Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   73   74   75   76   77   78   79   80   ...   85

Kamran Ялийев
 _____________________________________  
 
 
240 
H.CAVİDİN «AFƏT» FACİƏSİ HAQQINDA 
QİYMƏTLİ ARAŞDIRMA 
 
Azərbaycan ədəbiyyatının elə görkəmli şəxsiyyətləri var-
dır ki, onların həyat və yaradıcılığı bütün ədəbiyyatşünas nəsil-
ləri tərəfindən öyrənilir və bundan sonra da öyrəniləcəkdir. Be-
lə şəxsiyyətərə nünunə kimi XX əsr Azərbaycan romantizminin 
klassiki,  şair  və  dramaturq  Hüseyn  Cavidi  göstərmək  olar.  Bu 
mənada Cavidə Məmmədlinin «H.Cavidin «Afət» faciəsi» adlı 
monoqrafiyasına (Bakı, Nurlan, 2007) təbii baxmaq lazımdır. 
Bəri  başdan  belə  bir  məsələyə  aydınlıq  gətirmək  istə-
yirəm  ki,  ədəbiyyatın  ümumi  problemlərinin  tədqiqi  müəyyən 
spesifik cəhətləri ilə fərqləndiyi kimi, hər hansı ayrıca götürül-
müş  bir  əsərin  elmi  təhlili  də  özünəməxsus  xüsusiyyətləri  ilə 
diqqəti cəlb edir. Başqa sözlə, həm ümumi  ədəbi-nəzəri' prob-
lemlərin, həm də bir əsərin geniş elmi tədqiqi, şübhəsiz, müəy-
yən çətinliklərlə bağlıdır. Ona görə də müəllifin bir əsərə – yal-
nız  «Afət»  pyesinə  müraciətini  elmdə  sadə  və  hamar  yol  kimi 
qəbul etmək kökündən yanlış olardı. 
Digər tərəfdən H.Cavidin  mənsub olduğu romantik bədii 
metod, onun  yaradıcılığının  ideya  tutumu  və  poetika-sənətkar-
lıq  məziyyətləri  əsərlərinin  də  tək-tək öyrəniməsini  artıq  müs-
bət  bir  ənənyə  çevirmişdir.  Xatırladaq  ki,  şair-dramaturqun 
«Şeyx  Sənan»,  «İblis»  «Peyğəmbər»,  «Topal  Teymur»,  «Xəy-
yam» kimi pyeslərinə ayrıca elmi əsərlər həsr edilmisdir. Bütün 
bu  dediklərimiz  Cavidə  Məmmədlinin  «H.Cavidin  «Afət»  fa-
ciəsi»  monoqrafiyasının  yazılma  şərtləri  və  məqsədləri  barədə 
tam təsəvvür yaradır. 
Kitabın  «Hüseyn  Cavidin  «Afət»  əsərində  qadın  və  cə-
miyyət  probleminin  bədii  təcəssümü»  adlanan  birinci  fəslinin 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
241 
əvvəli  məsələnin  qoyuluşuna  həsr  edilmişdir.  Tədqiqatçı  bura-
da  H.Cavid  yaradıcılığına  və  ümumiyyətlə,  ədəbiyyatda  qadın 
məsələsinə  toxunur,  dramaturqun  öz  fantaziyasında  və  əsərlə-
rində  yaratdığı  ideal  İnsan  obrazının  xüsusiyyətlərini  araşdırır, 
insanın bütün müsbət və mənfi cəhətləri ilə birgə bədii təqdimi-
nin  mənzərəsini aydınlaşdırır, qadın  hüququ  və hüquqsuzluğu-
nun reallıqlarını təhlildən keçirir. Burada daha geniş planda gö-
türülərək qadının əxlaqi saflıq, ana, vətəndaş mövqeyi qabardı-
lır və işıqlandırılır. 
Müəllif konkret faktlar və dəlillərlə «Afət» əsərinin yazıl-
ma  tarixini  dəqiqləşdirir,  pyesin  müxləlif  dövrlərdəki  nəşrləri-
ni,  çap  zamanı  qorunub  saxlanılmış,  yaxud  da  dəyişdirilmiş 
məqamlarını diqqətə çatdırır. Səhnə taleyindən bəhs etdikdə isə 
tamaşaların  göstərildiyi  illərin  xronologiyasına  üstünlük  verir 
və  fərqli  xüsusiyyətləri  dəyərləndirir.  Məlum  olur  ki,  «Afət» 
pyesi  ötən  əsrin  20-ci  illlərində,  1982-ci  ildə  -  H.Cavidin  ana-
dan olmasının 100 illiyi keçirilən vaxt və 2003-cü ildə - drama-
turqun 120 illik yubileyinin qeyd edildiyi dövrdə müxtəlif rejis-
sorların quruluşunda  səhnələşdirilmişdir. Təqdirəlayiq cəhətdir 
ki,  C.Məmmədli  sadəcə  olaraq  onların  adını  çəkmir,  eyni  za-
manda, əldə etdiyi materiallar əsasında bu tamaşaların xüsusiy-
yətlərinin şərhini verir. 
Tədqiqatçı  əsərin  janrı  və  süjet  xətti  barədə  də  obyektiv 
mülahizələr  irəli  sürür.  Pyesin  faciə  janrının  tələblərinə  cavab 
verməsini onun ideya-bədii məziyyətlərinə və strukturuna görə 
səciyyələndirir. 
Birinci  fəslin  digər  bölmələri  bilavasitə  romantik  qəhrə-
man probleminə həsr edilmişdir. Burada romantik qəhrəman və 
mühit,  romantik  qəhrəmanın  ziddiyyətləri,  Afət  obrazının  fa-
ciəsindəki aldanış məqamı, Afətin digər romantik qadın obraz-
ları ilə müqayisəsi aparıcı yer tutur. 


Kamran Ялийев
 _____________________________________  
 
 
242 
C.Məmmədli  Afətin  bir  romantik  qəhrəman  kimi  daxili 
sarsıntılarını və təbəddülatlarını, fəal mübarizəsini, ziddiyyətlə-
rini  yalnız  onun  dialoqları  və  hərəkətləri  çərçivəsində  izah  et-
məklə  məhdudiyyət  yaratmır,  eyni  zamanda,  pyesdəki  digər 
obrazlarla, hətta H.Cavid yaradıcılığının digər qadın qəhrəman-
ları ilə müqayisədə aşkarlayır. Beləliklə, tədqiqatçının çıxardığı 
nəticələr öz elmiliyi  ilə seçilir və  fərqlənir. Müəllif  yazır:  «İn-
diyə  qədər  Azərbaycan  ədəbiyyatında  yaradılmış  hüququ  tap-
danan  qadın  obrazlarından  fərqli  olaraq  Afət  «yazıq»,  «aciz», 
və «qorxaq» deyil» (s.37). Yaxud: «Afətin növbəti  bədbəxtliyi 
və  faciəsi  buradan  -  məhz  Qaratayı  sevməsindən  başlayır» 
(s.54). Və yaxud: «Əgər Afət Özdəmirdən təhqir olunmuş mən-
liyinin  intiqamını  alırsa,  Qarataydan  artıq  ləkələnmiş  mənliyi-
nin intiqamını alır» (s.60). Bütün bunlar əsəri diqqətlə və dəfə-
lərlə  oxuyan,  H.Cavid  romantizmini  lazımi  səviyyədə  dərk 
edən, müəyyən ədəbiyyatşünaslıq səviyyəsi qazanan tədqiqatçı-
nın elmi nəticələri ola bilər. 
Monoqrafiyanın  ikinci  fəsli  «Hüseyn  Cavidin  «Afət»  əsə-
rində insanın özünüdərki və mənəvi azadlıq probleminin bədii ini-
kası»  adlanır.  Adından  da  göründüyü  kimi  bu  fəsil  olmasaydı, 
pyesin mahiyyəti və ifadə etdiyi ideya gücü kifayət qədər görün-
məyə bilərdi. Məsələ  burasındadır ki, daha geniş planda götürül-
müş özünüdərk və mənəvi azadlıq probemi romantizmin  ən doğ-
ma  və  qabarıq  məsələlərindəndir.  Bir  az  da  başqa  cür  yanaşsaq 
romantizmi onlardan kənarda təsəvvür etmək mümkün deyildir. 
C.Məmmədli  təhlillər  zamanı  belə  bir  nəticəyə  gəlir  ki, 
H.Cavidin «Ana» pyesində Səlma ana oğlunun qatilini bağışla-
ya bilir və bu da bir müdriklikdir, orijinal düşüncə tərzidir. Ək-
sinə, Afət bağışlamağı bacarmır, çünki bu, mümkün deyil. Ya-
xud  «Uçurum»  pyesində  olan  Gövərçin  Cəlalın  onu  atıb  get-
məsi  ilə  razılaşmaq  məcburiyyətindədir  və  məsum  bir  obraza 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə