Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   11   12   13   14   15   16   17   18   ...   85

Kamran Ялийев
 _____________________________________  
 
 
44 
ədəbi dil anlayışı, Qərb ədəbiyyatı nümunələrinin tərcümə vasi-
təsilə  Şərqə  axınının  təşkili  təşəbbüsləri,  «Türkləşmək,  avropa-
laşmaq, islamlaşmaq» ideyası dayanır. Həmçinin kitabda S.Vur-
ğunun  simasında  Azərbaycançılığın  yeni  mərhələyə  daxil  ol-
ması, şairin bədii dilinin onun ədəbi məktəbinin tərkib hissəsinə 
çevrilməsi, Məmməd Araz, Yusif və Vaqif Səmədoğlular, Sabir 
Rüstəmxanlı,  Zəlimxan  Yaqub  haqqında  ayrıca  məqalələrin  ya-
zılması  da  onların  yaradıcılıqlarının  konkret  ədəbi  məktəb  sə-
viyyəsində  dəyərləndirilməsinin  nəticəsidir.  Yaxud  Anara,  Ək-
rəm  Əylisliyə,  Elçinə  olan  ədəbi  marağın  da  bir  qütbündə,  heç 
şübhəsiz,  Mirzə  Cəlil  ədəbi  məktəbinin  davamlılığı  haqqındakı 
elmi qənaətlər və ən azı altmışıncılar adı altında formalaşan ədə-
bi  hərəkat  üstünlük  təşkil  edir.  Bütün  bunlar  ədəbi-elmi  fikirdə 
yazıçı sözünə, sənətkar fikrinə ədəbi məktəb kontekstində yanaş-
manın  üsullarını  və  yollarını  göstərən  yeni  elmi  prinsiplərdir. 
Eyni  zamanda  bu  elmi  prinsiplər  bədii  yaradıcılıq  çərçivəsilə 
məhdudlaşmır, öz sərhədlərini genişləndirərək ədəbiyyatşünaslıq 
sferasına  da daxil  olur.  Kitabda  ədəbiyyat  nəzəriyyəsinə  aid  bir 
sıra mətləblərə müasir  ədəbi-nəzəri səviyyədə və ədəbi təcrübə-
nin verdiyi  imkanlar çərçivəsində işıq salınır.  Ədəbiyyatın tərifi 
yenidən  verilir,  ədəbi  növlər  haqqındakı  biliklər  bir  az  da  yeni-
ləşir və satira epik, lirik, dramatik növlə bir sırada dayanır, ədə-
biyyatşünaslıq elminin şöbələri genişləndirilir, folklorşünaslıq və 
ədəbi  əlaqələr  əvvəldən  məlum  olan  ədəbiyyat  nəzəriyyəsi, 
ədəbiyyat tarixi və ədəbi tənqidlə eyni qrupda ümumiləşir. 
Digər  tərəfdən  akademik  Məmməd  Cəfərin,  görkəmli 
alim Əziz Mirəhmədovun adı  ilə bağlı ədəbiyyatşünaslıq  mək-
təblərinin səciyyəvi əlamətləri ilk dəfə bəyan edilir. Abbas Za-
manovun,  Yaşar Qarayevin,  Kamran Dadaşoğlunun,  akademik 
Bəkir  Nəbiyevin,  tənqidçi  Vaqif  Yusiflinin  ədəbiyyatşünaslıq 
və  ədəbi-tənqid  sahəsindəki  xidmətləri  ya  ədəbiyyatşünaslıq 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
45 
məktəbi  səviyyəsinə  yüksəlmək  istəyən,  ya  da  hər  hansı  bir 
ədəbiyyatşünaslıq  məktəbinə töhfələr verən ədəbiyyat  faktı ki-
mi  səciyyələndirilir.  Mir  Cəlal  müəllim  haqqında  olan  məqalə 
isə məndə belə bir yəqinlik hasil etdi ki, keçmiş və indiki ədə-
biyyatşünas nəsilləri, hətta bir sıra yazıçılar belə məhz Mir Cə-
lal  müəllimin  adı  ilə  bağlı  olan  həm  bədii  yaradıcılıq,  həm  də 
ədəbiyyatşünaslıq məktəbinin davamçılarıdır. 
İsa  Həbibbəylinin  elmi  axtarışları  geniş  mənada  tarixi-
kultroloji  istiqamətə  yönəlir.  Kitabda  ədəbi-bədii  düşüncə  ilə 
yanaşı tarixi baxışın, incəsənətin və digər elmi nailiyyətlərin də 
təhlili  aparılır.  «Mola  Nəsrəddin»  karikatura  məktəbi,  akade-
mik  Yusif  Məmmədəliyevin  neft  kimyası  məktəbi,  akademik 
Zərifə  xanım  Əliyevanın  oftolmoloji  məktəbi,  akademik  Əh-
məd Mahmudovun iqtisad elmi sahəsindəki məktəbi, Tahir Sa-
lahovun rəssamlıq məktəbi ədəbiyyata dair məktəblərlə birlikdə 
ədəbi,  tarixi,  elmi  və kulturoloji  yaddaşın  məzmununu  və əzə-
mətini nümayiş etdirir. Gəmiqaya rəsmləri, Həzrət Nuhun tufa-
nı,  Naxçıvan  şəhərinin  yaşı  barədə  nəzəri  düşüncələr  tədqiqat-
çının geniş elmi dünyagörüşünü əks etdirir. 
İsa Həbibbəylinin «Ədəbi-tarixi yaddaş və müasirlik» kita-
bı ayrı-ayrı geniş həcmə malik məqalələrin məcmusundan ibarət 
olsa  da,  həmin  məqalələr  arasında  dərin  və  üzvi  bağlılıq  vardır 
və onların biri digərini tamamlayır. Bu, vahid bir struktura malik 
olan,  aydın  bir  fikir  cərəyanını ortaya qoyan,  müasirlik  ruhu  ilə 
seçilən və uzun illərin bəhrəsi kimi meydana çıxan monumental 
bir  tədqiqatdır.  Təqdim  olunan  kitab  kulturoloji  məzmun  və 
mahiyyət kəsb etməsilə yanaşı, dövrümüz üçün son dərəcə vacib 
və  zəruri  olan  yeni  ədəbiyyat  konsepsiyasının  təqdimi  kimi 
diqqəti çəkir və xüsusi əhəmiyyət kəsb edir.  
 
    
«Azərbaycan» qəzeti, 29 aprel 2008-ci il. 


Kamran Ялийев
 _____________________________________  
 
 
46 
XALQ GÜLÜŞÜNÜN ÖZƏLLİKLƏRİ 
 
Azərbaycan  folkloruna  dair  elmi  araşdırmaların  zamanı 
dəyişdikcə  həmin  araşdırmaların  istiqaməti  və  mahiyyəti  də 
dəyişir və  yeniləşir. Son ilərin  bu sahədəki qənaət göstəriciləri 
və  xarakterik  əlaməti  ondan  ibarətdir  ki,  folklorşünaslıq  zahiri 
effektlə diqqəti cəlb edən və yalançı aktuallıq adı altında məz-
munu  üstələyən  formalizm  meyllərindən  uzaqlaşır,  daha  çox 
isə  mahiyyətə  doğru  can  atır.  Bu  fikrin  ən  bariz  təsdiqi  kimi 
Muxtar  Kazımoğlunun  xalq  gülüşünün  özəllikləri  barədə  son 
vaxtlar elmi  məcmuələrdə sistemli  və ardıcıl çap etdirdıyi  mə-
qalələrini,  daha  konkret  yanaşsaq,  bu  kitabını  (Gülüşün  arxaik 
kökləri. Bakı, Elm, 2005) nümunə gətirmək olar. 
Gülüş,  bədii  gülüş,  xalq  gülüşü,  gülüş  mədəniyyəti  kimi 
problemlər elmi düşüncəni müxtəlif cəhətlərdən özünə cəlb et-
miş və ayrı-ayrı tədqiqatçılar öz səviyyələri müqabilində həmin 
problemlərin təhlilini vermişlər. M.Kazımoğlunun araşdırmala-
rı  isə gülüş  mədəniyyəti kontekstinə elmi  sədaqəti nümayiş et-
dirməklə  bərabər,  əsasən,  xalq  gülüşünə  –  Azərbaycan  folklo-
runda gülüşün anatomiyasını aşkarlamağa yönəldilmişdir. 
Tədqiqatçının  hər  hansı  bir  məqaləsinə  həm  fərdi,  kon-
kret, həm də ümumi, geniş münasibətlər çərçivəsinə sığışan el-
mi  faktların  və  materialların  dəyərləndirmə  obyekti  kimi  bax-
maq  olar.  Bu,  onunla  bağlıdır  ki,  folklorşünas  xalq  gülüşünün 
incəliklərini  faktla  nəzəriyyənin  qovuşuğunda  öyrənir.  İfrat 
fakt alüdəçiliyinə qurşanmamaq və yalançı nəzəriyyəçilik dəbi-
nə uymamaq onun araşdırmalarının qiymətini daha da artırır və 
onlara sanbal verir. 
Müəllifə  tam  aydındır  ki,  xalq  gülüşünün  mənbələrini, 
strukturunu  və  semantikasını  elmi  dəqiqliklə  araşdırmaq  məq-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə