Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   2   3   4   5   6   7   8   9   10   ...   85

Kamran Ялийев
 _____________________________________  
 
 
20 
tutan,  yalvarmağı  özünə  ar  bilən,  boyun  əymək  istəməyən,  iz-
zəti-nəfsini  sevəndir”.  Hər  iki  halda  M.Cəlal  obrazı  dəqiq  sə-
ciyyələndirir  və  sənətkarla  obraz  arasındakı  münasibətləri  də, 
əsasən, düzgün müəyyənləşdirir.  
M.Cəlal  Nizami  Gəncəvini  yalnız  klassik,  yəni  özündən 
əvvəlki  klassik  Şərq  bədii  irsi  ilə  əlaqəsindən  deyil,  həmçinin 
doğma xalq ilə bağlı sənətkar kimi təqdim edir. Başqa sözlə, onun 
real  zəmində  yetişməsini  göstərir.  O,  “Əsrlərdən  gələn  dostluq 
səsi” məqaləsində “Yeddi gözəl ” poemasındakı hekayətlərdən bi-
rini nəzərdə tutaraq yazır: “Uzun bir zaman, səkkiz əsr bizi bu he-
kayənin yaranmasından ayırır. Bu əhvalat o zaman nağıl şəklində 
Azərbaycan  kəndlilərinin,  əsnafların,  dünyagörmüş  adamların 
dilində gəzirdi. Nizaminin qüdrətli sənətkar qələmi bunu daha da 
canlandırıb yazıya salmış, ona əbədi rövnəq, həyat vermişdir“.  
Ədəbiyyatşünas  Mir  Cəlalın  klassik  irsi  mənalandırmaq 
baxımından  Füzuliyə  həsr  etdiyi  yazılar  da  diqqəti  cəlb  edir. 
Hələlik onun Füzuli haqqındakı fundamental əsərinə toxunma-
dan qeyd etmək lazımdır ki, o, “Klassik nəsrimiz haqqında” ad-
lı  məqaləsində  böyük  Azərbaycan şairinin  nəsrinə  yüksək qiy-
mət vermişdir. Alimin 1939-cu ildə çap olunmuş bu məqaləsin-
də  bu  gün  üçün  son  dərəcə  mənalı  və  əhəmiyyətli  bir  cəhətə 
diqqət yetirək. O, məqalənin bir yerində yazır: “Hədiqətüs-süə-
da”nı nəsrimizdə birinci böyük tarixi povest saymaq olar. Möv-
zusunun  dini  mahiyyəti,  qəhrəmanlarının  çoxunun  dini-tarixi 
simalar olması, heç vaxt bizə, əsərin gözəl sənətkarlıq xüsusiy-
yətlərini,  səlis  stilini,  qüvvətli  dilini,  mülayim  təhkiyə,  coşqun 
tərənnüm üsullarını diqqətdən qaçırmağa haqq vermir”.  
Göründüyü  kimi,  hələ  30-cu  illərdə,  yəni  dinin  yasaq 
olunduğu,  o  barədə  danışanların  həyatının  təhlükə  qarşısında 
qaldığı  bir  vaxtda  M.Cəlal  çox  böyük  cəsarətlə  həqiqəti  deyir 
və milli bədii fikri təqiblərdən qoruyurdu.  


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
21 
Bundan  başqa  M.Cəlal  həmin  məqaləsində  M.Füzulinin 
“Şikayətnamə”  əsərinin  xüsusiyyətlərini,  ədəbiyyat  tariximiz-
dəki yerini təhlil edir. Ədib bu əsərdən danışarkən füzulişünas-
lara məlum və aydın olan məsələlərə deyil, onlar üçün maraqlı 
və  qaranlıq  olan  problemlərə  toxunur.  Bunu  dəqiq  duymaq 
üçün aşağıdakı  fikri  xatırlamaq  yerinə düşər:  “Bir sıra  ədəbiy-
yat  alimləri  Füzuli  sənətinin  qüvvətli  ümumiləşdirmə  hünərin-
dən  yanlış  nəticə  çıxarırlar.  Buradakı  eşq,  yar,  vəsl,  məhbub, 
hicr, didar, camal  sözlərinə dini rəng  verilir  və hətta bu  yanlış 
hökmdən doğan nəticələrə bəraət qazandırırlar. Nəsr içində be-
lə rumuz və obrazlarla verilən şeirlərin obyekti, məqsədi müəy-
yəndir  və  konkretdir.  Aydın  olur  ki,  şair  “eşq”  sözünü  yalnız 
oğlan  və qız arasında  yox, ümumiyyətlə,  insanlar arasında,  in-
sani ülfət, təmiz məhəbbət mənasında işlətmişdir”.  
M.Cəlal  “Klassik  nəsrimiz  haqqında”  məqaləsində  bu 
nəsrin bir çox nümayəndələri və nümunələrinə də toxunmuşdur 
ki, təhlil  zamanı çıxarılan nəticələr bugünkü  ədəbiyyatşünaslıq 
üçün  də  aktualdır.  Alim,  İsmayıl  bəy  Qutqaşınlının,  A.Bakı-
xanovun,  M.F.Axundovun  nəsr  əsərlərindən  bəhs  açır,  onların 
əhəmiyyətini  göstərir.  “Rəşid  bəy  və  Səadət  xanım”  hekayəsi 
barədə deyilən aşağıdakı mülahizə yalnız bu əsərin, yalnız Qut-
qaşınlı yaradıcılığının xarakterini deyil, həmçinin dövrün bütün 
ədəbiyyatının  mahiyyətini  nümayiş  etdirir.  O  yazır:  “Bu  heka-
yədə diqqəti cəlb edən cəhət, Avropa romantik stili ilə Şərq na-
ğıl və əfsanələrinə məxsus olan bakirliyin, spesifikanın, nəzarət 
qaydaları  təsvirinin  qəribə  birliyidi”.  Bundan  başqa  məqalədə 
klassik  nəsrimizin  sənətkarlıq  məziyyətləri  də  müəyyən  qədər 
öz təhlilini tapa bilmişdir.  
Mir Cəlalın klassik  ədəbiyyata  münasibətinin  mahiyyəti-
ni  dərindən  duymaq  üçün  onun  Füzuliyə  həsr  edilmiş  funda-
mental  monoqrafiyasını  nəzərdən  keçirmək  lazımdır.  Təbii  ki, 


Kamran Ялийев
 _____________________________________  
 
 
22 
əsərin yazıldığı vaxtdan əvvəl də, ondan sonra da böyük Azər-
baycan şairi Füzuli haqqında müxtəlif tədqiqatlar meydana çıx-
mışdır. Mir Cəlalın 1958-ci ildə çap olunmuş “Füzuli sənətkar-
lığı” monoqrafiyası füzulişünaslıqda mərhələdir.  
Mir  Cəlalın  Füzuliyə  münasibətinin  nüvəsində  nə  daya-
nır? Bu suala aydın və tam cavab vermək üçün alimin öz dediyi 
fikri  xatırlayaq:  “Füzulinin  böyük  sənətkarlıq  hünəri  orasında-
dır ki, o, işlənmiş söz, ifadə formalarına da tamam yeni, orijinal 
şəkil, yəni məna, yəni məzmun və xarakter verir. Predmetə, ob-
yektə, həyati hadisəyə heç bir şairin yanaşmadığı bir dəqiqliklə 
yanaşır. Predmetə yanaşanda onun kölgədə qalmış, bədii fanar-
la hələ indiyə qədər işıqlandırılmamış tərəfini işıqlandırır”. Bü-
tün bunlar alim tərəfindən sözgəlişi deyilməmişdir. Yuxarıdakı 
tezisi Mir Cəlalın kitabının epiqrafı da hesab etmək olar. Çünki 
alim  monoqrafiyanın  ayrı-ayrı  fəsillərində  Füzuli  yaradıcılığı-
nın məhz orijinal cəhətlərini işıqlandırmağa səy göstərmişdir.  
Məlum  məsələdir  ki,  Azərbaycan  ədəbiyyatşünaslığında 
bəzi sənətkarların bədii yaradıcılığı ilə estetik baxışları vəhdət-
də  təhlil  olunmuş  və  indi  də  təhlil  olunmaqdadır.  Belə  bir  nü-
munəni  Mir  Cəlalın  Füzuliyə  münasibətində  də  aydın  görmək 
olar. O, monoqrafiyada şairin şeir haqqında olan mülahizələrini 
diqqətlə araşdırmış  və obyektiv  nəticələrə gəlmişdir. Müəllifin 
qeydinə görə, “Füzuli də bir sıra böyük sənətkarlar kimi elm ilə 
sənəti həmişə bir əlaqə və vəhdətdə alıb qiymətləndirmiş, bun-
ların  bir-biri  ilə  möhkəm  bağlı  olduğunu  söyləmiş,  hər  ikisini 
insan şüuruna və qəlbinə mənəvi qida olduğunu göstərmişdir”.  
Monoqrafiyada  şairlik  üçün  lazım  olan  bilik  və  elm  kon-
sepsiyasının  Füzuli  tərəfindən  formalaşdırılmış  məzmunu  hər-
tərəfli şərh edilmişdir. Elm və sənət arasındakı əlaqələr, eyni za-
manda,  elm  və  sənətin  bir-birindən  fərqli  xüsusiyyətləri  aydın-
laşdırılır, Füzuli dühasının incəlikləri meydana çıxarılır. Poetika 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə