-
sını saxlayır. Doğrudur, bəzən mücərrəd görünür, ancaq məna-
sını  itirmir,  boş  söz  deyildir.  Vurğun  mütəfəkkir  bir  şairdir.  O 
yalnız qəlbin  müğənnisi deyil,  həm də  böyük  fikirlərin,  ideya-
ların carçısıdır”.  
Göründüyü  kimi,  M.Cəlalın  ədəbiyyatşünaslıq  kredosu-
nun  mühüm  prinsiplərindən  biri  bəşəriliyə,  yüksək  ideyalara 
meyllə  izah  olunmalıdır.  Məhz  buna  görə  də  ədəbiyyatşünas 
alim yenə Nizami Gəncəvinin Bəhram obrazı barədə bu sözləri 
yazmışdır: “Şair, Bəhramın simasında ideal bir hökmdar, onun 
sayəsində ideal bir ictimai həyat yaratmışdır.” 
M.Cəlal  N.Gəncəvi  yaradıcılığını  tədqiq  edərkən  onun 
yaradıcılıq  sirlərini  aşkarlamağa  səy  göstərir.  Bir  növ  böyük 
mütəfəkkir  şairin  yaradıcılıq  laboratoriyasına  nüfuz  edir.  Biz 
elmi  ədəbiyyatda  az-az  təsadüf  etmirik  ki,  bir  çox  tənqidçilər 
bədii  materialın  zahiri  tərəflərinə  daha  çox  diqqət  yetirərək,  öz 
nəticələrini  də  bunlara  əsasən  müəyyənləşdirirlər.  Bu  isə  səhv 
nəticələr çıxarmağa daha çox imkan verir. Onların əksinə olaraq 
M.Cəlal  hadisələrin  mahiyyətinə  daha  dərindən  varmağa  və 
həqiqəti meydana çıxarmağa daha çox səy göstərir. Bu mənada o 
həm  müasirlərinə,  həm  də  bugünkü  xələflərinə  örnək  ola  bilər. 
Məsələn,  o,  Bəhram  haqqında  yazır:  “Bəhramı  oxucuya  sevdi-
rən, əlbəttə, onun şahlığı, taxt-tacı deyildir. Nizaminin yaratdığı 
bədii aləmdə Bəhramı camaata, rəiyyətə sevdirən nə idisə, oxu-
culara da sevdirən o surətdir. Bəhramın məhəbbəti, ədaləti həyat 
eşqidir. Bu hisləri böyük şair çox zəngin boyalarla, çox təbii və 
inandırıcı bir qələm ilə vermişdir. Bu hislər Bəhramın şahlığının 
da, dövlətinin də, qələbəsinin də, həyatının da baisidir”.  
Fitnə  haqqında  da  deyilən  mülahizələr  müasir  səslənir: 
“Fitnə kəniz olsa da, bir qədər məğrur qızdır. Mənliyini yüksək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə