Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   77   78   79   80   81   82   83   84   85

Kamran Ялийев
 _____________________________________  
 
 
256 
Folklor nümunəsinin fakt göstəricisi onun qələmi ilə bədii mət-
nin  həqiqi  mahiyyətini  üzə  çıxaran  poetika  vahidinə  çevrildi. 
Beləliklə, folklorşünaslığımızda elmi yanaşmanın da konturları 
dəyişdi  və  yeniləşdi. M.Cəfərli  "Azərbaycan  məhəbbət dastan-
larının poetikası" adlı fundamental bir araşdırmanı uzun illərin 
gərgin axtarışlarının nəticəsi kimi meydana çıxardı və bu tədqi-
qat folklorşünaslığımızın nailiyyəti oldu. 
Müəllif bu tədqiqatında özündən əvvəlki araşdırmalardan 
fərqli olaraq, məhəbbət dastanlarının quruluşunu öyrəndi və bu 
strukturun  özünəməxsusluqlarını  ortaya  çıxardı.  Sübut  etdi  ki, 
məhəbbət  dastanları  yalnız  mövzusuna,  eşq-məhəbbət  macəra-
larına  həsr  edilməsinə,  insanları  həmişə  riqqətə  gətirən  sevgi 
duyğularının  poetik  inikasına  görə  deyil,  həmçinin  və  bunlar-
dan  daha  artıq  dərəcədə  bədii  quruluşuna  görə  folklorun  digər 
janrlarından  və  xüsusən  də  qəhrəmanlıq  dastanlarından  fərqlə-
nir. Beləliklə, M.Cəfərli folklor müstəvisində məhəbbət dastan-
ları  ilə  bağlı  fərqi  adda,  mövzuda  deyil,  bədii  mətnin  qurulu-
şunda axtarıb tapdı. Bununla da məhəbbət dastanlarına yeni nə-
fəs və yeni həyat verildi. 
Əslinə  qalsa,  tədqiqatçının  məhəbbət  dastanlarının 
obrazlarına olan münasibəti də fərqli idi. Qəhrəmanın möcüzəli 
doğuluşu,  nəzir-niyazla  dünyaya  gəlməsi,  öz  sevgilisi  uğrunda 
mübarizə  apararaq  maneələri  dəf  etməsi,  haqq  aşığına  çevril-
məsi  kimi  məqamlar  bu  dastanları  digər  poetik  nümunələrdən 
fərqləndirməyin əlamətləri kimi açıqlanır. 
Azərbaycan  məhəbbət  dastanlarına  istinadən  dastan 
şeirinin  və  onun  poetik-üslubi  özəlliklərinin  öyrənilməsi  isə 
müəllifi  bir  nəzəriyyəçi  alim  kimi  təqdir  etməyə  imkan  verir. 
Uğurlu  cəhətdir  ki,  tədqiqatçı  alim  dastan  şeirinə  əlahiddə  gö-
türülmüş nümunələr kimi deyil, dastanın strukturunun ayrılmaz 
bir  vahidi  kimi  yanaşır  və  beləliklə  də,  məhəbbət  dastanı  alim 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
257 
və oxucu yaddaşına bütöv bir orqanizm kimi hopur. 
Bizim  ədəbi-elmi  fikirdə  belə  bir  yanlış  meyl  də  vardır 
ki, çoxları elm qarşısında öz borcunu və xidmətini  iki tədqiqat 
əsəri – namizədlik və doktorluq dissertasiyası yazmaqla bitmiş 
hesab edirlər. Bəlkə çap işinin kifayət qədər çətin və problemli 
olduğu illərdə bunu təbii qəbul etmək olardı. Lakin yeni dövrdə 
alim ömrünün  yalnız  iki  əsas tədqiqatla  məhdudlaşması elə də 
ürəkaçan deyil. Folklorşünaslığımızda bu stereotipi dağıdanlar-
dan biri də məhz M.Cəfərli olmuşdur. Belə ki, onun "Dastan və 
mif» kitabı yeni istiqamətli bir tədqiqat kimi nəinki respublika-
mızda,  hətta  respublikamızın  sərhədlərindən  kənarda  da  layi-
qincə dəyərləndirilmiş, hətta Təbrizdə çap olunmuşdur. 
Bu  araşdırma  həm  dastana,  həm  də  mifə  yeni  bucaqdan 
yanaşmanın  nəticəsi  kimi  meydana  çıxmışdır.  Bizdə  mifik 
təfəkkürlə  bağlı  araşdırmalar  nə  qədər  geniş  intişar  tapsa  da, 
həmişə  bu  sahənin  öyrənilməsinə  ehtiyac  olmuşdur.  Ona  görə 
də  M.Cəfərlinin  tədqiqatı  bir  tərəfdən  həmin  ehtiyacın  ödənil-
məsinə yönəlmişdirsə, digər tərəfdən də dastan və mif münasi-
bətlərinə  müəyyən qədər aydınlıq gətirməyə,  bu məsələnin üs-
tünə işıq salmağa şərait yaranmışdır. 
M.Cəfərli  Azərbaycan  folklorşünaslığının  aktual  prob-
lemlərinə öz münasibətini yalnız kitab və monoqrafiyalar vasi-
təsilə deyil, eyni zamanda konfrans və simpoziumlarda olan çı-
xışları  və  məruzələri,  ölkəmizdə  və  xaricdə  müxtəlif  mətbuat 
orqanlarında  çap  edilən  məqalələri  ilə  də  bildirir.  Əslində  mə-
ruzə  və  məqalə  janrları  tədqiqatçı  üçün  folklorun  həyati  məna 
kəsb edən məsələləri barədə operativ və çevik münasibət bildir-
mək imkanını gerçəkləşdirir ki, M.Cəfərli bu imkandan həmişə 
səmərəli şəkildə istifadə etmiş və istifadə etməkdədir. 
Məhərrəm  Cəfərlinin  Azərbaycan  ədəbiyyatşünaslıq  və 
folklorşünaslığının  görkəmli  şəxsiyyətləri  haqqında  sayılıb-se-


Kamran Ялийев
 _____________________________________  
 
 
258 
çilən məqalələr yazması da, şifahi xalq ədəbiyyatı nümunələri-
ni toplayıb çap etdirməsi də onun elmi fəaliyyətinin tərkib his-
səsidir.  Bu  baxımdan  akademik  Məmməd  Cəfər,  Azərbaycan 
MEA-nın  müxbir  üzvü  Abbas  Zamanov,  professor  Məmməd-
hüseyn  Təhmasib  haqqındakı  yazıları  (M.Təhmasib  həm  də 
onun  elmi  rəhbəri  olmuşdur),  filologiya  elmləri  namizəd  Oruc 
Əliyevlə birlikdə tərtib və nəşr etdirdiyi M.Təhmasibin "Məqa-
lələr"  kitabı  və  Naxçıvan  folklor  nümunələrini  ardıcıl  olaraq 
toplanması, nəşri onun bir elm adamı kimi tanınmağına da əsas 
verən ciddi faktlardır. 
Hamisi  folklor  olan  Məhərrəm  Cəfərli  indi  Azərbaycan 
folklorşünaslığının tanınmış simalarından biridir. Hər yeni təd-
qiqatı folklorşünaslıq üçün yeni bir fakta çevrilən M.Cəfərlinin 
araşdırmaları həmişə olduğu kimi, bundan sonra da öz aktuallı-
ğını və müasirliyini qoruyub saxlayacaqdır. 
 
2006 
 
 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
259 
«AZƏRBAYCAN MƏHƏBBƏT 
DASTANLARININ POETİKASI» 
 
Azərbaycan  folklorunun  zəngin  tarixi  və  əvəzedilməz 
nümunələri vardır. Bu tarix və bu nümunələr xalqın yaddaşında 
əbədi yaşamaqla bərabər, həmişə insanların həyata və dünyaya 
münasibətinin  formalaşmasında  mühüm rol oynamışdır. Çünki 
hər hansı  bir  janrda  yaranan  folklor nümunəsi  bir ayın, bir  ilin 
nəticəsi  yox,  uzun  əsrlərin  bəhrəsidir.  Həmin  bəhrə  isə  əsrlər 
boyu adamların gərəyi olur, onların mənəvi-əxlaqi kamilliyinin 
formalaşmasında mühüm vasitəyə çevrilir. 
Məlumdur ki, folklor nümunələrinə tez-tez qayıtmaq, on-
ları elmi baxımdan izah və şərh etmək həmişə zəruri və aktual 
olmuşdur.  Bu  mənada  folklora  dair  kitabları  və  məqalələri  ilə 
ədəbi-elmi  ictimaiyyətə  yaxşı  tanış  olan  filologiya  elmləri  na-
mizədi Məhərrəm Cəfərlinin yenicə nəşr olunmuş «Azərbaycan 
məhəbbət  dastanlarının  poetikası»  (Bakı,  «Elm»,  2000)  kitabı 
diqqəti xüsusilə cəlb edir. Folklorşünas alim  məhəbbət dastan-
larının  poetikasını  həmin  dastanların  quruluşunun  tədqiqi  ilə 
başlayır.  Müəllif  folklorun  ideoloji  və  estetik  funksiyalarının 
həmişə aparıcılığını nəzərə alır. O eyni zamanda həmin funksi-
yaların  məhəbbət  dastanlarının  quruluş  komponentləri  ilə  nə 
dərəcədə  əlaqədar  olduğunu  aşkara  çıxarır.  Müəllifin  gəldiyi 
ciddi nəticələrdən biri budur ki, məhəbbət dastanlarının qurulu-
şunun tədqiqi ona vahid orqanizm kimi, yəni bütöv bir mətn ki-
mi yanaşmanı tələb edir. Bu cür yanaşma məhəbbət dastanları-
nın  əvvəlində  verilən  ustadnamələrin  də,  sonda  verilən  duvaq-
qapmaların da dastanın strukturu ilə tam  əlaqəliliyini  sübut et-
miş olur. 
M.Cəfərlinin  «Azərbaycan  məhəbbət dastanlarının poeti-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə