Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   77   78   79   80   81   82   83   84   85

Kamran Ялийев
 _____________________________________  
 
 
266 
yaşıdları»  haqqındakı  fikirləri  kitabda  xüsusi  yer  tutur.  Sə-
ciyyəvi haldır ki, bunlar şəxsiyyətin şəxsiyyətə münasibəti kimi 
deyil,  şairlərin  dilə  münasibəti  kimi  mənalanır.  Başqa  sözlə, 
əgər R.Rza – Nəsimi, Füzuli, Sabir və Ü.Hacıbəyov; M.Rahim 
–  H.Cavid  və  N.Hikmət;  S.Rüstəm  –  Ruhulla  Axundov  və 
C.Məmmədquluzadə  haqqında  danışırsa,  əsas  diqqət  memuar 
ədəbiyyatının spesifik xarakteri ilə deyil, məhz dil məsələlərinə 
baxışın elmi xarakteri ilə təyin edilir.  
Kitabda  mətləbdənkənar  təhlillərə  rast  gəlmək  çox 
çətindir. Belə ki, əgər müəllif R.Rzanın «öz» sözü ilə əlaqədar 
mülahizələri  barədə  ayrıca  söhbət  açırsa,  bu  da  yerinə  düşür. 
H.Sanılının,  O.Sarıvəllinin  «Sağır  nun»  haqqındakı  fikir  və 
mülahizələri  xatırlanırsa, şeirin  vəzn  məsələlərinə toxunulursa, 
bunlar hamısı tədqiqatın ümumi istiqamətinə tabe edilir və təbii 
görünür. Zahirən sırf dilçilik və ya ədəbiyyatşünaslıq obyektlə-
ri kimi görünən bu məsələlərə populyar xarakter verilir. 
Bu tipli ideya istiqamətlərinin sistemli formada olduğunu 
nəzərə alıb girişdə deyilmiş bir fikri  məqalənin  yekununda xa-
tırlatmağı lazım bilirik. 
Müəllif  yazır:  «Oxuculara  təqdim  etdiyimiz  bu  kitabda 
Azərbaycan  sovet  şairlərinin  dil  haqqında  fikirləri  toplanmış-
dır. Biz «toplanmışdır» sözünü qəsdən işlədirik. Bu kitab mün-
təxəbat  deyildir,  lakin  əsərin  məqsəd  və  xüsusiyyətindən  irəli 
gələn bir cəhət – sitatların çoxluğu ona belə bir xarakter verir». 
Burada  isə  alimin  təvazökarlıq  keyfiyyəti  ilə  oxucunun  etiraz 
inadı  üz-üzə,  qarşı-qarşıya  dayanır.  Bu  etiraz  inadı  deyir  ki, 
Yusif Seyidovun «Sözün şöhrəti» kitabı Azərbaycan şairlərinin 
xalqın  taleyi  ilə  bağlı  olan  söz  və  dil  haqqındakı  mülahizələ-
rinin elmi təhlili olub filologiyamızın nailiyyətlərindəndir. 
 
1982 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
267 
POETİK SÖZ VƏ ELMİ TƏFƏKKÜR 
 
Bədii  əsərin  dil  xüsusiyyətlərini  araşdırmaq  ayrıca  prob-
lem olduğu kimi, söz və dilə  yazıçı  münasibətini  tədqiq etmək 
də  başqa  bir  problemdir.  Həmçinin  bunlardan  ikincisi  birin-
cidən  heç  də  az  əhəmiyyətli  deyildir.  Əksinə,  sözlə  «işləyən» 
sənətkarın  sözə  diqqət  və  marağının,  onun  yaradıcılıq  psixo-
logiyasının  müəyyən  tərəflərini  öyrənmək  baxımından  ikinci 
problem daha böyük, daha ciddi məzmun kəsb edir. Bu mənada 
filologiya  elmləri  doktoru,  professor  Yusif  Seyidovun  «Sözün 
qüdrəti» kitabı (Yazıçı, 1983) müəllifin müxtəlif vaxtlarda çap 
olunmuş  «Yazıçı  və  dil»,  «Sözün  şöhrəti»  əsərlərinin  bir  növ 
davamıdır. 
Müharibə illərində və müharibədən sonra qələmə alınmış 
poetik əsərlərdə ana dilinə və bədii dilə münasibətin meyilləri-
ni,  istiqamətlərini,  habelə  səciyyəvi  xüsusiyyətlərini  araşdır-
maq vəzifəsi «Sözün qüdrəti» kitabında müəllifin başlıca məq-
sədidir.  Y.Seyidov  bu  tədqiqatı  ayrı-ayrı  şairlərin  yaradıcılığı 
üzrə  aparmağı  daha  münasib  hesab  etmişdir.  Çünki  belə 
tədqiqat  metodu  bir  tərəfdən  hər  bir  şairin  dilə  münasibətinin 
xarakterini aydın şəkildə göstərməyə imkan yaratmış, digər tə-
rəfdən  də  alimin  yazıçı  və  dil,  yazıçı  istedadı  və  bədii  dil,  sə-
nətkar fərdiyyəti və poetik dil vahidi arasındakı münasibəti aş-
karlamağının  dayaq  nöqtəsi  olmuşdur.  Beləliklə,  məlum  olur 
ki,  B.Vahabzadə  fikir  ölməzliyini  sözün  əbədiliyində  görür, 
N.Xəzri  sözün  deyilmə  məqamına  daha  böyük  məna  verir, 
Ə.Kürçaylı  sözün  konkret  vəzifəsindən  çıxış  edir.  Y.Seyidov 
bu  mətləbləri  aydınlaşdırarkən  onun  mülahizələri  yazıçıların 
dilə dair  baxışlarını  nümayiş etdirmək  məhdudluğunda qalmır. 
Müəllif sübut edir ki, həmçinin bunlar hər bir şairin yaradıcılı-
ğına xas səciyyəvi xüsusiyyətləri özünəməxsus əlamətlərdir. 


Kamran Ялийев
 _____________________________________  
 
 
268 
Monoqrafiyadan aydın olur ki, şairlərin sözə dair mülahi-
zələri  eyni  miqyasda  deyildir.  Bəziləri  söz  və  dildən  çox  yaz-
mış,  bu  məsələlərə  dönə-dönə  qayıtmış,  bəziləri  isə  onları  xü-
susi problemə çevirməmişlər. Lakin az və çoxluğundan, xüsusi 
və ümumiliyindən asılı olmayaraq, sözə, bədii dilə, ana dilinə, 
nitqə  və  s.  münasibətdə  hamı  vətəndaşlıq  mövqeyindən  çıxış 
edir.  Bu  mənada  B.Vahabzadənin  söz  və  əməl  birliyini  ciddi 
problem  kimi  qaldırması,  H.Arifin  ümumxalq  danışıq  dilini 
poeziya dili üçün əsas mənbə hesab etməsi, Qabilin bədii dilin 
təmizliyini yaradıcılığın başlıca şərti kimi götürməsi faktlarının 
aşkarlanıb təhlil və şərh olunması xüsusi əhəmiyyət daşıyır. 
Y.Seyidov  sözlə  davranmada  şairlərin  çətinliyindən  sis-
temli  şəkildə  bəhs  açmışdır.  Yəni  bu  məsələ  ilə  əlaqədar  hər 
hansı  əsərdə  diqqəti  cəlb  edən  misra  və  bənd  nəzərdən  yayın-
mamışdır.  Yaxud  hər  şairin  yaradıcılığından  onların  ən  mühü-
mü, ən tutarlısı seçilib nümunə gətirilmişdir. «Hər söz arxasın-
ca  uçan  quşam  mən»  (C.Novruz),  «Azdım  illər  boyu  söz  du-
manında»  (H.Razi)  kimi  misralar  şairlərin  sözə,  kəlməyə  olan 
ciddi  münasibətlərinin  etirafıdır.  Bu  tipli  tədqiqatçı  mülahi-
zələri  gənc  şairlər  üçün  də  gərəklidir.  Belə  ki,  yeni  yazmağa 
başlayanların  şeirlərindəki  bədii  dil  qüsurlarından  çoxu  müəl-
liflərin yenilik axtarışlarının zəifliyindən meydana çıxır. 
Monoqrafiyada yalnız şairlərin öz şeirləri tədqiqat obyekti 
seçilməmişdir. Həmçinin  bir  şairin  öz  həmkarı  haqqında  dediyi 
mülahizələr,  həmin  mülahizələrdəki  dillə  bağlı  məqamlar  da 
diqqətdən yayınmamışdır. S.Vurğunun şeir dilinin gözəlliyini bu 
dilin sadəliyində axtarmaq, M.Arazın yaradıcılığı haqqında «Bu-
rada şeir də, söz də son gücünü göstərir» fikrini xüsusi ehtirasla 
nəzərə çarpdırmaq B.Vahabzadənin poeziya sənətinə dərin bağ-
lılığının  təsdiq  faktlarıdır.  Monoqrafiya  müəllifi  B.Vahabza-
dənin  M.Hadi  haqqında  dediyi  aşağıdakı  fikrini  də  nümunə 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
269 
gətirir: «Onun misraları xalqın ağır dərdi ilə elə yüklənmişdir ki, 
sözləri bir-bir, ayrı-ayrı düşünməyincə fikri anlamaq çətin olur». 
Hadi  poeziyasındakı  ərəb-fars  tərkiblərinin  sıx-sıx  işlənməsi 
yaxşı  mənada  xalqın  ağır  dərdi  ilə  əlaqələndirilmişdir.  Mono-
qrafiyada  məhz  bu  cür  səciyyəvi  cəhətlər,  daha  çox  düşünmək 
tələb edən istiqamətlər xüsusi səylə araşdırılmışdır. 
Müəyyən  bir  poetik  əsərdən  həm  ədəbiyyatşünas,  həm 
dilçi,  həm  fəlsəfəşünas,  həm  də  tarixçi...  kimi  danışmaq  olar. 
Təbii ki, bu halda mütəxəssislərin maraqları müxtəlif  istiqamət-
lərə yönələcəkdir. Y.Seyidov «Sözün qüdrəti» monoqrafiyasında 
məhz  dilçi  alim  kimi  çıxış  edir.  Belə  bir  mövqe  alimin  kitabı 
yazarkən qarşıya qoyduğu məqsəddən doğmuşdur. Bu baxımdan 
Qabilin  «Nəsimi»  poemasındakı  sözə  və  dilə  dair  mülahizələr-
dən  danışarkən  Y.Seyidov  yazır:  «Qeyd  edək  ki,  bu  fikir  və 
mülahizələrin  müəllif  və  surətlərin  dilindən  deyilməsi  bizi  ma-
raqlandırmır, onların  hamısını  şair  Qabilin  fikirləri kimi  təqdim 
edirik».  Bu,  dilçi  alimin  nəcib  məqsədi  kimi  qətiyyən  etiraz 
doğurmayan, əksinə daha çox zəruri görünən çıxış nöqtəsidir. 
Y.Seyidovun  monoqrafiyada  dilçi  kimi  danışmasının 
bariz nümunəsini onun ümumiləşdirdiyi,  yekunlaşdırdığı prob-
lemlərdə  də  aydın  görmək  çətin  deyildir.  Belə  ki,  B.Vahab-
zadədən  söhbət  açılarkən  dil  və  nitq,  söz  və  məfhum,  dil  və 
təfəkkür,  N.Xəzridən  danışılarkən  ümumxalq  dili,  ədəbi  dil  və 
ədəbi-bədii dil, T.Elçindən söhbət gedəndə söz və çoxmənalılıq 
məsələləri, H.Ziyadan danışılanda durğu işarələri və hərflər ön 
plana keçir. 
Yusif  Seyidovun  «Sözün  qüdrəti»  kitabının  müxtəlif 
səhifələrində  elə  məsələlərdən  söhbət  edilir  ki,  bu  məsələlər 
şairləri  bir-birinə  yaxınlaşdırır  və  onlar  arasındakı  əlaqələr 
fərqlərdən  daha  üstün  şəkildə  meydana  çıxır.  Etimoloji  təhlilə 
olan şair münasibətinin aydınlaşdırılması məhz bu qəbildəndir. 


Kamran Ялийев
 _____________________________________  
 
 
270 
A.Zeynallının  «Mincivan»,  M.Arazın  «Bayatı»,  F.Sadığın 
«Ural»  sözləri  barədəki  etimoloji  izah  və  təhlilləri  özlüyündə 
maraqlı  olduğu  kimi,  onlara  yönələn  tədqiqatçı  diqqəti  də  iki-
qat maraq və məzmun kəsb edir. Hər şeydən qabaq, həmin söz-
lərin  araşdırılmasındakı  xoş  meyllər  alimin  ciddi  söhbətinin 
əsası olmuşdur. 
Y.Seyidovun  tədqiqat  obyekti  kimi  seçdiyi  müəlliflərin 
bəziləri şair olmaqla yanaşı, həmçinin elmi işlə də məşğul olur 
və  ədəbiyyatşünas  kitabları  çap  etdirirlər.  B.Vahabzadənin 
«Səməd  Vurğun»,  Q.Qasımzadənin  «Ədəbiyyatda  millilik  və 
beynəlmiləlçilik», 
A.Zeynallının 
«Keçilməmiş 
yollarla», 
X.Rzanın  «Məqsud  Şeyxzadənin  bədii  yaradıcılığı»,  H.Meh-
dinin  «Alovlu  publisist  Səməd  Vurğun»,  A.Vəfalının  «Füzuli 
öyrədir»  monoqrafiyalarında  dil  barədə  irəli  sürülən  tezis  və 
mülahizələr  də  alimin  nəzərindən  yayınmamışdır.  Kitabda  qa-
barıq  görünən  bu  istiqamət  həm  şairlərin  dilçilik  görüşlərinin 
bütöv  dərkinə  şərait  yaratmış,  həm  də  bədii  yaradıcılıqla  elmi 
yaradıcılıq  arasındakı  sıx  yaxınlığın  meydana  çıxarılmasına 
xidmət etmişdir. 
Cənubi  Azərbaycanda  ana  dilinin  buxovlanmasına  qarşı 
etiraz səsləri  monoqrafiyada ümumi  istiqamət tapır. M.Gülgün 
Ərk qalasını –  «söz qalası», dözüm,  mətanət ocağı  hesab edir. 
S.Tahir  Urmiya  gölünə  müraciətlə  «Ey  ana  dilinə  tamarzı  gö-
lüm!»  -  yazır,  H.Billuri,  İ.Cəfərpur  Azərbaycan  dilinə  düşmən 
münasibət bəsləyən fars şovinistlərinə qarşı barışmaz mövqedə 
dayanırlar.  Tədqiqatçı  bütün  bunları  qabartmaqla  Azərbaycan 
şeirinin  aktuallıq,  mübarizlik  və  müasirlik  keyfiyyətlərini  bir 
daha üzə çıxarır. 
Etiraf  etmək  lazımdır  ki,  şairlərin  dilə  dair  baxışlarında 
fərdi  xüsusiyyətlərə  nisbətən  müştərək  cəhətlər  daha  çoxdur. 
İ.Səfərlinin  «Söz gülləsi  uzaq gedər»  misrası,  Kəmalənin sözü 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
271 
şairin dayağı hesab etməsi, Ə.Kürçaylının sözün konkret məna-
sından  danışması,  X.Rzanın  «Laylam  mənim,  nərəm  mənim», 
«Bütün dilləri öyrən yaşatmaqçın dilini» misraları, H.Arifin rus 
dilində geniş üfüq görməsi, Cavad Cavadlının sözün gücündən, 
xalqın  taleyində  ana  dilinin  rolundan  söhbət  açması  böyük 
ideya  tərbiyəvi  mahiyyət  daşıyır.  Tədqiqatçı  alimin  monoqra-
fiyası da  məhz  bu problemlərin  işığında daha aydın, daha  mə-
nalı görünür. 
Y.Seyidov  öz  tədqiqatı  ilə  sanki  şairləri  öz  əsərlərinin 
bədii dilini zənginləşdirmək üçün bir-birlərindən bəhrələnməyə 
çağırır.  «Yox  mənim  şan-şöhrətim,  varmı  sözündən  qeyri» 
(A.Zeynallı)  misrası  sənətə  münasibətdə  mənəvi  kamilliyin 
nümunəsinə çevrilir, «Dodaq dəyməmiş söz» (F.Qoca) çağırışı 
ağır  zəhmətin,  estetik  həzzin  mənbəyi  kimi  qiymətləndirilir, 
«İstəyirəm qəlbimi əridib qatım sözə» (V.İbrahim) əqidəsi şair 
ömründə ülvi müqəddəslik tapır və ölüm tanımır. 
Y.Seyidovun  «Sözün  qüdrəti»  monoqrafiyasının  ən  mü-
hüm keyfiyyəti sözə məhəbbətdən başlanan vətəndaşlıq duyğu-
sunun  aydın  şəkildə  ifadəsindədir.  Bu  mənada  monoqrafiya 
Azərbaycan  dilçiliyi  və  ədəbiyyatşünaslığının  yeni  nailiyyə-
tidir. 
1984 


Kamran Ялийев
 _____________________________________  
 
 
272 
MÜNDƏRİCAT 
 
NƏZƏRİYYƏ MƏSƏLƏLƏRİ 
Milli ideya: mərhələ təsnifatı və səciyyəsi .................. 3 
Mir Cəlal Paşayev – tənqidçi və nəzəriyyəçi alim....... 13 
Realizmin tədqiqində ən yeni mərhələnin başlanğıcı .. 32 
Yeni ədəbiyyatşünaslıq konsepsiyası.......................... 40 
Xalq gülüşünün özəllikləri ......................................... 46 
Ədəbi tənqiddə bədiilik .............................................. 51 
Şəxsiyyət və ideal vəhdətinin yeni mahiyyəti ............. 65 
Romantik dramaturgiya və bədii tərcümənin  
     problemləri............................................................ 84 
 
ƏDƏBİ ŞƏXSİYYƏT  
Akademik Məmməd Cəfər – yeni təfəkkür hadisəsi .. ..98 
Abbas Zamanov ədəbi hadisədir................................ 110 
Əməl dostluğu........................................................... 117 
Abbas Zamanov olmasaydı ....................................... 126 
Təmkinli elmi yaradıcılıq .......................................... 134 
Şəxsiyyət və yaradıcılıq ............................................ 139 
Görkəmli tədqiqatçı .................................................. 144 
Səlahiyyət haqqı........................................................ 150 
Passionar şəxsiyyət ................................................... 156 
Ədəbi şəxsiyyət statusu ............................................. 166 
 
ƏDƏBİ YADDAŞ 
Bır əsrlik bədii sözün dəyəri...................................... 169 
Maarifçi dünyagörüşü və ədəbiyyat........................... 174 
Cavid sənətinin qüdrəti ............................................. 178 
«Ədəbiyyatımız, mənəviyyatımız» ............................ 183 
Ədəbi  proses ............................................................ 187 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
273 
Faydalı tədqiqat əsəri ................................................ 191 
Bəşəri ideallar mövqeyindən ..................................... 294 
 
MÜASİRLİK MÖVQEYİ 
Ardıcıllıq meyarı....................................................... 198 
Ən böyük türklərin xələflərindən biri ........................ 206 
Sabirə  yeni  bir  abidə .............................................. 216 
Ölüm cələsi............................................................... 222 
İnam və iman davası ................................................. 226 
Ədəbi  əsərlərin  mühakiməsi .................................... 230 
Memuar renessans təfəkkürünün övladıdır ................ 237 
H.Cavidin «Afət» faciəsi haqqında qiymətli  
      araşdırma ............................................................ 240 
 
FOLKLORŞÜNASLIQ 
İlkın qaynaqlara doğru .............................................. 244 
Yazıçı və folklor problem ......................................... 249 
Folklorşünas alim...................................................... 254 
«Azərbaycan məhəbbət dastanlarının poetikası»........ 259 
 
ƏDƏBİ DİL  
Dilə münasibətin tədqiqi.... ....................................... 263 
Poetik söz və elmi təfəkkür ....................................... 267 
 
 
  


Kamran Ялийев
 _____________________________________  
 
 
274 
Kamran İmran oğlu Əliyev.  
Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar.  
Bakı, “Elm və təhsil”, 2013. 
 
 
 
Íÿøðèééàò äèðåêòîðó: 
Nadir Məmmədli 
 
Êîìïƒòåðäə jû‹äû: 
Ruhəngiz Əlihüseynova 
 
Korrektor: 
Həbibə Hüseynova 
 
Êîìïƒòåð òəðòèá÷èñè âə 
òåõíèêè ðåäàêòîðó: 
Ramin Abdullayev 
 
 
Êà‹ûç ôîðìàòû: 60/84 1/32 
Ìəòáəə êà‹ûçû: ¹1 
Hə‡ìè: 274 ñəù. 
Òèðàæû: 300 
 
 
Êèòàá Àçəðáàj‡àí ÌÅÀ Ôîëêëîð Èíñòèòóòóíóí 
Êîìïƒòåð Ìəðêəçèíäə jû‹ûëìûø, “Elm və təhsil” ÍÏÌ-äÿ  
îôñåò ƒñóëó èëə ÷àï îëóíìóøäóð. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə