Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   70   71   72   73   74   75   76   77   ...   85

Kamran Ялийев
 _____________________________________  
 
 
230 
ƏDƏBİ ƏSƏRLƏRİN MÜHAKİMƏSİ 
 
Ədəbiyyat  tariximizin  keçmişi  yalnız  bu  keçmişin  özü 
üçün deyil, daha çox bu günümüz və gələcəyimiz üçündür. Axı 
unutmayaq  ki,  ədəbiyyatın  özünün  də  ibrət  dərsləri  var  və  bu, 
digər  ibrət  dərslərindən  daha  mənalı  və  əhəmiyyətlidir.  Çünki 
o,  ayrı-ayrı  fərdləri deyil,  ictimai  həyatı  və  bütövlükdə cəmiy-
yəti əhatə edir. 
Zəngin  və  çoxəsrlik  ədəbiyyat  tariximizin  əhəmiyyətli 
fakt  və  hadisələrinin  tədqiqində  və  öyrənilməsində  ədəbiyyat-
şünaslar tərəfindən xeyli işlər görülmüş və görülməkdədir. Ay-
rı-ayrı sənətkarların həyat və yaradıcılığı təhlil olunmuş, bu sə-
nətkarların  ideya-bədii  gücü  ilə  seçilən  əsərlərinə  və  həmin 
əsərlərdəki  obrazlara  xüsusi  diqqət  yetirilmiş,  yazıçı  və  mühit 
problemlərinə olan elmi baxış ənənəvi şəkildə davam etdirilmiş 
və müxtəlif formatlarda hazırlanan çoxcilidliklər çap olunmuş-
dur.  Həmçinin  əlavə  etmək  lazımdır  ki,  ədəbiyyat  tarixi  kon-
sepsiyası ilə ədəbi-elmi fikir kifayət qədər inkişaf etmiş, bu sa-
hədə nəzərəçarpacaq yeni nəticələr əldə edilmişdir. Söylədiyim 
bu  mülahizələr  Azərbaycan  ədəbiyyatı  tarixinə  dair  mərhələli 
inkişafın  fərəhli  olduğu  barədə  qənaətləri  təsdiq  etmək  üçün-
dür. Lakin bütün bunlarla yanaşı, ədəbiyyat tariximizin elə mə-
qamları, elə qatıaçılmamış səhifələri vardır ki, onların dərindən 
və  hərtərəfli  öyrənilməsinə  ehtiyac  yenə  də  qalmaqdadır,  eyni 
zamanda  ədəbiyyat  tariximizi  həmin  fakt  və  hadisələrdən  təc-
riddə təsəvvür etmək mümkün deyildir. Saraylardakı şeir məc-
lislərindən  tutmuş  ayrı-ayrı  deyişmələrə  və  dərnəklərə  qədər 
ədəbi  həyatın  ənənələri  tarixin  yaddaşına  düşən  ən  parlaq  nü-
munələrdir.  Amma  sənət  adamının  həyatına  qəsd  edən  reallıq-
ları yaşadan elə faciələr də vardır ki, ədəbiyyat tariximizi onlar-


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
231 
dan da kənarda təsəvvür etmək qətiyyən mümkün deyildir. Bax 
bu  ikincilərə  aid  faktlardan  biri  də  XX  əsrin  20-ci  illərinə  aid 
ədəbi  məhkəmələrdir.  Bu  baxımdan  Cəlal  Qasımovun  «Ədəbi 
məhkəmələr» tədqiqatı xüsusi maraq doğurur. 
Yeri  gəlmişkən,  bir  cəhəti  də  qeyd  edək  ki,  Cəlal  Qa-
sımovun elmi araşdırmaları  böyük zəhmət bahasına ərsəyə gə-
lən araşdırmalardır.  Başqa sözlə,  o, başqaları kimi öz şəxsi ki-
tabxanasındakı rəflərə düzülmüş hazır kitablara deyil,  ərəb,  la-
tın  və  kiril  əlifbalarında  çap  olunan  mətbuat  səhifələrindəki 
faktlara, arxiv künclərində gizlənib qalan və əldəyməmiş mate-
riallara  əsaslanaraq  yazılmış  tədqiqatları  ilə  tanınır.  Ona  görə 
də  «Ədəbi  məhkəmələr»  kitabına  həmin  tədqiqatların  davamı 
kimi baxdıqda təsadüfdən yox, məhz zərurətdən doğan yeni bir 
ədəbi-elmi faktın təbiiliyinə inanırsan. 
Ümumiyyətlə, sivilizasiya tarixinin müxtəlif dönəmlərin-
də  sənət  adamları  ilə  sənətin  əksinə  olan  insanlar  və  qüvvələr 
arasında daima mübarizə və toqquşmalar olmuşdur. Bu mübari-
zə  və  toqquşmalar  müəyyən  dövrlərdə  daha  da  kəskinləşərək 
sənətkarların  ölmü  və  qətli  ilə  nəticələnmişdir.  Həmin  acı 
mənzərəni  təsəvvür  etmək  üçün  Qərbdəki  inkivizisiyaları  və 
Şərqdəki  –  bizdəki  37-ci  il  faciələrini  xatırlamaq  kifayətdir. 
Ötən əsrin 20-ci illərinin ədəbi-tarixi faktları olan ədəbi məhkə-
mələr  məhz 37-ci  il  faciələrinin öncəsi  baş verən «ərəfə»  fakt-
larındandır.  Yəni  bu  iki  hadisəyə  bir-birinin  davamı  kimi  də 
baxmaq olar. 
C.Qasımov  öz  tədqiqatlarında  ədəbi  məhkəmələrin  ma-
hiyyətinə  varmaq  üçün  1920-1930-cu  illərin  ədəbi  və  sosial-
psixoloji  mühiti  barədə  müəyyən təsəvvür  yaradır.  Yəni tədqi-
qatçının  önəm  verdiyi  və  qəti  şəkildə  söyləmək  istədiyi  fikir 
bundan  ibarətdir  ki,  ədəbi  məhkəmələrin  dərki  dövrün  sosial-
psixoloji mühitindən kənarda deyil. 


Kamran Ялийев
 _____________________________________  
 
 
232 
1920-1930-cu  illərin  sosial-psixoloji  mühiti  hansı  cəhət-
lərlə səciyyələnirdi? Birincisi,  bu dövr  yeni sovet quruluşunun 
bərqərar  olduğu,  bolşevizmin  hakimiyyətdə  möhkəmləndiyi, 
marksist-leninçi  ideologiyanın  cəmiyyətdə  və  dövlətdə  hakim 
ideologiyaya  çevrildiyi  bir  dövr  idi.  Belə  bir  dövr  və  belə  bir 
ideologiya ədəbi həyata da ciddi şəkildə müdaxilə edir, öz təş-
kilatlarını yaradır və öz sifarişlərini ictimai sifariş kimi qələmə 
verirdi.  İkincisi,  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  ta-
nınan  və  həmin dövrdən əvvəl  yazıb-yaradan,  məşhurlaşan sə-
nətkarlar isə öz dəst-xətlərini davam etdirmək istəyirdilər. Bir-
birinə  qarşı  dayanan  bu  iki  istiqamət  sənətkar  həyatına,  ədəbi 
yaradıcılığa təsirsiz qalmırdı.  Hətta ötən əsrin 20-ci  illərində – 
hələ 37-ci ildən xeyli əvvəl müəyyən tutqular da həyata keçiri-
lirdi.  Əhməd  Cavadın,  Cəfər  Cabbarlının,  Hacı  Kərim  Sanılı-
nın,  Ömər  Faiq  Nemanzadənin,  Əli  Razi  Şamçızadənin,  Seyid 
Hüseynin  həbsi  «xatırlatma»  funksiyası  daşıyırdı.  Digər  tərəf-
dən həmin dövrün ədəbi tənqidi də yavaş-yavaş partiyalaşır və 
bədii  yaradıcılığın  sənətə  xas  olan  xüsusiyyətlərini  aşkara  çı-
xarmaqdan uzaqlaşırdı. Bütün bunlar və bilavasitə bunlarla əla-
qədar olan ədəbi fakt və hadisələr tədqiqatçı tərəfindən diqqətlə 
araşdırılır,  həmin  fakt  və  hadisələrin  hər  birinin  1920-1930-cu 
illərin ədəbi həyatına təsiri şərh və izah olunur. 
Əhəmiyyətlidir  ki,  C.Qasımov  ayrıca  bir  fəsildə  ədəbi 
məhkəmələrin  ədəbiyyatşünaslar  tərəfindən  öyrənilməsi  məsə-
lələrinə nəzər yetirməyi, ədəbi məhkəmələrin tədqiqi mənzərə-
sini lazımınca canlandırmağı da özünə borc bilir. Tədqiqatçının 
belə bir mövqeyi ənənəyə hörmət və ehtiram göstərmək prinsi-
pindən irəli gəlir. Yeri gəldikcə digər ədəbiyyatlardan nümunə-
lər  gətirilir,  Azərbaycan  ədəbiyyatı  tarixinin  fakt və  hadisələri 
ilə paralellər aparılır  və ədəbi  məhkəmələr  barədə geniş təsəv-
vür  yaratmaq  məqsədi  reallaşdırılır.  Aydın  olur  ki,  tədqiqatçı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə