Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   74   75   76   77   78   79   80   81   ...   85

________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
243 
çevrilir. Yenə də əksinə, Afət intiqam almaqdan əl çəkmir. Mü-
əllifin faktlara söykənən bu cür müqayisələri «Afət» əsərindəki 
özünüdərk  motivlərini  bütün  tələbləri  ilə  aşkara  çıxarır.  Belə-
liklə, həm H.Cavidin qarşıya qoyduğu ideyanın tam anlaşılması 
özünü göstərir, həm də tədqiqatçının məsələyə elmi yanaşması-
nın, obyektiv nəticələrə gəlməsinin reallığı sübut olunur. 
İkinci fəslin digər bölmələri «Afət» pyesindəki obrazların 
təhlilinə yönəldilmişdir. Bu məqamda da tədqiqatçı düzgün el-
mi mövqe tııtmuş və həmin obrazları pərakəndə formada deyil, 
müəyyən  problemlər  ətrafında  təhlilə  cəlb  etmişdir.  Həmçinin 
bu problemlər əsərin öz daxili məzmunundan, estetik mahiyyə-
tindən meydana çıxmış və şair-dramaturqun yaradıcılıq məziy-
yətlərinin nümayişinə çevrilmişdir. 
Cavidə  Məmmədli  haqlıdır  ki,  Alagöz  pyesdəki  bir  sıra 
məqamların,  hətta  belə  demək  olar  ki,  dramatik  ziddiyyətlərin 
formalaşmasında təkan nöqtəsinə çevrilmişdir. İkili təbiətə ma-
lik olan obrazlar - Altunsaç, Yavuz, Oqtay mənən məhv olmaq 
təhlükəsi qarşısındadırlar. Xandəmir, Özdəmir, doktor Qaratay, 
Qaplan artıq mənən məhv olmuş şəxslərdir. Ərtoğrul obrazında 
isə qəlb və idrak, ağıl və hiss mübarizəsi ümumiləşmişdir. 
Bütün  bunları  geniş  və  əhatəli  planda  görmək,  digər  ob-
razlarla  Afət  obrazı  arasındakı  təmas  nöqtələrini  aşkarlamaq, 
obrazlar silsiləsinin  formal element mahiyyəti daşımadan  əsərin 
strukturunda  zəruri  komponentlərə  çevrilməsini  sübuta  çat-
dırmaq,  obrazdan  mətnə,  mətndən  obraza  keçidlərin  harmoni-
yasını üzə çıxarmaq, nəhayət, «Afət» pyesindəki hər hansı bədii 
faktla  Hüseyn  Cavid  düşüncəsi  arasında  üzvi  əlaqələri  tapmaq 
və  bu  deyilənləri  dünya  ədəbiyyatının  insan  konsepsiyası  ilə 
əlaqələndirmək monoqrafiyanın ciddi elmi məziyyətləridir. 
 
2007 


Kamran Ялийев
 _____________________________________  
 
 
244 
FOLKLORŞÜNASLIQ 
 
İLKİN QAYNAQLARA DOĞRU 
 
Azərbaycan  oxucularına  mif  haqqında  həyatı  və  elmi  tə-
səvvürləri  sistemləşdirən  yeni  bir  əsər  təqdim  edilmişdir.  Bu 
əsər əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor 
Mirəli Seyidovun uzun illər boyu apardığı axtarış və araşdırma-
larının  nəticəsi  olaraq  meydana  çıxmış  «Azərbaycan  mifik 
təfəkkürünün qaynaqları» kitabıdır (Bakı, «Yazıçı», 1983). 
Kitab müxtəlif vaxtlarda çap edilmiş ayrı-ayrı məqalələr-
dən ibarətdir. Lakin müəllif bu məqalələri bir daha gözdən ke-
çirmiş, onların arasında çox  möhkəm ardıcıllıq  yaratmış  və ən 
başlıcası  isə  bütün  məqalələri  eyni  bir  nəzəri  müddəanın-
Azərbaycan  mifik  təfəkkürünün  qaynaqlarını  müəyyənləşdir-
məyin həllinə yönəltmişdir. 
M.Seyidov Azərbaycan mifik təfəkkürünün üç qaynağını 
göstərir: 1. Atropaten mifologiyası; 2. Arran-Alban mifologiya-
sı;  3.  Türk  mifologiyası.  Kitabda  araşdırılan  problemlər  bizi 
inandırır ki, həqiqətən məhz bu üç mifologiyaya məxsus inam-
ların  bir  çoxlarının  qaynayıb  qarışmasından  Azərbaycan  mifo-
logiyası yaranmışdır.  
Yeri gəlmişkən, burada bir məsələni aydınlaşdırmağı gə-
rəkli sayırıq. İlk baxışda elə görünə bilər ki,  müəllif  «müstəqil 
qol»  deyərkən  Midiya-Atropaten  (və  həmçinin,  Arran-  Alban) 
mifolojisi  ilə  türk  mifolojisini  kəskin  surətdə  fərqləndirir. 
Lakin bu belə deyildir və kitabdakı bir çox fikirlərdən də aydın 
olur ki, Midiya-Atropaten, Arran-Alban etnosları azərbaycanlı-
ların  soykökündə  iştirak  etdikləri  üçün  onların mifolojisində  
-------------------------- 
*Məqalə Arif Rəhimovla birlikdə yazılmışdır. 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
245 
müəyyən doğmalıq vardır. Başqa sözlə, Midiya-Atropaten, Ar-
ran-Alban  daha  çox  ölkə  adlarıdır  və  bir  çox  tədqiqatçıların 
göstərdiyi kimi, bu ölkələrdə türk etnoslarının da yaşaması fər-
ziyyəsi gerçəklikdən o qədər də uzaq deyil.  Buna görə də Mi-
diya-Atropaten,  Arran-Alban  və  türk  mifologiyası  arasındakı 
ümumi  cəhətlərin  təkcə  tipologiyadan  yox,  həm  də  eyni  bir 
daha əski qaynaqdan - ən qədim ümumtürk mifolojisindən irəli 
gəldiyini  söyləmək  mümkündür  (Əlbəttə,  burada sonrakı  müs-
təqil inkişafı və yabancı təsirləri tamamilə inkar etmək olmaz).  
Kitabda təbiət («Təbiət kultu; Öləng, Xızır, Qorqut»), in-
san  («Bəzi  inamlar  və  onların  mifoloji  kökləri»,  «Oğuz  və 
onunla bağlı  mifoloji  inamlar»),  insanın  yaratdığı  sənət («Var-
saq sənətinin mifik təfəkkürlə əlaqəsi») və onlar haqqında xal-
qımızın  ilkin  mifoloji  inamları  müasir  elmin  tələbləri  səviyyə-
sində tədqiq edilir.  
Hər hansı bir sözün törənişini, bir inamın mənşəyini araş-
dırmaq, onların  xalqın  mifoloji təfəkkürü ilə əlaqələrini  müəy-
yənləşdirmək,  uzaq  tarixin  yaddaşı  ilə  bugünkü  və  sabahkı 
oxucunu inandırmaq o qədər də asan vəzifə deyil. Ona görə də 
bu vəzifəni layiqincə yerinə yetirən M. Seyidovu bəzən öz fik-
rinin  sübutu  üçün  tutarlı  dəlilləri  ağır  zəhmət  və  gərgin  axta-
rışlar  nəticəsində  bir-bir  toplayıb  tədqiqata  cəlb  edən,  ən  kiçik 
faktlara  belə  böyük  diqqətlə  və  ciddiliklə  yanaşan  bir  mifoloq 
kimi  görürüksə,  bəzən  də  onun  şəxsində  bir  neçə  canlı  və  ölü 
dil bilən dilçi alim, etimoloq, xüsusən də tarixçi ilə qarşılaşırıq. 
Əgər  Mirəli  müəllim  Öləng,  Xızır,  Qorqut  miflərini  sis-
temli  şəkildə  öyrənirsə,  deməli,  onlar  təsadüfi  seçilməmişlər. 
Yəni  alimin  tədqiqatlarında  luğətlərdən  və  qədim  abidələrdən 
götürülmüş  ixtiyari  söz  araşdırılmır.  Müəllif  hansı  sözün  və 
hansı  mifin  xalqın tarixi taleyi üçün  mənalı  və əhəmiyyətli ol-
duğunu yaxşı bilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə