Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   75   76   77   78   79   80   81   82   ...   85

Kamran Ялийев
 _____________________________________  
 
 
246 
Kitabda  qarşıya  qoyulmuş  problemin  araşdırılması  ya-
rımçıq  və  natamam  şəkildə  saxlanılmır.  Əksinə,  müəyyən  bir 
məsələnin  təfərrüatı  ilə  öyrənilməsinə  daha  çox  səy  göstərilir. 
Həmçinin  qeyd  edək  ki,  əsərdə  çoxlu  faktlar  əsasında  irəli 
sürülmüş  tezis  və  müddəalar  Azərbaycan  xalqının  mifologiya-
sının  geniş  araşdırılması  üçün  də  yeni  perspektivlər  açır.  Bu 
mənada M. Seyidov göstərir ki, «Xıdır  mifoloji obrazının  ərəb 
dünyası  ilə  bağlılığı elmi  subut olmadan söylənən, sadəcə ola-
raq  sadalanan  bir  fikirdir».  Doğurdan  da,  Xıdır  və  Qorqut 
adlarının  tərkibindəki  xıd  (-xut)  (kyt)  sözü  altayların  Kuday 
tanrısının (bu söz «xuda» şəklində İran dillərinə də keçmişdir), 
həmçinin  azərbaycanlıların  Kudu  –  Qodu  günəş  tanrısının  da 
adında iştirak edir. İslam dini - ərəb dünyası isə özündən əvvəl-
ki tanrıları məhv edə bilmədikdə onları peyğəmbərə çevirərmiş. 
Belə  ki,  yəhudilərin  Yahve  tanrısı  Yəhya  peyğəmbərə  çevril-
diyi kimi, görünür, türkdilli  xalqların Xıdır tanrısını da  ərəblər 
Xıdır peyğəmbərə döndərmişlər. 
Kitabda  yalnız  miflərdən  deyil,  ayrı-ayrı  tayfalardan  da 
geniş bəhs açılır. Belə ki, Azərbaycanın qədim türkdilli tayfala-
rı – buntürk, basil, xaylandurq, xəzər və sair haqqında qiymətli 
məlumatlar  verilir.  Müəllif  bu  tayfalardan  bəhs  edən  qədim 
yazılı qaynaqları diqqətlə  incələmiş  və Azərbaycan tarixi üçün 
mühüm  nəticələr  çıxarmışdır.  Mirəli  müəllimin  bunturk,  basil, 
xaylandurq və s. sözlərin mənşəyinə dair fikirləri öz orijinallığı 
və inandırıcılığı ilə diqqəti cəlb edir. 
Qiymətli  tarixi  linqvistik  araşdırmalardan  sonra  müəllif 
həmin  türkdilli  tayfaların,  xüsusən  də  hunların  mifolojisi  üzə-
rində  dayanır,  qədim  yazılı  qaynaqlara  söykənərək  tanqrixan, 
Quar – Küər, Uğur kimi tanrılardan və bir sıra inamlardan (od, 
ağac, su və s.) ətraflı şəkildə bəhs edir. Yol tanrısı Uğurun Ön 
Asiya  və  Kiçik  Asiya  xalqları  ilə  əlaqəsinə  dair  araşdırmalar 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
247 
isə çox böyük elmi əhəmiyyətə malikdir.  
Professor  M.  Seyidov  ağır  zəhmət  bahasına  əldə  etdiyi 
zəngin  faktlara  söykənərək  oğuzların  mifoloji  inamları,  Oğuz 
kaqan,  onun  qadınları  və  s.  haqqında  ümumtürk  mifologiyası 
üçün uğur sayıla biləcək  maraqlı  mülahizələr söyləmişdir. Bu-
rada  başqa  xalqların  mifolojisi  ilə  yerinə  düşən  tipoloji  tutuş-
durmalar aparması  müəllifin  mülahizələrinin  elmi dəyərini da-
ha da artırır. 
«Xalq yaradıcılığını və onunla sıx bağlı olan mifoloji gö-
rüşü yaradan...» sənətkarlardan birinə - Varsağa və «Varsaq sə-
nətinin  mifik  təfəkkürlə  əlaqəsi»nə  həsr  edilmiş  səhifələr  ali-
min tədqiqatlarının yeni xarakteri barədə tam təsəvvür yaradır. 
Varsaq – ozan – yanşaq sənəti ilə qam – şaman sənəti arasında-
kı yaxınlıq, doğmalıq o qədər tutarlı, dəqiq şəkildə izah olunur 
ki, oxucu buna inanmaya bilmir. 
M.Seyidovun «Azərbaycan mifik təfəkkürünün qaynaqla-
rı» əsərində yalnız ayrı-ayrı sözlər, obrazlar, miflər təhlil olun-
mur.  Kitabın  ən  başlıca  keyfiyyətlərindən  biri  budur  ki,  alim 
mifoloji  tədqiqatların  prinsip  və  metodlarını,  miflərə  elmi  ya-
naşmanın üsullarını göstərir. M. Seyidovun təhlilləri yalnız sö-
zün  fonetik  dəyişməsi,  yaxud  bir  ifadənin  digər  türkdilli  xalq-
ların  lüğət tərkibində qorunub saxlanması  və onların müqayisə 
məqamına  gətirilməsi  ilə  məhdudlaşmır.  Müəyyən  bir  proble-
min açılışında hərf və söz, nağıl və dastan sujeti, kiçik bir naxış 
və  qab-qacaq  bəzəyi  eyni  dərəcədə  əhəmiyyətli  rol  oynayır. 
Müəllif  Təpəgözün  məğlub  edilməməsinin  əsatiri  səbəbini  ax-
tarır  və  tapır.  Dirilik  suyu  arxasınca  gedən  İskəndər  və  Xıdırı 
müqayisə  etməklə  mifoloji  obrazın  səciyyəvi  keyfiyyətini  mü-
əyyənləşdirir.  «Öləng»  sözünün  yaşıllıq  ilahəsindən  başqa  di-
gər  mənalarını  da  göstərməklə  bu  obrazın  çeşidli  xarakterini 
meydana çıxarır. 


Kamran Ялийев
 _____________________________________  
 
 
248 
 «Azərbaycan  mifik  təfəkkürünün  qaynaqları»  kitabında 
araşdırılan  bütün  məsələlər  haqqında  danışmaq,  şübhəsiz  ki, 
imkan xaricindədir. Ancaq bizim qısaca toxunduqlarımız da su-
but edir ki, Mirəli müəllim nə qədər fundamental problemlərin 
həllinə girişmiş və çox zaman da buna nail olmuşdur. 
Professor  Mirəli  Seyidovun  «Azərbaycan  mifik  təfəkkü-
rünün  qaynaqları»  kitabı  nəinki,  mifolojimizin  qaynaqları,  bü-
tövlükdə  mifologiyamızın  özü  haqqında  qiymətli  və  böyük  el-
mi dəyərə malik bir əsərdir. Şübhəsiz ki, bu əsər Azərbaycanda 
mifologiyaya  marağı  xeyli  artıracaq  və  Mirəli  müəllimin  bir 
çox ardıcıllarının yetişməsinə səbəb olacaqdır. 
 
   
 
 
 
 
 
1983 
 
 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
249 
YAZIÇI VƏ FOLKLOR PROBLEM 
 
Folkloru tədqiq etmək, şifahi xalq ədəbiyyatı nümunələri-
nə dair fikir söyləmək – klassik irsin, zəngin ənənənin öyrənil-
məsi  deməkdir.  Bu  öyrənilmə  müxtəlif  mövzular,  problemlər, 
metodlar,  formalarla  mümkün  olduğu  kimi,  onun  təsirləri  də 
səviyyə  etibarilə  cürbəcür  ola  bilər.  Ona  görə  də  hər  hansı 
xalqın mənsub olduğu folklora diqqətlə yanaşmaq, bu sahədəki 
axtarışları  düzgün  istiqamətləndirmək,  elmi  nəticələrə  obyek-
tivlik xarakteri vermək mühüm vəzifədir. Belə məsələlərin yax-
şı  mənada  həlli  filologiya  elmləri  namizədi  Bəhlul  Abdullaye-
vin  «Yusif  Vəzir  Çəmənzəminli  və  folklor»  monoqrafiyasında 
(«Elm» nəşriyyatı, Bakı, 1981; redaktoru M.H.Təhmasibdir) öz 
ifadəsini tapmışdır. 
Tədqiqat  və  təhlillər  iki  istiqamətdə  aparılmış,  bir  tərəf-
dən  «Y.V.Çəmənzəminli  və  folklorşünaslıq»  mövzusu,  digər 
tərəfdən  də  «Y.V.Çəmənzəminlinin  bədii  əsərlərində  şifahi 
xalq  ədəbiyyatından  istifadə  məsələləri»  öyrənilərək  qoyulan 
məsələlər barədə elmi-nəzəri fikir yaradılmışdır. 
Monoqrafiya  belə  bir təminat verir ki, tədqiqatçının  əsas 
məqsədi  yazıçı  və  folklor  problemi  üzərində  cəmləşmiş  və  bu 
problemin  işığı  XX  əsrin  məşhur  ədib  və  alimi  Yusif  Vəzir 
Çəmənzəminlinin  yaradıcılığı  üzərinə  düşmüşdür.  Lakin  o  da 
aydın  olmalıdır  ki,  tədqiqatın  başlanğıcında  müəllif  həmin 
problemin həlli üçün yazıçı yaradıcılığı (material) axtarmamış, 
əksinə  belə  bir  problemin  təhlilinə  girişmək  təsəvvürü  Yusif 
Vəzir  yaradıcılığına  müraciətin  ilk  günlərindən  yaranmışdır. 
Çünki yazıçının folklora dair nəzəri fikir və mülahizələri, müa-
sir  dövrümüz  üçün  köhnəlməyən  elmi  baxışları  və  onun  bədii 
əsərlərinin  folklor  nümunələrinə  söykənməsi  tədqiqatçı  qarşı-
sında geniş üfüqlər açmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə