Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   77   78   79   80   81   82   83   84   85

Kamran Ялийев
 _____________________________________  
 
 
250 
Artıq  mübahisəsiz  elmi  fikirdir  ki,  folklorşünaslıq  şifahi 
xalq  ədəbiyyatı  nümunələrinin  toplanması  və  nəşrindən  baş-
layır. Monoqrafiya  müəllifi də öz tədqiqatında Y.Vəzirin  «Bü-
tün  mühərrirlərimiz  yazmağa  başlamazdan  əvvəl  xalq  ədəbiy-
yatını  toplayıb  öyrənməlidirlər»  tezisinin  şərhini  verir,  yazıçı-
nın  folklor nümunələri  əsasında hazırladığı  «El güzgüsü» kita-
bını yüksək qiymətləndirərək, bu əsərə folklor antologiyası sə-
viyyəsindən baxır. 
Y.V.Çəmənzəminli  elmi  yaradıcılığının  əsas  hissəsini 
folklorun  tədqiqinə  həsr  etmiş,  «Azərbaycan  ədəbiyyatına  bir 
nəzər» əsərində və bir çox məqalələrində folklorun nəzəri prob-
lemlərinə  münasibətini  bildirmişdir.  Həmin  məqalələrdən  biri 
olan  «Azərbaycan  nağıllarının  əhvali-ruhiyyəsi»  adlı  məqalə 
monoqrafiyada düzgün olaraq, «elmi cəhətdən təkcə Çəmənzə-
minlinin  tədqiqatında  deyil,  Azərbaycan  folklorşünaslığı  tari-
xində mühüm bir mərhələ kimi təqdir» edilir. 
B.Abdullayevin  tədqiqatının  ən  ciddi  xarakteri  onunla 
müəyyənləşir ki, alim Y.Vəzirin Azərbaycan folklorşünaslığın-
da  yerini  və  mövqeyini  müəyyənləşdirməyi  əsas  məqsədə  çe-
virmişdir. Belə ki, bütün axtarışların müxtəlif istiqamətli olma-
sına  baxmayaraq,  yekun  və  nəticə  kimi  yazıçının  vətəndaşlıq 
xidməti diqqət mərkəzinə gətirilir və faktlarla sübut olunur. Bu 
mənada «Folklorumuzun bəzi nümunələrini, adət-ənənələrimizi 
tədqiq  nəticəsi  olaraq  «Avesta»  ilə  əlaqələndirən  ilk  alim  Çə-
mənzəminli olmuşdur»  fikrinin  elmi dəyəri  müəllif  axtarışları-
nın səmərəli, dəqiq ölçüsünü təsdiq edir. Yalnız hər hansı prob-
lem baxımından deyil, həmçinin ayrı-ayrı mövzularla bağlı təh-
lillərdə  də  Çəmənzəminlinin  ilkinliyi  inandırıcı  hökmlərlə 
səciyyələndirilir.  Məlum  olur  ki,  div  surəti  barədə,  rəqəmlərin 
folklor  nümunələrinin  açılışında  təsəvvür  yaratması  haqqında 
mülahizələr  də  Y.Vəzirdən  başlanır.  Monoqrafiya  müəllifi  ya-


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
251 
zıçının  folklor  nümunələri  ilə  həmin  nümunələrin  mənsub  ol-
duğu  xalqın  mədəniyyəti,  məişəti  arasındakı  əlaqələri  müəy-
yənləşdirməsini təqdim və təqdir edir. 
Xalq yaradıcılığı nümunələrinin bir hissəsi zaman və mə-
kana  tabe  olmayan,  yaxud  az  tabe  olan,  başqa  sözlə,  konkret 
zaman və konkret məkan çərçivəsinə sığışmayan nümunələrdir. 
Belə  gəzəri  süjetli  nağıllara  daha  çox  rast  gəlmək  olur  ki, 
bunlar  barədə  Y.Vəzir  öz  mülahizələrini  söyləmiş,  fikirlərini 
müasirləri  ilə  bölüşmüş  və  tədqiqatçı  da  həmin  məsələlərə  qa-
yıdıb  onları  şifahi  xalq  ədəbiyyatında  bəşəri  motivlər  səviyyə-
sindən təhlil etməyi vacib hesab etmişdir. 
Y.V.Çəmənzəminli  kimi  məşhur  folklorşünas  Qərbi  Av-
ropa folklor nəzəriyyələrindən  xəbərdar olmaya bilməzdi. Mo-
noqrafiyada  da  məhz  belə  bir  aydınlıq  vardır  ki,  bu  gün  adını 
tez-tez  çəkdiyimiz  və  eşitdiyimiz,  folklora  dair  dərsliklərdə  və 
elmi  ədəbiyyatda  oxuduğumuz  Avropa  folklorşünaslığı  nüma-
yəndələri barədə Y.Vəzir də vaxtilə danışmış və müəyyən məq-
sədlər güdmüşdür. Belə ki, Y.Vəzir bu işdə bir tərəfdən Avropa 
folklorşünaslığının səviyyəsi ilə tanışlıq arzusunu həyata keçir-
mək istəmişdirsə, digər tərəfdən də həmin nəzəriyyələrə müna-
sibətdə  Azərbaycan  folklorunun  müsbət  tərəflərini  arayıb-ax-
tarmaq məqsədini izləmişdir. 
Yazıçı ayrı-ayrı folklor janrları barədə də danışmış, onla-
rın ideya xüsusiyyətlərini araşdırmışdır. O, öz tədqiqlərində na-
ğılların toplanma üsullarını şərh etmiş, onların təsnifatını verə-
rək məzmun və fəlsəfi ideyalarının istiqamətini müəyyənləşdir-
mişdir. «Yazın gəlməsi ilə əlaqədar icra olnan mərasim» - Nov-
ruz  bayramı  haqqında,  vəsfi-hal,  ağı,  sayaçı  sözlər  barəsində 
ayrıca bəhs etmiş və bugünkü oxucu üçün köhnəlməyən fikirlər 
söyləmişdir. Tədqiqatçı Y.V.Çəmənzəminli  irsindəki  bu  məsə-
lələri yalnız tapıb ortaya çıxartmaq məhdudluğunda qalmamış-


Kamran Ялийев
 _____________________________________  
 
 
252 
dır, həm də yazıçının elmi mühakimələrinin, axtarış üsullarının 
mənalılığını və daha çox xəlqi mahiyyətini açıb göstərmişdir. 
Monoqrafiyada  Y.V.Çəmənzəminlinin  bədii  əsərlərində 
şifahi xalq ədəbiyyatından istifadə məsələlərinin şərhi yazıçının 
folklora  dair  baxışlar  sistemi  ilə  bağlı  məzmun  daşıyır.  Tama-
milə  təbii  səslənir  ki,  Y.Vəzir  yalnız  nəzəri  baxımdan  deyil, 
həmçinin  öz  bədii  təcrübəsində  də  şifahi  xalq  ədəbiyyatı  ilə 
bilavasitə  təmasda  olmuşdur.  Onun  «Qan  içində»,  «Qızlar  bu-
lağı»  əsərlərində,  bir  çox  hekayələrində  folklor  ənənələri  mü-
hüm yer tutmuş və bunlar yazıçının bədii irsini xeyli zənginləş-
dirmişdir. 
«Avesta» motivləri «Qızlar bulağı» əsərinin əsas məzmu-
nunu,  ideya  istiqamətini təşkil edir. Həm də təqdirəlayiqdir ki, 
yazıçı  «Avesta»dakı  hadisə və əhvalatlara tənqidi yanaşmış  və 
tədqiqatçının dediyi kimi, «o, Zərdüşt qanununca kişinin bacısı 
və  qızı  ilə  evlənməsi  adətini  qətiyyətlə  pisləmiş  və  bunun  zə-
rərli cəhətlərini elmi-bədii şəkildə izah etmişdir». «Qan içində» 
romanında  isə  müşahidə  olunan  «Gültəkin  əfsanəsi»  motivləri 
monoqrafiyada  öz  elmi  təhlilini  tarixin  ən  qədim  süjetinə  söy-
kənmək məziyyətində tapmışdır. 
Xarakterik  cəhətdir  ki,  tədqiqatçı  Y.V.Çəmənzəminlinin 
folklordan istifadəsini ayrı-ayrı bədii əsərlər üzrə deyil, müasir 
folklorşünaslığın  tələblərinə  uyğun  gələn  nəzəri  problemlər 
əsasında  araşdırmışdır.  Bununla  da  folklordan  qidalanmanın 
aydın mənzərəsi yaradılmış, yazıçının şifahi xalq ədəbiyyatının 
müəyyən bir hadisəsini bir neçə bədii əsərdə necə inikas etdir-
diyi  üsulları  meydana  çıxarılmışdır.  Belə  ki,  toy  mərasiminin 
ümumi əhvali-ruhiyyəsi «Toy» hekayəsində, qab sındırma adə-
ti «Qızlar bulağı» əsərində öz bədii həllini tapmışdır. Tədqiqat-
çı bu məsələlərin şərhində ayrı-ayrı faktlara, predmetlərə «fərdi 
yanaşma» üsulunu daha  müqabil təhlil  metodu kimi  seçmiş  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə