Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   77   78   79   80   81   82   83   84   85

________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
263 
ƏDƏBİ DİL 
 
DİLƏ MÜNASİBƏTİN TƏDQİQİ 
 
Ana  dili,  ədəbi-bədii  dil  problemləri  yalnız  dilçilik  və 
ədəbiyyatşünalıq tarixində deyil, həmçinin ictimai fikir tarixin-
də  də  mühüm  yer  tutur;  xalqın  dilinə  münasibət  məhz  həmin 
xalqın  taleyinə  münasibət  deməkdir.  Yusif  Seyidovun  «Sözün 
şöhrəti» əsəri də (Yazıçı, Bakı, 1981) birinci növbədə bu məna-
da diqqəti cəlb edir. 
Azərbaycan şairlərinin bir neçə nəslini əhatə edən bu əsər-
də 30-a qədər şairin fikir dünyasına müraciət edilir. Bu nəsillərin 
sözə,  bədii  dilə  münasibəti  bir çox  nöqtələrdə üst-üstə düşsə də, 
bir  çox  sahələrdə  ayrılır.  Şairlərin,  demək  olar  ki,  hamısı  sözə 
böyük məhəbbətlə yanaşır. Bir növ onlar hamısı S.Vurğunun söz 
«Daşa  dil  verir,  torpağa  qanad»  misrasının,  N.Rəfibəylinin 
«Bircə kəlmə sözüm qalsa dünyada, o bircə kəlməylə öyünərəm 
mən» misralarının… ifadə etdiyi mənanı əsas tutur və kitabda da 
məhz bu cəhət qabarıq şəkildə öz əksini tapmışdır. 
Y.Seyidov öz tədqiqatında dilə  münasibətin  inkişaf  mər-
hələlərini  xüsusilə  nəzərə  almışdır.  Əslində  bunu  fəsillərə 
verilmiş adlarda da görmək olar. Bu mənada monoqrafiyada dil 
məsələlərinin  «keçicilik»  xarakteri  deyil,  tarixiliyi  təsdiq  olu-
nur.  Ona  görə  də  şairlərin  hər  hansı  bir  yazıçı  dilinə  müna-
sibətində  həmin  yazıçının  yaşadığı  dövrün  dil  xüsusiyyətləri 
istər-istəməz ön plana çəkilir. Belə ki,  əgər orta  əsrlərin  Azər-
baycan  poeziyasına  müraciət  edilirsə,  deməli,  orada  ərəb-fars 
sözlərindən  söhbət  gedir,  əgər  20-30-cu  illərin  dil  faktlarına 
münasibət varsa, deməli, bu məqamda mütləq əlifba məsələsin-
dən  danışılır,  yaxud  son  illər  Cənubi  Azərbaycan  ədəbiyyatı 


Kamran Ялийев
 _____________________________________  
 
 
264 
klassikləri tədqiq olunursa, təbii olaraq, Şəhriyarın ana dilində 
yazdığı «Heydərbabaya salam» poeması xatırlanır. 
Bütün  bu  məsələlərin  təhlili  zamanı,  əsasən,  məqbul  he-
sab edilən fikirlər tədqiqat predmetinə çevrilir. Bu çıxış nöqtəsi 
isə  öz  növbəsində  monoqarfiya  müəllifinə  imkan  verir  ki, 
müxtəlif  sahələrdə  olsa  da,  bir  çox  vacib  və  zəruri  tipoloji 
oxşarlıqları  meydana  çıxarsın  və  bədii  dilin  bu  günü,  sabahı 
üçün elmi mülahizələrini söyləsin. 
Söz,  dilin  əsas  vahidi  olması  baxımından  çox  zəngin  və 
mürəkkəb  təbiətə  malikdir.  Bu  cəhət  «Sözlərin  mənasının 
zaman  kimi  dəyişilməsi»  (Ə.Fövzi)  təbiiliyindən  də  doğur. 
Müəllifin  o  fikrinə  mübahisəsiz  şərik  çıxmaq  lazım  gəlir  ki, 
«həqiqətdən, düzlükdən danışanda, sözlər yeni çalarlar alır». 
Kitabın müəllifi Abdulla Faruqun «Sözü, cümləni tarixin 
ifadəçisi  kimi»  qəbul  etməsi  faktını,  M.Rahimin  söz  meydanı-
nın  geniş  olması  barədəki  qənaətini,  R.Rzanın  «sözün  daxili 
enerjisini,  intim  laylarını  açmaq»  çağırışını  diqqət  mərkəzinə 
gətirəndə  sözün  aparıcı  rolunu  göstərmək  istəyir.  Digər  tə-
rəfdən  bunlar  sözün  həm  ictimai,  həm  də  estetik  mənasını 
qabarıq  vermək  arzusu  ilə  bağlıdır.  Başqa  sözlə,  sözə  münasi-
bətdə  ictimai-estetik  amillərin  mənzərəsi  bütün  monoqrafiya 
boyu nümayiş etdirilmiş və təhlil olunmuşdur. 
Məlum  məsələdir  ki,  20-30-cu  illərin  ədəbi-ictimai  həya-
tının  narahatlıq  faktlarından  birisi  əlifba  məsələsi  idi.  Az  bir 
müddət  ərzində  latın  əlifbasına  «keçid  dövrü»nün  əlifbası  kimi 
baxıb, ərəb əlifbasından rus qrafikası əsasında yaradılmış əlifba-
ya  keçmək  tarixin  ötəri  hadisəsi  ola  bilməzdi.  Buna  görə  də  o 
dövrdə  yaşayan  ədəbiyyat  və  mədəniyyət  xadimlərinin  əksəriy-
yəti  kimi  şairlər  də  şeir  və  məqalələrində  bu  barədə öz  fikir  və 
mülahizələrini  söyləmişlər.  Tədqiqatçının  oxucu  diqqətini 
M.Müşfiqin  ərəb  əlifbasını  «köhnə  əsrin  cındır  kitabı»  adlan-


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
265 
dırması  fikrinə,  R.Rzanın  bu  barədəki  bir  çox  mülahizələrinə, 
S.Vurğunun  əlifba  haqqında  dediyi  «nüfuzlu  söz»ə  yönəltməsi 
təbii  və  qanunauyğundur.  Kitabda  S.Vurğunun  «dil  əlifba  üzə-
rində  qurulmur,  əlifba  dil  üzərində  qurulur»  tezisi  əlifba  haq-
qında professional tədqiqatçı mülahizəsi kimi qiymətləndirilir. 
«Sözün  şöhrəti»  kitabında  bu  gün  üçün  də  aktual  olan 
mühüm  məsələlərdən  biri  tərcümə  əsərlərinin  dili  məsələsidir. 
Tərcümə  əsəri  üçün  orijinalı  olduğu  kimi  əks  etdirmək  çox 
azdır. Burada  əsas məqsəd və əsas  vəzifə tərcümənin  bədii cə-
hətdən kamilliyini təmin etməkdən ibarətdir. 
Tədqiqatçı  tərcümə  əsərlərinin  dilindən  danışarkən  «tər-
cümələrin az anlaşıqlı və ölü çıxması» (R.Rza), həmçinin oriji-
nalı  zəif  olan  «Əsərlərin  paxırının  başqa  dilə  tərcümə  zamanı 
tez açılması» (R.Rza) problemləri üzərində dayanır və eyni za-
manda  belə  bir  cəhətə  daha  çox  üstünlük  verir  ki,  «tərcüməçi 
gərək  sözlərin  hərfi  tərcüməsi  ilə  məşğul  olmasın.  O  gərək 
yaratsın»  (S.Vurğun).  Bu  mənada  şairlərin  yaradıcılıqlarında 
həmin  məsələlərlə  əlaqədar  söylənilən  fikirlər  kitab  müəllifi 
üçün bir növ vasitə olmuşdur. Y.Seyidov deyilən mülahizələrə 
əsaslanaraq, irəli sürdüyü hökmləri müasir elmi-nəzəri səviyyə-
yə  qaldırmış  və  bu  məsələlərlə  əlaqədar  gələcəkdə  aparılacaq 
tədqiqatlar üçün bəzi başlanğıc tezisləri söyləmişdir.  
Monoqrafiyada yaradıcı şəxsiyyətin dilə münasibəti müx-
təlif  üsullar  və  müxtəlif  metodlarla  şərh  olunur.  Bəzən 
H.Sanılının  «Böyüklər üçün  əlifba kitabı»,  Ə.Fövzinin  «Qiraət 
kitabı» diqqət mərkəzinə gətirilir, bəzən şairlərin şeir və məqa-
lələri  təhlil  obyektinə  çevrilir,  bəzən  də  görürsən  ki,  S.Rüstə-
min «Gəldi gedər» komediyasından parça verilir və sair. Əlifba 
kitabı  da,  şeir  nümunəsi  də,  hətta  nə  qədər  gözlənilməz  olsa 
belə komediyanın özü da vahid  məqsədə tabe etdirilir. Bu mə-
nada  şairlərin ayrı-ayrı klassik  yazıçılar, eyni zamanda,  «həm-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə