Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   77   78   79   80   81   82   83   84   85

Kamran Ялийев
 _____________________________________  
 
 
260 
kası» monoqrafiyasının əsas hissələrindən birini bu dastanların 
obrazlar  sisteminin  araşdırılması  təşkil  edir.  Heç  şübhəsiz, 
məhəbbət  dastanlarının  süjet  və  kompozisiyasında  əsas  yerləri 
və mövqeləri tutan obrazların xarakterik xüsusiyyətlərini, onla-
rın əxlaqi-mənəvi aləmlərini dərindən və hərtərəfli öyrənmədən 
bu  dastanların  poetikası  barədə  tam  elmi  nəticələrə  gəlmək 
mümkün  deyildir.  Ona  görə  də  folklorşünas-alim  məhəbbət 
qəhrəmanlarının ömrü və taleyi barədə xalq müdrikləri tərəfin-
dən irəli sürülən mülahizələri və fikirləri aydınlaşdırmağa daha 
çox səy göstərmişdir. 
Monoqrafiyada  məhəbbət  dastanlarının  qəhrəmanları 
səciyyələndirilərkən əvvəlcə onların  ən ümumi  xarakteristikası 
verilir. Qəhrəman və antiqəhrəman arasında gedən mübarizələ-
rin  məzmunu  və  nəticələri  şərh  edilir.  Bütün  bunlarla  yanaşı 
əsas diqqət məhəbbət dastanlarının baş qəhrəmanları olan Aşiq 
və  Məşuqun  səciyyəsinə  yönəldilir.  Tədqiqatçı  baş  qəhrəman-
lardan birinin, daha doğrusu, Aşiqin mövqeyinin və daxili dün-
yasının izahı zamanı onu digər obrazlardan fərqləndirən cəhət-
lərin aşkarlanmasına üstünlük verir. Aşiqin qeyri-adi doğuluşu, 
bu  doğuluşun  qurbanvermə  və  nəzir-niyazla  əlaqəsi,  buta  al-
ması,  sevgilisinin  arxasınca  gedərkən  qarşılaşdığı  maneələr  və 
onların  dəf  olunması,  nəhayət,  qələbələri  üzərində  geniş  daya-
nır. Bütün bunlarla yanaşı monoqrafiyada öz sevgilisi arxasınca 
yollanan  qəhrəmanın  haqq  aşığı  olması  faktı  bu  qəhrəmanın 
əsas  missiyası  kimi  təqdim  edilir.  Həmçinin  göstərilir  ki,  buta 
alandan  sonadək  bu  aşiqlik  öz  məzmununu  qoruyub  saxlayır. 
Sevgili olmaq, şairlik etmək və sazəndə kimi tanınmaq keyfiy-
yətləri haqq aşığının ayrılmaz atributları kimi təhlil olunur. 
Təqdirəlayiqdir  ki,  monoqrafiyada  qəhrəmanla  bağlı  di-
gər  obrazlar  da  təhlildən  keçirilir.  Aydın  olur  ki,  qəhrəmana 
buta  verənlər  ilahi  qüvvələrdir.  Bu  qüvvələrə  Həzrət  Əli,  Şah-


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
261 
mərdan, Ağa, Göy atlı, Xızır peyğəmbər, Xızır Nəbi  və s.  aid-
dir.  Daha  maraqlısı  odur  ki,  bu  ilahi  qüvvələr  buta  verdikdən 
sonra  qəhrəmanları  müşayiət  edir,  bir  növ  qəhrəmanın  özünü 
tək hiss etməsinə imkan vermirlər. 
M.Cəfərli  məhəbbət  dastanlarının  obrazlar  sistemini  sə-
ciyyələndirərkən  antiqəhrəman  ünvanlı  surətlərə  də  ciddi  əhə-
miyyət  verir,  onların  dastan  poetikasındakı  mövqelərini  əyani 
faktlarla  işıqlandırır.  Tədqiqatçı  qəhrəman  və  antiqəhrəman 
xətlərini  dəyərləndirərkən  aydınca  göstərir  ki,  Aşiq  Məşuqə 
qovuşmaq  istəyir,  lakin  antiqhərəman  və  onu  dəstəkləyən  şər 
qüvvələr  buna  mane  olur.  Belə  antiqəhrəman  obrazlara  «Alı 
xan - Pəri» dastanındakı Qara Vəzir, «Əsli-Kərəm» dastanında-
kı  Qara  Keşiş,  «Tahir  və  Zöhrə»  dastanındakı  Hatəm  Sultan, 
«Aşıq Qərib» dastanındakı Şahvələd surətləri nümunə ola bilər. 
Monoqrafiyada  bu  obrazlar  bütün  məzmunu  ilə  saf-çürük  edi-
lir, onların dastan poetikasındakı yerləri aşkarlanır. 
Müəllif  bir cəhəti  xüsusilə  vurğulayır ki, dastan poetika-
sında qəhrəmanın antiqəhrəmana qalib gəlməsi  xalqın  istək və 
arzusu ilə meydana çıxan hadisədir. 
Monoqrafiyanın  əhəmiyyətli  cəhətlərindən  biri  budur  ki, 
müəllif məhəbbət dastanlarının obrazlar sistemini şərh edərkən 
məqsədini  yalnız  aparıcı  surətlər  üzərində  dayanmaqla  məh-
dudlaşdırmır.  Bu  mənada  dastanlarda  epizodik  və  yaxud  kö-
məkçi obraz təsiri bağışlayan surətlərin də dastan poetikasında-
kı  yerini  müəyyənləşdirir. Belə ki, Çoban, Cütçü, Keçəl, Lələ, 
Sofi,  hətta  Saz  və  At  kimi  obrazların  dastan  yaradıcılığındakı 
əhəmiyyəti ciddi şəkildə dəyərləndirilir. Dastan poetikasının bu 
obrazlarsız təsəvvür edilmədiyi sübut olunur. 
M.Cəfərlinin  «Azərbaycan  məhəbbət dastanlarının poeti-
kası» monoqarfiyasında dastan şeirinə və bu şeirin poetik-üslu-
bi özəlliklərinə  xüsusi  yer ayrılmışdır. Müəllifin  belə  bir  məq-


Kamran Ялийев
 _____________________________________  
 
 
262 
sədi  reallaşdırması  tamamilə  təbii  və  qanunauyğundur.  Çünki 
dastanlar  nəzmlə  nəsrin  növbələşməsi  əsasında  formalaşdığına 
görə oradakı şeir  nümunələri dastanların poetikasında  əhəmiy-
yətli mövqeyə malikdir. 
Monoqrafiyada  dastan  şeirini  təyin  edən  poetik  fiqurlar 
üzərində  ayrıca  dayanılır.  Təhlillər  göstərir  ki,  həmin  poetik 
fiqurlar bir tərəfdən şeirin bədiiliyinə xidmət edirlərsə, digər tə-
rəfdən də şeirdə ifadə edilən ideyanın açılışına köməklik göstə-
rir.  Həmin  ideya  isə  obrazların,  bütövlükdə  dastanın  ifadə 
etdiyi qayə  ilə tam səsləşir. Dastan şeirindəki epitet, bənzətmə 
və metaforalar emosional duyğuların poetik ifadəsi zamanı da-
ha  geniş  formada  işlənir  ki,  tədqiqatçı  bütün  bunları  konkret 
nümunələr əsasında təhlildən keçirir. 
Məhərrəm  Cəfərlinin  «Azərbaycan  məhəbbət  dastanları-
nın poetikası»  monoqrafiyası  Azərbaycan  folklorşünaslığı tari-
xində öz yeri və öz çəkisi olan əsərlər sırasına daxildir. Bu ki-
tab  yeni-yeni  tədqiqat  əsərlərinin  yaranmasına  müsbət  təsir 
göstərəcəkdir. 
 
2001 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə